Orbe sözü azərbaycan dilində

Orbe

Yazılış

  • Orbe • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məryəm Cambakur-Orbeliani
Məryəm Vaxtanqovna Cambakur-Orbeliani (gürc. მარიამ ჯამბაკურ-ორბელიანი; 22 avqust 1852 – 1941) — Gürcü knyaginyası, mesenat, ictimai xadim, müəllim, femenist. Gürcü knyazı general-mayor Vaxtanq Orbelianinin qızı. Məryəm Orbeliani Qeyri qəsmi olaraq elmi və bədii ədəbiyyatda Gürcüstanın sonuncu çariçası adlandırılır. == Həyatı == Knyaginya Məryam Orbeliani 1852-ci il avqustun 22-də gürcü şairi general-mayor knyaz Vaxtanq Orbeliani və Yekaterina İlyinskayanın ailəsində anadan olub. Ailədə Məryəmindın başqa bir oğul da var idi. Bu gələcək vəkil knyaz Nikolay Orbeliani idi. Məryəm Orbeliani 1870-ci ildə Tiflis qadın kurslarında təhsilini başa vurduqdan, sonra Zadəgan Maarif Cəmiyyətinin Məktəbinə daxil oldu. == İctimai fəaliyyəti == 1879-cu ildə Məryəm Orbeliani gürcülər arasında Savadlılığın Təşviqi Cəmiyyətinin yaradıcılarından biri oldu. O, 33 il ərzində qadın müəllimlərin hüquqlarının müdafiəsi və qadınların təhsil müəssisələrinə işə qəbulu ilə məşğul olan Qadın Müəllimlər Cəmiyyətinə də rəhbərlik edib.
Orbelyanlar
Orbelyanlar (erm. Օրբելյան, Օրբէլեանք) və ya Liparitlər (gürc. ლიპარიტები) — 1211–1435-ci illərdə nümayəndələri Sünik knyazlığında (müasir Ermənistan Respublikasının Sünik və Vayotz Zor mərzləri, Azərbaycanın Dağlıq Qarabağ ərazisinin bir hissəsi və Naxçıvan Muxtar Respublikasının şimal hissəsi) hakimiyyətdə olmuş erməni knyaz sülaləsi. Orbelyanlar sülaləsinə irsi olaraq olaraq knyaz, knyazlar knyazıəmirspasapar və atabəy titulları keçmiş, hətta bu sülalənin nümayəndələrindən birinə monqollar tərəfindən "çar" titulu verilmişdi. Sünik yepiskopluğu da irsi olaraq Orbelyanlar sülaləsinin əlinə keçmişdi. Orbelyanların iqamətgahı müxtəlif dövrlərdə Arpa kəndində (erm. Areni) yerləşən Alagöz (erm. Yegegis) ərazisi, daha sonra isə hazırda da sülalənin türbəsi yerləşən Yenivəng olmuşdur. Orbelyanların Yenivəngdə bir neçə məzar daşı üzərində həkk olunmuş nəsil gerbində şir təsvir olunub. == Tarixi == === Etnik mənşəyi === Orbelyanların sülalə tarixini yazmış (1297–1300-cü illərdə Yenivəngdə tamamlanıb) Stepanos Orbelyanın qeydinə görə sülalənin mənşəyi "Cəng" ölkəsinin zadəgan sülaləsi ilə bağlıdır, sonradan Orbelyanlar əvvəlcə Gürcüstan ərazisinə, daha sonra isə Sisakana köçməyə məcbur olmuşlar.
Orbetello
Orbetello — İtaliyanın Toskana regionunda şəhər.
Qriqori Cambakurian-Orbeliani
Qriqori Dmitriyeviç Cambakurian-Orbeliani (2 (14) oktyabr 1804, Tiflis, Gürcüstan quberniyası – 21 mart (2 aprel) 1883, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — rus generalı, gürcü şairi. == Həyatı == Qriqori Dmitriyeviç Cambakurian-Orbeliani 2 oktyabr 1804-cü ildə anadan olmuşdu. Qriqori Cambakurian-Orbeliani XIX əsrin otuzuncu illərdə gürcü taxt-tacının bərpası uğrunda mübarizə aparan qrupün üzvü olmuş, üsyan planının üstü açılandan sonra sürgün edilmişdir. 1837-ci ildə sürgündən qayıdandan sonra yenidən hərbi xidmətə qayıtmışdır. Təxminən on beş il Dağıstanda Şamilin başçılığı altında fəaliyyət göstərən müridizm hərəkatı üzvlərinə qarşı hərbi əməliyyatlarda iştirak etmişdir. Qriqori Cambakurian-Orbeliani 1858-ci ildə Qafqaz canişini knyaz Baryatinskinin dəvəti ilə Tiflisə qayıtmış və canişinlik yanında məsləhət şurasının sədri təyin edilmişdir. Q.Orbelianiyə canişinin Tiflisdə olmadığı vaxtlarda onu əvəzləmək səlahiyyəti verilmişdir. Canişinlikdə məsləhət şurasının sədri vəzifəsində qalmaqla o, 1860-cı ildə Tiflisin general-qubernatoru vəzifəsinə təyin edilmişdir. Qriqori Cambakurian-Orbeliani 21 mart 1883-cü ildə vəfat edib.
Ruben Orbeli
Ruben Abqaroviç Orbeli (erm. Ռուբեն Աբգարի Օրբելի; 26 yanvar 1880, Naxçıvan — 9 may 1943, Moskva) — Sovet arxeoloq, tarixçi və hüquqşünası. Sovet sualtı arxeologiyasının banisi. Leon və İosif Orbelinin böyük qardaşı. == Həyatı == Ruben Orbeli 1880-c il yanvarın 26-da Naxçıvan şəhərində orta nəcib ailədə anadan olmuşdur. Tiflisdə 3-cü orta klassik gimnaziyanı bitirdikdən sonra Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Orbeli 1904-cü ildən 1906-cı ilə magistratura cəmiyyətində çalışmış və o Sankt-Peterburq Dövlət Universitetinin hüquqi cəmiyyətin bir üzvü seçilib. Bu müddət ərzində o, biliklərini təkmilləşdirilmək üçün Almaniyaya (Yena Universiteti) göndərildi. 1918-ci ildə Ruben Orbeli Tambov Dövlət Universitetinin təsisçisi biri oldu və burada mühazirə oxudu. Bundan sonra o, Sankt-Peterburq Dövlət Universitetinin qayıtdı və onun SSRİ Elmlər Akademiyasının filialı işləməyə başladı.
Stepanos Orbelyan
Stepanos Orbelyan (erm. Ստեփանոս Օրբելյան, 1250 – 1303) – Orbeli sülaləsindən olan tarixçi, kilsə xadimi, “Sisakan ölkəsinin tarixi” əsərinin müəllifi. == Bioqrafiya == Stepanos Orbelyan Sünik ərazisində yerləşən Çxuk havarında (müasir Sisiyan şəhərinin ərazisi) doğulmuşdur. Sünikin knyaz sülaləsi olan Orbelyanlar nəslindəndir. Gəncliyində Sünik knyazı olan əmisi Smbat Orbelyan tərəfindən övladlığa götürülmüşdür. Stepanos yaxşı təhsil almış və 1280-ci ildə dini fəaliyyət üçün icazə almışdır. 128ə-ci ildə Kilikiya Erməni Çarlığına səfər etmiş və buradan erməni katolikosu II Konstantin Pronaqorç tərəfindən Sünikə yepiskop göndərilmişdir. Bu haqda tarixçi özü məlumat verir. Stepanos Orbelyan ən qədim dövrlərdən başlayaraq Sünikin tarixindən bəhs edən “Sisakan ölkəsinin tarixi” əsərinin müəllifi kimi məşhurdur. Stepanos Orbelyan 1303 -1304-cü ildə vəfat edib və Noravəng monastırında Orbelyanların ailə türbəsində dəfn edilib.
Sulxan-Saba Orbeliani
Sulxan-Saba Orbeliani (gürcücə: სულხან-საბა ორბელიანი) (1658-1725) – Gürcü yazıçısı, monax və siyasətçi. == Həyatı == Knyaz nəslindən olan Sulxan-Saba Orbeliani Borçalının İndiki Bolnisi rayonunun tabeçiliyində olan Tanziya kəndində anadan olmuşdur. 1689-cu ildən David Qaraca monastrında Saba ləqəbi ilə monax olmuş, 1692-ci ildən buranı katolik kilsəsinə çevirmişdir. 1703-cü ildən Kartli çarlığında diplomatik xidmətlə məşğul olmuşdur. Orbelianinin ictimai fəaliyyətinin əsas qayəsini cəmiyyətin ali zümrəsini katolikləşdirmək olmuşdur. 1713-16-cı illərdə o, gürcü çarı VI Vaxtanqın timsalında buna xeyli dərəcədə nail ola bilmişdir. O, bu kimi fəaliyyətinə görə Gürcü Ortodoks Apostol Kilsəsinin təhdidləri ilə üzbəüz qalmışdır. 1719-cu ildə ortodoks kilsənin iclasında məruz qaldığı ittihamlardan sonra cəmiyyətdən izolə edilən və uğursuzluqlara düçar olan Orbeliani 1724-cü ildə çar Vaxtanqla birlikdə Rusiyaya mühacirət etmiş, ömrünün sonunadək orada yaşamışdır.
Vaxtanq Orbeliani
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;5 aprel 1812 – 29 sentyabr 1890, Tiflis) — gürcü şairi, romantiki, knyazı və general-mayoru. == Nəsl şəcərəsi == Gürcüstanın qədim aristokrat nəslinin nümayəndəsi idi. O, Polkovnik knyaz Vaxtanq Dmitriyeviç Orbelianinin (1769–1.03.1812) və Kartli-Kaxeti çarlığının sonuncudan əvvəlki çarı olan II İraklinin qızı knyaginya Təklə Baqrationinin (Fekla) (1776–1846) oğlu idi. == Həyatı == Vaxtanq Orbeliani 1812-ci il aprelin 5-də anadan olub. Onun atası, polkovnik Vaxtanq Dimitriyeviç Orbeliani gələcək şairin anadan olmasına iki ay qalmış üsyankar Kaxetiya kəndliləri tərəfindən öldürülüb. Atanın xatirəsinə oğula Vaxtanq adı verildi. Vaxtanqın anası Təklə Orbeliani çar II İraklinin ən kiçik sevimli qızı idi. Balaca Vaxtanq on üç yaşına qədər anasının himayəsi altında böyümüşdü. Anası ona oxumağı və yazmağı öyrətmişdi və Vaxtanqın dünyagörüşü onun təsiri altında formalaşmışdı.
İosif Orbeli
İosif Abqaroviç Orbeli (rus. Ио́сиф Абга́рович Орбе́ли, erm. Հովսեփ Աբգարի Օրբելի; 8 (20) mart 1887, Kutaisi, Rusiya imperiyası – 2 fevral 1961, Leninqrad) — SSRİ şərqşünası və ictimai xadimi, SSRİ Elmlər Akademiyasının akademiki (1935), Ermənistan SSR Elmlər Akademiyasının akademiki və onun ilk prezidenti (1943–1947), 1934–1951-ci illərdə "Ermitaj"ın direktoru. == Həyatı == İosif Orbeli 8 mart 1887-ci ildə Rusiya imperiyasının Kutaisi şəhərində, erməni ailəsində anadan olmuşdur. Onun atası dövlət müşaviri, hüquqşünas Abqar İosifoviç Orbeli və anası knyaz qızı Varvara Moiseyevna Arqutinskaya-Dolqoruka olmuşdur. Ana tərəfdən babası Moisey Pavloviç Arqutinski Tiflis Şəhər Dövlət İdarəsi mənzil komissiyasının kollegial eksperti və mühasibi olmuşdur.Atasının babası İosif Orbeli Lazarevski İnstitutunu bitirmişdi. Atası Abqar Obreli Sankt-Peterburq Universiteti, atasının qardaşları David və Amazasp Orbeli, eləcə də böyük qardaşları Ruben və Levon Orbeli də universitet təhsili almışdılar. Mixail Piotrovski İosif Orbelini "nümunəvi erməni-rus alimi" adlandırırmışdır. Orbeli 1906–1917-ci illərdə Ani qazıntılarında iştirak etmişdir. O, bu ərazidə yerləşən memarlıq abidələri haqqında hərtərəfli məlumat əldə etməyə kömək edən bələdçi kitabça nəşr etmişdir.

Oxşar sözlər

#orbe nədir? #orbe sözünün mənası #orbe nə deməkdir? #orbe sözünün izahı #orbe sözünün yazılışı #orbe necə yazılır? #orbe sözünün düzgün yazılışı #orbe leksik mənası #orbe sözünün sinonimi #orbe sözünün yaxın mənalı sözlər #orbe sözünün əks mənası #orbe sözünün etimologiyası #orbe sözünün orfoqrafiyası #orbe rusca #orbe inglisça #orbe fransızca #orbe sözünün istifadəsi #sözlük