İvan Ostapenko
İvan Qriqoryeviç Ostapenko (1913—1990) – Sovet İttifaqı Qəhrəmanı.
1913-cü ildə Kubanda Krosnadar diyarının Yeysk rayonundakı Qlafirofka kəndində anadan olmuşdur. Ata anasını çox erkən itirmiş Vanya 16 yaşında ikən Azərbaycana gəlmiş, rayonumuzdakı Nord-Ost Qoltuq kəndində balıqçılığa pənah gətirmişdir. Onun son döyüşü 1944-cü ilin şaxtalı dekabr gecəsində oldu. Tərkibində vuruşduğu batalyon Budapeşt yaxınlığında Dünay çayını keçmək və düşmən mövqeyini ələ keçirmək əmri almışdır. Güllə yağışı altında 25 qayıqdan qarşı sahilə yalnız iki qayıq çıxa bildi. 300 nəfərdən cəmi 40 nəfər sağ qalmışdı. Bölmə komandiri kiçik serjant İ.Q.Ostapenka da onların arasında idi. Düşmənlə əlbəyaxa vuruşda onlar qalib gəldilər. Bu döyüşdə İvan ağır yaralandı.