* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •• | 3.43 |
2003 | •••••• | 12.20 |
2004 | ••••• | 11.12 |
2005 | ••••• | 10.12 |
2006 | •••••• | 13.74 |
2007 | ••••••••••••• | 27.91 |
2008 | •••••••••• | 23.14 |
2009 | ••••••••••••••••• | 38.88 |
2010 | •••••••••••••• | 31.23 |
2011 | •••••••••••••• | 30.80 |
2012 | ••••••••••••••• | 32.70 |
2013 | •••••••••••••••••• | 41.72 |
2014 | •••••••••••••••••••• | 46.51 |
2015 | •••••••••••••••• | 35.72 |
2016 | ••••••••••••••• | 33.84 |
2017 | •••••••••••••••• | 36.74 |
2018 | ••••••••••••••• | 33.71 |
2019 | ••••••••••••••••• | 39.22 |
2020 | ••••••••••••••••• | 39.52 |
1 is. Birlikdə görülən işin, əsasən alverin iştirakçılarından hər biri; şərik. Ortaq çox olduqda ziyan az olur. (Ata. sözü). [Musanın nəvəsi] qəzada qalıb atasının ortağı ilə ticarətə qurşandı. Qantəmir. □ Ortaq olmaq – başqası ilə birlikdə bir iş görmək, bir işə iqdam eləmək, şərik olmaq. Murovlar olublar oğruya ortaq. Q.Zakir. Yaz gələndə Qurban ala öküzü qoyub ortaq olur, çala yerini əkirdi. S.Rəhimov. // Zərf mənasında. Birlikdə, şərikli. [Əhməd] bir tacirlə də ortaq alver etmək istəyəndə etibarı olmadığından heç kəs ona yaxın durmayırdı. B.Talıblı. ◊ Ortaq bölən riyaz. – bir neçə ədədin qalıqsız bölündüyü ədəd; məs.: 3 ədədi 6, 12, 21 ədədlərinin ortaq bölənidir. Ortaq bölünən riyaz. – bir ədədə qalıqsız bölünən ədədlər; məs.: 4, 6, 20 ədədləri 2 ədədinin ortaq bölünənləridir.
Azərbaycan dilinin izahlı lüğəti / ortaq1 Mənbələrdə otra, ortu, orta sözləri var, “середина” anlamlarında işlədilib. Ortuq, ortaq isə şərik mənasında açıqlanıb. Oturaqı, ortun sözləri “средний” mənasında şərh edilib. Ada yerinə otruğ (ortada qalan) işlədilib. Bunların struktur təhlili göstərir ki, sözün kökü ort (otr) kəlməsidir, mənası “yarı” deməkdir (müqayisə et: günorta); -a şəkilçisi ort sözündən feil düzəldib (sonra söz bu əlamətini itirib), -q isə onu ismə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ortaq1 1. соучастник, сообщник, пайщик, компаньон; 2. мат. общий наибольший делитель, общее наименьшее кратное и т.д.;
Azərbaycanca-rusca lüğət / ortaq2 I сущ. 1. пайщик (тот, кто имеет свой пай в каком-л. деле) 2. компаньон. Ortaq olmaq kimə быть компаньоном к ому II прил. общий. мат. Ortaq bölən общий делитель, ortaq bölünən общее кратное (делимое), ortaq vuruq общий множитель, ortaq tərəf общая сторона III нареч. на паях. Ortaq işləmək работать на паях, ortaq alver eləmək торговать на паях, ortaq etmək kimi принимать, принять в пай, в долю кого ◊ ortaq məxrəcə gəlmək прийти к общему знаменателю
Azərbaycanca-rusca lüğət / ortaq1 i. shareholder, companion; partner; (cinayətdə) accomplice; hüq. accessary (to); ən böyük ~ bölən riyaz. the greatest common measure (qısa forması: G.C.M.); ən kiçik bölünən the least / lowest common multiple (qısa forması; L.C.M); ~ məxrəc common division; ~ olmaq to possess smth. jointly
Azərbaycanca-ingiliscə lüğət / ortaq1 is. compagnon m (de travail) ; coopérat||eur m, -rice f ; partenaire m ; hüq. complice m, f (sui-qəsddə, cinayətdə və s) ; participant m à qch ; riyaz. ən böyük ~ bölən le plus grand commun diviseur ; ən kiçik ~ bölünən le plus petit commun multiple
Azərbaycanca-fransızca lüğət / ortaq1 1. сущ. уртах(ди), шерик(ди); ortaq olmaq уртах хьун, масадахъ галаз санал са кар авун, шерик хьун; 2. нареч. уртах, уртах яз, шерик яз, санал; ** ortaq bölən мат. уртах пайдайди (мес. 2 число 4, 6, 8-ан уртах пайдайди я); ortaq bölünən мат. уртах пай жедайди (мес. 3 число 6, 12, 21-ан уртах пай жедайди я).
Azərbaycanca-ləzgicə lüğəti / ortaq