otağı sözü azərbaycan dilində

otağı

Yazılış

  • otağı • 99.1703%
  • Otağı • 0.6121%
  • OTAĞI • 0.2176%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məryəmin otağı
Məryəmin otağı (ing. Mary's Room) — Frenk Ceksonun "Epifenomenal Qualia" (1982) əsərində təklif etdiyi və "Məryəmin bilmədiyi şeylər"də (1986) genişləndirilmiş idrak fəlsəfəsində düşüncə təcrübəsi. Bu təcrübə fizikalizmə, kainatdakı hadisələrin, o cümlədən zehninin sırf fiziki təbiətə malik olması fikrinə qarşı bir arqumentdir. == İlkin şərtləri == F. Ceksonun düşüncə təcrübəsi tamamilə yeni ideya deyildi, oxşar arqumentlər XVIII əsrin ortalarından etibarən ifadə edilmiş və müzakirə edilmişdir. Con Lokk əməliyyatdan sonra anadangəlmə kor olanlar tərəfindən əşyaların ilkin vizual qavranılmasının təbiəti haqqında sensasiyalı epistemologiya məsələsini qaldırdı ki, bu da təcrübə ilə təsdiqləndi. Beləliklə, Çarli Brod 1925-ci ildəki işində qeyri-məhdud riyazi və məntiqi qabiliyyətlərə malik olan və maddələrin atom quruluşunu birbaşa müşahidə edə biləcək bir baş mələk təsəvvür etməyi təklif etdi. Belə bir baş mələk hər hansı bir maddənin kimyəvi xassələrini proqnozlaşdıra bilərdi: məsələn, ammonyakın suda həll olunan rəngsiz qaz olduğunu proqnozlaşdıra bilərdi. Ancaq Broda görə, o, qoxusunun burundakı reseptorlara necə təsir edəcəyini və insan beynində hansı neyronların iştirak edəcəyini bilsə belə, insan üçün necə olacağını təxmin edə bilməyəcək. == Düşüncə eksperimenti == Təcrübə 1982-ci ildə The Philosophical Quarterly jurnalında "Epifenomenal Qualia" məqaləsində dərc edilmişdir. Bu məqalədə F. Cekson oxucunu alim, rəng tədqiqatçısı Məryəm ilə tanış etməyi təklif edir.
Oğul Otağı
Oğul otağı — Nanni Moretti tərəfindən 2001-ci ildə çəkilmiş film. Söhbət oğlunu itirən valideynin yaşadıqlarından gedir. Film 2001-ci ildə Kann Film Festivalında Qızıl Palma budağı qazanıb. Film "Empire" jurnalının 2008-ci ildə hazırladığı "Bütün zamanların ən yaxşı 500 filmi" siyahısına da daxil edilib.
Səhər otağı
Səhər otağı (ing. Drawing room) - İri ev və malikanələrdə çox vaxt mətbəxə yaxın olan otaq. Planlaşdırmada çalışırlar ki, səhər otağının geniş pəncərəsi olsun. Adətən qonaq otağına, yaxud nahar otağına əks tərəfdə olur ki, həm səhər, həm gündüzdən sonra otaqlardan azı birinə günəş işığı düşsün.
Çin otağı
Çin otağı arqumenti — ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Sonrakı illərdə eksperiment geniş müzakirə edilmişdir. Arqumentin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir.
Fermanın otağı
Fermatın otağı - 2007-ci il psixoloji gərilim ispan filmi. Premyerası 7 oktyabr 2007-ci ildə Sitges Fim Festivalında olan film noyabrın 16-da İspaniya miqyasında nümayiş olundu. == Süjet == Özünü Fermat kimi təqdim edən kimliyi bilinməyən biri bir neçə riyaziyyatçını ölkənin ən yaxşı riyaziyyatçılarının qatıldığı konfransa dəvət edir. Amma dəvətə qoşulmaq üçün riyazi tapmacanı həll etmək lazımdır. Doğru həll yolunu tapdıqdan sonra hər biri məşhur riyaziyyatçı və ya filosofun adını ləqəb kimi alır, belə ki, onlara əsl adlarınından istifadə qadağandır. Hər birinə "ən böyük müəmma" üzərində işləmək üçün təkbaşına və cib telefonu olmadan müəyyən olunmuş vaxtda müəyyən olunan gəlmək tapşırılır. Təyin olunmuş vaxtda dörd nəfər çayın sahilində görüşür. Qalua ləqəbli ciddi gənc oğlan, Hilbert ləqəbli qoca kişi, Paskal ləqəbli üzünəinamlı gənc oğlan və Olivia ləqəbli cavan qadın. Qaranlıq çökəndə çayın o biri tərəfindəki maşın faraları yanıb-sönərək işarə verir. Riyaziyyatçılar qayıqla çayı keçib maşına çatdıqda avtomobildə GPS koordinatları və səyahət təlimatları olan PDA tapırlar.
Arlda yataq otağı (tablo)
Arlda yataq otağı (nid. Slaapkamer te Arles) – holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur rəsm əsərlərindən biri. Qeyd etmək lazımdır ki, bu rəsm əsərinin üç versiyası mövcuddur. == Əsərin versiyaları == == Maraqlı faktlar == Belə hesab edilir ki, Van Qoq dahi olub. Nə onu nə bunu həmvətənliləri zamanında görə bilmədilər. Ayı 15 Franka dörd otaqlı fligel (əsas binanın yanında tikilmiş ev və ya əlavə tikili, bina) kirayələyən rəssam evə 300 franklıq mebel almışdır. Hec vaxt pulu olmayan van Qoqun pula belə münasibəti təəccüb doğurur. O zaman mehmanxanada 5 franka otaq tutmaq olardı. Təsadüfi əldə edilən miras ona arzusunu həyata keçirməyə imkan vermişdir. 1888-ci ilin mayında fransanın cənubu Arlda emalatxana tutaraq Van Qoq onu anlamayan Paris tənqidçilərindən və rəssamlardan qaçır.
Otel otağı (film, 1998)
== Məzmun == Filmdə qırmızı terrordan tutmuş, bugünkü günə qədər Azərbaycan ziyalılarının başlarına gətirilən müsibətlərdən, zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda ziyalılarımızın fiziki və mənəvi təzyiqlərə məruz qalmalarından danışılır, insanların satqınlığı, onların vəziyyətdən, şəraitdən asılı olaraq cilddən-cildə girməsindən söhbət açılır. Əsərin baş qəhrəmanı-alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu(Fəxrəddin Manafov) Ankaraya elmi konfransa gəlir. Eyni zamanda o, Türkiyədə ali məktəblərdən birində dərs demək niyyətini həyata keçirmək üçün İstanbula gedir. Filmdə bu zahiri süjet xəttinin fonunda 90-cı illərdə və daha əvvəlki zamanlarda-30-cu və 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai və siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalıların taleyi, Türkiyədəki qardaşlarına böyük ümidləri və bəzi hallarda bu ümidlərin doğrulmaması səbəbiylə keçirdikləri sarsıntılar əks olunmuşdur. Filmin baş qəhrəmanı çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. İçində daima daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Bu nisgillərə ailə qayğıları, İstanbulda işləyəcəyi haqqında ona verilən vədlərin yalan çıxması və irili-xırdalı başqa mənfi emosiyalar da əlavə olunaraq Kərimin ömrünü qısaldır.Əsərdə hər mühitə uyğunlaşan, karyerası naminə hər cür satqınlığı, namərdliyi, dönüklüyü özünə rəva bilən, sovet dövründə türkçülüyü ifşa edən, bu gün isə "alovlu türkçü"yə", "millətçi"yə çevrilən Çopur Cabbar(Muxtar Maniyev) kimi tam mənfi, həyatda həmişə yaxşı yaşamağın üsulunu tapmış Sədiyar(Rasim Balayev) kimi nə mənfi, nə də müsbət personajlar da var.Faciəvi sonluğuna baxmayaraq "Otel Otağı" həqiqi, mənəvi dəyərləri, qardaş Türkiyə xalqıyla mehriban münasibətləri, ziyalı ləyaqətini tərənnüm edən bir filmdir. == Film haqqında == Film yazıçı Anarın eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film bəstəkar Emin Sabitoğlunun kinoda son işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Rasim Ocaqov Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Rafiz İsmayılov, Rafiq Nəsirov Bəstəkar : Emin Sabitoğlu Səs operatoru : Akif Nuriyev Rejissor : Ramiz Əliyev Qrim rəssamı : Elbrus Vahidov Geyim rəssamı : Mehriban Əfəndiyeva(Mehriban Sadıqbəyli kimi) Operator : Tərlan Babayev (T. Babayev kimi) Montaj edən : Gülşən Səlimova Rejissor assistenti : Nazim Cəbrayılov, A. Quliyev Çəkiliş texnikası üzrə mexanik : N. Ağayev İnzibatçı : Yusif Əlizadə, Məhəmməd Ağabəyov Çalır : Səyavuş Kəriminin rəhbərliyi ilə instrumental ansambl Redaktor : S. Ocaqova Filmin direktoru : Nadir Əliyev Musiqisindən istifadə edilən bəstəkar : Tomazo Albinoni === Rollarda === Fəxrəddin Manafov-Kərim Rasim Balayev-Sədiyar Muxtar Maniyev-Çopur Cabbar Akif Məhərrəmov-Əsgər A. Heydərova-Tamilla Ayan Mirqasımova-Rəna Zemfira Nərimanova-Behicə xanım Vaqif İbrahimoğlu-Doğan bəy Kamal Xudaverdiyev-Erol bəy Mehriban Zəki-Lətifə Nataliya Aşumova-Nadejda Həmidə Ömərova-Rəfiqə Tofiq İsmayılov-Sərnişin Arif Qasımov-Balaca kişi Elxan Qasımov-Rauf Ramiz Əzizbəyli-Müğənni Elvin Abdullayev-Kərimin uşaqlığı R. Hacıyev-Portye Rafiq Əzimov-Türk alim Rafiq Əliyev (II)-Əcnəbi alim Möhsün Hüseynxanlı(Möhsün Hüseynov kimi)-Arif Cəmil Quliyev-Türk Fərman Abdullayev-Türk ofisiant N. İbrahimov N. Rüstəmov Əliqulu Səmədov-Elçi gələn qonaq Fərəc Fərəcov(Fərəc Fərəcullayev kimi)-Elçi gələn qonaq Aqil M. Quliyev-Tamillanın qohumu === Filmi səsləndirənlər === Hacı İsmayılov-Sərnişin (Tofiq İsmayılov) (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Əsgər (Akif Məhərrəmov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Tamilla (A. Heydərova) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli-Portye (R. Hacıyev) (titrlərdə yoxdur) == Sponsor == "Azərkinovideo" İstehsalat Birliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Terapiya Otağı (film, 2022)
Terapiya Otağı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Film bir terapiya otağında baş verən cinayətin araşdırılmasından bəhs edir. Ssenari və rejissorunun müəllifi olan Zaur Tahirsoy, filmi Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirib. Layihə Postmodern Aktyorluq Məktəbinin ilk bədii filmi hesab olunur. Filmdə paranormal sujet xətti ilə yanaşı aktyor oyununa üstünlük verilib. == Məzmunu == Terapiya otağında 5 psixoloji problemi olan pasientin psixiatrı qətlə yetirilir. Qətlə yetirilən Səmanın ölümündə qrup terapiyasında olan pasiyentləri bir nömrəli şübhəlilərdir. Amma cinayət psixoloqu olan Səmanın əri də pataloji qısqanclığa görə şübhəlilər sırasındadır. Hadisəni araşdıran Səmanın qrup yoldaşı Oktay da cinayət psixoloqudur. Səmanı sevdiyi üçün o da şübhəlilərdən hüsab edilir.
Çin otağı düşüncə eksperimenti
Çin otağı arqumenti — ağıllı və insana bənzəyən proqramın kompüteri idarə etməsinə baxmayaraq proqram vasitəsilə işləyən kompüterdə "ağıl", "dərketmə " və ya "şüur" olması fikrini təkzib edir. Arqumenti ilk dəfə filosof Con Sörl 1980-ci ildə Behavioral and Brain Sciences jurnalında nəşr olunan "Ağıllar, Beyinlər və Proqramlar" adlı məqaləsində irəli sürüb. Sonrakı illərdə eksperiment geniş müzakirə edilmişdir. Arqumentin mərkəzi nöqtəsi Çin otağı kimi bilinən düşüncə eksperimentidir.
Fermatın otağı (film, 2007)
Fermatın otağı - 2007-ci il psixoloji gərilim ispan filmi. Premyerası 7 oktyabr 2007-ci ildə Sitges Fim Festivalında olan film noyabrın 16-da İspaniya miqyasında nümayiş olundu. == Süjet == Özünü Fermat kimi təqdim edən kimliyi bilinməyən biri bir neçə riyaziyyatçını ölkənin ən yaxşı riyaziyyatçılarının qatıldığı konfransa dəvət edir. Amma dəvətə qoşulmaq üçün riyazi tapmacanı həll etmək lazımdır. Doğru həll yolunu tapdıqdan sonra hər biri məşhur riyaziyyatçı və ya filosofun adını ləqəb kimi alır, belə ki, onlara əsl adlarınından istifadə qadağandır. Hər birinə "ən böyük müəmma" üzərində işləmək üçün təkbaşına və cib telefonu olmadan müəyyən olunmuş vaxtda müəyyən olunan gəlmək tapşırılır. Təyin olunmuş vaxtda dörd nəfər çayın sahilində görüşür. Qalua ləqəbli ciddi gənc oğlan, Hilbert ləqəbli qoca kişi, Paskal ləqəbli üzünəinamlı gənc oğlan və Olivia ləqəbli cavan qadın. Qaranlıq çökəndə çayın o biri tərəfindəki maşın faraları yanıb-sönərək işarə verir. Riyaziyyatçılar qayıqla çayı keçib maşına çatdıqda avtomobildə GPS koordinatları və səyahət təlimatları olan PDA tapırlar.
Şaolinin 36-cı otağı
Şaolinin 36-cı otağı — 1978-ci ilə aid, Şaolin monastırı və əlbəyaxa döyüş sənətinə həsr olunmuş Çin filmidir. == Məzmun == Liu Yude adlı gənc oğlan müəlliminin təsiri ilə mancur hakimiyyətinə qarşı olan yerli qiyamçılara qoşulur. Hakimiyyət qiyamçıların bir çoxunu, o cümlədən Liu Yudenin atasını, müəllimini və dostlarını öldürdükdən sonra o, Şaolin monastırına gedərək kunq fu sənətinə yiyələnmək, beləliklə, yaxınlarının qisasını almaq fikrinə düşür. Yaralı olmasına baxmayaraq, Liu Yude böyük məhrumiyyətlərlə monastıra gəlib çıxır. Monastırda San Te adı ilə tanınan Liu Yude kunq fu məşğələlərinə başlayaraq, ən çalışqan tələbəyə çevrilir və ən qısa zaman ərzində 35 otaqda əlbəyaxa döyüşün sirlərinə yiyələnir. Kunq fu ustasına çevrilmiş San Te yenidən öz şəhərinə qayıdaraq əzilən xalqa kömək etmək qərarına gəlir. Yerli hakimiyyət nümayəndələrinə qarşı mübarizə aparan San Te öz ətrafına xeyli adam toplaya bilir. Mübarizəsi uğurlu başa çatdıqdan sonra yeni şagirdləri ilə Şaolinə qayıdan San Te 36-cı otağın əsasını qoyur.
Harri Potter və Sirlər Otağı
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) - Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ikinci romandır. Romanın məzmununda Harrinin Hoqvartsda ikinci tədris ili təsvir edilir, məktəbin divarlarına yazılan mesajlar “Sirlər otağı”nın açılmasından xəbər verir, məlum olur ki, “Slizerinin varisi” yarımqan və maql ("Slizerin"lilərin və Ölüm Yeyənlərin çirkliqan adlandırdığı insanlar) olan bütün tələbələri öldürə bilər. Bu təhdid tezliklə qəsrdə qarışıqlığa səbəb olur, bir neçə tələbə daşlaşmış şəkildə (“daş kimi donmuş”) xəstəxana qanadına yerləşdirilir. İl ərzində Harri və onun dostları Ron Uizli və Hermiona Qreyncer hücumları araşdırır və günahkarı tapmağa çalışırlar. Roman Birləşmiş Krallıqda 2 iyul 1998-ci ildə “Bloomsbury” tərəfindən, ABŞ-də isə 2 iyun 1999-cu ildə “Scholastic Inc.” tərəfindən nəşr edilmişdir. Roulinq kitabı tamamlamağa çətinlik çəksə də, əsər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və çoxlu mükafatlara layiq görülmüşdür, gənc oxuyucular, kitab sənayesi işçiləri və bəzi tənqidçilər romanın azyaşlı uşaqlar üçün çox qorxulu olduğunu qeyd etmişlər. Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi, “Harri Potter və Sirlər otağı” romanı da dini müzakirələrə səbəb olmuşdur; bəzi dindar cəmiyyətlər romanda magiya mövzularının istifadəsini tənqid etsələr də, başqaları məqsədinə doğru gedən yolda insanın özünü qurban etməsi fikrinin aşılanmasını təqdir etmişlər. Bəzi şərhçilər şəxsi identikliyin kitabın ən güclü mövzularından biri olduğunu və bunun qeyri-magik, qeyri-insani və canlı olmayan personajlar vasiyəsiylə rasizmə yönləndiyini qeyd edirlər. Bəzi şərhçilər isə romandakı gündəliyi mənbələrdən məlumatların tənqidsiz qəbul edilməsinə qarşı müəllifin mövqeyini göstərdiyini bildirmişlər.
Harri Potter və Sirlər Otağı (roman)

Şaolinin 36-cı otağı (film, 1978)
Şaolinin 36-cı otağı — 1978-ci ilə aid, Şaolin monastırı və əlbəyaxa döyüş sənətinə həsr olunmuş Çin filmidir. == Məzmun == Liu Yude adlı gənc oğlan müəlliminin təsiri ilə mancur hakimiyyətinə qarşı olan yerli qiyamçılara qoşulur. Hakimiyyət qiyamçıların bir çoxunu, o cümlədən Liu Yudenin atasını, müəllimini və dostlarını öldürdükdən sonra o, Şaolin monastırına gedərək kunq fu sənətinə yiyələnmək, beləliklə, yaxınlarının qisasını almaq fikrinə düşür. Yaralı olmasına baxmayaraq, Liu Yude böyük məhrumiyyətlərlə monastıra gəlib çıxır. Monastırda San Te adı ilə tanınan Liu Yude kunq fu məşğələlərinə başlayaraq, ən çalışqan tələbəyə çevrilir və ən qısa zaman ərzində 35 otaqda əlbəyaxa döyüşün sirlərinə yiyələnir. Kunq fu ustasına çevrilmiş San Te yenidən öz şəhərinə qayıdaraq əzilən xalqa kömək etmək qərarına gəlir. Yerli hakimiyyət nümayəndələrinə qarşı mübarizə aparan San Te öz ətrafına xeyli adam toplaya bilir. Mübarizəsi uğurlu başa çatdıqdan sonra yeni şagirdləri ilə Şaolinə qayıdan San Te 36-cı otağın əsasını qoyur.
Harri Potter və Sirlər Otağı (film)
Harri Potter və Sirlər Otağı (ing. Harry Potter and the Chamber of Secrets) — 2002-ci ildə “Warner Bros. Pictures”in distribütorluğu, Kris Kolumbusun rejissorluğu ilə istehsal edilmiş fentezi filmidir. Film, Coan Roulinqin eyni adlı romanı əsasında çəkilmişdir. Harri Potter filmlər seriyasından ikinci film olan “Sirlər Otağı”nın ssenari müəllifi Stiv Klovz, prodüsseri isə Devid Heymandır. Filmdə Harri Potterin Hoqvartsda keçirdiyi ikinci il, Salazar Slizerinin varisinin Sirlər otağının qapısını açmasından sonra qorxunc bədheybətin ortaya çıxması təsvir edilir. Filmdə Deniel Redkliff Harri Potter, Rupert Qrint və Emma Uatson isə müvafiq olaraq Ron Uizli və Hermiona Qreyncer obrazlarını canlandırmışlar. “Harri Potter və Fəlsəfə Daşı” filminin davamı olan “Sirlər Otağı” filmindəki hadisələr “Harri Potter və Azkaban Məhbusu” filmində davam etdirilmişdir. Film 15 noyabr 2002-ci ildə Birləşmiş Krallıq və Şimali Amerikada çıxarılmışdır. Tənqidçilər tərəfindən çox yaxşı qarşılanmış film, böyük maddi oğur da qazanaraq bütün dünyadan $879 milyon gəlir əldə etmiş, bütün zamanların ən çox gəlir gətirmiş filmləri sırasında 34-cü yerdə qərarlaşmış, Harri Potter filmlər seriyasında isə yeddinci ən çox gəlir gətirmiş film olmuşdur.
Harri Potter və Sirlər Otağı (film, 2002)

Harri Potter və Sirlər Otağı (film musiqisi)
"Harry Potter and the Chamber of Secrets original motion picture soundtrack" albomu 12 noyabr 2002-ci ildə satışa çıxarılmışdır. Baxmayaraq ki, film musiqisinin Con Vilyams tərəfindən yazılması və drijorluq ediləsi nəzərdə tutulmuşdur, Stiven Spilberqin "Tut məni, əgər bacarsan" filminin cədvəli ilə toqquşma yarandığından bəstəkar Uilyam Ross, Con Vilyamsın film musiqisini uyğunlaşdırmağı və musiqini ifa edən London Simfonik Orkestrına drijorluq etməyi öhdəsinə götürmüşdür. Film musiqisinə altı yeni musiqi mövzusu daxildir: "Feniks Favkis", "Sirlər otağı", "Zlatapust Lokans", Ev elfi Dobbi", "Hörümçəklər" və "Zırıltılı Mirtl". Çıxış dövründən etibarən albom kolleksiyaçılar üçün beş fərqli üz qabığı ilə təqdim edilmişdir. Hər bir üz qabığında fərqli obraz və ya Harri, Ron və Hermiona birlikdə müxtəlif pozalarda təqdim edilirdi. Film musiqisi 2003-cü ildə "Vizual media üçün ən yaxşı musiqi" nominasiyasında "Qremmi mükafatı"na namizəd göstərilmişdir. Albom "Billboard 200" hit-paradında 81-ci, "Top Soundtracks Chart"da isə 5-ci yerdə debüt etmişdir. Yaponiya ərazisindəki dükanlarda 100,000 nüsxədən çox satış göstəricisinə görə albom RIAJ tərəfindən qızıl sertifikata layiq görülmüşdür.Baxmayaraq ki, albomda yer almayıb, həmin il Con Vilyams tərəfindən yazılmış və "Sirlər Otağı" film musiqisi albomundan bir müddət əvvəl çıxarılmış "Ulduz müharibələri. Epizod II. Klonların hücumu" film musiqisindən "Zam the Assassin and the Chase Through Coruscant" adlı musiqi "Sirlər Otağı" filmində Qviddiç səhnəsində istifadə olunub. Bunun dəqiq səbəbi bilinməsə də, vaxt məhdudiyyəti səbəbiylə belə bir addım atıldığı güm olunur.
Yataq otağında fəlsəfə
Yataq otağında fəlsəfə — Markiz de Sadın 1971-ci ildə nəşr olunan kitabı. == Məzmun == O yazır: "Əxlaqsız qadınlar, şəhvətli Sen-Anj sizin nümunəniz olsun; onun nümunəsindən sonra bütün həyatı boyu zəncirləndiyi həzzin ilahi qanunlarına zidd olan hər şeydən xəbəriniz olsun". Sonra o, "gənc qızları" Eugénie'yi kopyalamağa çağırır; "Axmaq valideynlərin sizə aşıladığı bütün o gülünc hökmləri rədd etməyi bacarın". Nəhayət, o, kişi oxucuları "kinik Dolmanseni öyrənməyə" çağırır və onun eqoizmi və diqqətini öz zövqündən başqa bir şey üçün nümunə olacağını göstərir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 26.07 dəfə / 1 mln.
2002 13.70
2003 15.75
2004 27.29
2005 37.11
2006 36.26
2007 35.94
2008 •• 46.53
2009 36.48
2010 22.51
2011 28.48
2012 37.77
2013 18.38
2014 19.74
2015 20.75
2016 15.45
2017 17.56
2018 23.52
2019 23.37
2020 14.59

"otağı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#otağı nədir? #otağı sözünün mənası #otağı nə deməkdir? #otağı sözünün izahı #otağı sözünün yazılışı #otağı necə yazılır? #otağı sözünün düzgün yazılışı #otağı leksik mənası #otağı sözünün sinonimi #otağı sözünün yaxın mənalı sözlər #otağı sözünün əks mənası #otağı sözünün etimologiyası #otağı sözünün orfoqrafiyası #otağı rusca #otağı inglisça #otağı fransızca #otağı sözünün istifadəsi #sözlük