Orqanizmlərin quruluşu
Morfologiya — orqanizmlərin forma və quruluşunu, onların spesifik struktur xüsusiyyətlərini öyrənən biologiya bölməsi.
Bura görünüşün aspektləri (forma, quruluş, rəng, naxış, ölçü), yəni xarici morfologiya (və ya eidonomiya), həmçinin sümüklər və orqanlar kimi daxili hissələrin forması və quruluşu, yəni daxili morfologiya (və ya anatomiya) daxildir.
Bu, ilk növbədə funksiya ilə məşğul olan fiziologiyadan fərqlidir. Morfologiya bir orqanizmin və ya taksonun və onun tərkib hissələrinin ümumi quruluşunun öyrənilməsi ilə məşğul olan həyat elminin bir sahəsidir.
== Tarixi ==
"Morfologiya" sözünün etimologiyası qədim yunanca "forma" mənasını verən μορφή (morphḗ) və "söz, öyrənmək" mənasını verən λόγος (loqos) sözlərindən gəlir.
Biologiyada forma anlayışı funksiyadan fərqli olaraq Aristotelə gedib çıxsa da, morfologiya sahəsi Yohann Volfqanq Göte (1790) alman anatomisti və fizioloqu Karl Fridrih Burdah tərəfindən işlənib hazırlanmışdır (1800).
Digər mühüm morfoloji nəzəriyyəçilərə Lorenz Oken, Jorj Küvye, Jofrua Étyen Sent-İller, Riçard Ouen, Karl Gegenbaur və Ernst Hekkel daxildir.
== Morfologiyanın bölmələri ==
Müqayisəli morfologiya — orqanizmin bədən planı daxilində strukturların yerləşmə nümunələrinin təhlilidir və taksonomik təsnifatın əsasını təşkil edir.
Funksional morfologiya — morfoloji əlamətlərin quruluşu və funksiyası arasındakı əlaqəni öyrənir.
Eksperimental morfologiya — genetik mutasiyaların təsiri kimi eksperimental şəraitdə orqanizmlərin morfologiyasına xarici amillərin təsirinin öyrənilməsidir.