Azərbaycan 2020 Yay Paralimpiya Oyunlarında
Azərbaycan 2021-ci ilin 25 avqust–6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində baş XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olundu.
Azərbaycan Milli Paralimpiya Komandası XVI Yay Paralimpiya Oyunlarını 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (üç qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) medala sahib oldu.
XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 20-ci pillədə qərarlaşdı.
== Medalçıların siyahısı ==
Azərbaycan Milli Paralimpiya Komandası XVI Yay Paralimpiya Oyunlarını 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli və Dursədəf Kərimova, yüngül atletlər Lamiyə Vəliyeva, Həmid Heydəri, Elvin Astanov və Orxan Aslanov, üzgüçülər Roman Saleh və Vəli İsrafilov Paralimpiadanın qalib oldu.
Cüdo üzrə Azərbaycan yığması 6 qızıl və 2 bürünc medalla medal sıralanmasında birinci pillənin sahibi oldu. Yüngül atletlərdən ibarət yığma dörd qızıl, bir gümüş və bir bürünc medala, üzgüçülərdən ibarət yığma dörd qızıl medal, pauerliftinqçilərdən ibarət yığma isə bir bürünc medalla turniri başa vurdu.
Üç qızıl medala sahib olan üzgüçü Roman Saleh, bir Paralimpiada da üç qızıl medala sahib olan birinci Azərbaycan idmançısı oldu.
== Komandanın heyəti ==
İdman mütəxəssislərinin rəylərinə əsasən Azərbaycan XVI Yay Paralimpiya Oyunlarına tarixinin ən iddialı heyətilə yollandı.