Orlo sözü azərbaycan dilində

Orlo

Yazılış

  • Orlo • 60.0000%
  • orlo • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aleksey Orlov
Aleksey Qriqoryeviç Orlov(rus. Алексей Григорьевич Орлов, 24 sentyabr (5 oktyabr) 1737 və ya 1737, Lyutkino[d], Moskva quberniyası[d] – 24 dekabr 1807 (5 yanvar 1808) və ya 1807, Moskva) — rus hərbçisi. == Həyatı == Aleksey Orlov 1737-ci ildə məşhur, alicənab bir ailədə doğulmuşdur. Onun atası Novqorod regionunun qubernatoru olmamışdan qabaq Dövlət məsləhətçisi dərəcəsini qazanmaq üçün Böyük Pyotr müharibələrində iştirak etmişdir. Alekseyin qardaşlarından biri Qriqori II Yekaterinanın favoriti olmuşdur. 1762-ci ildə ordudan getdikdən sonra Aleksey Orlov qardaşları- Qriqorinin və Fyodorun hərbi xidmətdə olduğu Peterburq şəhərinə gedir. Bu müddət ərzində onun qardaşları III Pyoturun arvadı Yekaterina ilə yaxın əlaqədə olmuşlar. === 1762-ci il qiyamı === III Pyotr həm əhali arasında, həm də məhkəmədə rəğbətlə qarşılanmırdı. Həm də o illərdə etinasız yanaşdığı arvadı II Yekaterinaya diqqət göstərmirdi. Alekseyin qardaşı Qriqori onun çoxlu sevgililərindən biri olmuşdur.
Alina Orlova
Alina Orlova (əsl soyadı Orlovskaya; doğulub 28.6.1988, Sneçkus qəsəbəsi, Litva SSR) — Litvalı müğənni. Litva, rus və ingilis dillərində oxuyur. == Həyatı == Atası — Litvada doğulmuş polyakdır, anası Voronejdə dünyaya gəlib. Alinanın valideynləri uşaq ikən onların ailələri Qazaxıstana sürgün olunmuşdular. Orada onlar qonşuluqda yaşayırdılar, dostlaşırlar, sonra isə bir yerdə Litvaya gedirlər. 2008-ci ildə Alinanın "Laukinis šuo dingo" adlı debüt albomu çıxmışdır.
Andrey Orlov
Andrey Aleksandroviç Orlov (rus. Андрей Александрович Орлов; 28 may 1998-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Orlov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Dmitri Orlov
Dmitri Alekseyeviç Orlov (belar. Дзмітрый Аляксеевіч Арлоў; 26 sentyabr 1903 – 18 iyun 1969) — sovet teatr və kino aktyoru, rejissor, teatr pedaqoqu, Belorusiya SSR-in xalq artisti (1941). == Həyatı == Dmitri Orlov 13 (26) sentyabr 1903-cü ildə anadan olmuşdur. 1925-ci ildə Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1929-ci ildə Peşəkar Birliklərinin Ümumittifaq Mərkəzi Şurasının Moskva Teatrında çalışmağa başlamışdır. 1934-cü ildən fəaliyyətini Moskva Realist Teatrında davam etdirmişdir. 1936-cı ildə Mogilyov şəhərinə köçmüş, burada Rus Dövlət Teatrının truppasına qoşulmuş, bu teatrın tamaşalarında rol almışdır. 1939-cu ildə həmin teatrın bədii rəhbəri olmuşdur. Dmitri Orlov oynadığı rollarda qəhrəmanlarının daxili aləmlərinin dərinliklərinə qədər enməyi bacaran, öz obazlarını lirizmlə bəzəyən sənətkar idi. Onun komediya rolları incə yumoru və səmimiliyi ilə seçilirdi.1934-cü ildən rejissor kimi də fəaliyyət göstərməyə başlamışdır.
Georgi Orlov
Georgi Mixayloviç Orlov (rus. Георгий Михайлович Орло́в; d. 1901, Kursk – ö. 16 aprel 1981 və ya 1985, Moskva, SSRİ) — sovet memarı, SSRİ xalq memarı (1970). SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1979), SSRİ Dövlət mükafatı laureatı (1951), SSRİ Memarlar İttifaqı İdarə Heyətinin 1-ci katibi (1963 – ?), Beynəlxalq Memarlar İttifaqının Prezidenti (1972 – ?). == Həyatı == Georgi Orlov 26 mart (8 aprel) 1901-ci ildə Rusiya imperiyasının Kursk şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Georgi Orlov Dneprosesin (1927 – 1932) və Zaporojyenin yaşayış rayonlarının (1930 – 1936) layihləndirilməsi və inşasında, eləcə də Dneprosesin bərpasında (1944 – 1952) iştirak etmişdir. Georgi Orlov Kaxovka (1951 – 1955) və Bratsk (1960 – 1968) SES-lərinin memarlıq layihələrinin də müəllifidir. == Mükafatları == "Lenin" ordeni — 2 dəfə "Oktyabr inqilabı" ordeni — == İstinadlar == == Ədəbiyyat == Советская архитектура. Творческие проблемы, М., 1977 (совместно с К.А.Держинским).
Lyubov Orlova
Lyubov Orlova (29 yanvar (11 fevral) 1902, Zveniqorod, Moskva quberniyası[d] – 26 yanvar 1975, Moskva) — sovet aktrisa və müğənnisi, SSRİ xalq artisti (1950). == Həyatı == Lyubov Orlova qədim dvoryan nəslindəndir, onun nəsil şəcərəsi Ryurikoviçlərə qədər gedib çıxır. Amma Oktyabr inqilabından sonra o, bioqrafiyasında düzəlişlər etməyə məcbur idi. Orlovlar ailəsi Moskva ətrafında böyük malikanədə yaşayırdılar. Balaca Lyubov vokal və fortepiano dərsləri alırdı. Rəvayətə görə, balaca qızın ifasını dinləyən böyük Şalyapin özü ona xeyir-dua verib - bu qız tanınmış aktrisa olacaq, deyib. Bəlkə də doğrudan da Şalyapin belə deyib, - imanımızı yandırmayaq. Moskva konservatoriyasına daxil olmağa hazırlaşan Lyubov Orlova, amma sən saydığını say, gör fələk nə sayır. Bolşevik qarmaşası zamanı musiqimi yada düşərdi, hərə öz canının hayındaydı. Müflis olmuş dvoryan ailəsi acından ölməmək üçün inək saxlayır, Lyuba hər səhər ağır süd bidonlarını bazara daşıyır.
Orlov
Orlov — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Orlov-Bryansk əməliyyatı
Orlov-Bryansk əməliyyatı — 1941–1942-ci illərdə Moskvanın strateji müdafiəsinin gedişində Sovet qoşunları tərəfindən həyata keçirilmiş müdafiə əməliyyatı. 30 sentyabr 1941-ci ildən 23 oktyabr 1941-ci ilədək davam etmişdir. Əməliyyatın gedişində Qızıl Ordu hissələri düşmənin üstün qüvvələri tərəfindən mühasirəyə alınsa da, düşmənə ağır zərbələr vuraraq Quderianın ikinci tank qruplaşmasının (6 oktyabrdan — ikinci tank ordusu) onların hərəhətini dayandırmağa müvəffəq olmuşdur. Sonralar mühasirədən çıxmağa müvəffəq olan hərbi hissələr müdafiə mövqeyinın gücləndirilməsində mühüm rol oynamışlar. Orlov-Bryansk əməliyyatı nəticəsində düşmənin Moskvaya hücumunu iki həftədən artıq bir müddətə ləngitmək mümkün olmuş, bu isə Sovet qoşunlarının komplektləşdirilməsinə, ehtiyat qüvvələrin, o cümlədən Uzaq Şərqdəki qüvvələrin bir hissəsinin Moskva yaxınlığında cəmlənməsinə imkan yaratmışdı. == Tərəflərin qüvvələri == Sovet Ordusunun Bryansk cəşhəsi 50-ci ordu 3-cü ordu 13-cü ordu general-mayor A. N. Yermakovun operativ qruplaşması Birinci qvardiya atıcı korpusu (korpus komandiri D. D. Lelyuşenko) Almanların "Mərkəz" ordu qruplaşması 2-ci ordu 2-ci tank qruplaşması (6 oktyabrdan — 2-ci tank ordusu) == Əməliyyatın həyata keçirilməsi == 1941-ci il sentyabrın sonlarında Bryansk cəbhəsinin qoşunları Bryansk-Kaluqa və Orlov-Yula istiqamətində müdafiə mövqelərini möhkəmləndirdilər. Onların ön müdafiə mövqeyi Snopot, Poçep, Poqar, Qluxov xətti üzrə 290 km uzunluğunda idi. 30 sentyabr 1941-ci ildə almanların "Mərkəz" ordu qruplaşması Şostka rayonundan və Roslavlın cənubundən hücuma keçdi. Günün sonunda 50-ci və 13-cü orduların müdafiə xətti almanlar tərəfindən yarıldı. 1 oktyabr 1941-ci ildə Stalin general D. D. Lelyuşenkonu Baş Ştaba çağırdı və 1-ci qvardiya atıcı korpusunun formalaşdırmaq və bu korpusun qüvvələri ilə Bryansk cəbhəsini yaran və Oryol istiqamətində hücuma keçən Quderianın tank qruplaşmasının hücumunu dayandırmağı əsas vəzifə kimi qarşıya qoydu.
Orlov vilayəti
Orlov vilayəti (rus. Орловская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Orlovetsa mağarası
Orlovetsa mağarası ― Bosniya və Herseqovinada ən uzun ikinci, Serb Respublikası daxilində isə ən uzun mağara. Mağara Orlovetsa təpəsində, Paledən 10 kilometr (6.2 mil) qərbdə, paytaxt Sarayevodan isə 15 kilometr (9.3 mil) şərqdə yerləşir. Yerli insanlar tərəfindən Sava mağarası kimi də tanınır. == Təsviri == Mağaranın girişi Sumbulovats kəndinin üstündəki dik bir qayalıqda, dəniz səviyyəsindən 1056 metr yüksəklikdədir. Mağaranın ümumi dərinliyi təxminən 560 metr, araşdırılan keçidlərin ümumi uzunluğu isə təxminən 2500 metrdir. Orlovetsa mağarasının xalqa cəlbedici olmasını təmin edən amillərdən biri də yuxarı və aşağı hissələrdə əmələ gələn stallaktik və stalaqmit formalaşmalarıdır. Mağaranın ətrafı gəzmək üçün, eləcə də yaxınlıqdan keçən təbii bulağın yaxınlığı piknik üçün əlverişlidir.Orlevetsa mağarası sabit mikroiqlim ilə xarakterizə olunur. Burada temperatur bütün il ərzində yalnız 8.8 °C (47.8 °F), rütubət isə 90%-dən çoxdur. == Tarixi == İlk kəşfiyyat ekspedisiyası mağaraya 1975-ci ildə daxi olmuşdur və o vaxtdan bəri təxminən 2500 metrlik hissəsi tədqiq edilmişdir. Ekspedisiyalardan birində yaşı 16 000 il olduğu təxmin edilən mağara ayısının sümükləri, ətrafında isə tarixə qədərki dövrə aid balta qalıqları və keramika sınıqları tapılmışdır.
Orlovka
Orlovka (Arxangel) —
Orlovka (Arxangel)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Orlovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 17 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 26 km.Kənd ərazisindən Zilim çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (43%), ruslar (52%) üstünlük təşkil edir.
Orlovka (Bakalı)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 19 km, kənd sovetliyindən (Mixaylovka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 94 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (72%) üstünlük təşkil edir.
Orlovka (Uçalı)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 76 km, kənd sovetliyindən (İlçəqol): 1 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 16 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94 %) üstünlük təşkil edir.

"orlo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#orlo nədir? #orlo sözünün mənası #orlo nə deməkdir? #orlo sözünün izahı #orlo sözünün yazılışı #orlo necə yazılır? #orlo sözünün düzgün yazılışı #orlo leksik mənası #orlo sözünün sinonimi #orlo sözünün yaxın mənalı sözlər #orlo sözünün əks mənası #orlo sözünün etimologiyası #orlo sözünün orfoqrafiyası #orlo rusca #orlo inglisça #orlo fransızca #orlo sözünün istifadəsi #sözlük