Orlat sözü azərbaycan dilində

Orlat

Yazılış

  • Orlat • 50.0000%
  • orlat • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Orlat oymağı
Orlat oymağı — Cəlayır elinin böyük qollarından biri. == Tarixi == Orlat oymağının bir qismi Şəki ətrafında məskunlaşmışdı. Bu oymağın sayılan əmirlərindən Seyid Əli Orlat Şəki hakimi olmuşdu. O Əlincə qalası ətrafında Əmir Teymurun ordusuna qarşı vuruşmuşdur. 1387-ci ildə Seyid Əli Orlat öldürüldü. Onun yerinə oğlu Seyid Əhməd Orlat Şəki hakimi oldu. Orlat oymağı hələ Monqolustanda olarkən Çingiz xanı dəstəkləyirdi. Şirə Domoqun oğlu Bala noyon Çingiz xanın sol qol minbaşısı idi. Onun oğlu Zəngi ağa Azərbaycana gəlmişdi. O, Əhməd Təkudar xanin əmiri idi.
Seyid Əhməd Orlat
== Xronologiya == Seyid Əhməd yanvar 1399-cu il tarixdə atası Seyid Əlinin Alıncaq qalası yaxınlığında baş vermiş döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdir. 1399-cu ilin son aylarında Əmir Teymur öz ordusu ilə Qarabağda qışlayarkən, Seyid Əhməd Şirvana – Şirvanşah Şeyx İbrahimin yanına getmiş və ondan Əmir Teymurun Şəkiyə gözlənilən hücumunun qarşısının alınmasında və Əmir Teymurla münasibətlərinin yaxşılaşdırılmasıda yardımçı olmasını xahiş etmişdir. Şirvanşah Şeyx İbrahim Seyid Əhəmdi Qarabağa – Əmir Teymurun yanına aparmış və nəticədə Əmir Teymur tərəfindən "atasının (Seyid Əli Orlatın) mənsəb və məqamı ona əta edil"mişdir. Hicri 802-ci ilin qışında (noyabr 1399 –fevral 1400) Əmir Teymur Qarabağda qışlayan ordusunun 30%-ni götürüb Ağ su dərəsinə – Əmir Xəmşanın üzərinə, ilğar (çevik hüçum) edərkən Kür çayını keçdikdə Şirvanşah Şeyx İbrahim və Şəki hökmdarı Seyid Əhməd də oz qoşunları ilə bu ilğara qoşulmuşlar. == İstinadlar == == Xarici keçidlər == Aydın Məmmədov.
Seyid Əli Orlat
Seyid Əli Orlat (? — 1399-cu il) — XV əsrin 4-cü rübündə hakimiyyətdə olmuş Şəki hökmdarı. Şəki-Kaxetiya hökmdarı II Axsartandan (1104) və 1017-ci ildə Kiş qalasının müdafiəsinə başçılıq etmiş Asat və Şot qardaşlarından sonra tarixi mənbələrdə adı çəkilən ilk Şəki hökmdarıdır. Əgər adında daşıdığı "seyid" titulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını göstərirsə, adına əlavə edilən "orlat" kəlməsi onun monqol mənşəli orlat tayfasından çıxmasını bildirməkdədir. Tarixi mənbələrdə Seyid Əli Orlatın adına ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin təsvirində təsadüf edilir. Göstərilir ki həmin vaxt o, Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Ehtimal var ki, bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olmiş, lakin Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmiş, daha sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmiş, lakin geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı - 1399-cu ilin yanvar ayında, Miranşahın oğlu Əbubəkr mirzə ilə təkbətək döyüşdə rəqibinin atdığı oxun boynuna sancılması nəticəsində həlak olmuşdur. == 1384—1396-cı illər == === Əmir Teymurun İran yürüşlərinə başlaması === XIV əsrin 70-ci illərində Orta Asiyada – Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cı ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir. Lakin tezliklə geri dönür və bir ildən sonra ikinci İran yürüşünə başlayır.
Sidi Əli Orlat

Oxşar sözlər

#orlat nədir? #orlat sözünün mənası #orlat nə deməkdir? #orlat sözünün izahı #orlat sözünün yazılışı #orlat necə yazılır? #orlat sözünün düzgün yazılışı #orlat leksik mənası #orlat sözünün sinonimi #orlat sözünün yaxın mənalı sözlər #orlat sözünün əks mənası #orlat sözünün etimologiyası #orlat sözünün orfoqrafiyası #orlat rusca #orlat inglisça #orlat fransızca #orlat sözünün istifadəsi #sözlük