orto sözü azərbaycan dilində

orto

Yazılış

  • orto • 84.2105%
  • Orto • 15.7895%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Orto-Arı
Orto-Arı (saxa Орто Арыы) — Laptevlər dənizinin Olyonek körfəzi ərazisində yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Körfəzin qərbində yerləşir. Ada ovalvari formaya malikdir. Şimaldan cənub uzanmışdır. Ən hündür nöqtəsi 11 metrdir. Böyük hissəsini bataqlaşmış ərazilər tutur.
Alban Ortodoks Kilsəsi
Albaniya Pravoslav Kilsəsi (albanca: Kisha Ortodokse Autoqefale e Shqipërisë) baş yepiskopluğu idarəsi Tirana və Durres bölgələri ilə bərabər ümumilikdə Albaniyanın bütün cənub ərazilərini əhatə edir. Ayinlər alban dilində həyata keçirilir. Üzvlərinin sayı təqribən 0.5 milyon nəfərdir. Anastas kilsənin indiki baş yepiskopdur. == Tarixi == Xristianlığın Albaniyada yayılması çox qədim zamanlarda başlanmışdır. Durres şəhəri dünyadakı ən qədim yepiskopluq mərkəzlərindən biridir. Əziz Paulus artıq I yüzillikdə İlliryada xristianlığı yaymışdı. 325-ci ildə keçirilən Birinci Nikeya Kilsə Məclisində bütün İlliriya Roma idarəsinə verilmişdi. 731-ci ildə isə Bizans imperatoru III Leo Durres ərazisini Bizansa birləşdirdi. 927-ci ildə Bizans bulqar patriarxlığını qəbul etməyə məcbur qaldıqdan sonra alban kilsəsi də müstəqil Ohri yepiskopluğuna birləşdirildi.
Aya Triyada Yunan Ortodoks Kilsəsi (İstanbul)
Aya Triyada Yunan Ortodoks kilsəsi (Yunanca: Ιερός Ναός Αγίας Τριάδος, Ierós Naós Agías Triádos, Türkcə: Aya Triada Rum Ortodoks Kilisesi. Aya Triyada Azərbaycan dilində "Müqəddəs Üçlü" deməkdir. Türkiyədə həmçinin Ayiya Triyas olaraq da bilinir) — İstabuldakı ən böyük yunan ortodoks məbədidir. Kilsə, İstanbul, Beyoğlunda, Taksim Meydanının cənub-qərbində, Meşəlik Küçəsi, İstiqlaliyyət küçəsi və Sıraselvilər küçəsi ilə kəşisdiyi yerdə yerləşən bir ortodoks kilsədir. == Adı == Ümumiyyətlə Şərq Xristiyanlığında kilsələrin rahib və rahibə adlarına həsr olunmalarına qarşı, İstanbul Arxiyepiskopuna aid olan Aya Triyada və ya Ayiya Triyasın adı, Yunan dilində Müqəddəs Üçlü yəni daha geniş şəkildə istifadə edildiyi şəkildə Təslis mənasını verməkdədir. == Tarixi == Kilsənin yerləşdiyi mülk, əvvəllər bir yunan Ortodoks qəbiristanlığı və xəstəxanasının yeri olmuşdur. Bu mülk, kilsəni inşa etmək üçün dağıdılmışdır. Osmanlı memarı P. Kampanaki'nin dizaynlarına əsaslanan kilsənin, 1876-cı ilin Avqust ayının 13-də tikintisinə başlanmış və 1880-ci ilin Sentyabr ayının 14-də tamamlanmışdır. Kilsə, Bazilika elementləri ilə birlikdə Yeni-Barokko tərzində, əlavə olaraq iki zəng qülləsi, böyük bir günbəz və yeni-qotik bir fasad ilə inşa edilmişdir.1839-cu ildə, Tanzimat olaraq bilinən bir dövrdə, kilsələrdə günbəzlərin tikilməsinə icazə verilən zamanda, günbəz kimi memarlıq elementlər kilsəyə əlavə edildi. Aya Triyada, İstanbulda inşa edilməsinə icazə verilən ilk günbəzli xristian kilsəsidir.
Azərbaycan yepiskopluğu (Suriya Ortodoks Kilsəsi)
Azərbaycan yepiskopluğu — Süryani Pravoslav kilsəsinin Atropatenadakı tarixi inzibati ərazisi. Azərbaycan yepiskopluğu ilə qarışdırılmamalıdır. Mərkəzi Təbriz idi. == Bilinən yepiskopları == Filoksen — 962-ci ildə bir müsəlman qızla yatdığı üçün xristianlar tərəfindən məcbur edilərək kəlmeyi şəhadət dedizdirilmişdi və müsəlman olmuşdu. Qriqori Yohannan (ö. 1269) — o da Bartella qəsəbəsində doğulmuşdu. Basil (1264-1272) — 1272-ci ildə Təbriz kafedral kilsəsini təmir etdirmişdi. Mar Severus Yaqub bar Şakko (1272-1277) — bundan əvvəl 1232-1241-ci illərdə Mor Mattay kilsəsində rahib idi, Bartella qəsəbəsində doğulmuşdu. Yozef-Denis (1277-?) — öncələr sadə rahib olmuş, Mar Severusun qardaşıoğlu idi. Fransiskanlarla arası yaxşı idi.
Erməni Ortodoksluğu
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Gürcü Ortodoks Kilsəsi
Gürcü Pravoslav Kilsəsi (rəsmi adı: Gürcü Həvari Avtokefal Pravoslav Kilsəsi, gürc. საქართველოს სამოციქულო ავტოკეფალური მართლმადიდებელი ეკლესია) yaxud GPK — Gürcüstanın rəsmi kilsəsi. Dünyanın ən qədim xristian kilsələrindən biri . 1995-ci ildən etibarən GPK Nizamnaməsinə əsasən, GPK-nin yurisdiksiyası (nominal olaraq) qismən tanınmış Abxaziya və Cənubi Osetiya daxil olmaqla Gürcüstanın bütün ərazisini, Ermənistanda yaşayan pravoslav xristianları, habelə Gürcüstan xaricində yaşayan və başqa bir yerli Pravoslav Kilsəsinin yurisdiksiyasına tabe olmayan və ya GPK-nin yurisdiksiyasında olmaq istəyən pravoslav gürcüləri əhatə edir. Rəvayətə görə, İberiya Tanrı Anasının həvari partiyasıdır. 337-ci ildə İberiyanı vəftiz edən Həvarilərə bərabər olan Müqəddəs Ninonın missionerlik fəaliyyəti sayəsində xristianlıq Gürcüstanın dövlət dini oldu. Kilsə təşkilatı Antakya Kilsəsinin daxilində idi . Gürcü Kilsəsinin avtokefal statusu alması tarixi məlum deyil. 5-ci əsrin sonlarında İberiya kralı Vaxtanq Qorqasali dövründə kilsə müəyyən dərəcədə müstəqillik (qeyri-rəsmi muxtariyyət) əldə edir. Dolayı dəlillər əsasında birləşmiş GPK-nin ilk katolikos-patriarxı İoann Okropiri (980–1001) hesab edilir.
Konstantinopol Ortodoks Kilsəsi
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.
Müqəddəs Mark qibti ortodoks kafedralı
Müqəddəs Mark qibti ortodoks kafedralı (ərəb. كاتدرائية القديس مرقس القبطية الأرثوذكسية‎) - Misirin paytaxtı Qahirə şəhərində yerləşən Qibti Ortodoks kilsəsinə daxil olan kafedral. Kafedral Qahirə şəhərinin Abasiyyə rayonu ərazisində yerləşir və Misirdə yaşayan qibtilərin əsas dini məbədi hesab olunur. Müqəddəs Mark qibti ortodoks kafedralı 1968-ci ildə istifadəyə verilmişdir. 2016-cı ilin 11 dekabr tarixində kafedral yaxınlığında törədilmiş terror hücumu nəticəsində 25 nəfər həlak olmuş, 50 dən çox şəxs isə yaralanmışdır.
Ortodoks
Şərqi Ortodoks Kilsəsi — xristianlığın üç əsas cərəyanından (katolisizm və protestantlıq ilə yanaşı) biri. 988-ci ildən Kiyev Rus dövlətinin rəsmi dini olmuşdur. Bizans İmperiyası dağıldıqdan (1453) sonra onun ərazisində və qonşu dövlətlərdə hər biri öz hökmdarına tabe olan avtokefal pravoslavlıq kilsələri yaranmışdır. Ona görə də pravoslavlıqda Vatikan kimi vahid ümumdünya mərkəzi yoxdur. Şərqi pravoslav kilsəsi mömin müqəddəs üç üqnumun vəhdətində təzahür edən vahid tanrıya etiqad etməlidir. == Azərbaycanda pravoslav kilsələri == 1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralıının (1907-ci ildə inşa edilmişdir) binası Rus pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.
Ortodoks iudaizm
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. == Xüsusiyyətləri == Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Ortodoks xristianlıq
“Ortodoks xristianlıq” sözü ilə aşağıdakılardan biri nəzərdə tutula bilər:
Ortodoks yəhudilik
Ortodoks Yəhudilik, Pravoslav Yəhudilik və ya Ortodoks Musəvilik — Qüdsdəki məbədin dağıdılmasından müasir dövrə kimi gəlmiş rəsmi yəhudi inanc və ənənələrini təmsil edən, hələ də üzvləri ən çox olan İudaizm məzhəbidir. Bu gün İsrail dövlətində də bu məzhəbin tərəfdarları hakimdir. == Xüsusiyyətləri == Musanın qanunlarına ciddi şəkildə əməl edən pravoslav yəhudilər, Şabbat (şənbə) günü heç nə etməmək və Kaşrut qaydalarına tabe olmaq mövzusunda digər təriqətlərə nisbətən daha sərt mövqe tuturlar. Pravoslav Yəhudilərə görə, Allah Musaya Tövratı və On əmri vermişdir. Bunlar ilahidir, əbədi davam edəcək və heç bir şəkildə dəyişdirilə bilməz. Yazılmış Tövratdan əlavə, Allah Musaya şifahi şəkillərdə olan əmrlərini də vermişdir ki, bunlar da, nəsillərdən bəri davam edərək müasir dövrümüzə qədər gəlib çatmışdır. Eyni şəkildə, onlarda ilahi və müqəddəs sayılırlar. Bu mövzuda xüsusilə Talmud və Midraşdan əsas götürülür. Alahaya ciddi şəkildə riayət etmək lazımdır.
Ortodoksal
“Ortodoksal” sözü ilə aşağıdakılardan biri nəzərdə tutula bilər:
Ortodontiya
Ortodontiya - diş sıralarının anomaliyalarının müalicəsi ilə məşqul olan stomatologiyanın ixtisaslaşmış bölümü.
Ortodromiya
Ortodromiya - Qlobusda və ya merkator proyeksiyalı xəritədə loksodromiyanın əksinə olaraq, iki nöqtə arasındakı meridianları müxtəlif bucaq altında kəsib keçən ən qısa xəttdir.
Ortogenez
Ortogenez (yun. ortos – istiqamətlənmiş, genezis – doğuluş, doğulma) — istiqamətlənmiş təkamül haqqında metafizik nəzəriyyə. Bu nəzəriyyəyə görə, hər bir orqanizm qrupunun təkamülü müəyyən istiqamətdə gedir. Termini təklif etmiş Haake və Eimer hesab edirdilər ki, təkamülün istiqaməti xarici amillərin orqanizmə bilavasitə təsiriylə müəyyən edilir, lakin orqanizmin özunə xas olan daxili səbəblərdən asılı olaraq yalnız müəyyən istiqamətlərdə dəyişə bilər. Digər alimlər (Lull və b.) hesab edirlər ki, ortogenetik təkamülün istiqaməti bütövlükdə daxili amillərlə müəyyən edilir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Ortohidrogen
Ortohidrogen — H2 (dihidrogen) molekulunun hidrogen nüvəsinin maqnit oreiyantasiyasına görə fərqlənən iki növündən biri (digəri parahidrogen adlanır). Onların fiziki xassələri (məsələn, istilik tutumu) fərqlənir.
Ortoklaz
Kaliumlu-natriumlu çöl şpatları — triklinik sinqoniya (mikroklin, anortoklaz), monoklinik sinqoniya (sanidin, ortoklaz). Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. 'mikroklin – K [AlSi3O8]; ortoklaz –K [AlSi3O8]; sanidin – (K, Na) [AlSi3O8]; anortoklaz – (Na, K) [AlSi3O8] == Növ müxtəliflikləri == Adulyar – rəngsiz, şəffaf ortoklaz, bəzən opalestsentsiya edir; amazonit – yaşıl mikroklin; qialofan – bariumlu ortoklaz, bariumlu (5%-dək BaO) və natriumlu (4,92% Na) sanidinlər və b. Göstərilən minerallar (Na, K) [AlSi3O8] tərkibli, yalnız yüksək temperaturda dayanıqlı olan homogen bərk məhlulun parçalanma məhsuludur. Temperatur aşağı düşdükdə bu bərk məhlul K [AlSi3O8] – (ortoklaz və ya mikroklinə) və Na [AlSi3O8] (albitə) parçalanır və qanunauyğun pertit (albit ortoklazda) və antipertit (ortoklaz albitdə) bitişikləri əmələ gəlir. == Xassələri == Rəng – açıq-çəhrayı, boz, sarımtıl, yaşılımtıl, bəzən tünd-yaşıl, qəhvəyi, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində – sədəfi; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 2,6; Sərtlik – 6; Kövrəkdir; Ayrılma – {001} və {010} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, bəzən qabıqlı; Başqa xassələr – opalestsenstiya (adulyar); Morfologiya – kristallar: qısaprizmatik, lövhəvari; peqmatitlərin mikroklini üçün ölçüləri bir neçə metrə çatan olduqca iri kristallar səciyyəvidir; İkiləşmə: tez-tez rast gəlir; sadə və polisintetik; karlsbad, manebax, baven və periklin qanunları üzrə; eyni zamanda iki qanun üzrə təzahür edən mürəkkəb ikiləşmələr mikroklin üçün səciyyəvi olub, mikroklin qəfəsinin yaranmasına səbəb olur; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar, mikroklinin kvarsla özünəməxsus qrafik bitişikləri («yəhudi daşı» və ya «yazılı qranit»). == Mənşəyi və yayılması == Ortoklaz və mikroklin turş və qələvi intruziv, sanidin və anortoklaz isə effuziv süxurların süxurəmələgətirən minerallarıdır. Mikroklin qranit peqmatitlərinin tipik mineralıdır. Qələvi çöl şpatlarının hidrotermal əmələgəlmələri damarətrafı dəyişilmiş silikat süxurları ilə əlaqədardır. Ortoklaz və mikroklin çox vaxt metamorfik proseslər nəticəsində əmələ gəlir və kristallik şistlərdə və qneyslərdə qeyd edilir.
Ortomozaik
Rəqəmsal ortofoto — bu, üst-üstə düşən orijinal fotoşəkillərdən yaradılan ərazinin (obyektin) rəqəmsala çevrilmiş şəklidir. == Metodologiya == Rəqəmsal ortomozaika iki yolla yaradıla bilər: rəqəmsal üst-üstə düşən təsvirlərin hər birindən yaradılmış ayrıca çevrilmiş təsvirlərdən; bütün üst-üstə düşən fotoşəkillərin çevrilməsi prosesində birbaşa ortomozaika meydana gətirərək. == Spesifiklik == Ortomozaika yaratmaq üçün ilkin məlumatlar: İnsanlı və ya pilotsuz uçuş aparatlarından və ya metaməlumatları olan kosmik aparatlardan əldə edilən Yerin məsafədən zondlanması materialları; rəqəmsal yüksəklik/relyef matrisləriOrtomozaika yaratmaq üçün fərqli avtomatlaşdırma dərəcəsi olan və müxtəlif əmək xərcləri tələb edən müxtəlif proqram təminatı istifadə olunur. Rəqəmsal ortofotomaplardan ərazinin hazır fotosənədləri (məsələn, yerdə oriyentasiya etmək və ya obyektləri verilmiş koordinat sisteminə bağlamaq üçün), həmçinin topoqrafik xəritələr üçün əsas kimi istifadə olunur.
Ortonektidlər
Ortonektidlər (lat. Orthonectida) — heyvanlar aləminə aid heyvan tipi. Ortonektidlərin 2 fəsiləsinin 5 cinsinə daxil olan 30-a yaxın növü məlumdur. Ortonektidlər dəniz onurğasızlarından kirpikli qurdlar, nemertinlər, polixetlər, ofiurlar və s.-lərinin endoparazitləridir. Bunlar kiçik bir qrupu təşkil edən kiçik orqanizmlərdir. Müxtəlif dəniz heyvanlarının bədən boşluğunda və yaxud cinsi vəzilərdə parazitlik edirlər. Orthonectida ayrıcinslidir. Dişi erkək fərdlərin bədəni uzunsovdur və xarici hissə kirpikli epiteldən, daxili hissə isə dişi və erkək cinsi hüceyrələr yığımından ibarətdir. Cinsi fərdlər sahibini tərk edib, suya çıxır və burada da mayalanma baş verir. Mayalanmış dişi fərdlərin daxilində yumurtalardan xırda kirpikli sürfələr inkişaf edir, sonuncular ana orqanizmi tərk edib, fəal sürətdə münasib sahibin bədəninə keçir.
Ortopediya
Ortopedik cərrahiyyə və ya ortopediya, həmçinin ortopedik yazı, dayaq-hərəkət sistemi ilə əlaqəli şərtlərlə əlaqədar cərrahiyyə şöbəsidir. Ortopedik cərrahlar əzələ-sümük travma, bel ağrıları, idman xəsarətləri, degenerativ xəstəliklər, infeksiyalar, şişlər və doğuşdan gələn xəstəliklərə müalicə etmək üçün həm cərrahi, həm də qeyri-cərrahi vasitələrdən istifadə edirlər. Nicholas Andry ortopedi olaraq Fransız sözünü, Orthopedie (Orthopædia: Tərcümə və ya İncəsənət və ya İncəsənət Tərcümə İnstitutu) nəşr etdiyi Yunan sözləri ὀρθός orthos ("düzgün", "düz") və παιδίον ödəniş ("uşaq" 1741-ci ildə Uşaqlarda deformitenin qarşısının alınması ). Sözü ortopediklər kimi ingilis dilinə uyğunlaşdırılıb; yunanca və latınca əsaslanan sözlər üçün dövrdə yayılmağa başladı. Adın nəzərdə tutulduğu kimi, intizam ilk növbədə uşaqlara diqqət yetirir, həyatın bütün mərhələlərində onurğa və sümük deformitələrinin düzəldilməsi ortopedik təcrübənin təməl daşına çevrildi. "Æ" ligatı ilə əldə edilən bir çox sözlərlə olduğu kimi, "a" ya da sadəcə "e" ye sadələşdirilməsi, xüsusilə də Şimali Amerikada yaygındır. ABŞ-də kollec, universitet və rezident proqramların əksəriyyəti və hətta Ortopediya Cərrahları Akademiyası hələ də xəstəxanalarda qısaldılmış formanı istifadə etsə də, hələ də digraph ae ilə imla istifadə edir. Başqa yerdə istifadə istifadəsizdir: Kanadada hər iki yazım məqbuldur; Ortopediya adətən Böyük Britaniyanın qalan hissəsində, xüsusən Böyük Britaniyada üstünlük təşkil edir. Ortopediya əməliyyatlarında baş verən bir çox hadisələr müharibə dövründə baş verən hadisələrlə nəticələndi. Orta əsrlərin döyüş sahələrində yaralananlar atların qanında batırılmış bantlar ilə müalicə olundular, lakin bu, sağlam, lakin qeyri-sanitar, splint yaratmaq üçün quruduldu.
Ortoqanal
'ortoqonal, düzbucaqlı - orthogonal Düz bucaq altında görüşmə. Məsələn, üçölçülü fəzada x oxu (X-AXIS), y oxu (Y-AXIS) və z oxu (Z-AXIS) ortoqonaldır. Düzbucaqlı qutunun tilləri ortoqonaldır. Bütün kombinasiyalarda istifadə olunabilən. Məsələn, əgər ölçü və rəng obyektin ortoqonal atributlarıdırsa, istənilən rəng ilə istənilən ölçü birləşdirilə (əlaqələndirilə) bilər.Ortoqonallıq ALGOL və bir sıra proqramlaşdırma dillərinin layihələndirilməsində mühüm məqsədlərdən biri olub. Məsələn, əgər dildə həm massivlər, həm də göstəricilər varsa, ortoqonallıq naminə massivlər massivinin (ARRAYS OF ARRAYS), göstəricilər massivinin (ARRAYS OF POINTERS), massivlərə göstəricilərin (POINTERS TO ARRAYS) və göstəricilərə göstəricilərin (POINTERS TO POINTERS) olması da vacibdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ortoqonal çoxhədlilər
Riyaziyyatda, həqiqi çoxhədlilərin sonsuz ardıcıllığına daxil olan iki müxtəlif çoxhədlinin L 2 {\displaystyle L^{2}} fəzasında verilmiş müəyyən skalyar hasilə görə bir-birinə ortoqonal olmasına ortoqonal çoxhədlilərin ardıcıllığı deyilir. Geniş istifadə olunan ortoqonal çoxhədlilərə misal olaraq, Ermit, Lagerr, Yakobi və onların xüsusi halı olan Gegenbauer, Çebışev və Lejandr çoxhədliləri kimi klassik ortoqonal çoxhədliləri göstərmək olar. Ortoqonal çoxhədlilər anlayışı, XIX əsrdə P.L. Çebışev tərəfindən kəsilməz kəsrlərin öyrənilməsi nəticəsində elmə daxil edilmiş və daha sonra isə A.A. Markov və T.İ. Stiltyes tərəfindən inkişaf etdirilmişdir.
Ortoseratoidealar
Ortoseratoidealar (Orthoceratoidea) — başıayaqlı molluskaların məhv olmuş formalarını əhatə edən, həcmcə böyük olmayan yarımsinifi. Qabıq adətən 1m-ə yaxın düz, azacıq əyilmiş, hamar, bəzən bəzəkli olur. Arakəsmələr linzavari — çökəlmiş, arakəsmə xətləri, demək olar ki, düz olur. Sifon ensiz, mərkəzi və ya submərkəzi vəziyyət tutur; septal borular düz, çox hallarda qatlanmış olur. İki dəstəyə (Orthoceratiada və Pseudorthoceratida) bölünür. Ordovik — trias. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Rum Ortodoks Patrikxanası
Konstantinopol Pravoslav Kilsəsi (yun. Πατριαρχεῖον Κωνσταντινουπόλεως, Patriarhion Konstandinupoleos, türk. Rum Ortodoks Patrikhanesi, İstanbul Ekümenik Patrikhanesi) — VI əsrdən etibarən Xristianlıq dünyasında mühüm rol oynamağa başlamış dini mərkəz. Konstantinopol Ortodoks Kilsəsi Şərq Ortodoks Kilsəsi məzhəbinin əsas mərkəzlərindən biri hesab olunur. 1453-cü ildə İstanbul şəhərinin fəth olunmasından sonra sultan II Mehmed şəhərdə yaşayan qeyri-müsəlman əhalinin toxunulmazlığı haqqında fərman vermişdir. Bununla da Konstantinopol Ortodoks Kilsəsi Osmanlı imperiyasının vaxtında belə rəsmi şəkildə fəaliyyət göstərmişdir. II Gennadiosun patriarx seçilməsindən sonra Kilsənin idarə mərkəzi şəhərdə ikinci böyük kilsə olsan Həvari kilsəsinə köçürülmüşdür. Həmin dövrdə Həvari kilsəsi şəhərdə olan ən qədim kilsələrdən hesab olunurdu. Min il əvvəl inşa olunmuş kilsənin bağçasında, Bizans İmperiyası imperatorlarının məzarları da vardı. Şəhərdə xristian əhalinin sayı azaldığından və təhlükəsizlik səbəbindən Konstantinopol Pravoslav Kilsəsinin idarə mərkəzi 1455-ci ildə yenidən köçürülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2012 ••• 0.09
2018 •••••••••••••••••••• 0.60
2019 ••••• 0.14

orto sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Zaqatala) saxsı qab

Azərbaycan dilinin dialektoloji lüğəti.

"orto" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#orto nədir? #orto sözünün mənası #orto nə deməkdir? #orto sözünün izahı #orto sözünün yazılışı #orto necə yazılır? #orto sözünün düzgün yazılışı #orto leksik mənası #orto sözünün sinonimi #orto sözünün yaxın mənalı sözlər #orto sözünün əks mənası #orto sözünün etimologiyası #orto sözünün orfoqrafiyası #orto rusca #orto inglisça #orto fransızca #orto sözünün istifadəsi #sözlük