oğlanları sözü azərbaycan dilində

oğlanları

Yazılış

  • oğlanları • 92.6518%
  • Oğlanları • 7.0288%
  • OĞLANLARI • 0.3195%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Lenin oğlanları
Lenin oğlanları (mac. Lenin-fiúk) — 1919-cu ildə qısamüddətli Macarıstan Sovet Respublikasını dəstəkləmək üçün yaradılmış olan Macarıstandakı qırmızı terrorda baş rol oynamış olan kommunist təşkilat. Qrup dəri jaket geyinmiş təxminən 200 adamdan ibarət idi. Tibor Szamuely, hərbi komissar olanda, birliyin komandiri József Cserny olmuşdur. Lenin uşaqlarından kommunizm əleyhinə çıxış edənlərin səsini boğmaq üçün istifadə etmişdirlər. Kommunist lider Bela Kun, uğursuz olmuş 1919-cu ilin iyun ayında baş tutmuş əks-inqilabi çevriliş cəhdindən sonra, Lenin oğlanlarının, müxalifətin aradan qaldırılması istiqamətində atılmış addımlarında qəddar ola bilmələrinə icazə vermişdir. Terrorun qurbanlarının sayında fərqliliklər mövcuddur. Albert Verinin (Albert Vary) 1922-ci ildə çap olunmuş “Macarıstanda Qızıl Terror Qurbanları” adlı kitabında, Tibor Szamuely və József Cserny rəhbərliyi altındakı dəstələr tərəfindən 590 adamın edam edildiyi bildirilmişdir. Kommunistlər məğlub olurdular. Fransızların dəstəklədiyi Rumıniya ordusu 6 avqust 1919-cu ildə Macarıstana daxil olaraq Budapeşti kommunistlərdən təmizlədi.
Pal küçəsinin oğlanları (novella)
Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur . == Əsərdən seçilmiş hissələr == Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur. Meydança!
Bizim küçənin oğlanları (film, 1973)
Bizim küçənin oğlanları tammetrajlı bədii filmi rejissor Tofiq İsmayılov tərəfindən 1973-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Əsas rolları Ənvər Həsənov, Sədaqət Dadaşova, Salam İsmayıl, Ömür Nağıyev, Nəsibə Zeynalova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, Məlik Dadaşov və Şahmar Ələkbərov ifa edirlər. == Məzmun == Bizim küçə... Doğrudan da nəinki yaşadığımız küçəyə, hətta həyətə diqqətlə nəzər salsaq, müxtəlif və maraqlı hadisələrin şahidi olarıq. Ona görə də filmdəki qəhrəmanlar doğmadır, hadisələr tanışdır.Film bir kəndin ayrı-ayrı küçələrinin özünəməxsus məhəlli adət-ənənələrindən, yaşayış tərzindən, eyni küçədə, eyni şəraitdə böyüyən məhəllə uşaqlarının gələcək talelərindən, kimin hansı mənsəbə çata biləcəyi ehtimalından söhbət açır. Burada orta məktəbi bitirib, həyatda öz yerini tapmağa çalışan kənd cavanlarından söhbət gedir. == Rollarda == Ənvər Həsənov — Arif Sədaqət Dadaşova — Elmira Salam İsmayıl (Salam İsmayılov kimi) — Tofiq Ömür Nağıyev — Rasim Nəsibə Zeynalova — Səriyyə xala Əliağa Ağayev — Mehdi Ağasadıq Gəraybəyli — Rüstəm kişi Məlik Dadaşov — Əbdül Şahmar Ələkbərov — İbrahim Tariyel Qasımov — Əliş Zemfira İsmayılova — Gülyaz Leyla Bədirbəyli — Leyla Sofa Bəsirzadə — Sona Ramiz Əzizbəyli - Məhəllə sakini Filmi səsləndirənlər: Rasim Balayev — İbrahim (Şahmar Ələkbərov)(titrlərdə yoxdur) Səməndər Rzayev - Əbdül (Məlik Dadaşov ) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli - Tofiq (Salam İsmayıl ) (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред.
Əgər bütün dünyanın oğlanları... (film, 1970)
== Məzmun == Sənədli televiziya filmi Bakıda keçirilən yapon-sovet dostluğu görüşünə həsr olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.31 dəfə / 1 mln.
2003 •• 0.39
2004 ••••• 1.35
2005 ••••••• 2.02
2006 •••• 1.13
2007 •••••••• 2.33
2008 ••••••• 1.95
2009 •••••••••••• 3.52
2010 ••••••••••• 3.45
2011 ••••••••• 2.75
2012 •••••••• 2.41
2013 •••••••••••••••••••• 6.27
2014 •••••••••••••••••• 5.49
2015 ••••• 1.53
2016 ••• 0.87
2017 •• 0.49
2018 •• 0.45
2019 ••• 0.83
2020 •••• 1.06

"oğlanları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oğlanları nədir? #oğlanları sözünün mənası #oğlanları nə deməkdir? #oğlanları sözünün izahı #oğlanları sözünün yazılışı #oğlanları necə yazılır? #oğlanları sözünün düzgün yazılışı #oğlanları leksik mənası #oğlanları sözünün sinonimi #oğlanları sözünün yaxın mənalı sözlər #oğlanları sözünün əks mənası #oğlanları sözünün etimologiyası #oğlanları sözünün orfoqrafiyası #oğlanları rusca #oğlanları inglisça #oğlanları fransızca #oğlanları sözünün istifadəsi #sözlük