Orbelian sözü azərbaycan dilində

Orbelian

Yazılış

  • Orbelian • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

OBASTAN VİKİ
Məryəm Cambakur-Orbeliani
Məryəm Vaxtanqovna Cambakur-Orbeliani (gürc. მარიამ ჯამბაკურ-ორბელიანი; 22 avqust 1852 – 1941) — Gürcü knyaginyası, mesenat, ictimai xadim, müəllim, femenist. Gürcü knyazı general-mayor Vaxtanq Orbelianinin qızı. Məryəm Orbeliani Qeyri qəsmi olaraq elmi və bədii ədəbiyyatda Gürcüstanın sonuncu çariçası adlandırılır. == Həyatı == Knyaginya Məryam Orbeliani 1852-ci il avqustun 22-də gürcü şairi general-mayor knyaz Vaxtanq Orbeliani və Yekaterina İlyinskayanın ailəsində anadan olub. Ailədə Məryəmindın başqa bir oğul da var idi. Bu gələcək vəkil knyaz Nikolay Orbeliani idi. Məryəm Orbeliani 1870-ci ildə Tiflis qadın kurslarında təhsilini başa vurduqdan, sonra Zadəgan Maarif Cəmiyyətinin Məktəbinə daxil oldu. == İctimai fəaliyyəti == 1879-cu ildə Məryəm Orbeliani gürcülər arasında Savadlılığın Təşviqi Cəmiyyətinin yaradıcılarından biri oldu. O, 33 il ərzində qadın müəllimlərin hüquqlarının müdafiəsi və qadınların təhsil müəssisələrinə işə qəbulu ilə məşğul olan Qadın Müəllimlər Cəmiyyətinə də rəhbərlik edib.
Qriqori Cambakurian-Orbeliani
Qriqori Dmitriyeviç Cambakurian-Orbeliani (2 (14) oktyabr 1804, Tiflis, Gürcüstan quberniyası – 21 mart (2 aprel) 1883, Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası) — rus generalı, gürcü şairi. == Həyatı == Qriqori Dmitriyeviç Cambakurian-Orbeliani 2 oktyabr 1804-cü ildə anadan olmuşdu. Qriqori Cambakurian-Orbeliani XIX əsrin otuzuncu illərdə gürcü taxt-tacının bərpası uğrunda mübarizə aparan qrupün üzvü olmuş, üsyan planının üstü açılandan sonra sürgün edilmişdir. 1837-ci ildə sürgündən qayıdandan sonra yenidən hərbi xidmətə qayıtmışdır. Təxminən on beş il Dağıstanda Şamilin başçılığı altında fəaliyyət göstərən müridizm hərəkatı üzvlərinə qarşı hərbi əməliyyatlarda iştirak etmişdir. Qriqori Cambakurian-Orbeliani 1858-ci ildə Qafqaz canişini knyaz Baryatinskinin dəvəti ilə Tiflisə qayıtmış və canişinlik yanında məsləhət şurasının sədri təyin edilmişdir. Q.Orbelianiyə canişinin Tiflisdə olmadığı vaxtlarda onu əvəzləmək səlahiyyəti verilmişdir. Canişinlikdə məsləhət şurasının sədri vəzifəsində qalmaqla o, 1860-cı ildə Tiflisin general-qubernatoru vəzifəsinə təyin edilmişdir. Qriqori Cambakurian-Orbeliani 21 mart 1883-cü ildə vəfat edib.
Sulxan-Saba Orbeliani
Sulxan-Saba Orbeliani (gürcücə: სულხან-საბა ორბელიანი) (1658-1725) – Gürcü yazıçısı, monax və siyasətçi. == Həyatı == Knyaz nəslindən olan Sulxan-Saba Orbeliani Borçalının İndiki Bolnisi rayonunun tabeçiliyində olan Tanziya kəndində anadan olmuşdur. 1689-cu ildən David Qaraca monastrında Saba ləqəbi ilə monax olmuş, 1692-ci ildən buranı katolik kilsəsinə çevirmişdir. 1703-cü ildən Kartli çarlığında diplomatik xidmətlə məşğul olmuşdur. Orbelianinin ictimai fəaliyyətinin əsas qayəsini cəmiyyətin ali zümrəsini katolikləşdirmək olmuşdur. 1713-16-cı illərdə o, gürcü çarı VI Vaxtanqın timsalında buna xeyli dərəcədə nail ola bilmişdir. O, bu kimi fəaliyyətinə görə Gürcü Ortodoks Apostol Kilsəsinin təhdidləri ilə üzbəüz qalmışdır. 1719-cu ildə ortodoks kilsənin iclasında məruz qaldığı ittihamlardan sonra cəmiyyətdən izolə edilən və uğursuzluqlara düçar olan Orbeliani 1724-cü ildə çar Vaxtanqla birlikdə Rusiyaya mühacirət etmiş, ömrünün sonunadək orada yaşamışdır.
Vaxtanq Orbeliani
Aleksandr Vissarionoviç Abaşeli (gürc. ალექსანდრე (ისააკ) ბესარიონის ძე აბაშელი;5 aprel 1812 – 29 sentyabr 1890, Tiflis) — gürcü şairi, romantiki, knyazı və general-mayoru. == Nəsl şəcərəsi == Gürcüstanın qədim aristokrat nəslinin nümayəndəsi idi. O, Polkovnik knyaz Vaxtanq Dmitriyeviç Orbelianinin (1769–1.03.1812) və Kartli-Kaxeti çarlığının sonuncudan əvvəlki çarı olan II İraklinin qızı knyaginya Təklə Baqrationinin (Fekla) (1776–1846) oğlu idi. == Həyatı == Vaxtanq Orbeliani 1812-ci il aprelin 5-də anadan olub. Onun atası, polkovnik Vaxtanq Dimitriyeviç Orbeliani gələcək şairin anadan olmasına iki ay qalmış üsyankar Kaxetiya kəndliləri tərəfindən öldürülüb. Atanın xatirəsinə oğula Vaxtanq adı verildi. Vaxtanqın anası Təklə Orbeliani çar II İraklinin ən kiçik sevimli qızı idi. Balaca Vaxtanq on üç yaşına qədər anasının himayəsi altında böyümüşdü. Anası ona oxumağı və yazmağı öyrətmişdi və Vaxtanqın dünyagörüşü onun təsiri altında formalaşmışdı.
#orbelian nədir? #orbelian sözünün mənası #orbelian nə deməkdir? #orbelian sözünün izahı #orbelian sözünün yazılışı #orbelian necə yazılır? #orbelian sözünün düzgün yazılışı #orbelian leksik mənası #orbelian sözünün sinonimi #orbelian sözünün yaxın mənalı sözlər #orbelian sözünün əks mənası #orbelian sözünün etimologiyası #orbelian sözünün orfoqrafiyası #orbelian rusca #orbelian inglisça #orbelian fransızca #orbelian sözünün istifadəsi #sözlük