Orbison sözü azərbaycan dilində

Orbison

Yazılış

  • Orbison • 50.0000%
  • orbison • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Roy Orbison
Roy Kelton Orbison (ing. Roy Kelton Orbison; 23 aprel 1936–6 dekabr 1988) — "Böyük O" (The Big O) ləqəbi ilə tanınan amerikalı müğənni və bəstəkar. Özünəməxsus səs tembri, mürəkkəb musiqi kompozisiyaları və gərgin emosional balladaları ilə məşhurluq qazanmışdır. Orbison Texasda böyümüş və orta məktəbdə ikən rokabilli/kantri və vestern musiqi qruplarında ifa etməyə başlamışdır. Ən böyük uğurlarını 1960–1964-cü illərdə Monument Records şirkətində yazdırdığı və Billboard Top Forty siyahısında yer alan 22 mahnısı ilə qazanmışdır, o cümlədən "Only the Lonely", "Crying" və "Oh, Pretty Woman". 1970-ci illərdə karyerasında durğunluq yaşansa da, bəzi mahnılarının kaver-versiyalarının ifası və Devid Linçin 1986-cı ildə çəkdiyi "Blue Velvet" filmində onun "In Dreams" mahnısının ifa edilməsi, Orbisonun karyerasını yenidən canlandırdı. 1988-ci ildə o, Corc Harrison, Bob Dilan, Tom Petti və Ceff Linnlə birlikdə "Traveling Wilburys" superqrupuna qoşulur və həmin il yeni solo albomunu buraxır. Roy Orbison 6 dekabr 1988-ci ildə Tennessidə, anasının evində ürək tutmasından vəfat etmişdir. O ard-arda müxtəlif faciələrlə üzləşmişdi, birinci həyat yoldaşının və iki böyük oğlunun müxtəlif hadisələrdə ölümü onu sarsıtmışdı. == Mükafatları == 1987-ci ildə Orbison "Rok-n-roll Şərəf zalına" və "Naşvill bəstəkarların Şərəf zalına", 1989-cu ildə isə "Beynəlxalq bəstəkarlar assosiasiyasının Şərəf zalı"na qəbul edilmişdir.

Oxşar sözlər

#orbison nədir? #orbison sözünün mənası #orbison nə deməkdir? #orbison sözünün izahı #orbison sözünün yazılışı #orbison necə yazılır? #orbison sözünün düzgün yazılışı #orbison leksik mənası #orbison sözünün sinonimi #orbison sözünün yaxın mənalı sözlər #orbison sözünün əks mənası #orbison sözünün etimologiyası #orbison sözünün orfoqrafiyası #orbison rusca #orbison inglisça #orbison fransızca #orbison sözünün istifadəsi #sözlük