oynaşmaq sözü azərbaycan dilində

oynaşmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oynaşmaq • 92.8571%
  • Oynaşmaq • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

oynaşmaq sözünün leksik mənası və izahı

  • 1 qarş. 1. Bir-biri ilə oynamaq; əylənmək. İki çəlimsiz körpə çarpayının üstündə oynaşırdı… Çəmənzəminli. …Oynaşan … uşaqlara tamaşa etməkdən doymazdım. Mir Cəlal. // Eyni mənada heyvanlar, quşlar və s. haqqında. Quzular, çəpişlər həyətdə oynaşır. – Xəzan yarpaqları oynaşan yerdə; Necə üşüməyim?… Üşüyürəm mən. B.Vahabzadə. // Müxtəlif tərəflərə uçmaq və ya üzmək. Kəpənəklər oynaşır. – Mərmər hovuzlarda qızıl balıqlar oynaşırdı. Çəmənzəminli. Sarıköynəklər, qaranquşlar qayalar arasında oynaşır, kollar arasında itirlər. Mir Cəlal. 2. məc. İrəli-geri gedib-gəlmək, hərəkət etmək; tərpəşmək, ləpələnmək. [Sonanın] xumarlanan gözləri oynaşan (f.sif.) dalğalara zillənmişdi. B.Bayramov. 3. məc. Təzahür etmək, görünmək. Füzuli əyləşib otağında tək; Oynaşır üzündə qəm buludları. B.Vahabzadə. 4. məc. Görünüb yox olmaq, sayrışmaq, işığı əks etdirmək. Projektor işıqları hər zamankı kimi yenə limanın üzərində oynaşır, küçələri işıqlandırırdı. S.Vəliyev. İşıq titrədikcə [Qaragünənin] qaya parçası kimi hərəkətsiz üzündə əcaib kölgələr oynaşır, … sonra yenə donub qayaya dönürdü. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / oynaşmaq

oynaşmaq sözünün rus dilinə tərcüməsi

  • 1 играться, резвиться (с кем-то)

    Azərbaycanca-rusca lüğət / oynaşmaq
  • 2 глаг. играть многим вместе: 1. забавляться, резвиться, развлекаться многим вместе. Uşaqlar oynaşırlar дети играют, pişiklər oynaşırlar котята резвятся, quzular oynaşırlar ягнята резвятся 2. волноваться. Ləpələr oynaşır играют волны 3. мелькать (прерывисто светить, мерцать – о светящих и светящихся предметах)

    Azərbaycanca-rusca lüğət / oynaşmaq

oynaşmaq sözünün inglis dilinə tərcüməsi

oynaşmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 qarş. 1. сад-садахъ галаз къугъун, къугъун (гзафбур санал); // цӀингаварун (мес. кӀелери, данайри); // гьара са патахъ лув гун (мес. чепелукьри, къушари) ва я сирнавун (мес. гъетери); 2. пер. вилик-кьулухъ физ-хтун, гьерекат авун, юзун, лепе гун; 3. пер. винел акъатун, малум хьун, акун; 4. пер. акваз квахь хъувун; экв кьулухъ хъиягъун, рапрапар гун.

    Azərbaycanca-ləzgicə lüğəti / oynaşmaq

Oxşar sözlər

#oynaşmaq nədir? #oynaşmaq sözünün mənası #oynaşmaq nə deməkdir? #oynaşmaq sözünün izahı #oynaşmaq sözünün yazılışı #oynaşmaq necə yazılır? #oynaşmaq sözünün düzgün yazılışı #oynaşmaq leksik mənası #oynaşmaq sözünün sinonimi #oynaşmaq sözünün yaxın mənalı sözlər #oynaşmaq sözünün əks mənası #oynaşmaq sözünün etimologiyası #oynaşmaq sözünün orfoqrafiyası #oynaşmaq rusca #oynaşmaq inglisça #oynaşmaq fransızca #oynaşmaq sözünün istifadəsi #sözlük