Oyunlarının sözü azərbaycan dilində

Oyunlarının

Yazılış

  • Oyunlarının • 80.6163%
  • oyunlarının • 19.3764%
  • OYUNLARININ • 0.0073%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan oyunlarının siyahısı
Bu səhifədə Azərbaycan oyunlarının siyahısı verilmişdir.
Video oyunlarının janrları
Videooyun janrı - təyin olaz zaman təsnif etmədə videooyunlarının oynanış tərzləri əsas alınır.Lakin bu təsnif etmə hər vaxt tutarlı və ya sistematik bir yol izləməmişdir. Bunun səbəbi meyarların, ayrı-seçkiliyi etmiş adam ya da təşkilata görə fərqlilik göstərməsidir. Oyun növləri istifadəçilərin fərqli gözləmələrini qarşılamaq üzrə törədilmişdir. Oyun növlərinin təyin olunması zamanla daha da diqqətə çarpanlaşmış və müəyyən başlıqlar altında qruplaşdırıldırıla bilmişdir. Təbii oyun növlərinin qruplaşdırıldırılmasında araşdırmaçılar arasında qəti bir görüş birliyi yoxdur. Bu mövzuda təsnif etmə çox az edilmişdir. Videooyunlarının janrlarının müxtəlif növləri vardır.
UEFA Superkuboku oyunlarının siyahısı
UEFA Superkuboku — 1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır. Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. UEFA Superkuboku sonuncu dəfə bu formatda 1999-cu ildə — "Mançester Yunayted" və "Latsio" komandaları arasında oynanılıb: "Latsio" "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib. 2000-ci ildən 2010-cu ilədək turnirdə UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Kubokunun qalibi qarşılaşıb. 2010-cu ildə UEFA Kubokunun adı UEFA Avropa Liqası olaraq dəyişdirildi. 2010-cu ildən bugünədək kubok uğrunda UEFA Çempionlar Liqasının qalibi ilə UEFA Avropa Liqasının qalibi qarşılaşır.
2015 Avropa Oyunlarının açılış mərasimi
2015 Avropa Oyunlarının açılış mərasimi 12 iyun 2015-ci ildə Bakının Olimpiya stadionunda baş tutmuş təntənəli açılış tədbiridir. Mərasim Bakı vaxtı ilə 21:00-da başlamış və iki saata yaxın davam etmişdir. == Təşkili == Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunmuşdu. Açılış mərasiminin bədii rəhbəri 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu olmuş rejissor Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə "Operaların lentə alınması üzrə ECHO mükafatı" laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan "Flux Ofis" şirkətinin memar və yaradıcıları — Tanassis Demiris və Eva Manikadakidir. Ümumilikdə oyunların işıqlandırılması üçün 5000-ə yaxın jurnalist akkreditasiyadan keçib. Dağlıq Qarabağ ərazisində Azərbaycandan icazəsiz səfər etmiş jurnalistlərin akkreditasiyası qəbul edilməyib. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov açılış mərasiminin təşkilinə 100 milyon manatdan artıq xərc çəkildiyini açıqlayıb. == Bədii məzmunu == Mərasimi xanəndə Alim Qasımov canlı muğam ifası ilə açdı.
Olimpiya oyunlarının ümumi medal hesabı
Olimpiya oyunlarının ümumi medal hesabı — olimpiya oyunlarında bu və ya digər Milli olimpiya komitəsi tərəfindən qazanılmış medalların ümumi sayının qeyri-rəsmi hesablamasıdır. Hal-hazırda mövcud olan Milli Olimpiya Komitələri cədvəldə kursivlə əks etdirilməmişdir. Milli Olimpiya Komitələrinin məlumatları onların sələflərinin və varislərin məlumatlarıyla cəmlənmir. cədvəldə Milli Olimpiya Komitələri əlifba sırası ilə yerləşdirilmişdir, amma istənilən sütun üzrə çeşidlənmiş ola bilərlər. Cədvəldə verilən məlumatlar 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarının nəticələri nəzərə alınmaqla verilir. == Olimpiya oyunlarında medal qazanmış ölkələrin cədvəli, (22 avqust 2016) == == Olimpiya oyunlarında medal qazanmış hal-hazırda mövcud olmayan ölkələrin cədvəli == == Olimpiadalarda medal qazana bilməyən ölkələrin cədvəli == Rio-de-Janeyrodakı 2016-cı il Yay Olimpiya Oyunlarında təmsil olunn 207 milli olimpiya komitəsindən 74-ü və hal hazırda mövcud olmayan 6 milli olimpiya komitəsi heç bir medal qazana bilməmişlər.
2015 Avropa Oyunlarının medal sıralanması
2015 Avropa Oyunları və ya rəsmi adı ilə I Avropa Oyunları — yay idman növləri üzrə avropa qitəsində yerləşən, habelə Avropa Olimpiya Komitələrinin üzvü olan dövlətlər arasında iyunun 12-dən 28-nə qədər Azərbaycannın paytaxtı Baкı şəhərində baş tutan idman oyunları. Ümumi olaraq, 50 dövlətin 5 898 idmançısı, 27 müxtəlif idman növü üzrə 30 yarışda mübarizə apardı. Tarixdə birinci dəfə baş tutan Avropa Oyunlarında Rusiya yığması 79-u qızıl, 40-ı gümüş, 45-i bürünc medal olmağla, cəmi 164 medal qazandı. Ev sahibi Azərbaycan yığması isə, 21-si qızıl, 15-i gümüş, 20-si bürünc olmağıa, cəmi 56 medalla iкinci yeri tutdu. Üçüncü yeri isə 66 medal qazanan Almaniya yığması tutdu. I Avropa Oyunlarında Rusiyalı üzgüçü Marina Kameneva hamıdan çox 9 medal (6 qızıl, 1 gümüş və 2 bürünc) qazandı. Digər Rusiyalı üzgüçü Arina Openışeva isə 7 qızıl və 1 gümüş medal qazandı. == Medal sıralanması == Medal sıralanması Avropa Olimpiya Komitəsinin məlumatına əsasən hazırlanıb. Komitənin standartlarına görə medal sıralanmasında ən əsas qızıl medalların sayı üstün tutulur. Daha sonra diqqətə gümüş medalların sayı, sonda isə bürünc medalların sayı diqqətə alınır.
1960 Yay Paralimpiya Oyunlarının medal sıralanması
Aşağıdakı siyahıda 1960-cı il Roma Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
2000 Yay Olimpiya Oyunlarının medal sıralanması
2000 Yay Olimpiya Oyunlarında medal sıralanması
2017 İslam Həmrəyliyi Oyunlarının medal sıralaması
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdur. Yarışda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur. Buraya Albaniya. Bruney, Burkina-Faso, Çad, Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Syerra-Leone, Toqo, Somali və Fələstin yığma komandaları daxildir.
Azərbaycan milli futbol komandasının oyunlarının siyahısı
Futbol üzrə Azərbaycan milli komandası Azərbaycan SSRİ tərkibindən çıxdıqdan sonra beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında iştirak etməyə başladı. Millinin ilk görüşü 17 sentyabr 1992-ci ildə Gürcüstanın Gürcuaani şəhərində Gürcüstan komandası ilə yoldaşlıq oyunu olmuş və komandamız 6:3 hesabı ilə məğlub olmuşdur. Azərbaycanda keçirilən ilk oyunda da Gürcüstan komandası ilə 25 may 1993-cü ildə Gəncə şəhərində yoldaşlıq oyununda qarşılaşmış və 1:0 hesabı ilə qalib gəlmişdir. 1930-cu ildə FİFA dünya ölkələri arasında ilk futbol üzrə Dünya Çempionatı keçirmişdir. UEFA isə 1960-cı ildən Avropa Çempionatı keçirir. Azərbaycan 1994-cü ildən həm UEFA-nın, həm də FİFA-nın üzvü olduqdan sonra dünya və Avropa çempionatlarında çıxış etməyə başlamışdır. Millimizin ilk oyunu 1994-cü il sentyabrın 7-si Rumıniyada baş tutmuşdur. Meydan sahibləri 3:0 qalib gəlmişlər. 1994-cü ildə ölkədəki vəziyyəti əsas gətirən UEFA Azərbaycan millisinin ev oyunlarını ölkədə keçirilməsinə icazə verməmişdir. 1996-cı il Avropa çempionatının seçmə oyunlarında millimiz ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirmişdir.
2024 Yay Olimpiya Oyunlarının medal cədvəli
2024 Yay Olimpiya Oyunları və ya XXXIII Yay Olimpiya Oyunları ― 24 iyul – 11 avqust 2024-cü il tarixləri arasında Fransanın paytaxtı Parisdə keçirilmiş olimpiya oyunları. Oyunlarda 206 Milli Olimpiya Komitəsini (MOK) təmsil edən idmançılar iştirak edirdi. Ümumilikdə, 92 MOK-ni təmsil edən idmançılar ən azı bir medal, onlardan 64-ü isə azı bir qızıl medal qazanıb. Botsvana, Dominika, Qvatemala və Sent-Lüsiya öz ölkələrinin ilk Olimpiya qızıl medallarını qazandılar. Albaniya, Kabo-Verde, Dominika və Sent-Lüsiya, Qaçqınların Olimpiya Komandası tarixində ilk Olimpiya medalını qazandı. ABŞ və Çin 40 qızılla ən çox qızıl medala sahib ölkələr oldular. Ümumi medal sayında isə 126 medalla ABŞ birinci yerdə qərarlaşdı. Çinli üzgüçü Zhang Yufei altı medalla (bir gümüş, beş bürünc) oyunlarda ən çox medal, fransız üzgüçü Léon Marchand isə dörd qızıl medalla ən çox qızıl medal qazanan idmançı oldular.

Oxşar sözlər

#oyunlarının nədir? #oyunlarının sözünün mənası #oyunlarının nə deməkdir? #oyunlarının sözünün izahı #oyunlarının sözünün yazılışı #oyunlarının necə yazılır? #oyunlarının sözünün düzgün yazılışı #oyunlarının leksik mənası #oyunlarının sözünün sinonimi #oyunlarının sözünün yaxın mənalı sözlər #oyunlarının sözünün əks mənası #oyunlarının sözünün etimologiyası #oyunlarının sözünün orfoqrafiyası #oyunlarının rusca #oyunlarının inglisça #oyunlarının fransızca #oyunlarının sözünün istifadəsi #sözlük