Orucov sözü azərbaycan dilində

Orucov

Yazılış

  • Orucov • 99.1215%
  • ORUCOV • 0.8329%
  • orucov • 0.0456%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Afər Orucov
Afər Yafət oğlu Orucov (13 mart 1996, Quba rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Afər Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olmuşdur. 2001-2013-cü illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Afər Orucov 2014-2015-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Müddətdən artıq xidmətini Azərbaycanın Daxili Qoşunlarında "çavuş" rütbəsiylə etmişdir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Afər Orucov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Allahverdi Orucov
Allahverdi Orucov (20 avqust 1944, Aşağı Yağlıvənd, Qaryagin rayonu) — Azərbaycan Texniki Universitetinin "Elektromexanika və elektrik avadanlığı" kafedrasının professoru, Azərbaycan Texniki Universitetində keçmiş I prorektoru. == Həyat və fəaliyyəti == 20 avqust 1944-cü ildə Füzuli rayonunun Yağlıvənd kəndində doğulub. 1961-ci ildə orta məktəbi bitirərək Bakı Neft Texnikumuna daxil olub. 1964-cü ildə texnikumu fərqlənmə diplomu ilə qurtarıb. Həmin il Azərbaycan Politexnik Institutuna (indiki Azərbaycan Texniki Universiteti) qəbul olunub. 1969-cu ildə təhsilini başa vuraraq 1971-ci ilə qədər Mingəçevirdəki "Azərkabel" zavodunda mühəndis-texnoloq vəzifəsində çalışıb. 1971-ci ilin oktyabrında Azərbaycan Politexnik Institutuna müəllim kimi işə dəvət olunub və "Ümumi elektrotexnika" kafedrasında assistent kimi fəaliyyətə başlayıb. 1972-ci ilin yanvarında Moskva Energetika Institutunun əyani aspiranturasına qəbul edilib. 1975-ci ildə aspiranturanı uğurla bitirərək və elmi işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. Aspiranturanı bitirdikdən sonra yenidən Azərbaycan Politexnik Institutuna qayıdıb.
Arif Orucov
Arif Kabı oğlu Orucov (d. 15 sentyabr 1961, Dilican ş.) — Fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == 1961-ci ilsentyabırın 15-də Dilican şəhərində anadan olmuş; 1969–1978-ci illərdə İcevan rayonunda Polad kənd orta məkətəbində oxumuş; 1979–1981 illərdə hərbi xidmətdə olmuş; 1981–1987-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil almış; 1982-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. == Əmək fəaliyyəti == 1987–1995-ci illərdə Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında baş laborant və qiyabi aspirant; 1982–1987-ci illərdə Ümumifizika kafedrasında laborant; 1995–2001-ci illərdə BDU-da Ümumi fizika kafedrasında laboratoriya müdiri; 2001-ci ildə f.r.-e.n., "Üzərində təbəqə olan bəzi keçid metalların səthində fiziki proseslər" 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim;Bakı Dövlət Universitetində Apardığı dərslər: Ümumi fizika kursu, elektromaqnetizm. 35 elmi məqalənin müəllifidir. === Tədqiqat sahəsi === Qrafit monotəbəqəsi ilə örtülmüş bəzi keçid və nadir metalların səthi nə yad atomları nadsorbsiyası zamanı səth–həcm sərhəddində baş verən fiziki-kimyəvi proseslərin tədqiqi. == Əsərləri == Оруджов А.К., Рагимов Р. Ш. Внедрение атомов углерода в рений и получение графитой пленки на поверхности рения. Tətbiqi fizika və energetikanın aktual məsələləri Beynəlxalq Elmi Konfransı, Bakı, SDU, 2018, s. 110–112 Оруджов А.К., Гюлахмедов О.Г. Диффузия атомов углерода в рений и получение графитой.
Ayaz Orucov
Ayaz Orucov (1 yanvar 1959, Jdanov rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırış deputatı, Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. == Həyatı == Orucov Ayaz İsmayıl oğlu 1959-cu il yanvarın 1-də Beyləqan rayonunun Şahsevən kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966–1974-cü illərdə Şahsevən kənd orta məktəbində oxumuş, riyaziyyat fənnində yüksək nailiyyətlər göstərdiyinə görə, 1974-cü ildə Bakı şəhərində 1 nömrəli Fizika- riyaziyyat təmayüllü məktəbə daxil olmuş və 1976-cı ildə həmin məktəbi bitirmişdir. Orucov Ayaz İsmayıl oğlu 1980–1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun " Yol-İnşaat " fakültəsində təhsil almışdır. Bu dövrdə yüksək təhsil göstəricilərinə nail olmuş, eyni zamanda institutun ictimai həyatında fəal iştirak etmişdir. O hələ ikinci kursda oxuyarkən institutun komsomol komitəsinə üzv, daha sonra komsomol komitəsinə katib müavini seçilmiş və özünü bacarıqlı təşkilatçı kimi təsdiq etmişdir. Tələbə inşaat dəstələrində rəhbər vəzifələrdə çalışmışdır. Dəfələrlə fəxri fərmanlarla və müxtəlif mükafatlarla təltif edilmişdir. Ayaz Orucov əmək fəaliyyətinə 1985-ci ildə tikinti-quraşdırma və neft kimya sahəsində başlamışdır. Əmək fəaliyyəti dövründə özünü yüksək ixtisaslı və peşəkar bir mütəxəssis kimi doğrultmuşdur.
Bayram Orucov
Bayram Çərkəz oğlu Orucov (17 fevral 2001, Alpout, Göyçay rayonu – 24 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bayram Orucov 2001-ci il fevral 17-də Göyçay rayonunun Alpout kəndində anadan olub. 2007-2018-ci illərdə Göyçay rayon Alpout kənd Xosrov Cəfərov adına tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Bayram Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Bayram Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə polkovnik Şükür Həmidovun komandanlığı altında savaşıb. Bayram Orucov oktyabrın 24-də Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Orucov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ceyhun Orucov
Ceyhun Namaz oğlu Orucov (17 dekabr 1996, Nağaraxana, Şamaxı rayonu – 30 oktyabr 2020, Füzuli rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ceyhun Orucov 1996-cı il dekabrın 17-də Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub. 2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ceyhun Orucov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Ceyhun Orucov gizirlik kurslarından keçərək "gizir" hərbi rütbəsinə yiyələnib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Ceyhun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ceyhun Orucov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Coşqun Orucov
Coşqun Oruc oğlu Orucov (28 yanvar 2001, Xoşkeşin, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Coşqun Orucov 28 yanvar 2001-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olmuşdur. 2007-ci ildə Suraxanı rayonuna köçmüşdür. Orta təhsilini Suraxanı rayonunda yerləşən 315 nömrəli məktəbdə almışdır. == Hərbi xidməti == Coşqun Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Coşqun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı snayper olaraq 16 oktyabrdan iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Coşqun Orucov 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elman Orucov
Elman İzzət oğlu Orucov (24 avqust 1959) - Azərbaycan Silahlı Qüvvələrinin General Mayoru, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. == Hərbi xidməti == 1980-ci ildə Sverdlovsk ali hərbi-siyasi tank və artilleriya məktəbini və 1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun hər ikisini qırmızı diplomla bitirib. 1992-ci ildən Azərbaycan Milli Orudusunda müxtəlif hərbi-siyasi və komandir vəzifələrində xidmət edib. Xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni, "За боевые заслуги", "Hərbi xidmətdə fərqlənməyə görə", o cümlədən, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı və digər dövlət mükafatları ilə təltif olunub. Qarabağ müharibəsində fəal iştirak edib və yaralanıb. Ailəlidir, 5 övladı var.
Elmir Orucov
Elmir Elyar oğlu Orucov (4 yanvar 2002; Poylu, Ağstafa rayonu — 6 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Orucov 2002-ci il yanvarın 4-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. 2009–2014-cü illərdə 73 saylı Böyükşor qəsəbə tam orta məktəbində, 2014–2018-ci illərdə isə 136 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmir Orucov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmir Orucov noyabrın 6-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elvin Orucov
Elvin Rövşən oğlu Orucov (18 dekabr 1991; Qazax rayonu, Azərbaycan- 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Orucov 1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. 1999-2005-ci illərdə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində, 2005-2009-cu illərdə İ.Qayıbov adına 3 saylı Qazax şəhər tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elvin Orucov 2010-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Elvin Orucov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elşən Orucov
Elşən Orucov (aktyor) — Azərbaycanlı aktyor. Elşən Orucov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi. Elşən Orucov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Vətən müharibəsinin şəhidi.
Hidayət Orucov
Orucov Hidayət Xuduş oğlu (5 sentyabr 1944, Maralzəmi) — şair-dramaturq; Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi; Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə Muşaviri (1 avqust 1992 ildə), Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri (1993 ildə). Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (25 iyul 2006 – 31 may 2012) Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2012–2021 ildən). == Həyatı == Hidayət Orucov 5 sentyabr 1944-cü ildə Zəngəzurun Mehri (Meğri və ya Mığrıi) bölgəsinin Maralzəmi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Bir müddət kənddə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayında C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq on altı il Azərbaycanın bu qədim sənət ocağına başçılıq etmişdir. Ədəbi mühitdə Hidayət adı ilə tanınan yazıçı, eyni zamanda, Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demişdir. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həmin dövrdə təkcə İrəvanın deyil, indi Ermənistan adlandırılan Oğuz ellərinin milli ədəbi-mədəni mühitində canlanma yaranmış, Qərbi Azərbaycanda onlarla şair və nasirlərin kitabları İrəvanda işıq üzü görmüş, "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur. Hidayət Orucovun həyatının İrəvan dövründə poeziya, publisistika, nəsr, tərcümə kitabları nəşr edilmiş, pyesləri İrəvan və Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdur. Ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə ona 1978-ci ildə Ermənistan SSR əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Hidayət 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adından imtina etmişdir.
Həmzəağa Orucov
Orucov Həmzəağa Davudoğlu (1 fevral 1949, Şamaxı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Həmzəağa Orucov 1949-cu il fevralın 1-də Şamaxıda anadan olub.1966-cı ildə orta məktəbi bitirib.1967–1972-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisasında təhsil almıb.1972–1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun aspirantı çalışmışdır. 1975–1978-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.1976-cı ildə "Yüksək tərtib operator diferensial ifadələrin öz-özünə qoşma genişlənmələrinin tədqiqi" sahəsi üzrə Fizika-riyaziyyat elmləri namizədi olmuşdur.1986–1995 Bakı Dövlət Universitetində dosent işləyib.1995-ci ildə "Diferensial operator tənliklər üçün sərhəd məsələləri" sahəsi üzrə Fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.1995-ci ildən Bakı Dövlət Universitetində professor vəzifəsində çalışır. Həmzəağa Orucovun əsas tədqiqat sahəsi diferensial tənliklər sahəsi ilə əlaqədardır. 60-dan çox elmi məqalənin və 4 dərs vəsaitinin müəllifidir. Yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əməyi var. 31 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. == Əsərləri == Seçilmiş əsərlər 1. Poliharmonik Tənlik üçün Yarımoxda Dırixle Məsələsinin Təqribi həlli. "Elm və Təhsildə İnformasiya — Kommunikasiya Texnologiyalarının Tətbiqi" Beynəlxalq Konfrans, Bakı, sentyabr, 2004., s.
Kinyaz Orucov
Kinyaz Zirəddin oğlu Orucov (10 may 2000; Gəncə, Azərbaycan — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kinyaz Orucov 2000-ci il mayın 10-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kinyaz Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kinyaz Orucov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kinyaz Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mikayıl Orucov
Mikayıl Orucov — Azərbaycan samboçusu, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı == Həyatı == Mikayıl Orucov 1993-cü ildə Naxçıvan Muxtar Respublikasında dünyaya göz açıb. 2001-ci ildən etibarən idmanla məşğul olmağa başlayıb. Sambo və cüdo üzrə Azərbaycan çempionatlarında iştirak edərək 20 dəfə fəxri fərman və diplomlar alıb. 2010-cu ilin aprel ayında gənclər arasında Afinada keçirilən avropa çempionatında 3-cü yeri tutaraq bürünc medal qazanıb. 25 iyul 2010-cu il tarixdə "Borçalı" ictimai cəmiyyətinin təşəbbüsü ilə Gürcüstan Respublikasının Dmanisi Rayonunun Armudlu yaylasında keçirilən "Borçalı Türklərinin II Elat Mədəniyyəti günü" tədbirinə idmançı kimi dəvət olunub. Azyaşlı olduğuna görə etibarnamə ilə Gürcüstana getməsi cəmiyyətin nümayəndəsinə həvalə edilib. Həmin nümayəndənin səhlənkarlığı, məsuliyyətsizliyi səbəbindən Armudlu gölündə çimərkən boğulub dünyasını dəyişib.Amma hüquq mühafizə orqanları həmin məsuliyyətsiz cəmiyyət nümayəndəsi haqqında heç bir tədbir görməyib..
Mirzəcan Orucov
Mirzəcan Araz oğlu Orucov (14 sentyabr 2001; Şamaxı, Azərbaycan — 7 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirzəcan Orucov 2001-ci il sentyabrın 14-də Şamaxı rayonunun Sis kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Mirzəcan Orucov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Mirzəcan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzəcan Orucov oktyabrın 7-də şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamı ilə Mirzəcan Orucov, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Mirzəcan Orucov, ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Mübariz Orucov
Mübariz Orucov (tam adı Orucov Mübariz Mənsur oğlu; d. 27 aprel 1974, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı sabiq futbolçu. müdafiəçi mövqeyində çıxış etmişdir. == Həyatı == Mübariz Orucov 27 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1991-1995-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır. == Karyerası == Mübariz Orucov dövrünün ən istedadlı müdafiəçilərindən biri olmuşdur. === Klub karyerası === O, peşəkar futbola 1991-ci ildə Sumqayıt "Xəzər"ində başlamışdır. 1997-ci ildə Masallının "Viləş" klubuna keçib; bu komanda ilə Azərbaycan çempionatında bürünc medallara sahib çıxan Mübariz, 1999-2001-ci illər ərzində "Şəmkir"lə ardıcıl iki dəfə Azərbaycan çempionu olub. 2001-2006-cı illər ərzində "Qarabağ"ın şərəfini qorumuş və Ağdam təmsilçisi ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, ölkə çempionatının bürünc medalını da qazanıb. Onun futbolçu kimi sonuncu komandası isə Premyer Liqanın 2006/2008 mövsümündə oynadığı "Karvan" olub.
Mühid Orucov
Mühüd Qurban oğlu Orucov (d. 13 iyul 1984; Qazax, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər,Talış,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitan).Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub. == Təhsili == 1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. == Ailəsi == Mühüd Orucov ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb. == Hərbi xidməti == 2006–2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib.
Mühüd Orucov
Mühüd Qurban oğlu Orucov (d. 13 iyul 1984; Qazax, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər,Talış,Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitan).Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri. 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub. == Təhsili == 1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib. == Ailəsi == Mühüd Orucov ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb. == Hərbi xidməti == 2006–2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib.
Müşviq Orucov
Müşviq Orucov (tam adı: Müşviq Arif oğlu Orucov; 18 sentyabr 1994, Bakı – 5 aprel 2016, Talış, Tərtər rayonu) — Dördgünlük müharibə şəhidi. == Həyatı == === Erkən illəri === Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış. === Hərbi illəri === Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb. === Dördgünlük müharibədə iştirakı və ölümü === Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Orucov
Orucov — Azərbaycan soyadı. Ayaz Orucov — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı Bəkir Orucov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Elşən Orucov — azərbaycanlı aktyor Əli Orucov — Azərbaycan SSR prokurorluq işçisi Əliheydər Orucov — filologiya elmləri doktoru və professor Əlisaab Orucov — Azərbaycanın sabiq ədliyyə naziri (1985–1992) Həmzəağa Orucov — fizika-riyaziyyat elmləri doktoru və professor Hidayət Orucov — azərbaycanlı şair-dramaturq Xəyyam Orucov — azərbaycanlı zorxana ustası İlqar Orucov — Azərbaycan alimi Məlik Orucov — tarix elmləri doktoru və professor Məmməd Orucov — Ağdam RPK-nın birinci katibi Mikayıl Orucov — Azərbaycan samboçusu, Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Mübariz Orucov — azərbaycanlı sabiq futbolçu Mühüd Orucov — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Müşfiq Orucov — Azərbaycan hərbçi və Dördgünlük müharibə şəhidi Nadir Orucov — Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin sədri Natiq Orucov (şəhid) — Qarabağ müharibəsinin iştirakçısı və şəhid Novruzəli Orucov — azərbaycanlı general Oruc Orucov — Azərbaycanın mətbuat xadimi, naşir, publisist Rafiq Orucov — Qarabağ müharibəsinin iştirakçısı və şəhid Raquf Orucov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Rüstəm Orucov — azərbaycanlı cüdoçu Sabit Orucov — Azərbaycan-sovet neft-qaz sənayesi təşkilatçısı, SSRİ qaz sənayesi naziri (1972–1981) Seymur Orucov — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Səfqulu Orucov — azərbaycanlı mühəndis Şəmsəddin Orucov — 20 Yanvar şəhidi Telman Orucov — Azərbaycan siyasətçisi Vəzir Orucov — Qarabağ müharibəsi şəhidi Vüqar Orucov — azərbaycanlı sərbəst güləş üzrə dünya çempionu Zahid Orucov — Azərbaycan siyasətçisi Tural Orucov — İkinci Qarabağ müharibəsi şəhidi Tural Orucov - Azərbaycanlı mühəndis (SOCAR) Ruslan Orucov - Kiber təhlükəsiz mütəxəssisi.
Müşfiq Orucov
Müşviq Orucov (tam adı: Müşviq Arif oğlu Orucov; 18 sentyabr 1994, Bakı – 5 aprel 2016, Talış, Tərtər rayonu) — Dördgünlük müharibə şəhidi. == Həyatı == === Erkən illəri === Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış. === Hərbi illəri === Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb. === Dördgünlük müharibədə iştirakı və ölümü === Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Məlik Orucov
Məlik Həsən oğlu Orucov - tarix elmləri doktoru, professor == Həyatı == Məlik Orucov 1905-ci ildə anadan olmuşdur. O, 1917-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hərbi kafedrasının rəisi vəzifəsində çalışmış, 1941-1946-cı illərdə II Dünya müharibəsində iştirak etmişdir Məlik Orucov 1946-1948 və 1960-1966-cı illərdə Tarix fakültəsinin dekanı olmuş 1948-1951-ci illərdə BDU-nun prorektoru, 1960-1966-cı illərdə Ümumi tarix kafedrasının müdiri vəzifələrində çalışmışdır. Məlik Orucov 1954-cü ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Bakı Dövlət Universitetinin professoru olmuşdur. Məlik Orucov 4 monoqrafiyanın və “Yeni tarix” dərsliyinin müəllifi olmuşdur. Məlik Orucov 14 dəfə Dövlət mükafatı, orden və medallarla təltif olunmuşdur.
Məmməd Orucov
Məmməd Orucov (dövlət xadimi)
Nail Orucov
Nail Rəfail oğlu Orucov (11 iyun 1978, Astara rayonu – 31 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nail Orucov 1978-ci il iyunun 11-də Astara rayonunun Məsçitməhəllə kəndində anadan olub. Ailəli idi. Üç oğlu yadigar qaldı. == Hərbi xidməti == 1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən Nail Orucov 2016-ci ildə ehtiyata buraxıldı. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Orucov oktyabrın 31-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Astara rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Orucov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Almaz Orucova
Almaz Ədil qızı Orucova (2 iyun 1966, Zəngilan rayonu) — xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Orucova Almaz Ədil qızı 02 iyun 1966 cı ildə Zəngilan rayonunda doğulub.1983 cü ildə Zəngilan rayon 1saylı orta məktəbi bitirib. 1985–1990 cı illər ərzində Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda böyük sənətkar Şövkət Ələkbərovanın sinifində təhsil alıb. Təhsil aldığı illərdə Səxavət Məmmədovun rəhbərlik etdiyi Qarabağ ansamblına dəvət edilib. Dəyərli sənətkarla birlikdə ilk dəfə Naxçıvan şəhərində konsertdə iştirak edib. 1992-ci ildə Almaniya Respublikasına qastrol səfərinə dəvət edilib və xalq və bəstəkar mahnılarından ibarət ilk diski də orada buraxılıb. 1993-cü ildə Azərbaycan Muğam Teatrında işə başlayıb. 2005-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına solist dəvət olunub və ilk solo konsertini 2006-cı ildə bu səhnədə verib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Mahnı Rəqs ansamblı ilə birlikdə çox Dövlət tədbirlərində çıxış edib. 2010-cu ildə Türkmənistanda 21 ölkə arasında keçirilən Beynəlxalq Avaza festifalında sənət dostları ilə birgə Azərbaycan musiqisini uğurla təmsil edərək I-yer Qran Pri ilə mükafatlındırılıblar.
Elşən Orucov (aktyor)
Elşən Eldar oğlu Orucov (14 yanvar 1985, Bakı) — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Fəlakət obrazı ilə tanınır. Aktyorun "Fəlidən Doğru Xəbər" adlanan verilişi, günümüzə qədər Xəzər TV kanalında yayımlanır. == Həyatı == Əslən Füzuli rayonundan olan Elşən Orucov 1985-ci il yanvarın 14-də Bakı şəhərində dünyaya gəlib. ADMİU-nun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır. "Bozbash Pictures"də yaratdığı Fəlakət obrazının "Əla, əla", "Onu maa neçiyə verərsən?" ifadələri hər kəsin dilindədir. O, bu obrazın öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib. 2018-ci ildə öz yaratdığı obrazını, milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "Fəlakət" Bədii Filmi tamaşaçılara təqdim olundu. 2018-ci ildə "Tayson" filminə dəvət aldı və həmin filmdə ciddi obrazı canlandırdı. 2019-cu ildə "Fəlidən doğru xəbər (veriliş)" adlanan verilişi ilə YouTube-da fəaliyyətə başladı, sonradan "Fəlidən doğru xəbər (veriliş)"in növbəti yayımları 2020-ci ildə Xəzər TV kanalında yayımlanmağa başladı.
Elşən Orucov (mayor)
Elşən Yavər oğlu Orucov (11 avqust 1985, Ayrınc, Şahbuz rayonu – 22 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Orucov 1985-ci il avqustun 11-də Ayrınc kəndində anadan olub. 1991-2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb. 2001-2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008-2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı hərbi hissəyə göndərilmiş bir il xidmət etdikdən sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq Füzuli şəhərinin Horadiz qəsəbəsində xidmət etmişdir. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib və igidliyinə görə medalla təltif olunub. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib.
Elşən Orucov (əsgər)
Elşən Ehtiram oğlu Orucov (6 avqust 1991, Musaköy, Qazax rayonu – 5 noyabr 2020, Şuşa rayonu) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atası Ehtiram Orucov Birinci Qarabağ müharibəsində şəhid olub. Elşən Orucov 1997-2008-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Elşən Orucov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib.
Müşviq Arif oğlu Orucov
Müşviq Orucov (tam adı: Müşviq Arif oğlu Orucov; 18 sentyabr 1994, Bakı – 5 aprel 2016, Talış, Tərtər rayonu) — Dördgünlük müharibə şəhidi. == Həyatı == === Erkən illəri === Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub. O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub. Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib. O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış. === Hərbi illəri === Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb. O, Naftalan şəhərində hərbi xidmətdə olub. Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb. === Dördgünlük müharibədə iştirakı və ölümü === Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 30.43 dəfə / 1 mln.
2002 •••• 17.13
2003 •••••••••••••• 59.45
2004 ••• 12.13
2005 •••• 14.85
2006 ••••• 19.15
2007 •••••• 25.79
2008 •••••• 23.63
2009 •••••••• 33.12
2010 •••••••••••••••••••• 87.41
2011 •••••••• 30.71
2012 ••••••• 26.93
2013 ••••• 18.96
2014 •••• 15.10
2015 ••••• 18.37
2016 •••••••• 32.63
2017 •••••• 24.06
2018 ••••• 17.68
2019 •••• 15.86
2020 •••••• 24.53

Oxşar sözlər

#orucov nədir? #orucov sözünün mənası #orucov nə deməkdir? #orucov sözünün izahı #orucov sözünün yazılışı #orucov necə yazılır? #orucov sözünün düzgün yazılışı #orucov leksik mənası #orucov sözünün sinonimi #orucov sözünün yaxın mənalı sözlər #orucov sözünün əks mənası #orucov sözünün etimologiyası #orucov sözünün orfoqrafiyası #orucov rusca #orucov inglisça #orucov fransızca #orucov sözünün istifadəsi #sözlük