Pantomim sözü azərbaycan dilində

Pantomim

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Pantomim • 70.7447%
  • pantomim • 29.2553%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pantomim
Pantomima — ən sadə izahatıyla sözsüz teatr oyunudur. Nümayiş sənətlərindən biridir. Qısaca "mim" olaraq ifadə edilir. Pantomimada sənətçi üz mimikalarını, əl-qol və bədən hərəkətlərini istifadə edərək mövzunu izah etməyə çalışır. Bu mənada pantomima bəzən universal teatr dili olaraq qəbul edilir. Miladdan əvvəlki dövrlərdə mim sənətinin tətbiq olunduğu məlumdur. Mim sözü "təqlid etmək" və ya "təmsil etmək" mənasını verən yunanca "mimeisthai" sözündən yaranmışdır. Fransızca "pantomime" mənşəli söz olan pantomim sənəti düşüncə və duyğuları musiqi və ya müxtəlif əşyalar vasitəsilə bəzən rəqslə, bəzən də gövdə və üz hərəkətlərilə əks etdirməyi məqsəd qoyan sözsüz oyundur. == Bəzi pantomima ifadələri == Bir əlin ürək üzərinə qoyulması "eşq" duyğusunu ifadə edir. Gözlər üzərinə yerləşdirilən əllərin aşağıya doğru çəkilməsi "göz yaşı" təəssüratı verir.
Azərbaycan Dövlət Pantomim Teatrı
Azərbaycan Dövlət Pantomim Teatrı — Bakıda fəaliyyət göstərən teatr. Azərbaycan teatr tarixində ilk pantomim teatr. == Tarixi == 16 may 1994-cü ildə Azərbaycan mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. 2000-ci ildə "Dəli yığıncağı" pantomim teatr-studiyasına Dövlət statusu verilib. Azərbaycanda Pantomim teatrının əsasını qoyan Azərbaycan Xalq Artisti Bəxtiyar Xanızadədir. == Aktyor heyəti == Nargilə Qəribova, Elnur İsmayılov, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Bəhruz Vaqifoğlu, Əli Əlizadə, Əflatun Abdullayev, Nurlan Rüstəmov, Səbirə Həsənova, Rafiz Mehdizadə, Taleh Yüzbəyov, Solmaz Bədəlova, Ləman Hüseynli, Vüsal Rzasoy, Elçin Əfəndi, Elxan Şahalıyev, Leyla Atayeva, Nuridə Musabəyli,Ramiz İsmayılov, Cavad Nuriyev, Elnur Rzayev == Tamaşaları == "Ümid" -S. Bekket /"Bir aktyor üçün mim"/ — pantomim, "Pantomim buketi" — B. Xanızadə — pantomim, "Karol xofu" — S. Mrojek – eksperimental tamaşa, "Gəldim ki, olam ğəmin hərifi" — M. Füzuli "Leyli və Məcnun" poeması əsasında – pantomim balet, "Şəngül, Şüngül, Məngül" — M. Musabəyov – divertisment –tamaşa, "Manqurt" -Ç, Aytmatov /"Gün var əsrə bərabər" povestinin motivləri əsasında/ — pantomim, "Dulusçu" — Ü. Hacıbəyov /"Biz nə tövr iş görürük?" fleytonu əsasında/- pantomim, "Zibillik pərvanələri" — B. Xanızadə — pantomim, "Eşq" — B. Xanızadə (V. Şekspirin sonetləri əsasında plastik düşüncə), "Balaca şahzadə" — Antuan de Sent Ekzüperi –nağıl –tamaşa, "Maska" — Zaur Zeyanlov – pantomim, "Çərçivə" — Ə. Abdulayev – pantomim, "Dejavü" — S. Hacıyeva – pantomim və s. == İstinadlar == == Mənbə == "Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42–43. == Xarici keçidlər == pantomima.az — Rəsmi saytı Can Azerbaycan-Pantomima Teatri Elman Rəfiyev: "Pantomima Teatrında müvəffəqiyyətsiz tamaşa yoxdur" Pantomim-də söyüş qazanan qızlar… Arxivləşdirilib 2016-02-25 at the Wayback Machine Diqqət: şərh verilmir!
Azərbaycan Dövlət Pantomima Teatrı

"pantomim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pantomim nədir? #pantomim sözünün mənası #pantomim nə deməkdir? #pantomim sözünün izahı #pantomim sözünün yazılışı #pantomim necə yazılır? #pantomim sözünün düzgün yazılışı #pantomim leksik mənası #pantomim sözünün sinonimi #pantomim sözünün yaxın mənalı sözlər #pantomim sözünün əks mənası #pantomim sözünün etimologiyası #pantomim sözünün orfoqrafiyası #pantomim rusca #pantomim inglisça #pantomim fransızca #pantomim sözünün istifadəsi #sözlük