paleontoloq sözü azərbaycan dilində

paleontoloq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • paleontoloq • 90.2439%
  • Paleontoloq • 9.7561%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Paleontoloq
== Geomorofloji termin == Paleontolo­gi­ya - (rus. палеонтология, ing. palaeontology) Yerin ta­rixinin tədqiqi ilə əlaqədar, orqa­nizm qalıqları və onların fəaliyyətinin izləri əsasında geoloji keçmişin canlı aləmini və onun inkişaf qanunauyğunluqlarını öyrənən elm. P. bioloji elmlər sırasına aiddir və iki hissəyə bölünür: paleozoologiya və paleobotanika. P. Geoxronolo­giyanın və stratiqrafik tədqiqatların əsasını təşkil edir. == Paleontologiya == (q.yun. παλαιοντολογία) — tapılmış bitki və heyvan qalıqları əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını, bu məlumatlar əsasında bioloji təkamülün gedişatını və s. öyrənən elm sahəsidir. Yunan dilində palaios (qədim), onto (varlıq) və logos (elm) sözlərindən meydana gəlmişdir. Qədim canlıları araşdıran bir elm sahəsi olan paleontologiya və ya "fosil" stratiqrafiya, sedimentologiya, tarixi geologiya, biologiya, ekologiya, coğrafiya, klimatologiya ilə əlaqəlidir.
Aydın Məmmədov (paleontoloq)
Aydın Balaca oğlu Məmmədov (1934, Sərdarlı, Qaryagin rayonu – 2020, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, paleontoloq. == Həyatı == 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1958–1961-ci illərdə Azərbaycan Sənayə İnstitutunda aspirantura təhsili almışdır. 1962-ci ildə namizədlik dissertasiyasıçı müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Geologiya İnstitutunda işləyirdi. 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004–2010-cu illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. 2020-ci ildə Bakıda həyatını itirmişdir.
Tofiq Həsənov (paleontoloq)
Tofiq Məcnun oğlu Həsənov (1921, Bakı – 2005, Bakı) - paleontoloq-stratiqraf, AMEA-nın müxbir üzvü (2001), geologiya-mineralogiya elmləri doktoru (1967), Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, Rusiya Paleontologiya Cəmiyyətinin fəxri üzvü, == Həyatı == Tofiq Həsənov 1921-ci ildə Bakı şəhərində anadan olub. 1938-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə qəbul olunub, lakin Böyük Vətən müharibəsi illərində Sovet Ordu sıralarında qulluq etməsi ilə əlaqədar təhsilini yarımçıq qoyub. 1948-ci ildə həmin universiteti Mühəndis-geoloq ixtisası üzrə bitirib. == Əmək fəaliyyəti == Tofiq Həsənov 1946-1951-ci illərdə Azərbaycan Geologiya İdarəsinin çöl ekspedisi­yala­rında kollektor, SSRİ Elmlər Akademiyası Neft Ekspedisiyasında baş geoloq və­zi­fələrində çalışıb. O, 1999-2005-ci illərdə H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsini icra edib. == Elmi fəaliyyəti == Tofiq Həsənov 1951-1954-cü illərdə Azərbaycan Elmlər Akademiyası­nın Geologiya və Geo­fizika İnstitutunun aspiranturasında təhsil alıb. 1954-cü ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.Tofiq Həsənovun elmi fəaliyyətinin əsas istiqaməti Yura dövrünə aid çöküntülərinin paleontologiya və stratiqrafiyası olmuşdur. Alimin namizədlik dissertasiyasının mövzusu da Kiçik Qafqazda filiz yataqlarının ana süxuru olan və geniş intişar edən Yura dövrü çöküntüləri haqqında olub. Yura çöküntüləri üçün ilkin əhəmiyyətli altı tapıntı 1952-ci ildə Tovuz rayonunda aparılan çöl işləri zamanı aşkar edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2006 •••••••• 0.23
2007 •••••••••••••••••••• 0.63
2008 •••••••• 0.24
2010 ••• 0.09
2011 ••• 0.09
2012 •••••• 0.17
2013 •••••••••••••• 0.44

paleontoloq sözünün leksik mənası və izahı

paleontoloq sözünün rus dilinə tərcüməsi

paleontoloq sözünün inglis dilinə tərcüməsi

paleontoloq sözünün fransız dilinə tərcüməsi

paleontoloq sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#paleontoloq nədir? #paleontoloq sözünün mənası #paleontoloq nə deməkdir? #paleontoloq sözünün izahı #paleontoloq sözünün yazılışı #paleontoloq necə yazılır? #paleontoloq sözünün düzgün yazılışı #paleontoloq leksik mənası #paleontoloq sözünün sinonimi #paleontoloq sözünün yaxın mənalı sözlər #paleontoloq sözünün əks mənası #paleontoloq sözünün etimologiyası #paleontoloq sözünün orfoqrafiyası #paleontoloq rusca #paleontoloq inglisça #paleontoloq fransızca #paleontoloq sözünün istifadəsi #sözlük