ORF sözü azərbaycan dilində

ORF

Yazılış

  • ORF • 92.5000%
  • Orf • 5.0000%
  • orf • 2.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Karl Orf
Karl Orf (10 iyul 1895[…], Münhen, Bavariya Krallığı, Almaniya imperiyası – 29 mart 1982[…], Münhen, Bavariya, Qərbi Almaniya) — məşhur alman bəstəkarı, musiqişünası və pedaqoqu. == Həyatı == 10 iyul 1895-ci ildə Münhendə anadan olub. 5 yaşından fortepianoda, orqanda, violençeldə ifa edib. Sonra isə Münhen Musiqi Akademiyasında təhsil alıb. K. Orf A. Veer-Valbrunnanın, Q. Çilxeranın tələbəsi olub. 1914-cü ildə akademiyada təhsilini bitirib. 1921-1922-ci ilərdə məşhur polifonist Q. Kaminskadan dərs alıb. 1915-1919-cu ilə kimi Munhen, Monqeyndə, Darmştatda drijorluq edib. 1924-cü ildə doğma şəhərində D. Günter ilə birlikdə musiqi məktəbinin əsasını qoyub. İş təcrübəsi ərzində hətəkətlə (rəqs, gimnastika) musiqisinin sintezinin köməkliyi ilə uşaqlara musiqi tərbiyyəsi aşılayırdı.
Carmina Burana (Orf)
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir. == Məzmun == 1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi. == Təqdim == Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir.
Acacia orfota
Vachellia oerfota (lat. Vachellia oerfota) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Arealı == Misirdən şimal-şərq və şərqi Tropikal Afrikaya, Ərəbistan yarımadasından İrana qədər yayılmışdır. == Sinonimləri == Acacia oerfota (Forssk.) Schweinf. Acacia gorinii Chiov. Acacia nubica Benth. Acacia orfota sensu auct. Acacia pterygocarpa Benth. Mimosa oerfota Forssk.
Acacia orfota sensu auct.
Vachellia oerfota (lat. Vachellia oerfota) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin vachellia cinsinə aid bitki növü. == Arealı == Misirdən şimal-şərq və şərqi Tropikal Afrikaya, Ərəbistan yarımadasından İrana qədər yayılmışdır. == Sinonimləri == Acacia oerfota (Forssk.) Schweinf. Acacia gorinii Chiov. Acacia nubica Benth. Acacia orfota sensu auct. Acacia pterygocarpa Benth. Mimosa oerfota Forssk.
Azərbaycan dilinin orfoepiya sözlüyü (kitab)
Azərbaycan dilinin orfoepiya sözlüyü — Azərbaycan dilinin orfoepiya lüğəti == Həmçinin bax == Azərbaycan dilinin orfoepiya qaydaları Azərbaycan dilinin orfoqrafiya lüğəti == Xarici keçidlər == Azerbaycan Dilinin Orfoepiya Sözlüğü - Şireliyev-Memmedov - Baki-1983 –Kiril - 144s Azərbaycan dilinin orfoepiya lüğəti ideyası ortaya çıxdı Yeni orfoepiya lüğəti niyə ləngiyir? - Dilçilik İnstitutunun CAVABI “MƏKTƏBLİNİN ORFOQRAFİYA-ORFOEPİYA-QRAMMATİKA LÜĞƏTİ” ÇAP OLUNMUŞDUR Kimdir müqəssir? Orfoepiya qaydaları?
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Azərbaycan dilinin əvvəlki orfoqrafiya lüğəti == Haqqında == Orfoqrafiya (düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir.Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb. İlk orfoqrafiya lüğətinin həcmi çox kiçik olub. 1975-ci ilin lüğətində isə artıq 58 min söz var idi. 2004-cü ilin nəşrində sözlərin sayı 22 min söz artırılaraq 80 minə çatdırılıb. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır."Azərbaycan Respublikasının Dövlət Dili haqqında" Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. 2004-cü ildə nəşr olunmuş lüğətdən sonra, növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilmişdir.
Azərbaycan dilinin orfoqrafiya qaydaları
== Müasir == O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq, o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi, iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyf, meyil, əsil, şeir, feil. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a-sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat. == Samitlərin yazılışı == Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə.Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət. Sonu -iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium. Rus dilində tərkibində ц olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, sement, lisey.Vitse sözü istisnadır. Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır: Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.
Moira Orfey
Moira Orfey (d. 21 dekabr 1931 – 15 noyabr 2015, Breşiya, Lombardiya) — məşhur İtaliya sirk sənətçisi, aktrisa və televiziya aparıcısı. Moira İtalya sirkinin kraliçası hesab olunur. == Bioqrafiyası == "Sirk Orfey" sirk şirkətinə sahib olan Rikardo Orfey və Violetta Aqata ailəsində anadan olmuşdur. İtaliyada sirkin simvolu olmuş və beynəlxalq bir şöhrət qazanmışdır. Moira Orfey Sirki 1960-cı ildə qurulmuşdur. O dövrün fotoşəkillərində, onu müxtəlif sirk rollarında görmək olur: çapar xanım, hava gimnasti, akrobat, fil və göyərçin məşqçisi. Sənətçinin təəccüblü görünüşü, onun ekssentrik və hətta coşğun şəxsiyyətinin əks olunması kimi idi. Dino De Laurentis ona adını dəyişdirməsini təklif etmişdir. O vaxtdan bəri həmişə qədim yunan taleyinin ilahələrini xatırladan yeni adıyla zahirən uyğunlaşmağa çalışmışdır: ağır makiyaj, qalın göz layneri, parlaq dodaq boyası, dodağının üstündə kəskin bir xətt, saçından hörülmüş çalma.
Orfey (opera)
"Orfey" (it. Orfeo, bəzən it. L’Orfeo, favola in musica) — Klaudio Monteverdinin 1607-ci ildə kiçik Alessandro Striconun librettosu əsasında yazdığı opera. Bu opera Kristof Villibald Qlyukun "Orfey və Evridika" ilə birlikdə qədim yunan mifi Orfeyə aid ən mühüm musiqi əsərlərindən biri sayılır. Dünyanın bir çox teatrlarında bu gün də müntəzəm olaraq göstərilən erkən operalar sırasına daxildir. Operanın premyerası 24 fevral 1607-ci ildə İtaliyanın Mantue şəhərində olmuşdur. Opera Mantuan sarayında hər il keçirilən ənənəvi karnavalda göstərilmək üçün yazılmışdır. XVII əsrin əvvəllərində musiqili teatrda ənənəvi intermediya, yəni pyesin əsas pərdələri arasında musiqi nömrələr, tədricən tam musiqi dramına çevirildi, hansı ki sonradan "opera" adını aldı. Monteverdinin "Orfeyi" eksperiment dövrünə son qoydu və yeni janrın ilk mükəmməl əsəri oldu. Premyeradan sonra opera Mantuedə yenidən oynanıldı və çox güman ki, bir neçə il ərzində İtaliyanın digər şəhərlərində də bu baş verdi.
Orfizm
Orfizm (yun. Ορφικά) — təxminən miladdan öncə VII – VI yüzilliklərdə Yunanıstanda yaranmış din. == Mifologiyası == Orfizmdə kifayət qədər fəlsəfi görüşlər də olmuşdur. Orfizmin adı mifik igid, musiqiçi və incəsənətin rəmzi olan Orfeus’la (yun. Ὀρφεύς) bağlıdır. Əfsanələrə görə o, çay tanrısı Oyaqros (yun. Οἴαγρος) və Kalliope (yun. Καλλιόπη) adlı muzanın (yun. μοῦσα) oğlu idi. Olimpus dağının yanında bir qəsəbədə yaşayırdı.
Orfoqrafiya
Orfoqrafiya, yazı qaydaları (q.yun. ὀρθογραφία, ὀρθός — "düzgün" и γράφω — "yazıram") — yazıda nitqin qrammatik formaları və sözlərin həmahəng ifadəsi. Həmçinin, bu həmahəngliyi təmin edən qaydalar toplusudur və bununla məşğul olan dilçiliyin sahəsidir. Orfoqrafiya — sözlərin düzgün yazılışını öyrənən, bir linqvistikanın sahəsidir. Yazılışın həmahəngliyi deyilişin individual və dialektik xüsusiyyətlərini aradan qaldırır, bu isə öz növbəsində təkrar soruşmaq imkanı olmadıqda qarşılıqlı anlaşmaya gətirib çıxarır. == Orfoqrafiyanın quruluşunun prinsipləri == Orfoqrafiya ilə yazının bilavasitə əlaqəsi olduğundan, yazının əmələ gəlməsi orfoqrafiyanın prinsiplərin formalaşmasında əsas təsir göstərən amildir. Bəzi dillərdə yazı çox qədimdir və heçvaxt islahat keçirilməyib, bu zaman demək olar ki, yazı dilin qədim formasını ifadə edir və həyatdan geri qalıb(misal üçün, ingilis dili).
Orfoqrafiya lüğəti
Orfoqrafiya lüğəti — hər hansısa bir dilə aid nəşr olunmuş konkret, tam səhvsiz mənbə Orfoqrafiya lüğəti tam səhvsiz olmalıdır. Bu tipli lüğətlərdə səhvlərə yol verilməməlidir. Çünki orfoqrafiya lüğəti mübahisələrə son qoyan bir istinad mənbəyidir. Elə bu səbəbdən orfoqrafiya lüğətində ən adi səhv bağışlanılmır, bir hərf səhvinə belə bəraət qazandırılmır. Məlumdur ki, oradakı səhvlər belə istifadəçilər tərəfindən düzgün kimi qəbul olunur. Lüğətdə getmiş səhvləri iki başlıq altında birləşdirmək olar: ənənəvi və mexaniki səhvlər. Ənənəvi səhv deyəndə onu nəzərdə tuturuq ki, bu nəşr özündən əvvəlki nəşrlərdə yol verilmiş səhvləri özündə qoruyub saxlayıb. Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb.
Rus dilinin islahat öncəsi orfoqrafiyası
Rus dilinin islahat öncəsi orfoqrafiyası (inqilabdan əvvəlki orfoqrafiya; nadir hallarda ənənəvi orfoqrafiya) — 1918-ci ildəki islahatından əvvəl qüvvədə olan və sonralar Rusiyadakı ağ hökumətlərin ərazilərində və Ağ mühacirət nəşrlərində qorunan rus dilinin yazılışı. Rus islahatı öncəsi yazımının başlanğıcı I Pyotr dövründə mülki ssenarinin tətbiqi hesab edilə bilər. İslahatqabağı imla qaydasında ümumiyyətlə qəbul edilmiş vahid norma yox idi (1956-cı il Sovet kodeksi kimi). 1917 inqilabından əvvəl (1870-1910) son 50 ildə və ya daha çox yazım, XIX əsrin ilk üçdə birinin və xüsusilə XVIII əsrin yazımından daha çox dərəcədə normallaşdırıldı. Rusların islahat öncəsi yazılışına dair ən nüfuzlu (o vaxt nəşr olunan mətbuatda tam şəkildə müşahidə olunmasa da) dərsliklər və qaydalar dəsti Akademik Yakov Karloviç Qrotun adı ilə əlaqələndirilir. Dəqiq olaraq islahatlardan əvvəl yazımın mövcudluğunun son 50 illik yubileyinə istinad edirlər. == İnqilabdan əvvəlki yazımla müasir yazım arasındakı fərqlər == === Əlifba === İnqilabdan əvvəl rus əlifbası 35 hərfdən ibarət idi. == İstinadlar == == Ədəbiyyat == Григорьева, Татьяна Михайловна. Три века русской орфографии (XVIII—XX вв.) (1000 nüs.). М.: Элпис.
Kürd orfoqrafiyası
Kürd orfoqrafiyası — kürd dilini yazmaq üçün istifadə olunan 3 əlifbadan ibarət yazı sistemi. Bu gün kürdcənin yazılmasında Cəladət Əli Bədirxan tərəfindən 1932-ci ildə təqdim olunmuş Bədirxan əlifbası (yaxud Havar jurnalının adından Havar əlifbası) adlanan bir latın əlifbası və sorani əlifbası (yaxud orta kürd dili əlifbası) adlanan bir fars-ərəb əlifbasından istifadə olunur. İraq Kürdüstanı ərəb əlifbasını orta kürd dili üçün Unicodeda hesabat məqsədilə tətbiq olunan bir standart qəbul etmişdir.Havar əlifbası Suriya, Türkiyə və Ermənistanda, orta kürd əlifbası isə İraq və İranda istifadə olunur. SSRİ-dəki kürdlər isə keçmişdə, əsasən, Ermənistan SSR və Kürdüstan qəzasında erməni əlifbası və kiril əlifbası əsasında tərtib edilmiş iki əlifbadan daha istifadə etmişlər.
Yunan orfoqrafiyası
Yunan orfoqrafiyası — köklərini, güman olunur, e.ə. IX əsrdə yunan əlifbasının qəbul olunmasından alan yazı sistemi. Bu dövrədək yunan dilinin əski formalarından olan Miken yunancası Xətti B yazı sistemi ilə işlənmişdir, baxmayaraq, Miken yunancasının yazılmasının sonlanıb yunan orfoqrafiyasının istifadəsinə başlanılması arasında bir neçə əsr fərq var idi — bu dövrdə yunan qaranlıq çağı yaşanmışdı. Yunan əlifbasındakı ilkin yunan yazıları fonemik və hər diyalektdə fərqli idi. Attik yunanca üçün ionik variantın e.ə. 403-də qəbul edilməsindən bəri yunan orfoqrafiyası, əsasən, mühafizəkar və tarixi olmuşdur. Orfoqrafiyada qədimdən qalma qoşa samitlər də mövcuddur, hansı ki, Kipr yunancası istisna olmaqla yunan dilində bunlar tək samitlərlə eyni cür tələffüz olunur.
Orfoepiya
Ədəbi dil ümumxalq dilinin normalaşdırılmış qoludur. Bu normalılıq onu danışıq dilindən, xüsusən dialekt və şivələrdən fərqləndirir və səciyyələndirir.Ədəbi normalar həm yazılı, həm də şifahi nitqə məxsus olur. Orfoepiya — Şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə orfoepiya deyilir. Orfoepiya termini yunan mənşəli “ortpos” (düzgün) və “epos” (nitq) sözlərindən əmələ gəlib, düzgün tələffüz mənasını bildirir. == Bölmələri == Müasir ədəbi dillərdən hər birinin orfoepik sistemi aşağıdakı bölmələrdən ibarətdir: Saitlərin tələffüzünə aid qaydalar. Samitlərin tələffüzünə aid qaydalar. Qrammatik formaların tələffüzünə aid qaydalar. Əcnəbi sözlərin tələffüzünə aid qaydalar. == Tarixi == Müasir ədəbi dillərin orfoepik qaydaları az vaxtın məhsulu deyil. Bu və ya başqa ədəbi dilin orfoepik sistemini təşkil edən qaydalar tədricən müəyyənləşib formalaşmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.17 dəfə / 1 mln.
2004 ••••••••••• 0.34
2007 •••••••••••••••••••• 0.63
2008 •••••••• 0.24
2009 •••••• 0.16
2010 •••••• 0.18
2012 ••••••••• 0.26
2013 •••••••••••••• 0.44
2015 ••••••••••• 0.34
2017 ••••••••••• 0.33
2020 ••••• 0.13

"orf" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#orf nədir? #orf sözünün mənası #orf nə deməkdir? #orf sözünün izahı #orf sözünün yazılışı #orf necə yazılır? #orf sözünün düzgün yazılışı #orf leksik mənası #orf sözünün sinonimi #orf sözünün yaxın mənalı sözlər #orf sözünün əks mənası #orf sözünün etimologiyası #orf sözünün orfoqrafiyası #orf rusca #orf inglisça #orf fransızca #orf sözünün istifadəsi #sözlük