oğlaqqıran sözü azərbaycan dilində

oğlaqqıran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • oğlaqqıran • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oğlaqqıran
Oğlaqqıran — Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə verilən ad; baharın ilk ayı. Oxlaqqıran//oğlaqqıran Zəngibasar, Borçalı və Qazax şivələrində baharın ilk ayı mənasında işlənir. Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə Oğlaqqıran adı veriblər. Bu müddətdə qışdan zəif çıxan heyvanlar, ilk növbədə, oğlaqlar – keçi-çəpiş, qoyun-quzu soyuğa davam gətirmir, tələf olurlar. Bu müddət bir çox yerlərdə "danaqıran” adı ilə də tanınır. Elat camaatı həmin dövr üçün "davar doymaz, yatar durmaz, gedər gəlməz” - deyir. Odur ki, bu zaman üçün mərəkdə (samanlıqda) yem ehtiyatı saxlanılır. Oğlaqqıran ayı ilə bağlı fərqli fikirlər də var. Sentyabr ayının ilk günlərinin "oğlaqqıran dövrü" adlandırılmasına da təsadüf edilir. Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir.

oğlaqqıran sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Borçalı, Qazax) baharın ilk ayı. – No:ruzdan soηra – mart ayında oğlaqqıran girer (Qazax)

Azərbaycan dilinin dialektoloji lüğəti.

Oxşar sözlər

#oğlaqqıran nədir? #oğlaqqıran sözünün mənası #oğlaqqıran nə deməkdir? #oğlaqqıran sözünün izahı #oğlaqqıran sözünün yazılışı #oğlaqqıran necə yazılır? #oğlaqqıran sözünün düzgün yazılışı #oğlaqqıran leksik mənası #oğlaqqıran sözünün sinonimi #oğlaqqıran sözünün yaxın mənalı sözlər #oğlaqqıran sözünün əks mənası #oğlaqqıran sözünün etimologiyası #oğlaqqıran sözünün orfoqrafiyası #oğlaqqıran rusca #oğlaqqıran inglisça #oğlaqqıran fransızca #oğlaqqıran sözünün istifadəsi #sözlük