Ovçular sözü azərbaycan dilində

Ovçular

Yazılış

  • Ovçular • 67.6671%
  • ovçular • 32.3329%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ovçular təpəsi
Ovçular təpəsi yaşayış yeri — Şərur rayonunun Dizə kəndinin şimal qurtaracağında, Arpaçayın sol sahilində e.ə. V-III minilliklərə aid yaşayış yeri. Abidə şimal-qərb istiqamətində uzanan təbii təpənin üzərindədir. Abidənin sahəsi təqribən 10 hektardır. Kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində yaşayış yerində Eneolit və İlk Tunc dövrlərinə aid mədəni təbəqələr müəyyən edilmişdir. Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V. H. Əliyev və A. Q. Seyidov tərəfindən 6,25 m² sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha sonra abidə S. H. Aşurov tərəfindən tədqiq edilmişdir. Мədəni təbəqədə möhrə, kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir.
Ovçular təpəsi boyunbağısı
Ovçular təpəsi boyunbağısı — Ovçular təpəsi yaşayış yerindən aşkar edilmiş Eneolit dövrünə aid qızıl boyunbağı. Boyunbağı AMEA Naxçıvan Bölməsi və Fransa Milli Araşdırmalar Mərkəzinin birgə həyata keçirdiyi arxeoloji tədqiqatlar zamanı arxeoloqlar Vəli Baxşəliyev, Ketrin Marro və Səfər Aşurov tərəfindən aşkarlanmışdır. Artefakt Cənubi Qafqazın ən qədim qızıl əşyası kimi qiymətləndirilmişdir. Naxçıvan ərazisi qədim tarixi abidələr və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan İkiçayarasına yaxın yerləşdiyinə görə burada mədəniyyət daha tez inkişaf etmiş və bu ərazidə yaşayan tayfalar İkiçayarası mədəniyyətləri ilə daimi əlaqədə olmuşlar. Regionda yerləşən I Kültəpə və II Kültəpə, Naxçıvantəpə, Maxta, Oğlanqala və digər çoxsaylı qədim yaşayış yerlərində aparılmış tədqiqatlar bölgənin qədim tarixinə dair maraqlı məlumat və artefaktların üzə çıxarılmasına imkan vermişdir. Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən və e.ə. V–III minilliklərə aid edilən Ovçular təpəsi yaşayış yerində ilk tədqiqatlar Vəli Əliyev və A. Q. Seyidov tərəfindən aparılmışdır. Həmin tədqiatlar zamanı arxeoloqlar abidə ərazisindən Eneolit və İlk Tunc dövrünə aid mədəni təbəqə və müvafiq artefaktlar aşkar etmişlər. Daha sonra abidədə S. H. Aşurov arxeoloji qazıntı işləri aparmış və çoxsaylı tikinti qalıqları üzə çıxarmağa müvəffəq olmuşdur.
Ovçular təpəsi yaşayış yeri
Ovçular təpəsi yaşayış yeri — Şərur rayonunun Dizə kəndinin şimal qurtaracağında, Arpaçayın sol sahilində e.ə. V-III minilliklərə aid yaşayış yeri. Abidə şimal-qərb istiqamətində uzanan təbii təpənin üzərindədir. Abidənin sahəsi təqribən 10 hektardır. Kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində yaşayış yerində Eneolit və İlk Tunc dövrlərinə aid mədəni təbəqələr müəyyən edilmişdir. Yaşayış yerinin xarakterik cəhəti ondan ibarətdir ki, burada Kür-Araz təbəqəsi sonrakı dövrlərin mədəni qatları ilə örtülməmişdir. Yaşayış yerinin yerləşdiyi təpənin üzərində teleqüllə tikilərkən mədəni təbəqə dağıdılmışdır. Təpənin şimal tərəfində V. H. Əliyev və A. Q. Seyidov tərəfindən 6,25 m² sahədə kəşfiyyat xarakterli qazıntı işləri aparılmışdır. Daha sonra abidə S. H. Aşurov tərəfindən tədqiq edilmişdir. Мədəni təbəqədə möhrə, kül, çürüntü və osteoloji materialların qalıqlarına rast gəlinmişdir.
Hansel və Qretel: Cadugər ovçuları (film, 2013)
"Hansel və Qrethel: Cadugər ovçuları" — ABŞ filmi. Ssenari müəllifi və rejissoru Tommi Virkola olan 2013-cü ildə çəkilmiş Amerika və Almaniya istehsalı olan əkşn-qorxu janırında filmdir. Bu film Alman folklorunun sehirli nağıllarından olan "Hansel və Gretel" nağılı əsasında çəkilmişdir. Filmdə Ceremi Renner, Cemma Arterton, Famke Cansen, Piter Stormare, Tomas Mann və Derek Mirs kimi məşhurlar çəkilib.
Kölgə ovçuları (teleserial, 2016)
Kölgə Ovçuları (ing. Shadowhunters) — Ed Dekter tərəfindən Kasandra Kleirin populyar Ölüm Alətləri romanlar seriası əsasında yaradılmış Amerikan fövqəltəbii dram teleserialıdır. Şimali Amerikada 12 yanvar 2016-cı ildə Freeform kanalında premyerası baş tutmuşdur. Serialın çəkilişləri Kanadanın Ontario ştatının Toronto şəhərində baş tutmuşdur və hadisələr Kleri Freyin (Katerina Maknamara) on səkkizinci ad günündə iblisləri öldürən "Kölgə Ovçuları"-nın nəslindən olan yarı insan və yarı mələk olduğunu olması ətrafında cərəyan edir. Romanlar seriasının birinci adapdasiyası olan Ölüm Alətləri: Sümüklər Şəhəri filminin istehsalçı şirkəti olan Constantin Film bu serialında prodüseri olmuşdur. Serial birinci mövsümündə tənqidçilərdən qarışıq rəylər almışdır. Mövsümün birinci seriası kanalda son iki il ərzində ən çox tamaşaçı toplaya bilmişdir. Bununla yanaşı serial bir GLAAD Mükafatı və iki Yeniyetmə Seçimi Mükafatı kimi bir sıra mükafatlara layiq görülmüşdür. Serialın ikinci 20 seriadan ibarət olan mövsümü 2 yanvar 2017-ci ildə yayımlandı. 2016-cı ilin avqustunda serialın yaradıcısı Ed Dekter yaradıcılıq fərqlərinə görə serialı tərk etdi.
Nasist ovçuları
Nasist ovçuları — holokostda iştirak edən keçmiş nasistlərin, SS üzvlərinin və onlarla əməkdaşlıq edənlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkəmədə ittiham edilmələrini təmin etmək məqsədilə onların izinə düşən və barələrində məlumat toplayan şəxslər. Simon Vizental, Tuvya Fridman, Serj və Beata Klarsfeld, Yen Sayer, Yaron Svoray, Elliott Uelles və Efraim Zuroff nasist ovçularının tanınmış nümayəndələridirlər. İkinci Dünya müharibəsinin ardından Soyuq müharibənin başlaması ilə həm Qərb müttəfiqləri, həm də SSRİ "Sancaq" əməliyyatı kimi proqramları realizə etmək məqsədilə keçmiş nasist alimlərini öz ölkələrinə cəlb etməyə başladılar. Verner fon Braun və Raynhard Gelen kimi keçmiş nasistlər dəyərli informasiyalar və xidmətlər müqabilində zaman-zaman dövlət müdafiəsi ilə təmin olunurdular. Həmin dövrdə Gelen Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri, "ODESSA-nın real versiyası" olan Gelen Təşkilatının qurucusu idi. Qeyd edilən təşkilat nasistlərin Avropadan qaçmasına yardım etmişdi. Bir qrup nasist isə Avropada qalmamış və Cənubi Amerikaya üz tutmuşdu. Bütün bunlara cavab olaraq nasist ovçuları özləri təkbaşına və ya qrup şəklində (məsələn, Simon Vizental Mərkəzi) qaçaqları axtarmağa başladılar. Onlar informasiya müqabilində mükafat verilməsi, immiqrasiya və müharibə qeydlərinin nəzərdən keçirilməsi və mülki qaydada iddia qaldırılması kimi metodlardan istifadə edirdilər. Sonrakı onilliklərdə nasist ovçuları Qərb və Cənubi Amerika hökumətləri və İsrail dövləti ilə daha geniş əməkdaşlığa nail oldular.
Skubi-Du: Sirr ovçuları
Skubi-Du: Sirr ovçuları (ing. Scooby-Doo! Mystery Incorporated) — detektiv janrında amerikan cizgi-serialı. Serial Warner Bros. tərəfindən hazırlanmışdır. 5 aprel 2010-cu ildə premyerası olmuşdur. Şegi ilk seriyada Metyu Lillard tərəfindən səsləndirilmişdir. Lillard ayrıca serialın iki canlı filmində Şeggi rolunu da oynamışdır: Scooby-Doo və Scooby-Doo 2: Canavarlar tükəndi (2004). Hal-hazırda Casey Kasem Şegginin atasını səsləndirmişdir. Scooby Doo Mystery Hunters filmi ABŞ-də 12 iyul 2010-cu ildə Cartoon Network-da təqdim edildi.

"ovçular" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ovçular nədir? #ovçular sözünün mənası #ovçular nə deməkdir? #ovçular sözünün izahı #ovçular sözünün yazılışı #ovçular necə yazılır? #ovçular sözünün düzgün yazılışı #ovçular leksik mənası #ovçular sözünün sinonimi #ovçular sözünün yaxın mənalı sözlər #ovçular sözünün əks mənası #ovçular sözünün etimologiyası #ovçular sözünün orfoqrafiyası #ovçular rusca #ovçular inglisça #ovçular fransızca #ovçular sözünün istifadəsi #sözlük