* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Paltar asmaq üçün xüsusi düzəldilmiş asqı aləti. İmran kişi papağını çıxardıb, dəmir paltarasılandan asdı. M.Hüseyn. Qapıların yanında … qoz ağacından qayrılmış paltarasanlar qoyulmuşdu. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / paltarasan1 1. PALTARAS(IL)AN (paltar və ya başqa şeylər asmaq üçün alət) Tamaşa qurtarandan sonra onlar paltarasanın qabağında adamların seyrəlməsini xeyli gözləməli oldular (Ə.Kərim); ASQI Doktor cəsarətsiz bir halda içəri girdi, şapkasını asqıya atıb, salona daxil oldu (Çəmənzəminli); ASILQAN O, əsasını bir küncə qoydu, silindrini asılqana keçirib, nəhayətsiz dərəcədə mehriban, gülər gözlərlə qızı süzdü (M.İbrahimov); ASMA (Məmməd) boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı (S.Rəhimov); QAPMAQ ..xidmətçi paltarı qarmaqdan çıxarıb ona verdi (S.S.Axundov); QARDEROB. 2. paltarasan bax paltarsaxlayan
Azərbaycan dilinin sinonimlər lüğəti / paltarasan1 сущ. 1. вешалка (планка или стойка с крючками или колышками для вешания одежды, платья) 2. гардеробщик (служащий при гардеробе), гардеробщица
Azərbaycanca-rusca lüğət / paltarasan1 paltaras(ıl)an i. 1. peg, rack, stand; (dəhlizdə) hall-stand; 2. (paltarda) tab, hanger
Azərbaycanca-ingiliscə lüğət / paltarasan