orkestri sözü azərbaycan dilində

orkestri

Yazılış

  • orkestri • 57.4719%
  • Orkestri • 42.4234%
  • ORKESTRİ • 0.1047%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Caz orkestri
Caz orkestri — orkestrin xüsusi növü. Birinci dünya müharibəsinin (1914- 1919) əvvəllərində Amerikada yaranmış və tezliklə Qərbi Avropada yayılmışdır. Adı ilk ansamblın təşkilatçısı və rəhbəri Cazbo Brounun adından götürülmüşdür. Caz orkestr əsasən nəfəsli alətlərdən, o cümlədən, mis nəfəsli alətlərdən və saksofondan, zərb alətləri və royaldan ibarət olur. Bəzi halda solo skripka, akkordeon, gitara, banco və b. alətlər də bu orkestrə daxil edilir.
Kamera orkestri
Kamera orkestri - kamera musiqisini ifa edən kiçik qrup (adətən 4-12 nəfər). Simfonik orkestrlərin yaranmasından əvvəl (19-cu əsrdə ) onlar əslində orkestr qrupunun yeganə növü idi. 17-ci əsrdən başlayaraq, kamera orkestrlərinə tez-tez kiçik bir orkestri saxlaya bilən hersoqların və digər zadəganların saraylarında olurdu. Beləliklə, məsələn, 1703 - cü ildən İohann Sebastian Bax hersoq III İohann Ernst-in kamera orkestrində skripkaçı idi. 19-cu əsrdə kamera orkestrləri tədricən simfoniyalarla əvəz olundu. 20-ci əsrdə kamera orkestrləri, ən azı, son Romantik orkestrlərin nəhəng kompozisiyalarına (məsələn, Richard Wagner, Anton Bruckner, Gustav Mahler, Richard Strauss, Alexander Scriabin partituralarında böyüdülmüş orkestr kompozisiyalarına reaksiya olaraq yenidən populyarlıq qazanır. ). 20-ci əsrdə kamera orkestri üçün əsərlər Arnold Şonberq (1 nömrəli kamera simfoniyası), Alan Hovaness (Anhid, kamera orkestri üçün fantaziya, kamera orkestri üçün 6 nömrəli simfoniya), Alfred Şnitke (skripka və 3 nömrəli konsert) tərəfindən yazılmışdır. orkestr) və s. 20-ci əsrin tanınmış kamera orkestrləri arasında St.
Azərbaycan Dövlət Estrada Orkestri
Azərbaycan Dövlət Estrada Orkestri — 1956-cı ildə Bakıda yaradılmış orkestr. == Tarixi == Orkestr Azərbaycan estrada musiqisinin inkişafında rol oynamışdır. Repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri lə yanaşı müxtəlif xalqların musiqisi və caz kompozisiyaları geniş yer tutmuşdur. Musiqiçilərdən K. Manaflı, K. Qasımov, R. Seyidzadə, Ş. İbrahimov, Tofiq Şabanov, L. Lubenski, İ. Hüseynov, müğənnilərdən Lütfiyar İmanov, Mirzə Babayev, Elmira Rəhimova, Oqtay Ağayev, Natəvan Şeyxova, "Qaya" kvartetinin üzvləri Tofiq Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisavetski, Y. Devis, N. Andreyeva, Z. Nurullayev, S. Həsənova, rəqqas K. Dadaşov müxtəlif vaxtlarda kollektivin heyətində çıxış etmişlər.1957–1966-cı illərdə qısa fasilələrlə Rauf Hacıyev, 1958-ci ildə Rəşid Behbudov, 1966–1968-ci illərdə Hacı Xanməmmədov, 1968–1971-ci illərdə Anatoli Kalvarski, 1971–1972-ci illərdə isə Əziz Əzizli orkestrin bədii rəhbəri olmuşdur.Orkestr "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?", "Bizim küçə", "Uzaq sahillərdə" və başqa filmlərdə musiqili epizodlara çəkilmiş, bir sıra ölkələrdə qastrol səfərində olmuşdur. Orkestr 1974-cü ildə fəaliyyətini dayandırmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. 604 səh.
Azərbaycan Dövlət Kamera Orkestri
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri — 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən bu günədək orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil etmişdir. Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir. Orkestrin repertuarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının 200-dən artıq əsərləri təmsil olunmuşdur. Son illərdə T.Göyçayevin təşəbbüsü və rəhbərliyi altında muğam ifaçıları ilə birgə konsert layihələri həyata keçirilir. Muğam dəstgahların xanəndə və muğam üçlüyü tərəfindən ənənəvi ifasından fərqli olaraq, rəng və təsniflər orkestrin müşayiəti ilə verilərək, maraqlı səslənmə yaradır. 2018 ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur.
Azərbaycan Dövlət Simfonik Orkestri
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri — SSRİ-də yaranmış ilk orkestrlardan biri. == Haqqında == Dövlət Simfonik Orkestri 1920-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılmışdır. Yeni yaradıldığı vaxtlarda dahi bəstəkar Bethovenin 150 illiyinə həsr olunmuş yubiley konsertlərində böyük proqramla çıxış etmişdir. Həmin konsertlərdə Bethovenin 1-ci, 3-cü və 9-cu simfoniyaları, fortepiano və orkestr üçün 5-ci konserti, "Leonora 3" uvertürası səsləndi. Müxtəlif illərdə dövlət simfonik orkestri ilə M. Çernyaxovski, U. Qoldşteyn, A. Stolerman və başqa dirijorlar işləmişlər. 1922–23-cü il mövsümünün konsert proqramlarında Çaykovskinin Altıncı simfoniyası, "Françeska da Rimini" uvertürası, skripka və fortepiano üçün konsertləri, violonçel və orkestr üçün "Rokoko mövzusuna variasiyalar", "Italyan kapriççiosu", Rimski-Korsakovun "Şəhrizadə" simfonik süitası, Borodinin "Bahadır" simfoniyası, Şubertın "Tamamlanmamış simfoniya"sı, Bethovenin 7-ci simfoniyası və s. orkestr tərəfindən ifa olunmuşdur.Orkestrin formalaşmasında R. Baton (Fransa), O. Klemperer (Almaniya), F. Ştidri (Avstriya), N. Qolovanov (Rusiya) yaxından iştirak etmişlər. 1945–1948-ci illərdə orkestrin baş dirijoru vəsifəsində təcrübəli musiqiçi, tanınmış dirijor, professor Leo Ginzburq çalışmışdır. Niyazi 1946-cı ildə Leninqradda dirijorların Ümumittifaq baxışında iştirak edərək Dmitri Şostakoviçin başçılıq etdiyi münsiflər heyətinin qərarı ilə müsabiqənin laureatı adını qazanır. 1948-ci ildən isə simfonik orkestrin baş dirijoru və bədii rəhbəri təyin olunur.
Sent-Luis Simfonik Orkestri
Sent-Luis Simfonik Orkestri — Missuri, Sent-Luis şəhərində yerləşən Amerika simfonik orkestri. 1880-ci ildə Cosef Otten tərəfindən Sent Luis Xor Cəmiyyəti olaraq qurulan Sent Luis Simfonik Orkestri (SLSO), ABŞ-də yalnız Nyu-York Filarmoniyasının rəhbərlik etdiyi ikinci ən qədim peşəkar simfonik orkestrdir. Əsas konsert məkanı Sent Luis mərkəzində "Powell Hall"-da yerləşir.
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri
Naxçıvan Dövlət Filarmoniyası — Naxçıvan şəhərində fəaliyyət göstərir. == Tarixi == 1983-cü ildə yaradılmış, Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyətə başlamışdır. Burada xalq çalğı alətləri ansamblı, rəqs kollektivi, instrumental ansambl, simfonik heyət fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivləri, solistləri Rusiya, Özbəkistan, Türkiyə, İran, İsveçrə, Finlandiya, Almaniya və s. ölkələrdə qastrol səfərlərində olmuş, konsert proqramları ilə çıxış etmişlər. == Estrada Orkestri == Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 yanvar 2012-ci il tarixli, 63-04/S nömrəli Sərəncamı ilə yaradılmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Çalır Kamera Orkestri (film, 1968)
Çeçenistan Respublikasının Dövlət Simfonik Orkestri
Çeçenistan Respublikasının Dövlət Simfonik Orkestri — Çeçenistan Respublikasının klassik musiqi ifa edən peşəkar musiqi kollektivi. == Tarixi == Orkestrin əsası 1939-cu ildə musiqi məktəbinin müəllimi D.Besler tərəfindən qoyulmuşdur. İlk kollektivin üzvləri SSRİ-nin müxtəlif konservatoriyalarından - Moskvadan, Leninqraddan, Bakıdan və başqa şəhərlərdən gəlmiş gənc musiqiçilər idi. Böyük Vətən müharibəsi və çeçenlərin və inquşların deportasiyası orkestrin işini yarımçıq qoydu. 1950-ci illərdə orkestr Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Dövlət Filarmoniyasının tərkibində fəaliyyətini bərpa etdi. 1965-ci ildə orkestrin rəhbəri və baş dirijoru Ukrayna SSR xalq artisti Yaroslav Voşçak oldu.1966-cı ildə orkestrin solisti Voşçakın həyat yoldaşı, Ukrayna SSR xalq artisti Qalina Polivanova (soprano) idi. Odessa Konservatoriyasını bitirdikdən sonra Odessa Opera və Balet Teatrında solist kimi çalışıb. 1956-cı ildə vokalçıların və balet artistlərinin Ümumittifaq müsabiqəsinin laureatı, 1957-ci ildə isə Moskvada keçirilən Ümumdünya Gənclər və Tələbələr Festivalının laureatı olmuşdu.1970-ci illərdə Leonid Qriqoryev baş dirijor, sonra isə Leonid Balabanov oldu. İkinci dirijor Aleksandr Timonin idi. Musiqiçi və bəstəkar Aleksandr Xalebski orkestrlə fəal əməkdaşlıq edirdi.
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri — birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestri. 1931-ci ildə bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə simfonik orkestr prinsipi ilə yaradılıb. Orkestrin baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi. == Tarixi == Orkestr 1 may 1931-ci ildə Azərbaycan bəstəkarlıq məktəbinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təşkil edilmişdir. Şərqdə simfonik orkestr prinsipi ilə yaradılmış ilk xalq çalğı alətləri orkestri olan bu kollektiv Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Orkestrin ilk tərkibi tar, kamança, balaban, dəf və nağaradan ibarət olmuş, sonralar orkestrə tütək, zurna, qoşanağara, klarnet, qanun, fortepiano və s. alətlər daxil edilmişdir.Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri 2000-ci ildə F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində yaradılmışdır. Yarandığı gündən orkestr bir çox dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, beynəlxalq festivallarda uğurlar qazanmışdır. Belə ki, 2004, 2005 və 2010-cu illərdə İranda keçirilən ənənəvi "Fəcr" Beynəlxalq musiqi festivallarında "Qızıl Çəng" mükafatına layiq görülmüşdür. Belarusiya, Moldova, Tacikistan, Ukraynada keçirilən mədəniyyət günlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri — 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Orkestrin baş dirijoru və bədii rəhbəri respublikanın xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olmuşdur. 1995-ci ildən – 1997-ci ilədək kollektivə Yaşar İmanov rəhbərlik etmişdir. 1998-ci ildən bu günədək orkestrə respublikanın xalq artisti Teymur Göyçayev rəhbərlik edir. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil etmişdir. Orkestrin repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir. Orkestrin repertuarında Qərbi Avropa, Rus və Azərbaycan bəstəkarlarının 200-dən artıq əsərləri təmsil olunmuşdur. Son illərdə T.Göyçayevin təşəbbüsü və rəhbərliyi altında muğam ifaçıları ilə birgə konsert layihələri həyata keçirilir. Muğam dəstgahların xanəndə və muğam üçlüyü tərəfindən ənənəvi ifasından fərqli olaraq, rəng və təsniflər orkestrin müşayiəti ilə verilərək, maraqlı səslənmə yaradır. 2018 ildən etibarən Azərbaycan Dövlət Kamera Orkestrin bədii rəhbər və baş dirijoru Xalq Artisti Fəxrəddin Kərimovdur.
Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962)
== Məzmun == Film-konsertdir. Burada istedadlı estrada musiqiçisi Tofiq Əhmədovun rəhbərlik etdiyi və baş dirijoru olduğu estrada orkestrinin çıxışları təqdim edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.31 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 23.98
2003 ••••••• 7.87
2004 •••••••••••••• 15.83
2005 ••••••••••••••• 16.87
2006 •••••••••••• 13.74
2007 •••••••••••••••• 18.39
2008 •••••••••••••••••••• 23.63
2009 ••••••••••••••••• 19.36
2010 •••••••••••••••••• 20.97
2011 •••••••••••••• 15.70
2012 •••••••••••••• 16.26
2013 •••••• 6.56
2014 ••••••••• 10.47
2015 •••••• 6.97
2016 ••••••• 7.46
2017 ••••••• 7.80
2018 •••••••••• 11.99
2019 ••••••••• 10.43
2020 ••••• 5.70

"orkestri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#orkestri nədir? #orkestri sözünün mənası #orkestri nə deməkdir? #orkestri sözünün izahı #orkestri sözünün yazılışı #orkestri necə yazılır? #orkestri sözünün düzgün yazılışı #orkestri leksik mənası #orkestri sözünün sinonimi #orkestri sözünün yaxın mənalı sözlər #orkestri sözünün əks mənası #orkestri sözünün etimologiyası #orkestri sözünün orfoqrafiyası #orkestri rusca #orkestri inglisça #orkestri fransızca #orkestri sözünün istifadəsi #sözlük