Ovçunun xatirələri (hekayələr)
Ovçunun xatirələri (rus. Записки охотника) silsiləsindən birinci hekayə- "Xor və Kaliniç" 1847-ci ildə "Sovremennik" jurnalının birinci nömrəsində dərc olunmuşdur. 1848–1851-ci illər arasında İvan Turgenyev bu silsilədən 20 hekayə yazmışdı. Həmin hekayələr 1852-ci ildə Moskvada, ayrıca kitab şəklində buraxılmışdır. Onların bir hissəsinə senzura qadağa qoymuş, əlyazmaları itmişdir. Bu hekayələrdə üsyankar kəndlilərin zülmkar mülkədarları öldürməsi göstərilmişdir. Silsilənin 4 hekayəsi sonradan yazılıb və beləliklə, onların ümumi sayı 25-ə çatıb.
"Ovçunun xatirələr"ində Turgenev o dövrün rus həyatının çox mühüm sahəsini- mülkədarla kəndli arasındakı zidiyyətləri təsvir və təndiq etmişdir. Həm məzmun, həm də bədii forma cəhətindən bir-birindən qüvvətli olan bu hekayələrində müəllif dərin müşahidə qabiliyyətinə malik bir realist, cəmiyyətin yaralarını açıb göstərən, cəmiyyəti geri çəkən səbəbləri axtaran sosioloqdur.
"Odnodvorets Ovsyanikov" hekayəsində mülkədar Vasili Nikolayiç surəti təhkimçi mülkədarların başqa bir keyfiyyətini büruzə verir.