Futbol oyununun qaydaları
Futbol qaydaları (ing. Laws of the Game; hərfi tərcümə "oyunun qaydaları") — futbol oyunun qaydalarını müəyyən edən reqlament, həm də buna əsasən futbol yarışları keçirilir. Bu qaydalara riayət edilən ilk oyun Kembric Universitetinin üzvləri keçiriblər (Parkers Pis, Kembric şəhəri, 1848-ci il). 26 oktyabr, 1863-cü ildə İngiltərə Futbol Assosiasiyası bu qaydaları rəsmən təsdiqləmişdi. Qaydaların müasir formasının isə futbol assosiasiyalarının beynəlxalq şurası düzəldib və FİFA tərəfindən dərc olunub, bu hadisə 1970 ildə baş vermişdi. Bu qaydalar futbolda bu məsələləri qaydaya salır: oyunçuların sayı, matçın davamlılığı, meydançanın ölçüsünü, futbol topuna aid tələblər, pozuntuların növləri və s.
== Oyun Qaydaları ==
Qaydaların (1 iyun 2016-2017-ci il tarixindən) sonuncu redaksiyası 17 bənddən ibarətdir.
Birinci qayda: Oyun meydanı
İkinci qayda: Top
Üçüncü qayda: Oyunçular
Dördüncü qayda: Futbol geyimi
Beşinci qayda: Baş hakim
Altıncı qayda: Hakimin köməkçiləri
Yeddinci qayda: Oyunun müddəti və davamiyyəti
Səkkizinci qayda: Futbol oyunun başlaması və bərpa edilməsi
Doqquzuncu qayda: Top oyunda olduqda və olmadıqda
Onuncu qayda: Qol
On birinci qayda: Ofsayd (oyundankənar vəziyyət)
On ikinci qayda: Qayda pozuntuları və intizamsız davranışlar
On üçüncü qayda: Cərimə və sərbəst zərbələri
On dördüncü qayda: Penalti (11 metrlik zərbə)
On beşinci qayda: Aut (topun yan xəttdən oyuna daxil edilməsi)
On altıncı qayda: Qapıdan zərbə
On yeddinci qayda: Korner (küncdən zərbə)
== Maraqlı faktlar ==
1992-ci ildə, 1990 ilin dünya çempionatında baxımlı futbol olmadığı üçün, qapıçının öz oyunçunun ayağla ötürməsindən sonra topu götürməsi qadağan olmuşdu.