OSI sözü azərbaycan dilində

OSI

Yazılış

  • OSI • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
OSI
OSI (Open System Interconnection) – Qarşılıqlı əlaqəli açıq sistem modeli müasir kompüter şəbəkələrinin əsasını təşkil edir. 1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı funksiyanı yerinə yetirməsini göstərir. == OSI modelində səviyyələr == OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür. Fiziki səviyyə (Physical layer) Kanal səviyyəsi (Data Link) Şəbəkə səviyyəsi (Network layer) Nəqliyyat səviyyəsi (Transport layer) Seans səviyyəsi (Session layer) Təqdimetmə səviyyəsi (Prezentation layer) Tətbiqi səviyyə (Application Layer)Fiziki səviyyə fiziki əlaqə kanalında informasiyanın (bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş cüt kabel, fiberoptik kabel və s.nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, məsələn gərginlik və ya cərəyanın ötürülmə siqnallarının səviyyəsi, kodlaşdırma tipi, siqnalların ötürülmə sürəti və s. təyin edilir. Kanal səviyyəsinin funksiyası rabitə kanalında giriş-çıxış informasiyasının idarəsindən ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin edilir və səhvlərin düzəlişi yoxlanılır.
OSI Modeli
OSI Modeli (Açıq Sistemlərin Etalon modeli, ing. Open Systems Interconnection Basic Reference Model, 1978-ci il) — xəyali bir şəbəkə modeli. Yəni, heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görmək mümkün deyil. Ancaq proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn, hab cihazlar gələn məlumatı sadəcə müəyyən elektrik siqnalları şəklində görən və bu siqnalları çoxaldıb, digər portlarına göndərən bir cihazdır. Bu hab-ların fiziki (1-ci lay) layda çalışan cihazlar olduğunu göstərir. Ancaq switch (sviç) adlanan cihazlar iki layda çalışırlar. Çünki 2-ci layda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini(yenə elektrik siqnalları halında) sadəcə lazım olan porta (o portdakı kompüterin MAC adresini bildiyi üçün) yollaya bilirlər. Yönləşdiriciləri (router) olan üç layda işləyə bilən cihazlar bir az daha irəli gedib, 3-cü layda məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər.
OSI steki
OSI steki -razılaşdırılmış protokollar stekini təşkil edən protokolların konkret spesifikasiyaları dəstidir. OSI steki digər standart steklərdən fərqli olaraq tamamilə OSI qarşılıqlı əlaqə modelinə uyğun gəlir və bütün yeddi səviyyə üçün spesifikasiyaya malikdir. Fiziki və kanal səviyyələrində OSI steki Ethernet, Token Ring, FDDI və həmçinin LLC (Logical Link Control), X.25 və ISDN (Integrated Services Digital Network) protokollarını əhatə edir. OSI stekində şəbəkə, nəqliyyat və seans səviyyələrinin də xidmətləri mövcuddur, lakin onlar az yayılmışdır. Şəbəkə səviyyəsində həm birləşmə quran, həm də birləşmə qurmayan protokollar işləyir. OSI stekinin nəqliyyat protokolu onun üçün OSI modeli tərəfindən müəyyən edilmiş funksiyalara uyğun olaraq birləşmə quran və birləşmə qurmayan şəbəkə xidmətləri arasındakı fərqi aradan qaldırır, buna görə də istifadəçilər aşağı şəbəkə səviyyəsindən asılı olmayaraq lazımi keyfiyyətdə xidmət alırlar. Bunun üçün nəqliyyat səviyyəsi tələb edir ki, istifadəçi xidmətin lazımi keyfiyyətini göstərsin. Nəqliyyat xidmətinin beş sinifi müəyyən olunmuşdur: aşağı 0 sinifindən, yuxarı 4-cü sinifə qədər dəyişir və şəhvlərə dözümlülük dərəcəsinə və səhvlərdən sonra verilənlərin bərpasına olan tələblərə görə fərqlənirlər. Tətbiqi səviyyənin xidmətlərinə faylların ötürülməsi, terminalların emulyasiyası, kataloqlar xidməti və elektron poçt aid edilir. Onlardan daha perspektivlisi kataloqlar xidməti (Х.500 xidməti), elektron poçt (Х.400), virtual terminal protokolu (VT - Virtual terminal), faylların ötürülməsi, giriş və idarə edilməsi protokolu (FTAM - File Transfer, Access and Management), işin ötürülməsi və idarə edilməsi protokoludur (JTM - job transfer and manipulation).
Leonid Osıka
Leonid Mixayloviç Osıka (ukr. Леоні́д Михайлович Осика; 8 mart 1940, Kiyev – 16 sentyabr 2001, Kiyev) — ukraynalı kinorejissor və ssenari müəllifi. «Ukrayna poetik kinosu» dövrünün nümayəndələrindəndir. Ukrayna SSR əməkdar incəsənət xadimi (1988). Ukrayna xalq artisti (1998). == Həyatı == Leonid Osıka Kiyevdə anadan olmuşdur. 8-ci sinifi bitirdikdən sonra Odessa Teatr Rəssamlıq Məktəbində qrimçi rəssam-portret rəssamı bölməsində təhsil almışdır. Odessa məktəbini bitirdikdən sonra (1959) Leonid Osıka Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna (ÜDKİ) daxil olmaq istəyirdi, lakin müsabiqədən keçə bilməmişdi. Bundan sonra o, Kiyevə qayıdır və Karpenko-Karıy adına Kiyev Milli Teatr, Kino, Televiziya İnstitutunda qrim üzrə müəllim kimi işləməyə başlayır. Bir il sonra ÜDKİ-nin rejissoru Sergey Gerasimovdan məktub gəlir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2014 •••••••••••••••••••• 0.17
2015 •••••••••••••••••••• 0.17

Oxşar sözlər

#osı nədir? #osı sözünün mənası #osı nə deməkdir? #osı sözünün izahı #osı sözünün yazılışı #osı necə yazılır? #osı sözünün düzgün yazılışı #osı leksik mənası #osı sözünün sinonimi #osı sözünün yaxın mənalı sözlər #osı sözünün əks mənası #osı sözünün etimologiyası #osı sözünün orfoqrafiyası #osı rusca #osı inglisça #osı fransızca #osı sözünün istifadəsi #sözlük