ostrakizm sözü azərbaycan dilində

ostrakizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ostrakizm • 71.4286%
  • Ostrakizm • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ostrakizm
Ostrakizm (q.yun. ὁ ὀστρακισμός, τὸ ὄστρακον sözündən, (yəni “kirəmit və ya saxsı parçası”) — Qədim Yunanıstanın bir sıra polislərində, o cümlədən Afinada vətəndaşın kirəmit parçaları ilə səsvermə vasitəsilə ölkədən qovulması. Geniş mənada – onu əhatə edən cəmiyyət tərəfindən fərdin nifrətlə qarşılanması, qəbul edilməməsi, ələ salınması. Ədəbiyyatda yanlışlıqla “kirəmit məhkəməsi” kimi tərcümə edilir. Hərfi tərcüməsi saxsılamaq və ya kirəmitləməkdir. == Yaranma tarixi == Aristotelin qeyd etdiyinə görə adətin əsası tiran Pisistratın devrilməsindən sonra, yəni təxminən e.ə. 508-ci ildə demokratik islahatların müəllifi Klisfen tərəfindən, potensial ortaya çıxacaq yeni tiranların əleyhinə profilaktik tətbiq kimi qoyulmuşdur, lakin yalnız Marafon döyüşündən sonra, Aristotekin sözlərinə görə “xalq özünü daha inamlı hiss edəndə” tətbiq edilməyə başlanmışdır. E.ə. 487-ci ildə ilk qovulan keçmiş tiranın qayınatası Harmanın oğlu Hipparx olmuşdur. aristotel bildirir ki, Klisfen məhz onu nəzərdə tutaraq bu qaydanı irəli sürmüşdü (müasir tədqiqatçının fikrincə, Klisfen bu siyasi xadimi yalnız neytrallaşdırmaq və ondan kömək almaq istəyir və onu qovulma təhlükəsi ilə şantaj edirdi, buna görə də bu qayda ilk 20 il ərzində praktikada tətbiq edilməmişdi) ).

ostrakizm sözünün etimologiyası

  • 1 E.ə. 510-cu ildə afinalılar Hippi adlı tirandan qurtulduqdan sonra yeni bir tiraniyanın yarana bilməsinin qarşısını almaq üçün bir sıra tədbirlər görməyə cəhd etdilər. Onlar öz demokratiyalarını qorumaq məcburiyyətində qalaraq ildə bir dəfə xüsusi səsvermə keçirməyə başladılr. Bu zaman onlar heç kimi heç yerə seçmir, kiminsə sürgün edilməsinə qərar verirdilər. Səsvermə zamanı hər bir afinalı, öz zənnincə, get-gedə dövlətçiliyə zərər vura biləcək qədər çox nüfuz qazanan siyasətçinin adını qeyd edə bilərdi. Əgər hər hansı bir şəxs 6000-dən çox səs toplayırdısa, on il ərzində Afinadan kənarda yaşamağa məcbur olurdu. Onu demokratiyanın möhkəmliyini sınamaq arzusundan çəkindirmək üçün sürgün edirdilər. Sürgün edilməyə namizədin adı gildən hazırlanmış, buna görə də ucuz və hamının ala biləcəyi gil lövhəciklərin üzərinə yazılırdı. Bu lövhəciklər ostrakon adlanırdı, bu yolla sürgün edilmək isə ostrakizmə məruz qalmaq demək idi. İndi bu söz tək qalmış, təcrid olunmuş, heç kimin dostluq etmədiyi adama münasibətdə işlədilir. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / ostrakizm

Oxşar sözlər

#ostrakizm nədir? #ostrakizm sözünün mənası #ostrakizm nə deməkdir? #ostrakizm sözünün izahı #ostrakizm sözünün yazılışı #ostrakizm necə yazılır? #ostrakizm sözünün düzgün yazılışı #ostrakizm leksik mənası #ostrakizm sözünün sinonimi #ostrakizm sözünün yaxın mənalı sözlər #ostrakizm sözünün əks mənası #ostrakizm sözünün etimologiyası #ostrakizm sözünün orfoqrafiyası #ostrakizm rusca #ostrakizm inglisça #ostrakizm fransızca #ostrakizm sözünün istifadəsi #sözlük