Ordubadi sözü azərbaycan dilində

Ordubadi

Yazılış

  • Ordubadi • 99.7812%
  • ordubadi • 0.1459%
  • ORDUBADİ • 0.0729%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ordubadi
Ordubadi — çox işlədilən təxəllüs.
Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Kazım Ordubadi
Kazım Ordubadi (1919, Şiraz – 2002) — rəssam. == Həyatı == 1919-cu ildə Şirazda dünyaya gəlmişdir.Atası Məhəmmədhəsən Kompani və anası Rafiyə Ordubadi idi.Onun babalarının hər ikisi, Hacı Məhəmməd Tacir və Hacı Abbas Ordubadi,Naxçıvandan Şiraza köçmüşlər. == Xarici keçidlər == "Kazım Ordubadi". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-12.
Möhtərəm Ordubadi
Möhtərəm Ordubadi — şair. == Həyatı == XIX əsrdə Ordubadda yaşayıb. Əncüməni şüəra ədəbi məclisinin üzvü olub. Fars dilində də yazmışdır. Azərbaycan Milli Elmər Akademiyası Əlyazmalar İnstututunda saxlanılan bəzi cünglərdə şeirlərindən nümunələr mühafizə edilmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 326.
Ziya Ordubadi
Ziyai Ordubadi (?–1520/1521, Təbriz) – XVI əsr Azərbaycan şairi. == Həyatı == Mənbələrin verdiyi məlumata görə, özbək hökmdarı Sultan Hüseyn Bayqaranın zamanında Herata köçmüş, özbək klassik ədəbiyyatının banisi Əmir Əlişir Nəvai ilə yaxın olmuşdur. Ömrünün sonlarına doğru Ordubada qayıtmış, daha sonra Təbrizə gedərək, orada vəfat etmişdir. Əlişir Nəvainin "Məcalisün-nəfais", Sam Mirzənin "Töhfeyi-Sami", Lütfəli bəy Azərin "Atəşkədə" təzkirələrində, Şəmsəddin Saminin "Qamüsül-aləm"ində (c.4) Ziyai Ordubadidən bəhs edilmişdir. Şeirlərindən nümunələr Azərbaycan Milli EA Əlyazmalar İnstitutunda saxlanılan bir sıra cünklərdə mühafizə olunmuşdur. Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir. == İstinadlar == == Ədəbiyyat == Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, B., 1987, səh. 156.
Ziyai Ordubadi

İbrahim Ordubadi
İbrahim Ordubadi (Ordubad – İsfahan) — XVII əsr Azərbaycan şairi. == Bioqrafiyası == İbrahim Ordubadi Azərbaycan sadatlarından (seyidlərindən) və riyaziyyatçı Məhəmmədbağır Yəzdinin kürəkəni idi. O, Hindistana Şahcahanın sarayına getdi və onun vəziri əzəminin uşaqlarının təlim və tədris məsulu oldu. Sonra İsfahana getdi və orada vəfat etdi.
Şahhüseyn Ordubadi
Şahhüseyn Ordubadi — şair == Həyatı == XV əsrdə yaşayıb. Gənc yaşlarından Xorasana gedib zəkası və biliyi sayəsində böyük şöhrət qazanmışdır. Əlişir Nəvainin (1441-1501) məclislərində iştirak etmiş, burada şeirlərini oxuyaraq,bir neçə dəfə mükafat və ənam almışdır. Qəsidələrinin çoxu müəmma formasındadır. == Ədəbiyyat == Tərbiyət M., Danişməndani-Azərbaycan,Bakı., 1987. səhifə.416-417.
Əbülqasim Ordubadi
Əbül-Qasim Ordubadi (dekabr 1857, Təbriz – 17 iyun 1915, Həmədan) — Azərbaycanlı İslam alimi, müctəhid (mərceyi-təqlid), ayətullah. == Həyatı == Ayətullah Mirzə Əbül-Qasim ibn Məhəmməd Təqi ibn Məhəmməd Qasim ibn Əbdi-Əli Ordubadi Nəcəfi əslən Ordubad məntəqəsindən idi, hicri 1274-cü il cəmadiyül-əvvəl ayında (təqribən miladi 1858-ci il) Təbrizdə anadan olmuşdu. İbtidai təhsilini aldıqdan sonra Əbül-Qasim Ordubadi İraqa gedib, Nəcəf hövzəsinə daxil olur. O, fiqh, üsuli-fiqh, hədis, rical və s. elmləri mənim¬səmək üçün öz dövrünün məşhur alimlərindən sayılan Fazil İrəvani, Fazil Ərdəkani, Şeyx Məhəmməd Hüseyn Kazimi və Molla Əli Nəhavəndidən dərs alır. Əbül-Qasim Ordubadi həmçinin, Samirə şəhərində Ayətullahül-üzma Mirzayi-Şirazinin, Kazimeyndə Ayətullah Məhəmməd Həsən Ali-Yasinin dərslərinə qatılır. Bəzi biblioqraflar onun müəlimləri sırasında Molla Hüseynqulu Həmədaninin də adını qeyd etmişlər. Hədis elmi sahəsində isə onun əsas müəllimi Şeyx Məhəmməd Taha Nəcəf olmuşdur. Əbül-Qasim Ordubadinin ictihad qabiliyyətini Fazil Şərabiyani, Şeyx Zeynül-abidin Mazandarani Hairi, Mirzayi-Şirazi kimi alimlər təsdiq etmişlər. Müdərris Təbrizinin “Reyhanətül-ədəb”, İsfahaninin “Əhsənül-vədiə” kitablarında Əbül-Qasim Ordubadi “fəzilətli alim, kamil ədib, üsul və rical elmlərini gözəl bilən fiqh mütəxəssisi, cəfəri məzhəbi fəqihlərinin seçilmişi, öz dövründə şiələrin mərceyi-təqlidi, rical elmində məharətli” və sair epitetlərlə təqdim edilir, rical şəxsiyyətləri barələ məlumat dairəsində, hafizədə, dostluq və ünsiyyət möhkəmliyində, davranış və rəftarda, səliqədə çox üstün məqama malik olduğu vurğulanır.
Ətiq Ordubadi
Ətiq Ordubadi — XVI əsrin görkəmli xəttatı Şah İsmayılın dəftərxanasında münşilik təcrübəsi alan,"tuğrayi‐şahi" adlanan xətt növünü ixtira edən Ətiq Ordubadi dövrünün tanınmış sənətkarlarından olmuşdur. Araşdırmamız zamanı aydın oldu ki, tuğra, padişahın adı və ləqəbi yazılan möhür mənasına gəlir. Tuğra, xəttatlıq sənaətinin bir qolu olmuş və yüz illərcə usta xəttatlar tərəfindən istifadə olunmuşdur. Türk dilində söz olaraq padşahın adını ehtiva edən xüsusi bir işarə, padşahın imzası kimi mənalar da ifadə edir. Oğuz ləhcəsində isə bu söz tuğrağ şəklindədir, hökmdarın möhürü mənasını ifadə edir. Qeyd edək ki, M. Tərbiyət özünün "Danişməndani-Azərbaycan" əsərində də bu haqda məlumat vermişdir: "Ətiq Ordubadi sonralar dəftərxanadakı vəzifəsini tərk etmiş, Məşhəd məqbərəsi ziyarətgahının işlər müdiri olmuş, uzun müddət orada yaşayaraq, Şahrux mədrəsəsi yanında özünə məqbərə tikdirmişdir". Mənbələrdən əldə etdyimiz məlumatlarda onun təmkinli, alicənab və saf savada malik insan olduğunu görürük. Şah İsmayıl dəftərxanasında xüsusi hörmətə malik olan Ətiq Ordubadi haqqında bir çox təzkirədə məlumat verilmişdir..
Hatəm bəy Ordubadi
Hatəm bəy Ordubadi (XVI əsr, Ordubad – 1610-cu illər, Urmiya) — məşhur dövlət xadimi, şair, I Şah Abbasın baş vəziri. Nəsirəddin Tusinin törəmələrindəndir. Atası Məlik Bəhram Ordubadın kəlantəri idi. Hatəm bəy Ordubadi, bir müddətdə Xoy hakimi Dolubudaq Rumlunun vəziri olmuşdur. Sonra Kirman hakimi Vəli xan Əfşar və oğlu Beyktaşın vəziri olubdur. Azərbaycan, Ərəb və fars dillərini mükəmməl bilirdi. Hətəm bəy Ordubadi Nəsrəddin Tusinin törəmələrindəndir. Hətəm bəy Ordubadinin qəbri Xorasandadır.
M.S.Ordubadi
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Naxçıvan qəzası – 1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: "Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim.
Mirzə Sadiq Ordubadi
Mirzə Sadiq Ordubadi (?-?) - Şərq şairi (XVI əsr). == Həyatı == Həyatı haqqın da məlumat çox azdır. 1562-ci ildə Hindistana getmiş, biliyi və istedadı, şirin söhbəti, gözəl rəftarı, xoş xisləti və təmiz əxlaqı ilə şöhrət qazanmışdır. Fars dilində yazmışdır. Rübai janrına daha çox meyl göstərmiş, bu janrda aşiqanə və fəlsəfi məzmunlu əsərlər, o cümlədən Cəlaləddin Dəvvani və Əbdürrəhman Caminin rübailərinə cavab və nəzirələr yazmış, onların şeirlərini şərh etmişdir. Sadıq bəy Avşar (Sadiqi) "Məcməül-xəvas" (1599) təzkirəsində M. S. O.-nin həcv deməkdədə mahir olduğunu qeyd etmişdir. Bəzi mənbələrə görə ("Həft iqlim" təzkirəsi və s.) Böyük Moğol hökmdarı Sultan Əkbər Cəlaləddin şah [1556-1605] Dəkkəni aldıqdan sonra burada dövlət qulluğunda çalışan M. S. O. Qəribguş qəsəbəsin də öldürülmüşdür. == Mənbə == Tərbiyət M. Danişməndani-Azərbaycan, B., 1987, səh. 278-79.
Məhəmməd Əli Ordubadi
Ayətullah Məhəmməd Əli Ordubadi (18 yanvar 1895, Təbriz – 26 iyul 1960, Nəcəf) — Azərbaycanlı İslam alimi == Həyatı == Əbül-Qasim Ordubadinin oğlu Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1312-ci il rəcəb ayının 21-də (miladi 18 yanvar 1895-ci il) Təbriz şəhərində doğulmuşdur. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi. 1898-ci ildə ailə bütünlükdə Nəcəfə qayıdır. Məhəmməd Əli ibtidai təhsilini bitirdikdən sonra yüksək səviyyəli fiqh və üsuli-fiqh dərslərini oxumağa başlayır. Bu sahədə onun ilk müəllimi atası Ayətullah Əbül-Qasim Ordubadi ol¬muşdur. Atasının vəfatından sonra Məhəmməd Əli öz zəmanəsinin ən məşhur alimlərindən sayılan Ayətullahül-üzmalar Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi (Şeyx Məhəmməd Həsən Şirazinin oğlu), Şeyx Məhəmməd Hüseyn Naxçıvani Kompani və başqalarından dərs alır. O, məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində daha çox iştirak edirdi. Ordubadi təqribən 30 nəfər məşhur alimin dilindən hədis rəvayət edirmiş. Müasirləri bu böyük şəxsiyyətin şeir və ədəbiyyatda misilsiz istedad sahibi olduğunu qeyd etmişlər. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir, Peyğəm¬bərin və Əhli-beytin barəsindədir; fars dilində şeirləri də vardır.
Məhəmmədqulu Salik Ordubadi
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Xanağa, Naxçıvan xanlığı – 1861, Xanağa, Naxçıvan qəzası) — Əncüməni-şüəra məclisinin fəal üzvlərindən və ilk rəhbərlərindən biri == Həyatı == Əncüməni-şüəra məclisinin fəal üzvlərindən Salik Ordubadi haqqında ilk məlumata Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" adlı təzkirəsində rast gəlirik. Məhəmmədəli Tərbiyət bu əsərində "Salik" təxəllüslü şairlər sırasında Salik Ordubadinin də adını çəkmiş və haqqında çox bəsit məlumat verərək yazmışdır: "Salik Ordubadi – hicri-qəməri XIII əsr (miladi XIX) söz ustalarındandır. Onun şeirləri Türk dilindədir M. Tərbiyət çox güman ki, Salikin əlyazma divanından xəbərsiz olduğundan onun əsərlərinin yalnız Türk dilində olduğunu söyləmişdir. Halbuki şairin əlimizdə olan divanı həcmcə çox geniş olub, həm Türk, həm cığatay, həm də fars və ərəb dillərindədir. Bu divanı ilk dəfə Ordubadın tanınmış maarif xadimlərindən olan mərhum Əli Qənbərli tapmışdır. 25–30 il bundan öncə Ordubadın Xanəgah (indiki Xanağa) kəndindəki qədim müqəddəs pir uçmuş və oradan xeyli kitablar çıxmışdır. Əli Qənbərli ərəb əlifbasını bildiyi üçün həmin kəndə dəvət olunmuş və pirdəki kitabların içərisindən Salikin də divanını tapıb öz arxivində saxlamışdır. Bu divanın fotosurətini mən sonralar doktorluq mövzumla ("XIX əsr Ordubad ədəbi mühiti") əlaqədar olaraq çox çətinliklə əldə etmiş və çapa hazırlayıb Təbrizdə əski əlifba ilə nəşr etdirmişəm.1 Divanın fotosurətini mənə hörmətli alimlərimizdən olan mərhum Yolçu Piriyev vermişdir. Bu lütfkarlığına və xeyirxahlığına görə allahdan ona rəhmət diləyirəm. Məzarı nurla dolsun.
Məmməd Səid Ordubadi
Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Naxçıvan qəzası – 1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: "Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim.
Hacı ağa Fəqir Ordubadi
Hacı ağa Fəqir Ordubadi (1836, Ordubad – 1886, Ordubad, Naxçıvan qəzası) — görkəmli Azərbaycan nasiri Məmməd Səid Ordubadiinin atası, dövrünün tanınmış ziyalısı və şairi. == Həyatı == Hacı ağa Fəqir Ordubadi 9 yanvar 1836-cı ildə Ordubadda kiçik tacir ailəsində anadan olmuşdur. Atası Məhəmməd ticarət işləri ilə əlaqədar olaraq tez-tez İrana, Təbriz, Marağa, Şiraz və başqa şəhərlərə gedər, bəzən oğlu Hacağanı da özü ilə birlikdə aparardı. Odur ki, gəzdiyi yerlər və şahidi olduğu hadisələr hələ kiçik yaşlarından Fəqirin dünyagörüşünə təsir etmiş, onun gələcək inkişafında müsbət rol oynamışdır. Firidun bəy Köçərlinin tədqiqatlarından məlum olur ki, Fəqir Ordubadi Şirazda təhsil almış, ərəb və fars dillərini orada mükəmməl öyrənmişdir. M. S. Ordubadi atası haqqında yazır ki, "atam Hacıağa Fəqir, Şah Abbasın yanında böyük mərtəbə qazanmış məşhur şair Mirzə Hatəm Ordubadinin nəvəsidir. Atam İran Azərbaycanının Dizmar mahalından, Üştibin kəndindən olan Pənah adlı bir bağbanın qızı ilə evlənib ailə qurmuşdur. Nəsillikcə məşhur şair Nəbatiyə qohum sayılan bu ailə "yerli Həsənabad xanlarının qarət və qırğınından" yaxa qurtarmaq üçün baş götürüb qaçmış və Ordubadda məskən salmışdı. Hacıağa bu ailədən evləndiyi zaman həddindən artıq yoxsulluq içərisində yaşayırdı. Məhz buna görə də şerlərində "Fəqir" təxəllüsünü işlədirdi"[mənbə göstərin].
Mirzə Talıb xan Ordubadi
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri. == Həyatı == Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir.1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi
Ayətullah Məhəmməd Əli Ordubadi (18 yanvar 1895, Təbriz – 26 iyul 1960, Nəcəf) — Azərbaycanlı İslam alimi == Həyatı == Əbül-Qasim Ordubadinin oğlu Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi hicri 1312-ci il rəcəb ayının 21-də (miladi 18 yanvar 1895-ci il) Təbriz şəhərində doğulmuşdur. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi. 1898-ci ildə ailə bütünlükdə Nəcəfə qayıdır. Məhəmməd Əli ibtidai təhsilini bitirdikdən sonra yüksək səviyyəli fiqh və üsuli-fiqh dərslərini oxumağa başlayır. Bu sahədə onun ilk müəllimi atası Ayətullah Əbül-Qasim Ordubadi ol¬muşdur. Atasının vəfatından sonra Məhəmməd Əli öz zəmanəsinin ən məşhur alimlərindən sayılan Ayətullahül-üzmalar Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi (Şeyx Məhəmməd Həsən Şirazinin oğlu), Şeyx Məhəmməd Hüseyn Naxçıvani Kompani və başqalarından dərs alır. O, məşhur təfsirçi Şeyx Məhəmməd Cavad Bəlağinin dərslərində daha çox iştirak edirdi. Ordubadi təqribən 30 nəfər məşhur alimin dilindən hədis rəvayət edirmiş. Müasirləri bu böyük şəxsiyyətin şeir və ədəbiyyatda misilsiz istedad sahibi olduğunu qeyd etmişlər. Onun şeirlərinin əksəriyyəti ərəb dilindədir, Peyğəm¬bərin və Əhli-beytin barəsindədir; fars dilində şeirləri də vardır.
Məmməd Səid Ordubadinin ev muzeyi
Məmməd Səid Ordubadinin Ev Muzeyi – tanınmış Azərbaycan ədibi M. S. Ordubadinin anadan olduğu evdə yaradılmış muzey. == Tarixi == Muzey, M. S. Ordubadinin anadan olmasının 100 illiyi münasibəti ilə 1972 – ci ilin iyununda ədibin anadan olduğun mənzildə yaradılmışdır. Muzey hal hazırda Naxçıvan MR Mədəniyyət Nazirliyi nəzdindədir. == Ekspozisiya == Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M. S. Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey eyni zamanda M. S. Ordubadinin ədəbi irsinin öyrənilməsi sahəsində də fəaliyyət göstərir.
Məmməd Səid Ordubadinin ev muzeyi (Bakı)
Məmməd Səid Ordubadinin Ev Muzeyi — tanınmış Azərbaycan ədibi Məmməd Səid Ordubadinin Bakı şəhərində yaşayıb, fəaliyyət göstərdiyi evdə yaradılmış muzey. Muzey Bakı şəhəri, Xaqani küçəsi 19 ünvanında yerləşir. == Tarixi == Muzey Azərbaycan SSR-in direktiv orqanlarının 16 iyun 1976-cı il tarixli qərarı ilə 31 oktyabr 1979-cu ildə ədibin 1938-ci ildən ömrünün sonunadək yaşayıb yaratdığı mənzildə təşkil olunmuşdur. Muzey hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. == Ekspozisiyası == Muzeyin fondunda 2000-ə yaxın eksponat toplanmışdır. Onlardan 300-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir. Ekspozisiya ümumi sahəsi 60 m² olan iki otaqda yerləşir. Yazıçının həm iş, həm də qonaq otağı olmuş birinci otaqda, məişət əşyaları, mebel, o cümlədən, arxasında məşhur tarixi romanlarını qələməaldığı yazı masası, fotoşəkillər, qrafika və yağlı boya ilə işlənmiş rəsm əsərləri, kitablar toplanmışdır. Otağın görünüşü, ədibin həyatının son dəqiələrində olduğui kimi qorunub saxlanmışdır. İkinci otaq, M.S.Ordubadinin bütün yaradıcılığını əks etdirir.
Məmməd Səid Ordubadinin ev muzeyi (Naxçıvan)
Məmməd Səid Ordubadinin Ev Muzeyi – tanınmış Azərbaycan ədibi M. S. Ordubadinin anadan olduğu evdə yaradılmış muzey. == Tarixi == Muzey, M. S. Ordubadinin anadan olmasının 100 illiyi münasibəti ilə 1972 – ci ilin iyununda ədibin anadan olduğun mənzildə yaradılmışdır. Muzey hal hazırda Naxçıvan MR Mədəniyyət Nazirliyi nəzdindədir. == Ekspozisiya == Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M. S. Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey eyni zamanda M. S. Ordubadinin ədəbi irsinin öyrənilməsi sahəsində də fəaliyyət göstərir.
Ordubadilər sülaləsi
Ordubadilər — orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən olan fars zadəgan sülaləsi. Sülalə Azərbaycanın Ordubad şəhərindəndir və ilk dəfə monqol işğalları dövrünə aid mənbələrdə adına rast gəlinir. Daha sonra Ordubadilərin adı Səfəvilər imperiyasının qurulduğu dövrə qədər mənbələrdən itir. Sülalənin banisi Bəhram xan Ordubadi Səfəvi şahı I İsmayıla (1501-1524) xidmət etmişdir. I İsmayıl onu Ordubadın kələntəri (şəhər inzibаti və mülki idаrələrinin bаşçısı) vəzifəsinə təyin etmişdir. Bəhramın vəzifəsini oğlu Hatəm davam etdirmiş və bəy titulunu almışdır. 1591-ci ildə Hatəm bəy Səfəvi şahı I Abbasın (1587-1629) vəziri təyin edilmişdir. Onun oğlu Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən öldürülənə qədər 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri olmuşdur. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi.Ordubadilər sülaləsinin digər bir üzvü, Mirzə Əbülhüseyn bəy Ordubadi I Səfinin hakimiyyət dövrünün əvvəllərində xəzinədar (müstəvfi al-mamalik) kimi xidmət etmişdir.
Məmməd Səid Ordubadinin ev-muzeyi (Bakı)
Məmməd Səid Ordubadinin Ev Muzeyi — tanınmış Azərbaycan ədibi Məmməd Səid Ordubadinin Bakı şəhərində yaşayıb, fəaliyyət göstərdiyi evdə yaradılmış muzey. Muzey Bakı şəhəri, Xaqani küçəsi 19 ünvanında yerləşir. == Tarixi == Muzey Azərbaycan SSR-in direktiv orqanlarının 16 iyun 1976-cı il tarixli qərarı ilə 31 oktyabr 1979-cu ildə ədibin 1938-ci ildən ömrünün sonunadək yaşayıb yaratdığı mənzildə təşkil olunmuşdur. Muzey hazırda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdindədir. == Ekspozisiyası == Muzeyin fondunda 2000-ə yaxın eksponat toplanmışdır. Onlardan 300-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir. Ekspozisiya ümumi sahəsi 60 m² olan iki otaqda yerləşir. Yazıçının həm iş, həm də qonaq otağı olmuş birinci otaqda, məişət əşyaları, mebel, o cümlədən, arxasında məşhur tarixi romanlarını qələməaldığı yazı masası, fotoşəkillər, qrafika və yağlı boya ilə işlənmiş rəsm əsərləri, kitablar toplanmışdır. Otağın görünüşü, ədibin həyatının son dəqiələrində olduğui kimi qorunub saxlanmışdır. İkinci otaq, M.S.Ordubadinin bütün yaradıcılığını əks etdirir.
Məmməd Səid Ordubadinin ev-muzeyi (Naxçıvan)
Məmməd Səid Ordubadinin Ev Muzeyi – tanınmış Azərbaycan ədibi M. S. Ordubadinin anadan olduğu evdə yaradılmış muzey. == Tarixi == Muzey, M. S. Ordubadinin anadan olmasının 100 illiyi münasibəti ilə 1972 – ci ilin iyununda ədibin anadan olduğun mənzildə yaradılmışdır. Muzey hal hazırda Naxçıvan MR Mədəniyyət Nazirliyi nəzdindədir. == Ekspozisiya == Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M. S. Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey eyni zamanda M. S. Ordubadinin ədəbi irsinin öyrənilməsi sahəsində də fəaliyyət göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.71 dəfə / 1 mln.
2004 •••••••••• 2.36
2005 ••• 0.67
2006 •••••• 1.35
2007 ••••• 1.27
2008 •••••••••••• 2.92
2009 ••••••• 1.60
2010 •••••••• 1.91
2011 ••••••• 1.63
2012 •••••••••••••••••••• 5.16
2013 0.15
2014 •••••• 1.37
2015 •••••• 1.36
2016 0.17
2017 0.16
2018 ••• 0.60
2019 ••••••••• 2.23
2020 ••••••• 1.59

"ordubadi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ordubadi nədir? #ordubadi sözünün mənası #ordubadi nə deməkdir? #ordubadi sözünün izahı #ordubadi sözünün yazılışı #ordubadi necə yazılır? #ordubadi sözünün düzgün yazılışı #ordubadi leksik mənası #ordubadi sözünün sinonimi #ordubadi sözünün yaxın mənalı sözlər #ordubadi sözünün əks mənası #ordubadi sözünün etimologiyası #ordubadi sözünün orfoqrafiyası #ordubadi rusca #ordubadi inglisça #ordubadi fransızca #ordubadi sözünün istifadəsi #sözlük