Paraqvay sözü azərbaycan dilində

Paraqvay

Yazılış

  • Paraqvay • 97.7107%
  • paraqvay • 1.8730%
  • PARAQVAY • 0.4162%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Paraqvay
Paraqvay (rəsmi adı: Paraqvay Respublikası) — Cənubi Amerikada dənizə çıxışı olmayan dövlət. Cənubda və cənub-qərbdə Argentina, şimal-qərbdə Boliviya, şərqdə və şimal-şərqdə Braziliya ilə həmsərhəddir. Paytaxtı Asunson şəhəridir. Paraqvayın ərazisi 406.756 kvadrat kilometrdir. Müasir Paraqvay ərazisi 16-cı əsrin birinci yarısında ispanlar tərəfindən tutuldu və Perunun vitse-krallığına daxil edildi, lakin artıq 17-ci əsrdə isə ərazi Paraqvay çayına görə belə adlandırılan "Paraqvay" general-qubernatorluğuna verildi. Paraqvay, yerli hindlilərin bəzi dialektlərində “buynuzlu çay” mənasını verən hind sözü "Paraguay" sözündəndir. 1811-ci ildə “Paraqvay Respublikası” (İspan. República del Paraguay) elan edildi; o vaxtdan bəri ölkənin adı dəyişməyib. La-Plata hövzəsinin geniş ərazilərinin tədqiqi Xuan-Dias de Solisin rəhbərlik etdiyi ekspedi tərəfindən 1516-cı ildə Atlantik okeanında Parana və Uruqvay çaylarının mənsəblərinin əmələ gətirdikləri körfəzdən başlamışdır. Məhz ispan konkistadorlarının dayaq məntəqələri də elə okean sahillərində yaradılmışdı.
Paraqvay Respublikası
Paraqvay (rəsmi adı: Paraqvay Respublikası) — Cənubi Amerikada dənizə çıxışı olmayan dövlət. Cənubda və cənub-qərbdə Argentina, şimal-qərbdə Boliviya, şərqdə və şimal-şərqdə Braziliya ilə həmsərhəddir. Paytaxtı Asunson şəhəridir. Paraqvayın ərazisi 406.756 kvadrat kilometrdir. Müasir Paraqvay ərazisi 16-cı əsrin birinci yarısında ispanlar tərəfindən tutuldu və Perunun vitse-krallığına daxil edildi, lakin artıq 17-ci əsrdə isə ərazi Paraqvay çayına görə belə adlandırılan "Paraqvay" general-qubernatorluğuna verildi. Paraqvay, yerli hindlilərin bəzi dialektlərində “buynuzlu çay” mənasını verən hind sözü "Paraguay" sözündəndir. 1811-ci ildə “Paraqvay Respublikası” (İspan. República del Paraguay) elan edildi; o vaxtdan bəri ölkənin adı dəyişməyib. La-Plata hövzəsinin geniş ərazilərinin tədqiqi Xuan-Dias de Solisin rəhbərlik etdiyi ekspedi tərəfindən 1516-cı ildə Atlantik okeanında Parana və Uruqvay çaylarının mənsəblərinin əmələ gətirdikləri körfəzdən başlamışdır. Məhz ispan konkistadorlarının dayaq məntəqələri də elə okean sahillərində yaradılmışdı.
Paraqvay bayrağı
Paraqvay bayrağı — Paraqvayın dövlət bayrağı. Paraqvayın bayrağı ikiüzlüdür. Bayrağın qabaq hissəsində okeanın üzərində ulduz şəklinin təsviri olan dövlət möhürü həkk olunub. Arxa tərəfdə isə sütunun üzərində oturmuş şir şəklindən ibarət xəzinədarlığın möhürü təsvir olunub. Paraqvayın dövlət bayrağı rəsmi şəkildə 1842-ci ilin dekabr ayının 25-də qəbul edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraqdakı qırmızı rəng vətənpərvərliyin, şücaətin, bərabərliyin, ədalətin; ağ rəng möhkəmliyin, birliyin, sülh və ideyaların paklığının; mavi rəng isə yaxşılığın, sevginin, real hissin və azadlığın rəmzidir. Ölkənin milli şüarı isə "Sülh və ədalət"dir.
Paraqvay kaymanı
Paraqvay kaymanı (lat. Caiman yacare) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Əvvəllər gözlüklü kaymanların bir yarımnövü sayılırdı. Görünüş baxımından gözlüklü kaymanlara bənzəyir. Maksimum uzunluğu 2,5–3 m-ə çatır (ümumiyyətlə erkəklər dişilərdən daha böyükdür.). Təsdiqlənməmiş məlumatlara görə, bu növün bəzi fərdləri 4 metr uzunluğa çata bilir. Paraqvay kaymanı Şimali Argentina, Cənubi Braziliya, Boliviya və Paraqvayda yayılmışdır. Bu növünün arealı La Plata çayının axarı ilə cənuba qədər uzanır. Bataqlıqlarda və bataqlıqlaşmış ovalıqlarda yaşayır. Əsasən üzən adalara sığınır.
Paraqvay müharibəsi
Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü il tarixində başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdir. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (isp. Guerra la Triple), Braziliyada Paraqvay müharibəsi (port. Guerra do Paraguai), Paraqvayda isə Böyük müharibə (isp. Guerra Grande) adlanır. Müharibə 1864-cü ilin 13 dekabrında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan 1865-ci ildə Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələnmiş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdir. Ölkə əhalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azalır (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi). Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri alır.
Paraqvay pirkalı
Paraqvay çayı
Paraqvay çayı (isp. Río Paraguay, port. Rio Paraguai) — Parana çayının qollarından biri olaraq Cənubi Amerika materikinin cənub və mərkəzi hissəsində olan iri çaylardan biridir. Çay Braziliya ərazisindən başlayaraq Boliviya sərhəddinə yaxın axır, Paraqvayla Braziliya sərhədinin bir hissəsində keçir. Baiya-Neqra şəhəri yaxınlığında Parana çayına tökülür. Uzunluğu Braziluyanın Matu-Qrasu ştatı ərazisindən başlayaraq, Parana çayına birləşdiyi Argentinanın Korrentes şəhəri yaxınlığına qədər olan məsafədə 549 kilometrdir. Çay Paraqvay Respublikasını iki hissəyə bölür. Şimali Paraqvay, çayın qərb hissəsində yerləşərək Qran-Cako vilayətini ölkənin digər hissəsindən ayırır. Ölkənin bu hissəsi zəif məskunlaşılmışdır. Əksinə ölkənin cənubunda (çayın şərq hissəsində) əhalinin 98 % məskunlaşdır.
Paraqvay şümşəsi
Paraqvay şümşəsi (lat. Ilex paraguariensis) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü. Ən yaxşı mate içkisinin mənbəyi kimi tanınır. Bu bitki subtropik Cənubi Amerikaya : şimal-şərq Argentina, Boliviya, cənubi Braziliya, Uruqvay və Paraqvaya məxsusdur. İlk dəfə quaranilər və həmçinin cənubi Braziliyada bəzi tupi icmaları tərəfindən istifadə edilib və becərilib. == Sinonimləri == === Homotipik sinonimləri === Ilex paraguariensis var. genuina Loes. == Yarımnövləri == Ilex paraguariensis var. paraguariensis Ilex paraguariensis var. sincorensis Loes.
Azərbaycan–Paraqvay münasibətləri
Azərbaycan–Paraqvay münasibətləri — Azərbaycan Respublikası ilə Paraqvay Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin aprel ayının 20-də qurulmuşdur. Elə həmin vaxt iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommünike imzalanmışdır. == İdman sahəsində əməkdaşlıq == === 1985 FİFA Dünya Gənclər Çempionatı === 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, Paraqvayın gənclər millisi də həmin qrupda yer almışdır. Onlar qrup mərhələsinin ilk iki oyununu Bakıda, sonuncu matçı isə Sumqayıtda keçirmişlər. Lakin üç oyundan yalnız ilk qarşılaşmada İngiltərəylə 2:2 hesablı bərabərlik əldə etmiş, sonrakı iki matçda isə Meksikaya 0:2, Çinə də 1:2 hesabları ilə məğlub olaraq, qrup mərhələsini üçüncü pillədə başa vurub, mübarizəni dayandırmışlar.
Paraqvay Kolorado Partiyası
Kolorada partiyası (isp. Partido Colorado - qırmızı partiya) — Paraqvayda fəaliyyət göstərən siyasi partiyalardan biri. Partiyanın əsasını konservanlar və sosial-demokratlar təşkil edir. Ölkədə stabilliyin qorunub saxlanmasında bu partiyanın böyük rolu olmuşdur. Partiya 1887-ci ildə qurulmuşdur. 1887-ci ildən 1946-cı ilə qədər iqtidarı əlində saxlamışdır. Stressner diktaturası dönəmində 1947-1962 ölkədə fəaliyyətinə icazə verilən tək partiya olmuşdur. Stressner diktaturasına qarşı partiya daxilində fraksiya meydana gəlmişdir. Bu "Xalq Hərəkatı Kolorado" idi. Bu hərəkat üzvləri Kolorado partiyasından olmasına baxmayaraq, onlar qovulur və sürgün olunurlar.
Paraqvay milli futbol komandası
Paraqvay yığması iki dəfə Cənubi Amerika Kubokunun qalibi olub (1953, 1979). Dünya Çempionatının final turnirlərində yeddi dəfə iştirak edib, 1998-ci ildə 1/8 finalda mübarizəni dayandırıb.
Paraqvay vətəndaş müharibəsi (1947)
Paraqvay vətəndaş müharibəsi (1947) isp. Guerra civil Paraguaya de 1947 və ya Quarrani inqilabı .Hərbi konfilikt siyasi-ictimayi qüvvələrin toqquşması nəticəsində 1947- ci illin mart və avqust ayları ərzində baş verir. 1940-ci ildə Hurinyo Moriniqo hakimiyyətə gəlir.O konsitutsiyanın ləğvi və siyasi partiyalatın fəsliyyətinə qadağa qoyur.Prezidentın bu addımı ölkədə kütləvi tətillərə,itayətsizliklərə və tələbə cıxışlarına səbəb olur.Asunsonda 1944-cı ilin fevral və aprel aylarında kütləvi tətillər baş verir.1945-ci ildə Moriniqo həmkarlar ittifaqının üzərinə hər işçinin maaşinin 3% Dövlət sosial təminat fonduna verməsi haqqında fərman verir.Ölkə itayətsizliklər girdabına düşür.Ancaq cıxışlar qəddarlıqla yatırılır və cıxışçılar Cakoda yerləşən düşərgələrə göndərilir (700 nəfər).Bu cıxışlar Moriniqonu müəyyən geri addım atmağa məcbur olur.Belə ki bir çox partiyaların fəaliyyətinə icazə verilir.Leyboristlər və Febreristlər partiyasın fəaliyyəti leqallaşır.Həmcini dövlət orqanlarında işləyən və nasistlərə meyl edən şəxslər dövlət idarəçiliyindən uzaqlaşdırılır.Söz azadlığı bərpa edilir.Kolorado və Febreristlər müştərək ölkəni idarə edir.1946-ci ildə Moniriqo vədləri tam yerinə yetirmir.1946-ci ilin Moriniqo və Kolorado partiyası ilə "Qion Poxo"nun yardımı sayəsində dövlət cevrilişinə cədh göstərir.Febreristlər 11 fevralda hökumətdən getdiyini bildirirlər.Bundan sonra siyasi partiyalara qarşı təqib başlayır.Partiyalar qadağan edilir.Bu da öz növbəsində vətəndaş müharibəsinə gətirib cıxarır.Febreristlər ,Liberallar və Kamunistlər öz aralarında razılığa gələrək koalisiya yaradılır.Rafael Franko üsyana başçılıq edirdi.Üsyanın əvvəlində sakitliyini qoruyan ordu işə müdaxilə etməli olur.Kolorado istisna olmaqla bütün partiyalar bu üsyana dəstəkləyir.Bankirlər ,ordunun 11 diviziyasından dördü üsyançılara qoşulur.Hökumət Kolorado partiyası tərəfdarları,3 kavalerlər eskadronu ,Asunsonda yerləşən 3 diviziya və Paraquaridə artilleriya diviziyasına malik idi. 8 mart 1947-ci ildə Konsenson və Cakoda yerləşən qüvvələr müxalifətə dəstək verir. Müvvəqəti hökumət qurulur. Onun başçısı polkovnik Vilaqra seçilir. Üsyançılar demokratik təsisatlar və azad seçkilər tələb edirlər. Döyüş bölgəsinə hər iki tərəf öz arsenalında olan güvvələrini yeridir. Bu toqquşmalar 5 ay müddətində davam edir. Üsyançılar hökumət qüvvələrinə ağır zərbə vurur və paytaxta qədər gəlsədə sonda məğlub olurlar.
Paraqvay qadın milli voleybol komandası
Paraqvay qadın milli voleybol komandası — Paraqvayı qadın voleybolunda beynəlxalq arenada təmsil edən komanda. Komandanın tarixində Cənubi Amerika çempionatındakı ikincilik və üçüncülüklərdən başqa uğuru yoxdur. Regiondan kənardakı ən böyük uğuru isə 1982-ci il dünya çempionatına vəsiqə qazanmalarıdır. Həmin turnirdə on doqquzuncu yeri tutan Paraqvay millisi bir daha dünya çempionatlarına qatıla bilməmişdir. Milli komandaya nəzarət edən qurum Paraqvay Voleybol Federasiyasıdır. Federasiya Cənubi Amerika Voleybol Konfederasiyasının həqiqi üzvüdür. Bununla bərabər, komandanın uzun müddətdir ki, FIVB reytinq siyahısında xalı yoxdur.
Paraqvay vətəndaş müharibəsi (1922-1923)
Paraqvay vətəndaş müharibəsi (1922-1923) (isp. Guerra Civil Paraguaya de 1922-1923) .Bu Paraqvayda 1922-1923 ci illərdə ictimayi və siyasi qüvvələrin hərbi toqquşması olmuşdur.XX əsrdə ölkə ikinci dəfə Paraqvay vətəndaş müharibəsi (1947) baş verir. Paraqvay Respublikası 20 əsrin əvvəlində o digər Cənubi Amerika ölkələri arasında ən geri qalmış ölkə idi.Milli iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi.İxrac yox həddində idi.İxracatın əsası paraqvay çayı idi.Geriliyin səbəbi Paraqvay müharibəsi olur ki ,bu müharibə dövlətin kişi əhalisinin 90% həyatına son qoyur. Bununla belə ölkədə müxtəlif siyasi qüvvələr vardı.Siyasi elitanın əsasını iri torpaq sahibləri və Bankirlər idi.Dövlət idarəçiliyinə hərbi zabitlər güclü təsir göstərirdi.20-əsrin ilk on illiyi Liberal (Partiyası) on iliyi kimi düşür.Avqust inqilabı dövründə (1904-1922 ci illər ərzində) ölkədə 15 prezident və 21 hökumət dəyişikliyi baş verir.Mübarizə əsasən <radicoles> və <sivicos> arasında gedirdi.Paraqvay silahlı qüvvələri də bu mübarizəyə qoşulurdu. Paraqvay ordusu 5000 nəfərdən təşkil edilmişdi.Quru qoşunları 4batalyon ,kavalerlər və ayrı jandarm eskadronundan ibarət idi.Üstəlik iki artilleriya batalyonu vardı.Donanma isə iki Kanoner qayığı və bir necə hərbi katerdən təşkil edilmişdi.Hərbi bölgü baxımında ölkədə dörd vilayət vardı:Enkanasone ,Paraquari,Vilyapine və Konsepone.Ordunun ən böyük rütbələri bir general və 5 pokovnik idi.Zabitlər əsasən Asunson hərbi ucilişində yetişdirilirdi.Orduya almanların təsiri hiss olunurdu. 1911-ci ildə Manuel Qondra artıq hakiniyyətdən getməki olur.Hərbi nazir olan Albino Xaray dönəmində dörd prezident dəyişikliyi baş verir.Eduardo Şerera prezident seçildikdən sonra Qondra hərbi nazir olur.Ancaq radikallar iki frakiyaya bölünür:Şereraçılar və Qondraçılar.1920-ci ildə Qondra yenədə prezident seçilir.Şereraçılar ona qarşı cıxır.29 oktyabr 1921-ci ildə hərbi nazir Adolfo Cirife quru qoşunlarının batalyonlarından istifadə edərək Qondranı istefa verrməyə vadar edirlər.Ancan vitse prezident Filiks Payva Cirifeni paytaxdan uzaq bölgəyə təyinat verir.Zabitlərin böyük əksəriyyəti Cirifeni dəstəkləyirlər.Cirifeni demək olarki bölgə ordu komandanlar:Mendosa və Bresuela dəstəkləyirdilər.Hərbi nazir Roxas və hərbi ucilişin rəhbəri Skenoni isə köküməti dəstəkləyirdi. 1922-ci ilim mayında Şirife ordunu paytaxta istiqamətləndirilir.Üsyançılar özlərini "Konsitutsyaçılar,hökuməti və onun tərəfdarlarını "Loyalistlər" adlandırırlar.İlk əvvəl üstünlük üsyançıların əlində idi.Üsyançılar 2quru qoşunları batalyonu,iki kavalerlər eskadronu,arılmıs quru qoşun bolüyü və iki dağ silahları ilə təhciz olunmuş batareya ümumulikdə 1700 nəfərə malik idilər.Ancaq ordu səpələnmiş olaraq ölənin müxtəlif bölgələrində idi.Hökumət qüvvələri isə plomyot vzvodu ,2 kavalerlər eskadronu və quru qoşunları bateryasına sahib olaraq 600 nəfər təşkil edirdi.Qüvvələr əsasən Asunsonda cəmləşmişdi. İlk toqquşmalar 8 iyun 1922-ci ildə baş verir.Loyalıstlər kavalerlərin bütün gücündən istifadə edərək üsyançıları geri oturtmağa müvvəfəq olur.Həncinin şəhərin müdafisində həmkarlar ittifaqının təşkilatlığı ilə 1000 könüllünün köməyi də az rol oynamırdı.Bu toqquşmadan sonra üsyançılar ölkənin cənub-şərqinə sıxışdırılır (Yaquron və Paraquari şəhərləri).Şirife əlavə quru qoşunları batalyonun gəlməsini gözlədiyi halda Hökumət bunun qarşısını almaq üçün döyüşdə ilk dəfə olaraq aviasiyanı tətbiq edir.Onun 1 qırıçı SPAD Herbemont S.XX,2 kəşfiyyat təyyarəsi SMAL A:3,2 Qırıçı Bonbardımançı Alonso SVA 5 və Bonbardımançı Alonsa SVA 10 vardı ki,onları ingilis və italyan təyyarəçilər idarə edirirdi.Hökumət ordu quruçuluğuna başlayır.Quru,kavalerlər və artilleriya hissələri yaradılır.31 iyul 1922-ci ildə Loyalistlər Vilyarika şəhərinə qoşun yeridir.Avqust ayında loyalistlərin ordusunda 190mm li topları ilə təhciz edilmiş zirehli vaqonlar peyda olur.Cirife tərəfində Argentinaya məxsus 3 təyyarə iki Ansoldo SVA 5,bir Ansaldo 10 vuruşurdu.Bu təyyarələrdə ikisi Loyalistlər tərəfindən ələ keçirilir.1923-ci ilin 18 mayında Cirişe ölür ,onu Mendosa əvəz edir.O isə Leolistlərin əlində olan şəhərləri dolanaraq Asunsona daxil olma planını irəli sürür.Bu plan 9 iyul 1923 -ci ildə gecə vaxtı həyata keçirilir.Şəhər ələ keçirilsədə bütün silah-sursat əvvəlcədən cıxarılır.Şəhər azad edilərək düşmən Argentina sərhədinə sıxışdırılır.Konstitutsiyaçılar silahı yerə qoyaraq təslim olurlar və bununlada müharibə bitir. Vətəndaş müharibəsi nəticəsində iqtisadiyyata ağır zərbə vurulur.Ancaq qüclu ordu yaranır.Müharibə Parqvay ordusunda təcrübəli zabitlər yetişir.10-il sonra baş verən və güclü düşməni Boliviya ilə Chaco Müharibəsində Paraqvayın qalibiyyətinə təsir göstərir.
Paraqvayda hüquq sistemi
Paraqvayın hüquq sistemi bütövlükdə roman-alman hüquq ailəsinə, onun xüsusiləşmiş Latın Amerikası qrupuna daxildir. Paraqvay hüququnun formalaşması üçün ilkin əsas kimi keçmiş metropoliya – İspaniyanın hüquq mədəniyyəti çıxış etmişdir. Konstitusiya hüququ çox cəhətdən ABŞ modelinə uyğundur, mülki hüquqa fransız və alman qanunvericiliyi mühüm təsir göstərir. Paraqvayda 1842-ci ildə köləlik ləğv edilmiş, 1848-ci ildə hinduların tam bərabərliyi bəyan edilmişdir. 1864–1870-ci illərdə qonşu dövlətlərlə müharibədə darmadağın olunandan sonra Paraqvay Latın Amerikasının ən kasıb və geridə qalmış dövlətlərindən birinə çevrildi, ölkəni 1940-cı ildən hərbi-polis diktaturası idarə etməyə başladı. Sonuncu diktator Stressnerin devrilməsindən sonra – 1989-cu ildə yeni hökumət bir çox siyasi partiyaları leqallaşdırdı, mətbuatdakı senzuranı azaltdı, ölkəyə yarı emiqrantların qayıtmasına icazə verdi. 1992-ci ildə əsasında ölkənin bütün hüquq sisteminin köklü dəyişiklikləri aparılan Konstitusiya qəbul edildi. Paraqvayda hüququn əsas mənbəyi qanunverici aktlardır. Onların əsasını Konstitusiya, Konqres tərəfindən bəyənilən və təsdiq olunan beynəlxalq müqavilələr, konvensiya və razılaşmalar, Konqresin verdiyi qanunlar, Prezident dekretləri və aşağı səviyyəli digər hüquqi aktlar təşkil edir. Hüququn əsas sahələri məcəllələşdirilib.

paraqvay sözünün fransız dilinə tərcüməsi

"paraqvay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#paraqvay nədir? #paraqvay sözünün mənası #paraqvay nə deməkdir? #paraqvay sözünün izahı #paraqvay sözünün yazılışı #paraqvay necə yazılır? #paraqvay sözünün düzgün yazılışı #paraqvay leksik mənası #paraqvay sözünün sinonimi #paraqvay sözünün yaxın mənalı sözlər #paraqvay sözünün əks mənası #paraqvay sözünün etimologiyası #paraqvay sözünün orfoqrafiyası #paraqvay rusca #paraqvay inglisça #paraqvay fransızca #paraqvay sözünün istifadəsi #sözlük