pambıqçılıq sözü azərbaycan dilində

pambıqçılıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pambıqçılıq • 78.4112%
  • Pambıqçılıq • 21.4676%
  • PAMBIQÇILIQ • 0.1213%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pambıqçılıq
Pambıq kolu (lat. Gossypium) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Pambıq çoxillik bitkidir. Bu sahədə tanınmış alim F. M. Mauyerin təsnifatına görə pambığın Asiya, Amerika, Afrika və Avstraliyanın tropik və subtropik rayonlarında bitən 35 növü var. Pambıq Azərbaycanda "ağ qızıl" adlanır. Pambıq isti və işıq sevən bitkidir. Vegetasiya müddətində (110–145 gündür) pambığın yetişməsi üçün orta faydalı temperaturun cəmi 2500–3000 selsidən az olmamalıdır. Becərilən pambıq əsas texniki bitkidir. Dünya toxuculuq sənayəsi üçün lazım olan lifin təxminən 50%-i pambıqdan alınır. 100 kq xam pambıqdan orta hesabla 30–35% lif alınır.
Azərbaycanda pambıqçılıq
Azərbaycanda pambıqçılıq — Azərbaycan Respublikasında pambıq bitkisinin becərilməsi və xam pambıq istehsalı ilə məşğul olan bitkiçilik sahəsi. Azərbaycanda kənd təsərrüfatı iqtisadiyyatının aparıcı sahələrindən biri olan pambıqçılıq aqrar islahatından sonra müvəqqəti tənəzzülə uğrasa da, hazırda fermer təsərrüfatlarında da ildən-ilə pambıq istehsalının artırılmasın xüsusi fikir verilir. == Tarixi == Azərbaycanda pambıqçılığın ilk inkişafı haqda dəqiq ədəbiyyat məlumatı yoxdur. Azərbaycanda pambıqçılığın hətta XIX əsrin əvvəlinə qədər olan vəziyyəti haqda yalnız natamam məlumatlar mövcuddur. Güman edildiyinə görə pambıq bitkisi Azərbaycana İran və İraqdan keçmişdir. Bəzi dəqiq mənbələrin məlumatlarından müəyyən olur ki, 1823-cü ildən dəmir yoluna yaxın olan Gəncə, Göyçay, Ağdaş və digər qəzalarda, eyni zamanda Naxçıvanda da kütləvi sürətdə pambıq əkilmişdir. Həmin vaxtlar pambıqçılığın 39,1 %-i Mil-Qarabağ, 32,8%-i Muğan-Salyan, 19,8%-i Şirvan və 8,3%-i Gəncə-Qazax zonasının payına düşürdü. Pambıq istehsalı ilk əvvəllər yerli əhalinin və kustar karxanalarının tələbatı üçün idisə, sonralar xanlara-bəylərə kömürük vermək üçün becərilirmiş. Əkilən pambıq sortu "Qaraqoza" adlanmaqla, lifləri gödək və kobud idi. Rusiyanın tərkibinə keçdikdən sonra Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar olaraq pambıqtəmizləmə sənayesi də yüksəlirdi.
Pambıqçılıq (film, 1928)
Film respublikamızda torpaq islahatından sonra kənd kooperasiyalarında pambıqçılıq təsərrüfatlarının yeni mərhələsinə həsr olunmuşdur. Film saxlanılmayıb. Rejissor: Kosiçkin Operator: Kosiçkin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu (BMTB ETİ) — Azərbaycanda fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsi, kənd təsərrüfatı bitkilərinin xəstəlik, zərərverici, alaq otlarından mühafizə xidməti. 6 oktyabr 2022-ci ildə Kənd təsərrüfatı naziri İnam Kərimovun sərəncamına əsasən, İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib. == Haqqında == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 saylı qərarının 5-ci bəndinə əsasən Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə İnstitutunun, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun və Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun (3 şöbə) bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnovasiya Mərkəzinin tərkibində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Aqrar sahədə məhsuldarlığın artırılması və qorunub saxlanması çox vacib amillərdən biridir. Zərərverici, xəstəlik və alaq otlarına qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi məhsulun qorunmasında başlıca rol oynayır. Bu məqsədlə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) zərərli orqanizmlər haqqında geniş elmi tədqiqat işləri aparılır, onlara qarşı mübarizə tədbirləri hazırlanır. Eyni zamanda texniki bitkilər (pambıq) sahəsində məhsuldar, lif çıxımı yüksək yeni sortların alınması, rayonlaşdırılması, məhsuldarlığın artırılması üçün əlverişli texnologiyaların işlənib hazırlanması istiqamətində elmi tədqiqat isləri aparılır. Həmçinin BMTBETİ-nin Texnologiya laboratoriyasında hər il xam pambıq tədarükü mövsümünə növlər üzrə maşın və əl yığımından ibarər etalonların hazırlanması istiqamətində işlər davam etdirilir. Respublikada yeganə pambıq etalonu bu laboratoriyada hazırlanır. BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasında pambıq sovkası, alma meyvəyeyəni, üzüm salxım yarpaqbükəni və s.

pambıqçılıq sözünün leksik mənası və izahı

  • 1 is. Kənd təsərrüfatının pambıq əkib-becərməklə məşğul olan sahəsi; pambıq əkib-yetişdirmə işi. Pambıqçılığı inkişaf etdirmək. – 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Azərbaycan torpaqları pambıqçılığın meydanına çevriləndə Xəlilgilin [Xəlil Rzanın] babadan qalma bağları da əllərindən alınmış, şumlanıb yerinə çiyid səpilmişdi. B.Nəbiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / pambıqçılıq

pambıqçılıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. хлопководство, разведение хлопчатника; 2. хлопководческий;

    Azərbaycanca-rusca lüğət / pambıqçılıq
  • 2 I сущ. хлопководство (отрасль сельского хозяйства, занимающаяся разведением и выращиванием хлопчатника) II прил. хлопководческий. Pambıqçılıq rayonu хлопководческий район

    Azərbaycanca-rusca lüğət / pambıqçılıq

pambıqçılıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. cotton-growing; Pambıqçılıq respublikamızın kənd təsərrüfatı sahələrindən biridir. Cotton-growing is oneof the fields of agriculture in our republic II. s. ~ sovxozu cotton-growing State farm; ~ rayonu cotton-growing region / district

    Azərbaycanca-ingiliscə lüğət / pambıqçılıq

pambıqçılıq sözünün fransız dilinə tərcüməsi

pambıqçılıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. памбагчивал (хуьруьн майишатдин памбагар цуналди машъгъул тир хел); // памбагчивилин (мес. майишат).

    Azərbaycanca-ləzgicə lüğəti / pambıqçılıq

Oxşar sözlər

#pambıqçılıq nədir? #pambıqçılıq sözünün mənası #pambıqçılıq nə deməkdir? #pambıqçılıq sözünün izahı #pambıqçılıq sözünün yazılışı #pambıqçılıq necə yazılır? #pambıqçılıq sözünün düzgün yazılışı #pambıqçılıq leksik mənası #pambıqçılıq sözünün sinonimi #pambıqçılıq sözünün yaxın mənalı sözlər #pambıqçılıq sözünün əks mənası #pambıqçılıq sözünün etimologiyası #pambıqçılıq sözünün orfoqrafiyası #pambıqçılıq rusca #pambıqçılıq inglisça #pambıqçılıq fransızca #pambıqçılıq sözünün istifadəsi #sözlük