orijinal sözü azərbaycan dilində

orijinal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • orijinal • 92.7250%
  • Orijinal • 7.1295%
  • ORİJİNAL • 0.1455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Orijinal
Orijinal (lat. originalis - ilkin) — ilkin, saxta olmayan. Orijinal – (lat. originalist (originalis)) – ən birinci, əvvəlinci, ilk, birinci, ilkin; Dərc edilmək üçün təqdim olunan elanın və ya başqa materialın əsli; Əsl, öz kökünun əsasında olan; 3)Özünəməxsus, özümlü; Hər hansı bir əsərin əlyazması, əsli (tərcümə, surət və s. fərqli olaraq), birinci, əsas nüsxəsi: ilk variantı; Beynəlxalq ticarət əqdlərində sənədin, müqavilənin birinci nüsxəsindəki möhür, ştamp; Özünəməxsus davranışlı, qəribə adam. == Həmçinin bax == Əlyazma == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Orijinal-maket
Orijinal-maket (camera-ready)– nəşriyyat sistemlərində sənədin hazırlanmasının elə mərhələsidir ki, onda bütün mətbəə elementləri, qrafik görüntülər öz yerlərində olur və çap xidmətinə verilə bilər. Çap xidməti orijinal-marketin fotoşəklini çəkir və bu fotoşəkillərdən çap formalarının hazırlanmasında istifadə edir. Bəzi səhifə bağlama proqramları elementləri əl ilə düzməklə və quraşdırmamaqla sənədi icra edilməyə tam hazır vəziyyətə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Orijinal video animasiya
"OVA" (yap. オーブイエ) və ya OAV — Original Video Animation sözünün abbreviaturası), Yaponiyada anime serialının xüsusi növü.
Disney Channel orijinal filmlərinin siyahısı
Bu məqalə Disney Channel orjinal filmləri haqqındadır.
Ən yaxşı orijinal ssenariyə görə Oskar mükafatı
== 1941–1950 ==
Ən yaxşı orijinal ssenari üçün BAFTA Mükafatı
Ən yaxşı orijinal ssenari üçün BAFTA Mükafatı Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) tərəfindən hər il film üçün yazilmiş ən yaxşı ssenari müəllifinə təqdim edilən Britaniya Akademiyası Film Mükafatıdır . Britaniya Kino və Televiziya Sənətləri Akademiyası (BAFTA) kino, televiziya, uşaq filmləri və televiziyası və interaktiv media üçün illik mükafat şoularına ev sahibliyi edən Britaniya təşkilatıdır. 1983-cü ildən bəri seçilmiş filmlər illik mərasimdə "Ən yaxşı uyğunlaşdırılmış ssenari" üçün BAFTA mükafatına layiq görülür. Aşağıdakı siyahıda qızılı sarı fonda qalın şriftlə yazılmış adlar, müvafiq olaraq qaliblər və alıcılardır, qalın olmayan şriftlə yazılanlar isə yerdə qalan namizədlərdir. Həmçinin qalib hər kateqoriyada qeyd olunan ilk addır. == Tarixi == Kino və televiziya sənəti Britaniya Akademiyasının (BAFTA) ən yaxşı orijinal ssenari üçün mükafatı qaliblərə 1984-cu ildən təqdim edilir. Bu tarixdən etibarən ilkin nominasiya (ən yaxşı ssenari üçün BAFTA mükafatı) iki nominasiyaya bölündü: ən yaxşı adaptasiya olunmuş ssenari ucün BAFTA mükafatı və ən yaxşı orijinal ssenari. Müsabiqədə ən çox qalib gələn Vudi Allendir, o dörd mükafat almışdır.

orijinal sözünün leksik mənası və izahı

  • 1 [yun.] 1. is. Bir yazının, şəklin və s.-nin əsli (surət qarşılığı). Portretin orijinalı. Kitabın orijinalı. // Başqa dilə tərcümə üçün əsas olan mətn, başqa dilə tərcümə olunan mətnin əsli. Tərcümənin orijinala yaxınlığı. // Mətbəədə yığılan, yaxud kompyuterdə yazılan mətnin əlyazısı. Orijinalla tutuşdurub yoxlamaq. 2. sif. Bir şeyin – yazının, şəklin və s.-nin əsli olan, surəti olmayan. Sikkələrin orijinal nüsxəsi. 3. sif. Müstəqil yaradıcılıq məhsulu olan, başqalarından götürülməyən, başqasına təqlidən yaradılmayan, tərcümə olmayan. Orijinal əsər. 4. sif. Başqalarına oxşamayan, təqlidçilikdən uzaq olan, ancaq özünə məxsus olan. Orijinal talant. // Qeyri-adi, qəribə. Orijinal adam.

    Azərbaycan dilinin izahlı lüğəti / orijinal
  • 2 1. Mətnindən tərcümə həyata keçirilən mənbə. 2. Tərcümədə ilkin mətn. 3. Orijinal, həm də əsl deməkdir. Orijinal və tərcümə arasındakı qavrayış arasında fərq faktdan gələn kommunikativ fərqdir ki, orijinal və tərcümənin kommunikativ aktı heç vaxt eyni anda gedə bilməz, yəni eyni mədəni kodda baş verə bilməz, bu isə o deməkdir ki, onlar tamamilə müxtəlif kommunikativ keyfiyyətə malikdir.

    İzahlı tərcüməşunaslıq terminləri lügəti / orijinal
  • 3 lat. originalist (originalis) – ən birinci, əvvəlinci, ilk, birinci, ilkin 1) dərc edilmək üçün təqdim olunan elanın və ya başqa materialın əsli; 2) əsl, öz kökünun əsasında olan; 3) özünəməxsus, özümlü; 4) hər hansı bir əsərin əlyazması, əsli (tərcümə, surət və s. fərqli olaraq), birinci, əsas nüsxəsi: ilk variantı; 5) beynəlxalq ticarət əqdlərində sənədin, müqavilənin birinci nüsxəsindəki möhür, ştamp; 6) özünəməxsus davranışlı, qəribə adam.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / orijinal

orijinal sözünün etimologiyası

  • 1 Latın sözüdür, “mənbə”, “mənşə” anlamlarını əks etdirir. Bizdə, bir şeyin əsli mənasında işlədilir. Antonimi surət sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / orijinal

orijinal sözünün sinonimləri (yaxın mənalı sözlər)

orijinal sözünün rus dilinə tərcüməsi

  • 1 1. оригинал, подлинник; 2. оигинальный, подлинный;

    Azərbaycanca-rusca lüğət / orijinal
  • 2 I сущ. оригинал, подлинник: 1. то, что послужило предметом воспроизведения, копирования и т.п. Portretin orijinalı оригинал портрета, kitabın orijinalı оригинал книги 2. текст, послуживший предметом перевода на другой язык. Tərcümənin orijinala yaxınlığı близость перевода к оригиналу 3. рукопись, с которой производится набор II прил. оригинальный, подлинный: 1. являющийся оригиналом, не скопированный. Orijinal nüsxə оригинальный экземпляр 2. не переведенный, не переработанный. Orijinal əsər оригинальное произведение 3. не похожий на других, чуждый подражательности; самобытный. Orijinal kompozisiya оригинальная композиция, orijinal ifa üslubu оригинальный стиль исполнения, орижинал образ оригинальный образ, orijinal fikir оригинальная мысль

    Azərbaycanca-rusca lüğət / orijinal

orijinal sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. original; (adam) d.d. eccentric person; ~da in the original II. s. (müxtəlif mənalarda) original; eccentric; authentic; genuine; ~ sənət genuine art; ~ mətn original (text); ~ sənəd authentic document

    Azərbaycanca-ingiliscə lüğət / orijinal

orijinal sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. 1) original, -e (pl aux) ; originel, -le ; pas banal ; bu çox ~dır c’est très original, c’est peu banal ; ~ tərzdə d’une manière originale ; 2) authentique adj ; ~ sənəd un document authentique

    Azərbaycanca-fransızca lüğət / orijinal

orijinal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] 1. сущ. оригинал (гъилив, компьютердал ва мс. кхьенвай затӀунин, шикилдин, улубдин ва мс. куьнин асулди; асул шей, сифте шей, вич гуьгьуьнлай къачур ччин (яни копия) туширди); 2. прил. оригинал тир, оригинальный (яни къачур ччин (копия, масанай перевод) тушир, жува (вичи) туькӀуьрай); 3. прил. масабруз ухшар тушир, адетдинди тушир, кьилди вичиз махсус тир (мес. талант); // къариб жуьредин, къариба (мес. кас).

    Azərbaycanca-ləzgicə lüğəti / orijinal

orijinal sözünün türk dilinə tərcüməsi

"orijinal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#orijinal nədir? #orijinal sözünün mənası #orijinal nə deməkdir? #orijinal sözünün izahı #orijinal sözünün yazılışı #orijinal necə yazılır? #orijinal sözünün düzgün yazılışı #orijinal leksik mənası #orijinal sözünün sinonimi #orijinal sözünün yaxın mənalı sözlər #orijinal sözünün əks mənası #orijinal sözünün etimologiyası #orijinal sözünün orfoqrafiyası #orijinal rusca #orijinal inglisça #orijinal fransızca #orijinal sözünün istifadəsi #sözlük