paradoks sözü azərbaycan dilində

paradoks

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • paradoks • 69.2308%
  • Paradoks • 30.7692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Paradoks
Paradoks (q.yun. παράδοξος - qəribə, gözlənilməz) — ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasıdır. Doğru zənn etdiyimiz fikir sonda səhv və ya əksinə də ola bilər. "Bütün yunanlar yalançıdır" deyən yunan Epimenides tarixə məlum olan ilk paradoksun müəllifidir. Epimenidesin yunan olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət yaradıb. Bu elə mühakimədir ki, müəyyən hökmün həm həqiqi olmasını, həm də yalanlığını sübut edir. paradoks doğru olan amma insan beynin heç cürə doğru qəbul edə bilmədiyi bir anlayışdır. == Məntiqi paradoks == Məntiqi paradoks-bu bir ziddiyyətdir, hansı ki sonda məntiqi cəhətdən düz olan nəticəyə çıxardır və eyni anda bu bir müzakirədir, hansıki qarşılıqlı fərqlənən fikirlərlə bitir. Paradoksun məntiqi səhvi hələ ki tapılmıyıb, çünki məntiq metodları hələ o qədər mükəmməl deyildi. Amma paralogizmin və sofizmin məntiqi səhvi tapılıb.
Teseyin gəmisi (paradoks)
“Teseyin gəmisi” və ya Tesey paradoksu - əşyaların mahiyyətinə dair paradoksdur. “Əgər obyektin bütün tərkib hissələri dəyişdirilibsə, obyekt həmin obyekt olaraq qalırmı?”. == Yunan mifologiyasında “Teseyin gəmisi” == Plutarxın ötürdüyü yunan mifində deyilir ki, Teseyin Kritdən Afinaya qayıtdığı otuz avarlı gəmi Falerli Demetrinin dövrünədək afinalılar tərəfindən mühafizə olunub saxlanırdı. Gəmi təmir olunduqca köhnə lövhələr tədricən yeniləri ilə əvəz olunurdu və buna görə də, filosoflar arasında “bu hələ həmin gəmidirmi?” mövzusunda mübahisələr yaranmışdı . == Paradoksun həlli yolları == Yunan filosofu Heraklit bu paradoksun həlli yolu kimi “bir çaya iki dəfə girmək olmaz” iddiasını səsləndirmişdir . Aristotelin fəlsəfi məktəbinə uyğun olaraq, obyektin bir neçə xarakteristikası var: forma, material və əşyanın mahiyyəti. Aristotelin təliminə görə, əşyanın mahiyyəti ən vacib əlamətdir və “Teseyin gəmisi”nin mahiyyəti dəyişmədiyindən o, həmin gəmi olaraq qalır. Digər bir yanaşmaya görə, əşyalar kəmiyyət və keyfiyyət əlamətlərinə görə eyniləşdirilə bilərlər. Bu halda, lövhələr dəyişdirildikdən sonra Teseyin gəmisi kəmiyyətcə həmin gəmi olsa da, keyfiyyətcə artıq başqa gəmidir. Filosof Con Lokkun nəzərdən keçirdiyi variantda söhbət corabdan və yamaqlardan gedir və ilkin corabla tamam yamaqlardan ibarət corab qarşılaşdırılır == ”Teseyin gəmisi” kütləvi mədəniyyətdə == Teseyin gəmisi paradoksu Terri Pratçettin “Beşinci elefant” kitabında xatırlanır.
Bertran paradoksu (iqtisadiyyat)
İqtisadiyyatda Bertran paradoksu — bir-biri ilə rəqabət aparan və Neş tarazlığına çatan iki oliqopolistin sıfır ümumi mənfəətlə nəticələndiyi bir vəziyyət. Paradoks onun formulunu hazırlayan Jozef Lui Fransua Bertranın şərəfinə adlandırılıb. Paradoks oliqopoliyada rəqabəti təsvir edən Bertran modelində özünü göstərir. Paradoksun göründüyü ən sadə formada model çox sadələşdirilmiş bazarı nəzərdən keçirir və çox güclü fərziyyələrdən istifadə edir: şirkətlər eyni məhsul istehsal edir, tələb məhduddur və bir şəkildə verilir; ən aşağı qiymətə sahib olan şirkət bütün tələbi alır; iki və ya daha çox şirkət ən aşağı qiyməti təyin etmişsə, onlar tələbi bərabər şəkildə bölüşürlər.Tutaq ki, iki şirkət A və B bazara daxil olub, bəzi qiymətləri pA и pB təyin etdi. Tutaq ki, pA < pB. B şirkətinin qiyməti daha yüksəkdir və onun məhsuluna tələb 0-dır. Tələbi əldə etmək üçün o, pA-dan yüksək olmayan qiymət tələb etməlidir. Əgər o, pA-ya bərabər qiymət təyin edərsə, o, özü üçün bazarın yarısını alacaq və onu sonsuz kiçik bir məbləğə (pA-o) aşağı salsa, tələb bütün bazara ikiqat artacaq. Beləliklə, şirkətlər üçün qiymətləri bir-bir marjinal xərc səviyyəsinə, yəni maya dəyərinə (A və B üçün eyni olduğu güman edilir) qədər azaltmaq sərfəlidir. Qiyməti qaldırmaq hər kəs üçün sərfəli deyil, qiyməti azaltmaq da sərfəli deyil — bu, itkilərə səbəb olur. Bu vəziyyət Neş tarazlığı olacaq.
Bərbər paradoksu
Bərbər paradoksu — Rassel paradoksundan yaradılmış tapmacadır. Bertran Rassel tərəfindən yaradımışdır. Bu paradoksu ona tövsiyə edən adsız bir kişiyə ithaf etmişdir. == Paradoks == Sadəcə bir kişi bərbərin olduğu qəsəbə düşünün. Bu qəsəbədə hər kişi bunlardan birini etməklə daima taraşlı gəzməkdədir. özünü taraş edərək bərbərə gedərəkFərqli şəkildə ifadə edərsək: bərbər yalnız qəsəbədə özünü taraş edə bilməyən kişiləri taraş edir. Bunlar aşağıdakı paradoksal sual xaricində məntiqli görünməkdədir. Bərbəri kim taraş edir?Bu sual paradoks yaradır. Bərbər yalnız aşağıdakı adamlar tərəfindən taraş edilə bilər. özü bərbər (yenə özü)Ancaq bu variantlardan heç biri keçərli deyil.
Daş paradoksu
Daş paradoksu — Bu paradoksa görə Allah qaldıra bilməyəcəyi qədər ağır bir daş yaradarsa onu qaldıra bilməz, bu da onun hər şeyi edə bilmədiyini göstərər. Allah belə bir daş yarada bilməzsə bu da onun hər şeyi yarada bilmədiyini göstərər.
Dostluq paradoksu
Dostluq paradoksu — adətən insanların çoxunun orta hesabla dostlarından daha az dostu olduğunu təsdiq edən fenomenin adıdır. == Tarixi == Fenomen 1991-ci ildə New York Dövlət Universitetinin bir sosioloqu Scott L Feld tərəfindən sosial şəbəkələri araşdırarkən (təsadüfi bir qrup üçün sosial əlaqələr toplusunu ifadə edən sosiologiyada bir termin) aşkar edilmişdir. Paradoks daha dar mənada sosial şəbəkələr, yəni İnternetdəki sosial şəbəkələr üçün də doğrudur. Məsələn, 2012-ci ildə 721 milyon Facebook istifadəçisini analiz edən Cornell Universitetinin tədqiqatçıları tərəfindən təsdiqlənmişdir. Alimlər bu ifadənin Twitter istifadəçilərinin 98% -i üçün doğru olduğunu da göstərdilər. Hipotezanın zahiri paradoksal təbiətinə baxmayaraq, sosial qrafikə tətbiq olunan qraf nəzəriyyəsi və ehtimal nəzəriyyəsinin əsas prinsiplərindən səliqəli şəkildə götürülmüşdür. Xüsusilə paradoks, daha çox əlaqəsi olan insanların dostlar arasında daha çox müşahidə edildiyi nümunədəki bir qərəzlə izah edilə bilər. Bənzər bir müşahidə digər əlaqəli icmalara da tətbiq edilə bilər. Məsələn, insanların əksəriyyətinin cinsi ortaqları ortalama olaraq özlərindən daha çox cinsi partnyorları var idi. Bu paradoks yalnız orta hesabla dost sayına görə deyil, eyni zamanda mediana da aiddir.
EPR paradoksu
EPR paradoksu (EPR zidiyyəti) — Eynşteyn, Podolsky və Rosen. Üç fizikin adlarının baş hərfləridir. EPR paradoksu Kvant mexanikasının Kopenhagen təfsirinə qarşı ilkin və təsirli bir tənqiddir. Albert Eynşteyn və həmkarları Boris Podolsky və Nathan Rosen (kollektiv şəkildə EPR olaraq məlumdur) kvant mexanikasının daha əvvəl fərq edilməmiş lakin müəyyən nəticələrə sahib olan qəbul edilmiş tənliyini meydana çıxaran bir düşüncə təcrübəsi hazırladılar, ancaq zamanla bu tənliklər məntiqsiz göründü. Açıqlama kvant dolanıqlığı olaraq bilinən bir hadisəni ehtiva edirdi. Kvant mexanizminə görə, bəzi şərtlər altında, ortaq şəkildə və ya fərdi olan cüt kvant sistemləri, cüt sistemdə reallaşan təcrübələrin nəticələrinin ehtimallarını kodlaşdıran tək bir dalğanın funksiyasıyla təsvir edilə bilər. EPR məqaləsi yazıldığında, edilən təcrübələr nəticəsində, bir təcrübənin nəticəsinin bəzən tək bir təxmini olmadığı bilinirdi. Bu tip bir qeyri-müəyyənlik, bir işıq süzməsi yarım gümüşlənmiş bir aynanın üzərinə düşdüyündə görülə bilər. İşıq süzməsinin yarısı əks olunarkən digər yarısı keçəcək. Əgər işıq süzməsinin şiddəti, tək bir foton keçənə qədər enərsə, kvant mexanizmasında fotonun əks olunması və ya keçidi təxmin edilə bilməz.
Fermi paradoksu
Fermi paradoksu — Yerdənkənar sivilizasiyaların var olma ehtimalının çox yüksək olduğuna dair təxminlərin varlığı ilə bunu təsdiqləyəcək hər hansı bir dəlil ya da əlaqənin yoxluğu arasındakı ziddiyyəti ifadə edir. == Fermi uyğunsuzluğu == Kainatın yaşının çoxluğu və çoxlu sayda ulduzun varlığı ilə birlikdə, həyat üçün Yerin tipik bir planet nümunəsi olduğu fərziyyəsi də göz önünə alındığında, Yerdən kənar həyatın geniş olması lazımdır. Bu mülahizəni 1950-ci ildə bir nahar əsnasında mübahisə edən fizik Enriko Fermi bu sualı soruşmuşdu: "Əgər Südyolu daxilində yüksək sayda Yerdən kənar sivilizasiya mövcuddursa, niyə yadplanetlilərə aid kosmos vasitələri və ya sondalar kimi dəlillərə rast gəlmirik?" Mövzunun daha ətraflı araşdırıldığı müzakirələr Michael H. Hart-ın 1975-ci il tarixli bir məqaləsi ilə başladı. Bu səbəblə paradoks, zaman-zaman "Fermi-Hart" paradoksu olaraq da adlandırılmışdır. Mövzuyla əlaqəli bir başqa sual da Böyük Sükut olaraq bilinir: "Kosmosda səyahət çətin olsa belə, əgər Yer planeti xaricində həyat mümkündürsə, ən azından bu sivilizasiyalara aid radio siqnallarını eşitmək mümkün deyil mi ?!" Fermi paradoksunu, Yerdən kənar həyatın var olduğuna dair dəlilləri tapmağa çalışaraq, ya da belə bir sivilizasiyanın insan təfəkkürünün xaricində var ola biləcəyini müdafiə edərək həll etməyi sınayanlar oldu. Bu işlərə qarşı çıxanlar isə, Yerdən kənar həyatın var olmadığını ya da insanların əsla əlaqə yarada bilməyəcəyi qədər nadir olduğunu müdafiə etdi. Hart-ın məqaləsi ilə birlikdə, Yerdən kənar həyat haqqında elmi nəzəriyyələr və ola biləcək modellər çıxarmağa istiqamətli işlər üçün böyük səy göstərilməyə başladı. Bu işlərin çoxundaki nəzəri istinad nöqtəsi Fermi paradoksu oldu. Bu problemi birbaşa ələ alan bir çox elmi işlə yanaşı, problemlə əlaqədar müxtəlif sualların cavabları da astronomiya, biologiya, ekologiya və fəlsəfə kimi elmlərdə axtarıldı. Astrobiologiya sahəsinin ortaya çıxmasıyla birlikdə, Fermi paradoksu və Yerdən kənar həyatın varlığı sualı fənlərarası bir əlaqə yaratmağa başladı.
Harrinqton paradoksu
Harrington paradoksu (İngiliscə: Harrington paradox) ətraf mühit və ekologiya iqtisadiyyatında firmaların ekoloji tənzimləmələrə davranışını əks edən anlayışdır. Paradoks Vinston Harrington tərəfindən, 1988-ci ilin məqaləsində təsvir olunmuşdur, və ABŞdəki 1970-ci illərin sonunda 1980-ci illərin əvvəlində ekoloji standartların monitorinqi, həyata keçirilməsi və riayət edilməsinə aid olan tədqiqata əsaslandırılıb. Paradoksa uyğun olaraq, baxmayaraq ki: Firmalarda ekoloji monitorinq tezliyi aşağıdır Ətraf mühit tənzimləmələrinin pozulması müəyyən olduğu halda, pozan firma nadir hallarda cəzalandırılır Gözlənilən cərimənin miqdarı tənzimləməyə riayət etməsinin qiymətinə nisbətən azdırFirmalar əsasən ekoloji standartlara riayət edirlər. == İzahat == Şirkətlərin bu dərəcədə riayət etməsi Gari Bekerin (Gary Becker) rasional cinayət nəzəriyyəsində təsvir olunan gəliri maksimalaşdıran şirkətlərin davranışına uyğun gəlmir. Rasional şirkətlər ancaq gözlənilən cərimə riayət etməsinin qiymətindən çox olması halında standartlara riayət edirlər. Paradoksu izah etmək üçün şirkətlərin altruist olduğu və öz haqqında ictimai fikiri pozmamaq məqsədi təklif olunur. == Müşahidə == Paradoksu müşəhidə edən statistik məlumatlar nadirdir. Norveçin Çirklənmə üzrə Kontrol İdarəsi tərəfindən 2001-ci ildə aparılan araşdırmada ciddi pozuntular aşkar olunmayıb, amma şirkətlərin çoxusunda (80%) standartlardan kiçik kənara çıxmaları tapılıb. Norveçdə monitorinqin tezliyi aşağı və kiçik pozuntulara cərimə sistemi yüngül olduqları paradoksa güclü sübut verə bilmir, çünki ciddi pozuntulara çox sərt cəzalandırma nəzərdə tutulur. Şirkətlərin bu davranışı rasional cinayət nəzəriyyəsinə uyğun gəlir.
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Olbers paradoksu
Olbers paradoksu – dəyişməz və sonsuz kainat fikri ilə gecənin qaranlıq faktı arasında ziddiyyəti özündə əks etdirən paradoks. == Arxaplan == 20-ci əsrə qədər kainat haqqında kifayət qədər məlumat olmadığından, kainatın dəyişməz və əbədi olduğuna dair geniş yayılmış bir fikir var idi. Ancaq bu dəyişməz və sonsuz kainat fikri öz içində qəribə bir paradoks saxlayırdı. Haradasa 500 il kimi uzun bir müddətdə bu paradoks, bir çox astronomun, elm insanının və hətta Edqar Allan Po kimi bir şairin belə uzun müddət üzərində düşünməsinə səbəb olmuşdu. Paradoksun 500 illik bir keçmişi olsa da, alman həkim və astronom Haynrix Olbers, 1823—cü ildə mövzu ilə bağlı yazdığı məqalə ilə paradoksu elmi mübahisələrin içinə daşıyaraq bu gün öz adı ilə anılmasına da təmin etdi. Paradoks sadəcə gecənin nə üçün qaranlıq olduğunu soruşurdu. Olbers paradoksuna görə kainat hərəkətsiz və sonsuzdursa, göy üzündə baxdığımız hər bir yerdə mütləq bir ulduz və ya hər hansı bir işıq mənbəyi olmalıydı. Sonsuz kainatda saysız-hesabsız ulduzun işığı ilə göy üzünün örtülmüş olması lazım idi. Bu halda gecələr göy üzündə qaranlıq bir nöqtə belə qalmayacaq, gecə də gündüz kimi aydınlıq olacaqdı. Ancaq vəziyyət heç də belə görünmürdü.
Paradoksal paxladəni (gəvəni)
Paradoksal süsən
Paradoksal süsən (lat. Iris paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab (iii) + 2ab (iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünən, gövdə 7-18 (23) sm, 1 iri təpə çiçəyi var. Yarpaqlar boz-göyümtül, dar-xətvari, 3-5 mm enindədir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli—sivridir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır. Çiçəkyanlığının xarici tərəfi üfüqi genişlənmiş, xətvari, kürəkşəkill, 3-4 sm uzunluğunda, 10-12 mm enində, qara—bənövşəyi, yuxarı tərəfdə bir qədər parlaq zolaq var.
Qənaətcillik paradoksu
Qənaətcillik paradoksu (ing. paradox of thrift, ing. paradox of saving) — Uoddilom Ketçinqs,Uilyam Foster , və qismən Con Meynard Keyns, Fridrix Hayek tərəfindən tədqiq edilmiş iqtisad elmində bir paradoksdur. == İzahı == Paradoks aşağıdakı qaydada ifadə edilir:"Biz nə qədər çox qara gün üçün pul yığırıqsa, o gün bir o qədər tez gəlir".Əgər iqtisadi böhran zamanı hamı qənaət etməyə başlayacaqsa, onda məcmu tələb azalacaq, bunun nəticəsində isə əmək haqları və əmanətlər azalacaqdır. Yəni demək olar ki,hər kəs qənaət edəndə bu məcmu tələbin azalmasına və iqtisadi artımın zəifləməsinə səbəb olacaqdır. === Keyns modeli === Əsas məqalə:Keynsçilik Sadə Keyns modelinə görə iqtisadi artım üçün ümumi gəlirin artmasına səbəb olan multiplikatorun effekti ilə məcmu gəlirin artması nəzərdə tutulurdu.Xərclər axınından götürülmüş hər bir şey isə iqtisadiyyatda repressiya və depressiya yaradaraq multiplikativ şəkildə məcmu gəliri azaldır.Paradoksal nəticə də buradan irəli gəlirdi: İqtisadiyyatda nə qədər çox əmanət toplanırsa, bununla o qədər kasıb olur.Bu halda bu paradoks məhkum dilemması şəklində olur, yəni harada ki, qənaətlər ayrı-ayrılıqda hər bir insan üçün əlverişlidir, amma bütovlükdə əhali və iqtisadiyyat üçün zərərlidir. Keyns böhrandan çıxış yolu dövlətin iqtisadiyyata müdaxiləsi (hökumət tənzimləmə siyasəti) hesab edirdi.Keyns və onun davamçıları iqtisadiyyatı sabitləşdirmək üçün hökumət xərclərinin istifadəsini təklif edirlər, çünki o nəticədə məcmu tələbə təsirini maksimum səviyyəyə çatdırır,həmçinin məcmu gəlirə dair multiplikativ təsirə malik olur. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Kruqman , qənaətcillik paradoksunu, hökumət xərclərinin artırılması siyasətinin həyata keçirilməsi arqumenti kimi təklif etdi.Onun fikrincə, ev təsərrüfatlarının xərcləri azaltmağa məcbur etdiyi bir dövrdə iqtisadiyyat canlanmaq üçün adi istehlakçıların əvəzetməsini tələb edir: məhz hökumət müxtəlif dövlət proqramlarını təsdiq etməlidir.Lakin, Texas ştatının konqresmeni Ron Paulin sözlərinə görə, bugünkü rifah qənaət və gələcəkdə nemətlərin istifadəsinin artması üçün onların istehlakının məhdudlaşdırılması sayəsində yarana bilər. === Klassik model === Əsas məqalə:Klassik siyasi iqtisad Qənaətcillik paradoksu ancaq Keyns modelinə məxsusdu.Klassik siyasi iqtisad nəzəriyyəsində yığım demək olar ki, investisiyalara bərabərdir.Ona görə də, klassik təsəvvürlərə əsasən əmanətlərin artırılması investisiya ilə eyni miqdarda artır. Henri Hazlitt diqqət yetirdi ki, Keynsin «Ümumi nəzəriyyə...»də "yığım" və "investisiya" anlayışlarında o bir sıra səhvlər və qeyri-müəyyənliklər mövcuddur.
Tolerantlıq paradoksu
Tolerantlıq paradoksu — 1945-ci ildə Karl Popper tərəfindən təklif edilən qərar nəzəriyyəsində məntiqi paradoks. O, iddia edir ki, qeyri-məhdud tolerantlıq tolerantlığın yox olmasına gətirib çıxarır, çünki qeyri-tolerantlığa tolerantlıq birincinin geniş yayılmasına gətirib çıxarır. Nəticə etibarilə, tolerantlığın qorunması qeyri-toleranta qarşı qeyri-tolerant münasibət tələb edir ki, bu da öz növbəsində qeyri-tolerantlığın tərifinin sərhədlərini bulandırır. Zorakılığın yolverilməzliyi ilə bağlı oxşar paradoks var ki, zorakılığın mütləq qadağan edilməsi zorakılığın qarşısının alınmasının qeyri-mümkünlüyünə gətirib çıxarır. Tolerantlıq paradoksundan belə nəticəyə gəlmək olar ki, tolerantlıq xəttini çəkmək cəhdləri uğursuzluğa məhkumdur. Bu, "özümüzünkü" və "qeyri-tolerant" arasındakı sərhədin çəkilməsinə gətirib çıxarır. Tolerantlıq anlayışının özündə məntiqi bir paradoks var. Bunu aradan qaldırmaq üçün tolerantlığı davranış norması kimi inkar edənlərə qarşı qeyri-tolerant olmaq ilə bəzi hallarda tolerantlığı inkar edən, lakin ümumilikdə bunu zəruri hesab edənlərə qarşı qeyri-tolerantlıq arasında fərq qoymaq lazımdır.
İsterlin paradoksu
İsterlin paradoksu — 1974-cü ildə Pensilvaniya universitetinin iqtisadçı professoru və xoşbəxtlik iqtisadiyyatı üzrə araşdırmalar etmiş ilk iqtisadçı olan Riçard İsterlin tərəfindən kəşf edilmiş paradoks. Paradoks qeyd edir ki, müəyyən anda xoşbəxtlik, birbaşa millətlər arasında və daxilində olan gəlirlərdən asılı olaraq dəyişir, lakin zaman keçdikcə gəlirin artması səbəbi ilə xoşbəxtlik bununla düz mütənasiblik təşkil edərək yuxarıya meyillənmir. Yəni, müəyyən an və zaman sıraları arasındakı ziddiyət bu paradoksun yaranmasına əsas təkanverici amil kimi göstərilir. Müxtəlif nəzəriyyələr bu paradoksu izah etmək yolunda müəyyən yerə qədər irəliləmişdir, amma paradoks özlüyündə yalnızca empirik ümumiləşdirmədir. Paradoksun mövcudluğu digər tədqiqatçılar arasında ciddi şəkildə mübahisələrə səbəb olmuşdur. == Yaranması == Paradoksun yaranması üçün orijinal əsas Amerika Birləşmiş Ştatlarından əldə edilmiş məlumat olmuşdur. Daha sonralar, bu paradoksu dəstəkləyən tapıntıların digər inkişaf etmiş ölkələrə və son zamanlar isə nisbətən daha az inkişaf etmiş və sosializmdən kapitalizmə keçid edən ölkələrə tətbiqi halları meydana çıxmışdır. ABŞ üçün orijinal nəticə 1946-cı ildən 1970-ci ilə qədər əldə olunmuş məlumatlara əsaslanmışdır. Daha sonra, 2014-cü il boyunca əldə edilmiş faktlar isə ilkin tapıntını təsdiqlədi — Amerika Birləşmiş Ştatlarında xoşbəxtlik tendensiyası, real gəlirlərin üçqat artdığı təqribən 70 illik dövr ərzində düz və hətta bir qədər mənfi formaya sahib olmuşdur. Paradoksun zaman sıraları ilə bağlı hissəsindən əldə olunan nəticə isə uzunmüddətli tendensiyalara istinad edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2005 ••••••••• 0.67
2007 ••• 0.21
2008 •••• 0.24
2009 ••• 0.16
2010 •••• 0.27
2011 •••••••• 0.60
2012 •••• 0.26
2013 •••••••••••• 0.88
2014 ••••••••••• 0.86
2015 •••••••••••••••••• 1.36
2016 ••• 0.17
2018 •• 0.15
2019 •• 0.14
2020 ••••••••• 0.66

paradoks sözünün leksik mənası və izahı

  • 1 [yun. paradoxos – gözlənilməz, qəribə] Adi və hamı tərəfindən qəbul olunmuş fikrə, mühakiməyə, qənaətə qəti uyğun olmayan, (bəzən ancaq ilk baxışda) düzgün mühakiməyə zidd olan nöqteyinəzər, fikir. // kit. Elmdə adi təsəvvürlərə uyğun gəlməyən gözlənilməz hadisə.

    Azərbaycan dilinin izahlı lüğəti / paradoks

paradoks sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. парадокс: 1. мнение, суждение, резко расходящееся с общепринятым, противоречащее здравому смыслу 2. неожиданное явление, не соответствующее обычным представлениям в науке. Məntiqi paradoks логический парадокс, riyazi paradoks математический парадокс

    Azərbaycanca-rusca lüğət / paradoks

paradoks sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. paradoxos-gözlənilməz, qəribə] парадокс (виридан патай кьабул авунвай адетдин фикирдив, нетижадив кьетӀидаказ кьун тавур, (анжах сифте килигуналди) дуьзгуьн фикирдиз акси тир фикир, килигунин тегьер; илимда акьулди кьатӀун тийирди хьиз аквадай формада лагьанвай са къариб фикир, са агьвалат; чӀалахъ тежер затӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / paradoks

"paradoks" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#paradoks nədir? #paradoks sözünün mənası #paradoks nə deməkdir? #paradoks sözünün izahı #paradoks sözünün yazılışı #paradoks necə yazılır? #paradoks sözünün düzgün yazılışı #paradoks leksik mənası #paradoks sözünün sinonimi #paradoks sözünün yaxın mənalı sözlər #paradoks sözünün əks mənası #paradoks sözünün etimologiyası #paradoks sözünün orfoqrafiyası #paradoks rusca #paradoks inglisça #paradoks fransızca #paradoks sözünün istifadəsi #sözlük