Osip sözü azərbaycan dilində

Osip

Yazılış

  • Osip • 66.6667%
  • OSİP • 22.2222%
  • osip • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Osip Abdulov
Osip Naumoviç Abdulov (rus. О́сип Нау́мович Абду́лов; 3 (16) noyabr 1900, Lodz, Varşava general-qubernatorluğu[d] – 14 iyun 1953, Moskva, RSFSR, SSRİ) — SSRİ teatr və kino aktyoru, rejissor. RSFSR xalq artisti (1944). Teatrdakı fəaliyyətinə görə II dərəcəli "Stalin" mükafatı laureatı (1951).Parlaq komediya xarakter aktyoru olmuşdur. O, sovet kinosunda personajların dərin psixoloji inkişafı ilə kəskin xarici rəsmin təsvirləri qalereyasını yaratmışdır. Abdulov virtuoz texniki məharətə malik idi, qroteskdən yayınaraq parlaq satirik xüsusiyyətlər yaratmışdır. == Həyatı == Osip Naumoviç Abdulov 3 noyabr 1900-cü ildə Lodzda (indiki Polşa) yəhudi ailəsində anadan olmuşdur. Atası tekstil mühəndisi idi. 1913-cü ildə ailəsi Moskvaya köçmüşdür. 1917-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.
Osip Mandelştam
Osip Mandelştam (rus. О́сип Эми́льевич Мандельшта́м; 2 (14) yanvar 1891, Varşava, Polşa çarlığı, Rusiya imperiyası[…] – 27 dekabr 1938[…]) — Rus şairi; akmeist cərəyanın banilərindən biri. == Həyatı == Osip Mandelştam 3 yanvar 1891-ci ildə Varşavada anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Peterburqda keçib. Atası Emili Mandelştam kommersant, anası Faina Verlobskaya musiqi müəllimi idi. 1900–1907-ci illərdə Tenişov kommersiya peşə məktəbində təhsil alır. Peşə məktəbini bitirdikdən sonra üç dəfə xaricə səfər edir, bir müddət Parisdə yaşayır, sonra bir il Almaniyada Heydelberq Universitetində roman filologiyasını öyrənir. Bir neçə ay Berlin ətrafındakı Selendorf şəhərciyində yaşayır. Qərbi Avropa onda unudulmaz təsir buraxır, bu təəssüratın izləri sonralar onun şeirlərində, hətta son əsərlərində də görünür. Anna Axmatova və Nikolay Qumilyovla tanışlıqdan sonra Mandelştamın yaradıcılığında yeni bir dövr başlayır.
Aleksey Osipoviç
Aleksey Osipoviç Çernyayevski — görkəmli maarifçi, metodist, pedaqoq. == Həyatı == Aleksey Çernyayevski 1840-cı ildə Şamaxı yaxınlığında anadan olmuşdur. İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir. == Pedoqoji fəaliyyəti == Mərəzə poçt stansiyasında işlədiyi zaman bir dəstə kənd uşağını başına yığıb onlara rus dilini öyrətmişdir. Həvəskar müəllimin könüllü təşkil etdiyi iş gözdən qaçırılmır və 1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir. 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər.
Aleksey Osipoviç Çernyayevski
Aleksey Osipoviç Çernyayevski — görkəmli maarifçi, metodist, pedaqoq. == Həyatı == Aleksey Çernyayevski 1840-cı ildə Şamaxı yaxınlığında anadan olmuşdur. İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir. == Pedoqoji fəaliyyəti == Mərəzə poçt stansiyasında işlədiyi zaman bir dəstə kənd uşağını başına yığıb onlara rus dilini öyrətmişdir. Həvəskar müəllimin könüllü təşkil etdiyi iş gözdən qaçırılmır və 1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir. 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər.
Arxipo-Osipovka
Arxipo-Osipovka — Krasnodar diyarında kənd. Gelencik şəhər-kurort rayonu ərazisinə daxildir. Arxipo-Osipvka kənd dairəsinin mərkəzi. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, Vulan və Teşebs çaylarının hövzəsində yerləşir. Krasnodardan 125 km cənub-qərbdə, Novorossiysk — Tuapse magistral yolunun üzərində yerləşir. Arxipo-Osipovkanın inzibati yurisdiksiyası altında olan ən yaxın yaşayış məntəqələri şimal-qərbdə Tekos və şərqdə Teşebsdir. Dzubqa və Betta kəndləri çimərlik sahili və kurort yerinin olması baxımından Arkhipo-Osipovka kəndinin qonşudur. Betta xutoru Qara dənizdən 10 km qərbdə yerləşir, avtomobillə ona olan məsafə 36 kilometirdir. Relyeif əsasən dağlıq və dağ ətəyidir. Kənd bütövlükdə sahildən şimala doğru uzanan formaya malikdir.
Nina Osipyan
Nina Ovanesovna Osepyan (14 aprel 1915, Bakı – 19 noyabr 1977, Stepanakert) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1962). == Həyatı == 14 aprel 1913-cü ildə Bakıda anadan olmuşdur.Uzun illər Xankəndi Dövlət Dram Teatrının aktrisası olmuşdur.19 noyabr 1977-ci ildə Xankəndidə vəfat etmişdir.
Pavel Osipov
Pavel Dmitriyeviç Osipov (1913, Bakı – 27 mart 1944, Mikolayev, Ukrayna Reyxkomissarlığı) — Sovet İttifaqı Qəhrəmanı (20 aprel 1945). == Həyatı == Pavel Osipov 1913-cü ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Orduya çağırılanadək Bakı şəhərində Böyük Qala küçəsindəki 37 saylı evdə yaşamışdır. Paris Kommunası zavodunda dəmirçi işləmişdir. 1942-ci ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Matros idi. Ukrayna, Krım, Tuapse cəbhələrində vuruşmuşdur. 27 mart 1944-cü ildə Ukraynanın Nikolayev vilayətində həlak olmuşdur. 20 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Polina Osipenko
Polina Osipenko (rus. Полина Денисовна Осипенко) — Rus əsilli qadın sovet pilotu, Sovet İttifaqı Qəhrəmanı. Ən məşhur qadın sovet pilotlarından biri hesab olunur. 1939-cu ildə gündəlik uçuşlar zamanı keçirdiyi qəzada həlak olmuşdur.
Yuri Osipov
Yuri Sergeyeviç Osipov (7 iyul 1936, Tobolsk, Rusiya) — Rusiya riyaziyyatçısı və mexaniki, Rusiya Elmlər Akademiyasının akademiki. Keçmiş Rusiya Elmlər Akademiyasının prezidenti (1991-2013). AMEA-nın Fəxri üzvü (2002). == Həyatı == Yuri Sergeyeviç Osipov 1936-cı ildə anadan olmuş, 1959-cu ildə Ural Dövlət Universitetini bitirmişdir. 1965-ci ildə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1969-1993-cü illərdə SSRİ EA Ural bölməsinin Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1986-1993-cü illərdə bu institutun direktoru olmuşdur. 1971-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1993-cü ilin iyun ayından REA V.A.Steklov adına Riyaziyyat İnstitutuna rəhbərlik etmişdir. Y.S.Osipov tətbiqi riyaziyyat və mexanika üzrə mütəxəssisdir.
İnna Osipenko-Radomska
İnna Osipenko-Radomska (ukr. Iнна Володимирiвна Осипенко-Радомская d. 20 sentyabr 1982; Xerson, Ukrayna) — Ukrayna və Azərbaycanı təmsil edən kanoeçi. Ukrayna yığmasının heyətində Sidney, Afina, Pekin və London Olimpiadalarına qatılıb və bir qızıl, iki gümüş, bir bürünc medal qazanıb. Azərbaycan yığmasının heyətində isə Rio-de-Janeyro Olimpiadasında qüvvəsini sınayan İnna Osipenko-Radomska bürünc medal qazanıb. == Karyerası == === 1999-cu il: === İnna Osipenkonun birinci beynəlxalq turniri 1999-cu ilin 22–25 iyulunda Xorvatiyanın Zaqreb şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. İnna Osipenko bu çempionatda K2–500 və K4–500 turnirlərində mübarizə apardı. Əvvəlcə K4–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvləri 1:42.446 dəqiqə nəticə göstərdi və final mərhələsini doqquz yığma sırasında beşinci pillədə başa vurdu. Daha sonra isə K2–500 turnirində çıxış edən İnna Osipenko və yığma üzvü 1:52.984 dəqiqə nəticə göstərdi və bu səfər də final mərhələsini doqquz idmançı sırasında beşinci pillədə başa vurdu. === 2001-ci il === 18 yaşlı İnna Osipenko 2001-ci ilin 22–26 avqustunda Polşanın Poznan şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2014 ••••••• 0.17
2016 •••••••••••••••••••• 0.52
2020 •••••• 0.13

"osip" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#osip nədir? #osip sözünün mənası #osip nə deməkdir? #osip sözünün izahı #osip sözünün yazılışı #osip necə yazılır? #osip sözünün düzgün yazılışı #osip leksik mənası #osip sözünün sinonimi #osip sözünün yaxın mənalı sözlər #osip sözünün əks mənası #osip sözünün etimologiyası #osip sözünün orfoqrafiyası #osip rusca #osip inglisça #osip fransızca #osip sözünün istifadəsi #sözlük