Oru sözü azərbaycan dilində

Oru

Yazılış

  • Oru • 71.4286%
  • oru • 21.4286%
  • ORu • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afər Orucov
Afər Yafət oğlu Orucov (13 mart 1996, Quba rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afər Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olmuşdur. 2001-2013-cü illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afər Orucov 2014-2015-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Müddətdən artıq xidmətini Azərbaycanın Daxili Qoşunlarında "çavuş" rütbəsiylə etmişdir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Afər Orucov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Allahverdi Orucov
Allahverdi Orucov (20 avqust 1944, Aşağı Yağlıvənd, Qaryagin rayonu) — Azərbaycan Texniki Universitetinin "Elektromexanika və elektrik avadanlığı" kafedrasının professoru, Azərbaycan Texniki Universitetində keçmiş I prorektoru. == Həyat və fəaliyyəti == 20 avqust 1944-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. 1961-ci ildə orta məktəbi bitirərək Bakı Neft Texnikumuna daxil olub. 1964-cü ildə texnikumu fərqlənmə diplomu ilə qurtarıb. Həmin il Azərbaycan Politexnik Institutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olunub. 1969-cu ildə təhsilini başa vuraraq 1971-ci ilə qədər Mingəçevirdəki "Azərkabel" zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. 1971-ci ilin oktyabrında Azərbaycan Politexnik Institutuna müəllim kimi işə dəvət olunub və "Ümumi elektrotexnika" kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 1972-ci ilin yanvarında Moskva Energetika Institutunun əyani aspiranturasına qəbul edilib. 1975-ci ildə aspiranturanı uğurla bitirərək və elmi işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra yenidən Azərbaycan Politexnik Institutuna qayıdıb.
Almaz Orucova
Almaz Ədil qızı Orucova (2 iyun 1966, Zəngilan rayonu) — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Orucova Almaz Ədil qızı 02 iyun 1966 cı ildə Zəngilan rayonunda doğulub.1983 cü ildə Zəngilan rayon 1saylı orta məktəbi bitirib. 1985–1990 cı illər ərzində Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda böyük sənətkar Şövkət Ələkbərovanın sinifində təhsil alıb. Təhsil aldığı illərdə Səxavət Məmmədovun rəhbərlik etdiyi Qarabağ ansamblına dəvət edilib. Dəyərli sənətkarla birlikdə ilk dəfə Naxçıvan şəhərində konsertdə iştirak edib. 1992-ci ildə Almaniya Respublikasına qastrol səfərinə dəvət edilib və xalq və bəstəkar mahnılarından ibarət ilk diski də orada buraxılıb. 1993-cü ildə Azərbaycan Muğam Teatrında işə başlayıb. 2005-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına solist dəvət olunub və ilk solo konsertini 2006-cı ildə bu səhnədə verib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Mahnı Rəqs ansamblı ilə birlikdə çox Dövlət tədbirlərində çıxış edib. 2010-cu ildə Türkmənistanda 21 ölkə arasında keçirilən Beynəlxalq Avaza festifalında sənət dostları ilə birgə Azərbaycan musiqisini uğurla təmsil edərək I-yer Qran Pri ilə mükafatlındırılıblar.
Arif Orucov
Arif Kabı oğlu Orucov (d. 15 sentyabr 1961, Dilican ş.) — Fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == 1961-ci ilsentyabırın 15-də Dilican şəhərində anadan olmuş; 1969–1978-ci illərdə İcevan rayonunda Polad kənd orta məkətəbində oxumuş; 1979–1981 illərdə hərbi xidmətdə olmuş; 1981–1987-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil almış; 1982-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 1987–1995-ci illərdə Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında baş laborant və qiyabi aspirant; 1982–1987-ci illərdə Ümumifizika kafedrasında laborant; 1995–2001-ci illərdə BDU-da Ümumi fizika kafedrasında laboratoriya müdiri; 2001-ci ildə f.r.-e.n., "Üzərində təbəqə olan bəzi keçid metalların səthində fiziki proseslər" 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim;Bakı Dövlət Universitetində Apardığı dərslər: Ümumi fizika kursu, elektromaqnetizm. 35 elmi məqalənin müəllifidir. === Tədqiqat sahəsi === Qrafit monotəbəqəsi ilə örtülmüş bəzi keçid və nadir metalların səthi nə yad atomları nadsorbsiyası zamanı səth–həcm sərhəddində baş verən fiziki-kimyəvi proseslərin tədqiqi. == Əsərləri == Оруджов А.К., Рагимов Р. Ш. Внедрение атомов углерода в рений и получение графитой пленки на поверхности рения. Tətbiqi fizika və energetikanın aktual məsələləri Beynəlxalq Elmi Konfransı, Bakı, SDU, 2018, s. 110–112 Оруджов А.К., Гюлахмедов О.Г. Диффузия атомов углерода в рений и получение графитой.
Asəf Orucoğlu
Asəf Orucoğlu, Asəf Qaya, Asəf Əliyev (Əliyev Asəf Oruc oğlu; 21 oktyabr 1967, Daşkəsən – 2018, Bakı) — "Millət" qəzetinin redaktoru və baş redaktoru, MSK-nın sabiq üzvü. == Həyatı == Asəf Orucoğlu 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir. == Təhsili == 1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Əmək fəaliyyəti == Asəf Orucoğlu "Millət" qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, "Araşdırma və proqnoz şöbəsi"nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.2003–2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. == Ədəbi yaradıcılığı == Asəf Qaya imzası ilə şeirlər yazırdı. 300-ə yaxın şeirin müəllifidir.
Ayaz Orucov
Ayaz Orucov (1 yanvar 1959, Jdanov rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırış deputatı, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. == Həyatı == Orucov Ayaz İsmayıl oğlu 1959-cu il yanvarın 1-də Beyləqan rayonunun Şahsevən kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966–1974-cü illərdə Şahsevən kənd orta məktəbində oxumuş, riyaziyyat fənnində yüksək nailiyyətlər göstərdiyinə görə, 1974-cü ildə Bakı şəhərində 1 nömrəli Fizika- riyaziyyat təmayüllü məktəbə daxil olmuş və 1976-cı ildə həmin məktəbi bitirmişdir. Orucov Ayaz İsmayıl oğlu 1980–1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun " Yol-İnşaat " fakültəsində təhsil almışdır. Bu dövrdə yüksək təhsil göstəricilərinə nail olmuş, eyni zamanda institutun ictimai həyatında fəal iştirak etmişdir. O hələ ikinci kursda oxuyarkən institutun komsomol komitəsinə üzv, daha sonra komsomol komitəsinə katib müavini seçilmiş və özünü bacarıqlı təşkilatçı kimi təsdiq etmişdir. Tələbə inşaat dəstələrində rəhbər vəzifələrdə çalışmışdır. Dəfələrlə fəxri fərmanlarla və müxtəlif mükafatlarla təltif edilmişdir. Ayaz Orucov əmək fəaliyyətinə 1985-ci ildə tikinti-quraşdırma və neft kimya sahəsində başlamışdır. Əmək fəaliyyəti dövründə özünü yüksək ixtisaslı və peşəkar bir mütəxəssis kimi doğrultmuşdur.
Aşağı Oruzman
Aşağı Oruzman — Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Başkeçid şəhərindən 4 km güneydə dəniz səviyyəsindən 1220m yüksəklikdə yerləşir. Kənd qədim türk məskənidir. Bu toponim oğuzoğlu Uruzu xatırladır. 1536-cı ilin sənədlərində(Baratlıların bölgü kitabında) ORMOZON toponiminə rast gəlirik. Bu isə bu kəndin nə qədər qədim olduğunu sübut edir.Bunu rus,yunan,gürcü və.s mənbələri də təsdiq edir. == Coğrafiya == Kənd dağlıq yerdə yerləşir.Oruzman iki çay arasında (Təvədöy(Xram) və Qaraçay(Söyüdlü))hündür bir yerdə yerləşir.Kənd bir neçə kəndlə qonşudur. Bunlar: Yuxari Oruzman, Salxoz, Qarakilsə, Dəllər, Bəzəkli, Hamamlı, Başkeçid rayonu, Armudlu... == Məşğuliyyəti == Məşğuliyyəti əsasən maldarlıq qismən də əkinçilikdir. Maldarlıqla məşğul olanlar əsasən dağlara yaylağa çıxırlar.
Aşıq Oruc
Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi. == Həyatı == Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub.1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur. 1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub. 1939-cu ildən müstəqil aşıqlığa başlayıb. Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyurmuş.1953–1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib.
Bayram Orucov
Bayram Çərkəz oğlu Orucov (17 fevral 2001, Alpout, Göyçay rayonu – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bayram Orucov 2001-ci il fevral 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub. 2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Bayram Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Bayram Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında savaşıb. Bayram Orucov oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Orucov
Ceyhun Namaz oğlu Orucov (17 dekabr 1996, Nağaraxana, Şamaxı rayonu – 30 oktyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub. 2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ceyhun Orucov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Corc Oruell
Corc Oruell (25 iyun 1903[…] – 21 yanvar 1950[…], London) — İngiltərə yazıçısı. XX əsr İngilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biridir. Əsərlərində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizəsi onun əsərlərinin əsas xüsusiyyətlərindən biridir. == Həyatı == Əsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. Atası gömrük işçisi, anası evdar qadın olub. 1904-cü ildə onların ailəsi Londona köçür. Oruell kiçik yaşlarından kitab oxumağa həvəs göstərir, Kiplinqin, Dikkensin, Uelsin əsərlərini oxuyur. 15 yaşında Londonun elitar məktəblərindən sayılan İton kollecinə daxil olur. Tələbəlik illərindən bədii yaradıcılığa başlayan Oruell ilk hekayələrini kollecin dərgilərində çap etdirsə də, uğur qazanmır. Təhsil haqqını ödəyə bilmədiyindən kolleci yarımçıq qoyaraq Birmaya gəlir və kral polisində direktor köməkçisi işləməyə başlayır.
Corc Oruellin biblioqrafiyası
Corc Oruellin biblioqrafiyası — britaniyalı yazıçı Erik Artur Bleyer (1903–1950) tərəfindən bəziləri əsl adı ilə, bir çoxu isə Corc Oruell təxəllüsü ilə yayımlanan jurnal, esse, roman və qeyri-bədii əsərlərin siyahısı. Oruell "ehtimal ki, 20-ci əsrin ingilis mədəniyyətinin ən yaxşı salnaməçisi" elan edilmişdir və müasir ingilis cəmiyyəti və ədəbi tənqid ilə bağlı mövzularda məhsuldar bir yazıçı olmuşdur. Qeyri-bədii mədəni və siyasi tənqid onun əsərlərinin böyük əksəriyyətini təşkil edirdi, lakin Oruell bədii ədəbiyyatın digər bir neçə janrına da müraciət etmişdir. Oruell daha çox siyasi şərhləri ilə solçu anti-totalitar kimi yadda qalmışdır. O, "Niyə yazıram" (1946) essesində izah etdiyi kimi, "1936-cı ildən bəri yazdığım bütün ciddi əsərlərin hər bir sətri birbaşa və ya dolayı yolla, mənim başa düşdüyüm kimi, totalitarizmin əleyhinə və demokratik sosializmin lehinə yazılmışdır". Bu məqsədlə Oruell öz siyasi əqidəsini müdafiə etmək üçün bədii ədəbiyyatdan, eləcə də jurnalistikasından istifadə edirdi. O, ilk dəfə "Heyvanıstan" adlı povesti ilə geniş şöhrət qazanmış və ölümündən qısa müddət əvvəl "1984" romanının nəşri ilə tarixdəki yerini möhkəmləndirmişdi. Bədii ədəbiyyat onun yaradıcılığının kiçik bir hissəsini təşkil etsə də, bu iki roman onun ən çox satılan əsərləridir və 2007-ci ilə qədər altmış iki dildə demək olar ki, əlli milyon nüsxə — bütün digər iyirminci əsr müəlliflərinin hər hansı bir kitab cütlüyündən daha çox satılmışdır.Oruell Britaniyanın müxtəlif jurnalları üçün qeyri-bədii ədəbiyyat, o cümlədən kitab icmalları, redaksiya məqalələri və jurnalistika araşdırmaları yazmışdır. O, sağlığında yüzlərlə məqalə, o cümlədən Britaniya xəbər həftələrində ədəbi və mədəni tənqidlə, eləcə də açıq-aşkar siyasi yazıları ilə bağlı bir neçə müntəzəm qəzet sütunları dərc etdirdi. Bundan əlavə, o, "Paris və Londonda qara qəpiksiz" və "Viqan Perə gedən yol" adında Britaniyada yoxsulluq haqqında kitab uzunluğunda araşdırmalar və İspaniya vətəndaş müharibəsi haqqında ilk retrospektivlərdən biri olan "Kataloniyaya məhəbbətlə" kitabını yazdı.
Coşqun Orucov
Coşqun Oruc oğlu Orucov (28 yanvar 2001, Xoşkeşin, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Orucov 28 yanvar 2001-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdur. 2007-ci ildə Suraxanı rayonuna köçmüşdür. Orta təhsilini Suraxanı rayonunda yerləşən 315 nömrəli məktəbdə almışdır. == Hərbi xidməti == Coşqun Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Coşqun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı snayper olaraq 16 oktyabrdan iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Coşqun Orucov 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Dərəgəh-i Oruzxan (Sulduz)
Dərəgəh-i Oruzxan (fars. درگه ارسخان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (83 ailə).
Elman Orucov
Elman İzzət oğlu Orucov (24 avqust 1959) - Azərbaycan Silahlı Qüvvələrinin General Mayoru, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. == Hərbi xidməti == 1980-ci ildə Sverdlovsk ali hərbi-siyasi tank və artilleriya məktəbini və 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun hər ikisini qırmızı diplomla bitirib. 1992-ci ildən Azərbaycan Milli Orudusunda müxtəlif hərbi-siyasi və komandir vəzifələrində xidmət edib. Xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni, "За боевые заслуги", "Hərbi xidmətdə fərqlənməyə görə", o cümlədən, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və digər dövlət mükafatları ilə təltif olunub. Qarabağ müharibəsində fəal iştirak edib və yaralanıb. Ailəlidir, 5 övladı var.
Elmir Orucov
Elmir Elyar oğlu Orucov (4 yanvar 2002; Poylu, Ağstafa rayonu — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Orucov 2002-ci il yanvarın 4-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. 2009–2014-cü illərdə 73 saylı Böyükşor qəsəbə tam orta məktəbində, 2014–2018-ci illərdə isə 136 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmir Orucov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Orucov noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Orucov
Elvin Rövşən oğlu Orucov (18 dekabr 1991; Qazax rayonu, Azərbaycan- 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Orucov 1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. 1999-2005-ci illərdə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində, 2005-2009-cu illərdə İ.Qayıbov adına 3 saylı Qazax şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elvin Orucov 2010-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Elvin Orucov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elşən Orucov
Elşən Orucov (aktyor) — Azərbaycanlı aktyor. Elşən Orucov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Elşən Orucov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Elşən Orucov (aktyor)
Elşən Eldar oğlu Orucov (14 yanvar 1985, Bakı) — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Fəlakət obrazı ilə tanınır. Aktyorun "Fəlidən Doğru Xəbər" adlanan verilişi, günümüzə qədər Xəzər TV kanalında yayımlanır. == Həyatı == Əslən Füzuli rayonundan olan Elşən Orucov 1985-ci il yanvarın 14-də Bakı şəhərində dünyaya gəlib. ADMİU-nun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır. "Bozbash Pictures"də yaratdığı Fəlakət obrazının "Əla, əla", "Onu maa neçiyə verərsən?" ifadələri hər kəsin dilindədir. O, bu obrazın öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib. 2018-ci ildə öz yaratdığı obrazını, milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "Fəlakət" Bədii Filmi tamaşaçılara təqdim olundu. 2018-ci ildə "Tayson" filminə dəvət aldı və həmin filmdə ciddi obrazı canlandırdı. 2019-cu ildə "Fəlidən doğru xəbər (veriliş)" adlanan verilişi ilə YouTube-da fəaliyyətə başladı, sonradan "Fəlidən doğru xəbər (veriliş)"in növbəti yayımları 2020-ci ildə Xəzər TV kanalında yayımlanmağa başladı.
Elşən Orucov (mayor)
Elşən Yavər oğlu Orucov (11 avqust 1985, Ayrınc, Şahbuz rayonu – 22 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub. 1991-2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb. 2001-2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008-2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib və igidliyinə görə medalla təltif olunub. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib.
Elşən Orucov (əsgər)
Elşən Ehtiram oğlu Orucov (6 avqust 1991, Musaköy, Qazax rayonu – 5 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub. Elşən Orucov 1997-2008-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elşən Orucov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.
Faiq Orucəliyev
Orucəliyev Faiq Hacı Murad oğlu - texnika elmləri doktoru, professor, Azərbaycan MEA müxbir üzvü == Həyatı == Orucəliyev Faiq Hacı Murad oğlu Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə "Neft yataqlarının istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1963-cü ilə qədər "26 Bakı komissarı adına" NQÇİ-də neft hasilatı üzrə operator, elmi-tədqiqat istehsalat işləri sexinin (ETİİS) baş mühəndisi işləyib. 1963-1997-ci illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, baş elmi işçi, laboratoriya rəhbəri olub. 1968-ci ildə "Qaz-kondensat yataqlarının işlənilməsinin hidrodinamik ünsürləri" mövzusunda namizədlik, 1981-ci ildə isə "Qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin qaz-hidrodinamiki əsasları" mövzusunda doktorluq dissertasiyasiyaları müdafiə etmişdir. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Orucəliyev F.H. neft və qaz yataqlarının işlənilməsi sahəsində görkəmli alimdir. Elmi tədqiqatların sahəsi: flüid və kollektorların real xassələrinin tam nəzərə alınması ilə qaz-maye karbohidrogen sistemlərinin laylarında süzülmə prosesinin qaz-hidrodinamiki modelləşdirilməsi üsullarının işlənilməsi; müxtəlif rejimlərdə və işlənilmə sistemlərində uçucu neftlərin qaz-kondensat, qaz-kondensat-neft yataqlarının işlənilməsinin kompleks layihə edilmə üsullarının yaradılması; mürəkkəb lay proseslərinin xüsusiyyətlərinin öyrənilməsi. Orucəliyev F.H. 180-dən artıq elmi məqalənin, 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi alıb.
Hidayət Orucov
Orucov Hidayət Xuduş oğlu (5 sentyabr 1944, Maralzəmi) — şair-dramaturq; Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi; Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə Muşaviri (1 avqust 1992 ildə), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993 ildə). Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006 – 31 may 2012) Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021 ildən). == Həyatı == Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Mehri (Meğri və ya Mığrıi) bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.
Həmzəağa Orucov
Orucov Həmzəağa Davudoğlu (1 fevral 1949, Şamaxı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Həmzəağa Orucov 1949-cu il fevralın 1-də Şamaxıda anadan olub.1966-cı ildə orta məktəbi bitirib.1967–1972-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisasında təhsil almıb.1972–1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun aspirantı çalışmışdır. 1975–1978-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.1976-cı ildə "Yüksək tərtib operator diferensial ifadələrin öz-özünə qoşma genişlənmələrinin tədqiqi" sahəsi üzrə Fizika-riyaziyyat elmləri namizədi olmuşdur.1986–1995 Bakı Dövlət Universitetində dosent işləyib.1995-ci ildə "Diferensial operator tənliklər üçün sərhəd məsələləri" sahəsi üzrə Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.1995-ci ildən Bakı Dövlət Universitetində professor vəzifəsində çalışır. Həmzəağa Orucovun əsas tədqiqat sahəsi diferensial tənliklər sahəsi ilə əlaqədardır. 60-dan çox elmi məqalənin və 4 dərs vəsaitinin müəllifidir. Yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əməyi var. 31 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. == Əsərləri == Seçilmiş əsərlər 1. Poliharmonik Tənlik üçün Yarımoxda Dırixle Məsələsinin Təqribi həlli. "Elm və Təhsildə İnformasiya — Kommunikasiya Texnologiyalarının Tətbiqi" Beynəlxalq Konfrans, Bakı, sentyabr, 2004., s.
Kinyaz Orucov
Kinyaz Zirəddin oğlu Orucov (10 may 2000; Gəncə, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kinyaz Orucov 2000-ci il mayın 10-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kinyaz Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kinyaz Orucov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2008 •••••••••••• 0.24
2011 •••••••••••••••••••• 0.43
2013 ••••••• 0.15
2017 •••••••••••••••• 0.33
2018 ••••••• 0.15
2020 ••••••• 0.13

"oru" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oru nədir? #oru sözünün mənası #oru nə deməkdir? #oru sözünün izahı #oru sözünün yazılışı #oru necə yazılır? #oru sözünün düzgün yazılışı #oru leksik mənası #oru sözünün sinonimi #oru sözünün yaxın mənalı sözlər #oru sözünün əks mənası #oru sözünün etimologiyası #oru sözünün orfoqrafiyası #oru rusca #oru inglisça #oru fransızca #oru sözünün istifadəsi #sözlük