oruc-namaz sözü azərbaycan dilində

oruc-namaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oruc-namaz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. == Dini əhəmiyyət və sanksiya == Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Oruc
Oruc – Allaha xatir və onun müqəddəs dərgahında savaba nail olmaq üçün müəyyən müddət daxilində yemək və içməkdən imtina etmə. == Etimologiya == "Oruc" sözü "namaz" sözü kimi fars dilindən alınmış روجك rôcik sözünün Türk dilində söylənişidir. Quranda صوم savm və صيام sıyam olaraq göstərilib. == İslam dini == Ramazan ayının orucu hər bir həddi-büluğa çatmış, müsafir və xəstə olmayan müsəlmana vacibdir. Ramazan ayının orucunu tutan müsəlman aşağıdakılara riayət etməlidir: Sübh azanından şam azanına qədər yeyib-içməkdən, cinsi əlaqədən, və buna bənzər işlərdən (onanizm) çəkinməlidir. Başını tam olaraq suya salmamalıdır. Müsafir, yaxud xəstə olan, oruc tuta bilməyən kəslər 1 fəqiri yeməklə doyuzdurmalı, yaxud 1 fəqirə 1 müdd təam (750 q yeməli şeylər, buğda, arpa, düyü, xurma və s.) verməli, Ramazan ayı qurtardıqdan sonra isə münasib günlərdə orucun qəzasını tutmalıdır. Ramazan ayının orucunu tutan kəs bilərəkdək orucunu pozsa, ay qurtarandan sonra boynuna orucun bir gün qəzası ilə bərabər onun kəffarəsi də gəlir. Kəffarə ya bir qul azad etmək, ya 60 gün oruc tutmaq, belə ki onun 30 günü ardıcıl olmalıdır, ya 60 fəqiri doyuzdurmaq, yaxud onların hər birinə 1 müdd təam verməkdən ibarətdir. === Müstəhəb oruc === Müstəhəb oruc tutulduqda isə əgər, məsələn, bir mömin qardaşın səni yeməyə dəvət edirsə, orucunu aça bilərsən və bu halda orucun savabı da sənə yazılır.
Namaz Allahverdiyev
Namaz Baxış oğlu Allahverdiyev (13 iyun 2000, Suçma, Şəki rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namaz Allahverdiyev 2000-ci il iyunun 13-də Şəki rayonunun Suçma kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Namaz Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namaz Allahverdiyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. == Həyatı == Namaz Bədəlov 20 may 1932–ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954–cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959–cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961–ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964–ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Vacibi namaz
Vacibi namaz — qılınması vacib olan namaz. Sübh namazı Zöhr namazı Əsr namazı Şam namazı İşa namazı Ayət namazı Həcc ilə ümrə zamanı qılınan təvaf namazı Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlarCümə namazı sünni məzhəbində vacib, şiə məzhəbində isə zamanə imamının hazır olduğu zaman vacib, qeybdə olduğu müddətdə təxyiri-vacibdir. Fitr və qurban bayramlarının namazı şiə məzhəbində zamanə imamının hazır olduğu zaman vacibdir və camaat namazı kimi qılınmalıdır, qeybdə olduğu müddətdə isə müstəhəbdir və camaat namazı, yaxud furada (fərdi şəkildə) qılmaq olar.
Aşıq Oruc
Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi. == Həyatı == Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub.1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur. 1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub. 1939-cu ildən müstəqil aşıqlığa başlayıb. Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyurmuş.1953–1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib.
Məmməd Oruc
Məmməd Oruc (Orucov Məmməd Kazım oğlu; 8 mart 1947, Vedi) — yazıcı-publisist, tərcüməçi, SSRİ Jurnalistlər İttifaqının (1970), SSRİ Yazıçılar İttifaqının (1983) üzvü. == Həyatı == Məmməd Oruc 1947-ci il mart ayının 8-də Vedibasar mahalının (Ermənistan SSR) Böyük Vedi kəndində doğulub. 1951-ci ildə bu kəndin böyük bir qismini, o cümlədən M. Orucun ailəsini mövcud hakimiyyətin qərarı ilə Beyləqan rayonunun Şahsevən kəndinə (Azərbaycan SSR) köçürüblər. 1965-ci ildə Şahsevən kənd orta məktəbini bitirən M. Oruc C. M. Kirov adına ADU-nin Filologiya fakültəsinin Jurnalistika şöbəsinə daxil olmuş və 1969-cu ildə bu təhsil ocağını bitirərək "Azərbaycan gəncləri" qəzetində əmək faəliyyətinə başlamış və qısa bir müddətdən sonra Ədəbiyyat və İncəsənət şöbəsinə müdir təyin edilmişdir. 1971–72-ci illərdə hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra Azərbaycan Dövlət televiziya və Radio verlişləri komitəsində əmək fəaliyyətini davam etdirmiş, redaktor, böyük redaktor və şöbə müdiri vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan Yazıçıları İttifaqının "Azərbaycan" jurnalına ədəbi işçi kimi işə qəbul olunan M. Oruc bu günə kimi həmin dərginin əməkdaşıdır, publisistika şöbəsinin müdiridir. Azərbaycan Dövlət Televiziya və Radio şirkəti ilə əməkdaşlığını fasilələrlə də olsa, indi də davam etdirir. 1970-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1983-cü ildən isə SSRİ Yazıçılar İttifaqının üzvüdür. === Ailəsi === Ailəlidir: Üç övladı var, bir oğlan, iki qız.
Oruc (Culfa)
Oruc (fars. اروج‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (32 ailə).
Oruc Cabbarov
Oruc Akif oğlu Cabbarov (6 dekabr 1999; Nərimanabad, Yevlax rayonu, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Cabbarov 1999-cu il dekabrın 6-da Yevlax rayonunun Nərimanabad kəndində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Oruc Cabbarov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Oruc Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Oruc Cabbarov oktyabrın 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci ilin ilk günlərində tapılan nəşi həmin ilin 2 yanvar tarixində doğulduğu Yevlax rayonunun Nərimanabad kəndində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Cabbarov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oruc Cəfərov
Oruc Vaqif oğlu Cəfərov (23 fevral 1994; Bərdə rayonu, Azərbaycan — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Cəfərov 23 fevral 1994-cü ildə Bərdə rayonunun Xanərəb kəndində anadan olub. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Oruc Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Cəfərov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Oruc Həsənli
Oruc Həsənli (tam adı: Oruc Qafar oğlu Həsənli ; d. 15 avqust 1950, Ələkli, Şərur, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – ö. 19 iyun 2018, Bakı, Azərbaycan) — Azərbaycan alimi, pedaqogika üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017). == Bioqrafiya == Oruc Həsənli 15 avqust 1950-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ələkli kəndində anadan olub. 2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü olaraq çalışmışdır. 2007-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşur. Oruc Həsənli 19 iyun 2018-ci ildə, uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat etmişdir. == Elmi fəaliyyəti == AMEA-nın müxbir üzvü olan Oruc Həsənli 200-dən artıq elmi əsər, kitab və monoqrafiyanın müəllifi olmuşdur. === Elmi əsərləri === 1. Şagird şəxsiyyətinin formalaşdırılmasında diyarşünaslıq materiallarından istifadənin sistemi.
Oruc Musayev
Oruc Musayev (Türksevər) (1929, Şəmkir rayonu) – Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor == Həyatı == Oruc Musayev (Türksevər) 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində kəndli ailəsində anadan olub. 1948-ci ildə orta təhsilimi başa vurmuş, 1949-cu ildə isə Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunun İngilis Dili Fakültəsinə daxil olmuş, 1953-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdiyi il həmin institutda aspiranturaya daxil olmuş və 1961-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1964-cü ildə həmin universiteti bitirərək ikinci ali təhsil almışdır. Əmək fəaliyyətinə 1956-cı ildə başlamış və 50 ildən artıq İngilis Dilinin Qrammatikası kafedrasında əvvəlcə sıravi müəllim, sonra baş müəllim, daha sonra dosent, 1985-ci ildən isə həmin kafedrada professor vəzifəsində çalışaraq gənc nəsilin təlim-tərbiyyəsi ilə məşğul olmuşdur. 20 ildən artıq adı çəkilən kafedraya başçılıq etmiş, 7 il isə çalışdığı ali məktəbdə elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 1998-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 50 ildən artıqdır ki, prof. O.Musayev ingilis dilini tədris edir, ingilis və Azərbaycan dillərinin qrammatik quruluşunu və leksik tərkibini kontrastiv şəkildə tədqiq etməklə məşğuldur. Bu müddət ərzində o, bir sıra məqalə, monoqrafiya yazmış, orta və ali məktəblər üçün ingilis dili üzrə seriya dərsliklər və dərs vəsaiti tərtib etmişdir.
Oruc Məmmədli
Oruc Məmmədli (tam adı: Məmmədli Oruc Mehbalı oğlu; 10 fevral 1965, Şıxmahmud, Naxçıvan rayonu — Azərbaycanlı idman xadimi, Azərbaycan Respublikası “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim. == Həyatı == Məmmədli Oruc Mehbalı oğlu 10 fevral 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Şıxmahmud kəndində anadan olub. 1972-82-ci illərdə Babək rayon Şıxmahmud kənd məktəbində orta təhsil almışam. 1982-ci ildə Bakı şəhərində Bakı Bədən Tərbiyəsi Texnikomuna daxil olub. 1983-85-ci illərdə Ukraynada keçmiş Sovet Ordusunda hərbi xidmətdə olub. 1990-95-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qiyabi təhsil almışdır. 6 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti”proqramı üzrə ixtisasartırma kursu keçib. === Ailəsi === Ailəlidir. 2 övladı,4 nəvəsi var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1986-cı ildə təyinat üzrə Naxçıvan MR Babək rayon Payız kənd orta məktəbinə ixtisasım üzrə müəllim təyin edilib.
Oruc Məmmədov
Oruc Paşa oğlu Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Oruc Paşa oğlu Məmmədov 1946 cı il avqustun 7-də Qərbi Azərbaycanda Vedi rayonun Şirazlı kəndində anadan olmuşdur. 1953–1964 cü illərdə Ağdaş rayon Qalqəti kənd orta məktəbində oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstutunun mexanika fakultəsinə qəbul olunmuş və1970 ci ildə bitirmişdir.Ailəlidir üç övladı var. == İş Fəaliyyəti == 1970-ci ildə Sabunçu Maşımqayırma Zavodunda nəzarətçi usta, 1972-ci ildə mexaniki yığma sexində rəis müavini,1974-cü ildə sex rəisi, 1975 ci ildə texniki şöbədə böyük mühəndis-texnoloq,1976-cı ildə 1 saylı mexanika yığma sexinin rəisi,1978–1983 cü ilə kimi istehsalat üzrə direktor müavini vəzifəsində işləmişdir. 1983-cü ildən isə Sabunçu Maşınqayırma Zavodunun direktorudur. Zavoda rəhbərlik etdiyi müddətdə onun genişlənməsi,ən müasir texnologiya əsasında istehsalın təşkilinə, yüksək dünya standartlarına uyğun neft-mədən avandanlıqlarına məhz Azərbaycanda buraxılmasına nail olmuşdur. Hazırda zavodun istehsal etdiyi 8 adda əsas avadanlıq milli sertifikat almış,ümumilikdə istehsal sahələri və layihələşdirmə üzrə dünya standartına İSO-9001 sertifikatınan layiq görülmüş,Amerika Neft İnstitunun sertifaktını almaq üçün hazırlıq işləri təşkil edilmişdir.Sabunçu rayonu ərazisinin abadlaşdırılması üçün yollara asfalt döşənməsi,uşaq bağçalrında,kitabxanalarda,məktəblərdə və digər dövlət müəssisə vı idarələrində təmir işlərinin aparılması və onlara bilavasitə köməklik göstərilməsi onun gündəlik qayğısıdır. === Uğurları === 1990-cı ildə 29 saylı seçki dairəsindən ali qanunverici orqana üzv seçilmişdir. 1995-ci ildə Milli- Sənaye –İqtisadiyyat Komissiyasının üzvü olmuşdur.
Oruc Nəcəfli
Oruc Rövşən oğlu Nəcəfli (6 oktyabr 1989; Yevlax rayonu, Azərbaycan SSR — 17 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Nəcəfli 1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub. 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda "İnformatika və hesablama texnikası" ixtisası üzrə ali təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Oruc Nəcəfli 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Nəcəfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Nəcəfli oktyabrın 17-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Oruc Orucov
Orucov Oruc Əli oğlu (12 sentyabr 1878, Alpout, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 2 mart 1954, Bərdə, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ) — mətbuat xadimi, naşir, publisist. Qardaşları Abuzər və Qənbərlə birlikdə o dövrdə Azərbaycanın ən böyük mətbəəsi olan Orucov Qardaşları Mətbəə Nəşriyyatını qurub. "Nicat" Müsəlman Xeyriyyə Cəmiyyətində Təftiş Komissiyasının üzvü, Ədib və Mühərrirlər Cəmiyyətinin Milli Təşkilat Komitəsinin mühərrirlər heyətinin üzvü olub. Aprel işğalından sonra təqiblərə məruz qalıb. 1930-cu illərdə sürgün olunub. == Həyatı == Oruc Orucov 1878-ci il sentyabrın 12-də Bərdənin Alpout kəndində anadan olub. İlk təhsilini kənd mollaxanasında almış, daha sonra isə Yelizavetpol Mixail sənət məktəbini bitirib. 1896-cı ildə Bakıya köçərək, ticarətlə məşğul olmağa başlayıb. 1905-ci ildə qardaşları Qənbər və Abuzərlə birlikdə "Orucov qardaşları" nəşriyyatını yaradaraq naşirlik fəaliyyətinə başlamışdır. Nəşriyyatın müasir avadanlıqla təchiz olunmuş mətbəəsi, kitab və yazı ləvazimatı satılan mağazası olub.
Oruc Qasımov
Oruc Afiq oğlu Qasımov (26 oktyabr 1996, Qazax rayonu – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Qasımov 1996-cı il oktyabrın 26-da Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 2003–2014-cü illərdə İ. Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Oruc Qasımov 2014–2016-cı illərdə Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Oruc Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oruc Qasımov oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Qasımov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Qasımov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oruc Qurbanov
Qurbanov Oruc İzzət oğlu (24 iyul 1949, Bakı – 23 dekabr 2022) — Azərbaycan teatr rejissor, əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru (2017–2022). == Həyatı == Oruc Qurbanov 1949-cu ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Atası Qurbanov İzzət Nüsrət oğlu 1954-cü ildə "Paris kommunası" zavodunda iş vaxtı faciəvi surətdə həlak olub. İzzətoğlu orta təhsilini 8 saylı internat məktəbində alıb. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" ixtisası üzrə təhsil alıb, 1979–80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. Qırx ildir ki, teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışır. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib. Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub.
Oruc Soltanov
Oruc Fərhad oğlu Soltanov (1 yanvar 1999; Kürdəmir rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Soltanov 1999-cu il yanvarın 1-də Kürdəmir rayonunun Sovla kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Oruc Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oruc Soltanov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oruc Səda
Oruc Səda (24 may 1934, Saracıq, Qaryagin rayonu – 16 may 2016, Horadiz, Füzuli rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir. == Yaradıcılığı == Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir.
Oruc Vəliyev
Oruc Ramiz oğlu Vəliyev (13 iyul 1994, Gəncə – 1 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Vəliyev 1994-cü il iyulun 13-də Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Oruc Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Vəliyev oktyabrın 1-də Murovdağ döyüşləri zamanı yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Vəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Oruc Zalov
Oruc İbrahim oğlu Zalov (7 dekabr 1952, Naxçıvan) — Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini, polis general-leytenantı. == Həyatı == Zalov Oruc İbrahim oğlu 1952-ci il dekabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995–1998-ci illər Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı xüsusi rütbəsi verilmişdir. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Ailəlidir.
Oruc İbadlı
İbadlı Oruc Vəli oğlu (05.11.1938 – 23.02.2015) — Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Oruc İbadlı 5 noyabr 1938-ci ildə Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olmuşdur. 1945-ci ildə Dövlətyarlı kənd orta məktəbinə getmiş, 1955-ci ildə B. Sərdarov adına orta məktəbi əla qiymətlərlə bitirmiş, 1960-cı ildə təhsilini Gəncə Bədən Tərbiyəsi Texnikumunda davam etdirmişdir. Texnikumu bitirdikdən sonra H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun biologiya fakültəsinə daxil olmuş, həmin institutu müvəffəqiyyətlə başa vurmuşdur. 1967-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun Nəbatat bağı şöbəsində kiçik elmi işçi kimi işləmiş, 1969-cu ildə həmin institutun aspiranturasına daxil olmuş, 1973-cü ildə "Azərbaycan florasından olan bəzi yabanı dekorativ bitkilərin bioloji xüsusiyyətləri və kulturası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi adına layiq görülmüşdür. 1977-ci ildən Azərbaycan EA Botanika İnstitutunda böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifəsində çalışmış, AMEA Rəyasət Heyətinin 4 fevral 2000-ci il tarixli qərarına əsasən Biologiya Elmləri Bölməsinin nəzdində müstəqil fəaliyyət göstərən Mərkəzi Nəbatat bağının direktoru seçilmişdir. Direktor seçildiyi il "Nadir və nəsli kəsilməkdə olan bitkilər" laboatoriyasını təşkil etmiş və onun rəhbəri olmuşdur. 23 fevral 2015-ci ildə vəfat etmişdir == Fəaliyyəti == 200-dən çox elmi əsərin müəllifi olmaqla yanaşı 3 monoqrafiyanın, 9 kitabın, 3 müəlliflik şəhadətnaməsinin müəlifidir. 45 ildən artıqdır ki, xalq təbabəti ilə məşğul olur, müalicə bitkiləri silsiləsindən "Zəfəran", "Əzvay", "Soğan", "Qulançar və ya mərəçüyüd", "Çiriş", "Gülçülük" və s. kitablarını oxuculara təqdim etmişdir.
Zahid Oruc
Zahid Oruc (tam adı: Orucov Zahid Məhərrəm oğlu; 1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019), Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü. == Həyatı == Zahid Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == 1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra AMEA Fizika İnstitutunda elmi işçi kimi çalışıb. Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Təpəbaşı-i Namaz
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).

Oxşar sözlər

#oruc-namaz nədir? #oruc-namaz sözünün mənası #oruc-namaz nə deməkdir? #oruc-namaz sözünün izahı #oruc-namaz sözünün yazılışı #oruc-namaz necə yazılır? #oruc-namaz sözünün düzgün yazılışı #oruc-namaz leksik mənası #oruc-namaz sözünün sinonimi #oruc-namaz sözünün yaxın mənalı sözlər #oruc-namaz sözünün əks mənası #oruc-namaz sözünün etimologiyası #oruc-namaz sözünün orfoqrafiyası #oruc-namaz rusca #oruc-namaz inglisça #oruc-namaz fransızca #oruc-namaz sözünün istifadəsi #sözlük