palingenez sözü azərbaycan dilində

palingenez

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • palingenez • 66.6667%
  • Palingenez • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Palingenez
Palingen, palingenez - əvvəlcədən əmələ gəlmiş süxurların yüksək təzyiq və temperatur şəraitində, yəni ultrametamorfizm prosesinin müşayiəti ilə "in situ" yerindəcə əriməsi və yeni tərkibli maqmanın yaranma prosesi. Bəzi mütəxislər bu prosesi anateksis kimi şərh edir. Palingen prosesi nəticəsində yaranan qranitoidlərin tərkibi əriməyə məruz qalmış süxurların tərkibinə müvafiq olur. Anateksis və palingenez proseslərini fərqləndirmək mümkün olmayanda hər iki termin birgə işlədilir, məsələn, palingen-anatektik mənşəli qranitlər, qranodioritlər və i.a. Təzyiq Temperatur Süxurlar Maqma Qranit Qranodiorit Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Palingeneziya
Palingeneziya— alman filosofu Artur Şopenhauerin, insanın heç vaxt ölməməsi, yeni fərdlərdə özünü yenidən göstərməsi haqda nəzəriyyəsidir. Eyni zamanda, Şopenhauer reinkarnasiyanın bəlli bir ruhun köçməsi ilə bağlı əsas müddəalarını rədd edir. Palingeneziya nəzəriyyəsi onun “Dünya iradə və təsəvvür kimi” kitabının ikinci cildində, xüsusən də “Ölüm və onun varlığımızın sarsılmazlığı ilə əlaqəsi” fəslində öz əksini tapmışdır. Palingeneziya insanlar arasındakı məkan sərhədlərini metafizik baxımdan əhəmiyyətli hesab edir, yəni bir insan məkanda iki və ya daha çox yerdə eyni vaxtda mövcud ola bilməz. Palingeneziya termininin özünə ilk dəfə Əhdi-Cədiddə rast gəlinir — παλιγγενεσία — və rus dilinə ya dirilmə, ya da yenidən doğulma kimi tərcümə olunur. Digər tərcümələrdə bu termin Wiedergeburt və regeneratio kimi səslənir. Şopenhauer öz essesində iddia edir ki: Şopenhauer bədən parçalandıqdan sonra fərdi "Mən"in bütün xatirələri ilə birlikdə mövcud olmasının mümkünlüyünü inkar edirdi. Beynin məhvi şəxsiyyətin tamamilə məhv edilməsi deməkdir. Digər tərəfdən, hər bir insanın özünəməxsus iradəsi məhvə məruz qalmır. Bədənin parçalanmasından sonra insanın iradəsi qalır və zaman keçdikcə bu iradə yeni bir intellektual qabıqda mövcud olur.

Oxşar sözlər

#palingenez nədir? #palingenez sözünün mənası #palingenez nə deməkdir? #palingenez sözünün izahı #palingenez sözünün yazılışı #palingenez necə yazılır? #palingenez sözünün düzgün yazılışı #palingenez leksik mənası #palingenez sözünün sinonimi #palingenez sözünün yaxın mənalı sözlər #palingenez sözünün əks mənası #palingenez sözünün etimologiyası #palingenez sözünün orfoqrafiyası #palingenez rusca #palingenez inglisça #palingenez fransızca #palingenez sözünün istifadəsi #sözlük