otoskleroz sözü azərbaycan dilində

otoskleroz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • otoskleroz • 66.6667%
  • Otoskleroz • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Otoskleroz
Otoskleroz - uzun illər ərzində ağıreşitmə və qulaqda küyün yaranması ilə nəticələnə bilən qulaq xəstəliklərindən biridir. Xəstəliyə öncə bir qulaq, zaman keçdikcə (aylar və ya illər) digər qulaq da məruz qalmış olur. Xəstəlik, daxili qulağın sümük labirintində, etioloqiyası hələlik naməlum qalan, sərt sümükləşmə ocaqlarının yaranması nəticəsi baş verir. Zaman keçdikcə, distrofiya nəticəsində nizamsız surətdə gedən sümükləşmə prosesi, məsaməli sümük toxuması ilə əvəz edilir və sonradan yenə də sıxcam sümük toxumasına çevrilmiş olur. Məhz bu baxımdan otoskleroz sözünün mənası, Yunan sözləri olan "skler"-o (sərt) və "oto" (qulaq) sözləri ilə bağlıdır. Xəstəliyin səbəbi, qulaq sümükcüklərinin birində, etioloqiyası hələlik naməlum qalan, nizamsız surətdə gedən sümükləşmə prosesidir ki, bu da son məqamda onun kirəcləşməsinə səbəb olur. Nəticədə sümükcüyün hərəkəti məhdudlaşır və eşitmə üzvü (daxili qulaqda) funksiyasında qüsur yaranmış olur. Daxili qulaqda yarana bilən bir çox xəstəliklərdən fərqli olaraq, otosklerozun əksər hallarda tam müalicəsi mümkündür. Otoskleroz zamanı ağıreşitmənin mexanizmini anlamaq məqsədi ilə eşitmə üzvü olan qulağın əsas xüsusiyyətlərindən bəziləri haqqında (klinik anatomiyası, fiziologiyası, xəstəliyin klinikası, diaqnostika və müalicəsi) məlumatların qeyd edilməsi zəruridir.

Oxşar sözlər

#otoskleroz nədir? #otoskleroz sözünün mənası #otoskleroz nə deməkdir? #otoskleroz sözünün izahı #otoskleroz sözünün yazılışı #otoskleroz necə yazılır? #otoskleroz sözünün düzgün yazılışı #otoskleroz leksik mənası #otoskleroz sözünün sinonimi #otoskleroz sözünün yaxın mənalı sözlər #otoskleroz sözünün əks mənası #otoskleroz sözünün etimologiyası #otoskleroz sözünün orfoqrafiyası #otoskleroz rusca #otoskleroz inglisça #otoskleroz fransızca #otoskleroz sözünün istifadəsi #sözlük