Parisdə sözü azərbaycan dilində

Parisdə

Yazılış

  • Parisdə • 99.9170%
  • parisdə • 0.0830%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Parisdə partlayış (2019)
Parisdə partlayış — 12 yanvar 2019-cu il tarixində Paris şəhərinin IX dairəsindəki «Treviz» küçəsində baş vermiş partlayış hadisəsi. Partlayış hadisəsində iki yanğınsöndürən, bir İspaniya vətəndaşı turist və bir qadın həlak olmuş, 10-u ağır olmaqla 47 nəfər yaralanmışdır. Yerli prokuror Remi Heytsin verdiyi məlumata görə partlayışa səbəb qaz sızıntısı idi. Yağınsöndürənlər partlayışdan əvvəl əraziyə qaz sızıntısı təhlükəsi barədə məlumat aldıqdan sonra tədqiqat aparmağa gəlmişdilər. == Partlayış == Partlayış hadisəsindən əvvəl yanğınsöndürənlər bir qaz sızıntısı barədə verilən məlumat əsasında çörək zavodunda tədqiqat aparırdılar. Partlayış ətraf tikililəri dağıdan və avtomobilləri işləksiz hala gətirən bir yanğına səbəb olmuşdur. Hadisə yerində olan mülki şəxslər partlayışın ətraf binalardakı insanların binalardan çıxa bilməməsinə və dağıntıların, eləcə də şüşə qırıntılarının küçəyə səpməsinə səbəb olduğunu bildiriblər. == Nəticə == Hadisə yerinə 200-dən çox yanğınsöndürən, Fransa Daxili İşlər Naziri Kristof Kastaner, Fransa Baş Naziri Eduard Filipp və Paris şəhərinin meri Ann İdalqo gəlmişdi.
Amerikalı Parisdə (film, 1951)
Amerikalı Parisdə — rejissor Vinsent Minnellinin 1951-ci ildə çəkdiyi film. Əsas rolları Cin Kelli və Lesli Keron ifa edirlər. == Məzmun == Keçmiş əsgər Cerri Malliqan müharibədən sonra Parisdə qalmaq qərarına gəlir. O gəlirini rəssamlıqdan çıxarmağı yoxlayır. Burada o, restoranda tanış olduğu kasıb qız Lizaya aşiq olur. Liza da Cerriyə qarşı eyni hissləri bəsləsə də Anri ilə nişanlıdır. Liza ilə Cerrinin münasibətlərini öyrənən Anri onunla evlənməkdən çəkilir. Beləliklə, sevgililər qovuşurlar.
Lenin Parisdə (film, 1981)
Lenin Parisdə — 1981-cı ildə istehsal olunmuş SSRİ filmi.Filmdə Lenin (Yuri Kayurov) və İnessa Armandın (Klod Jad) Parisdə yaşadıqları və Longjumeau'da müəllim kimi dərs dedikləri dövr təsvir edilir. Gənc bir bolşevik Alexander Tofimov, Inessaya aşiq olur.
Parisdə gecəyarı (film, 2011)
Vudi Alenin 76 yaşında çəkdiyi 42-ci filmi. Bu rejissor qocalmaq bilmir. Nyu-York, London, Barselonadan sonra Vudi Allen bu dəfə Parisə səyahət edib. Film Parisin gəzintisi ilə başlayır. Film başlayandan beş dəqiqə boyunca Parisin ayrı-ayrı yerləri göstərilir. Parisin gözəl mənzərələrini isə gözəl musiqi müşayiət eləyir. Film Amerikadan Parisə gələn iki sevgilinin həyatındandır. Daha doğrusu, yazıçı olmaq arzusunda olan və Paris küçələrində öz ilham pərisini axtaran Gil Pender adlı Amerikalı oğlanın başına gələn hadisələr təsvir olunub. Filmin əsas mövzusu isə yanlış zamanda yaşadığına inanan və keçmiş zaman üçün darıxan gənc yazarın Parisdə özünü kəşf etməsidir. Parisdə özünü yalnız hiss edən Gil, şəhəri gəzərkən keçmişə səyahət edir, öz xəyal dünyasını yaradır və 1920-ci illərin Paris mühitinə düşür.
Parisdə mətbəx (film, 2014)
Parisdə mətbəx (rus. Кухня в Париже) – Dmitri Dyaçenkonun gözlənilən Rusiya komediya filmi. «Mətbəx» sitkomunun davamıdır. Filmin kinoteatrlarda ilk göstərilməsi 1 may 2014-cü ilə nəzərdə tutulub.
Parisdə terror hadisələri (noyabr, 2015)
Parisdə terror hadisələri (noyabr, 2015) (fr. Attentats du 13 novembre 2015 en Île-de-France) — 13 noyabr 2015-ci ildə, yerli vaxtla 21:16-da başlayan, Parisin birinci, onuncu və on birinci dairələri ilə birlikdə birlikte Stad de Frans stadionunda baş vermiş silahlı və bombalı terror hücumları. Bataklan teatrında baş vermiş girov alma hərakatı ilə yanaşı Parisdə 3 bombalı və 6 silahlı teror hücumunun baş verdiyi bildirilmişdir. Ölü sayı dəqiq bilinməsə də, hadisələrdə 158 nəfərin öldüyü bildirilir. Bir xəbər qaynağına görə terror hücumu 6 nəfər tərəfindən həyata keçirilmişdir. Fransa polisi hücumlara 2 kamikadzenin də qatıldığını açıqlamışdır. Yerli vaxtla 23:58-da yayımlanan açıqlamasında Fransa prezidenti Fransua Olland fövqəladə vəziyyət və ölkənin bütün sərhədlərinin bağlanması haqqında göstəriş verib. Fransa sərhədləri İkinci dünya müharibəsindən sonra ilk dəfə bağlanmışdır. Sonuncu dəfə Əlcəzair müharibəsində bütün Fransanı bürüyən fövqəladə vəziyyət elan olunmuşdu.Hücumlar Parisin 10-cu dairəsindəki "Le Petit Cambodge" adlı restorana ve Parisin şərqində 11-ci dairədəki Bataklan adlı teatr zalına edilmişdir. Bataklan teatrında ən az 100, digər altı dairədə baş vermiş hücumlarda isə ən az 40 nəfər ölmüşdür.
Parisdə təyyarə qəzası (25 iyul 2000)
Parisdə təyyarə qəzası (25 iyul 2000) — aviasiya tarixində səsdən sürətli mülki təyyarənin son qəzası. 25 iyul 2000, Paris, Ruassi Şarl de Qoll aeroportu, terminal 2E. Paris – Nyu-York reysini həyata keçirməyə hazırlaşan "Concorde" havaya qalxmazdan əvvəl prezident Jak Şirakı Tokiyodan gətirən "Boeing" aeroporta enir. Ondan ardınca ABŞ-yə məxsus "McDonnell Douglas DC-10" eyni uçuş zolağından havaya qalxır. Lakin... havaya qalxan təyyarənin motorundan qopan titan detal uçuş zolağına düşür və bir-neçə dəqiqə sonra baş verəcək faciənin "əsasını qoyur". "DC-10" özü isə sağ salamat mənzil başına çatır. 4 dəqiqə sonra saat 16.42-də "Concorde" uçuş zolağına dartılıb gətirilir. Start götürən təyyarə 280 km/saat sürətlə "DC-10"-dan düşən metal parçasının üzərindən keçir. Metal parçası təkərdən qalxaraq yanacaq çənini kəsir və 120 ton kerosin alışır. Cırılan təkərin özü də 330 km/saat sürətlə hərəkət edən təyyarənin qanadına çırpılaraq onu sıradan çıxarır.
Parisdən məhəbbətlə (film, 2010)
Parisdən məhəbbətlə (ing. From Paris with Love) — Conatan Ris Meyers və Pierre Morelin ortaq rejissorluğu çəkilən, baş rolda Con Travoltanın yer aldığı 2010-cu il istehsalı aksiyon tipli film. Filmin senarisi, Lük Besson və Adi Hasak tərəfindən yazılmışdır. Film, 5 fevral 2010-cu ildə tarixində ABŞ-də vizyona girmişdi. == Məzmunu == Ceyms Ris, Amerikanın Fransa səfirliyində MKİ üçün aşağı səviyyəli bir missiya üzərində çalışır. Ceymsin, Parisdə fransız sevgilisi ilə birlikdə yaşadığı oldukça yaxşı bir həyatı vardı. Ancaq Ceymsin ən böyük istəyi vəzifəsinin qalxması idi. Ceyms istədiyi kimi yuxarı vəzifəyə təyin edilir. Yeni vəzifədə onu yeni tərəfdaşı, xüsusi agent Çarli Vaks (Con Travolta) müşayiət edir. Silaha maraqlı olan, zarafatcıl və hərhansı bir şeyə bağlı olmayan Çarli ilə ortağı Ceyms, bir terror hücumunun qarşısını almaq üçün əmr alırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 34.87 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 61.67
2003 ••••••••••••••••• 50.00
2004 ••••••••••••••• 43.46
2005 •••••••••••••••••• 52.63
2006 •••••••••••••••• 47.98
2007 ••••••••••••• 37.63
2008 ••••••••••••• 37.03
2009 ••••••••••• 33.92
2010 •••••••••• 28.68
2011 ••••••••••••• 38.86
2012 ••••••••••••• 39.32
2013 ••••••••••••••• 43.76
2014 •••••••••••••••••• 52.68
2015 ••••••••••••••• 44.40
2016 ••••••• 19.09
2017 •••••••• 24.23
2018 ••••••••• 27.27
2019 •••••••••• 28.24
2020 ••••• 12.60

"parisdə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#parisdə nədir? #parisdə sözünün mənası #parisdə nə deməkdir? #parisdə sözünün izahı #parisdə sözünün yazılışı #parisdə necə yazılır? #parisdə sözünün düzgün yazılışı #parisdə leksik mənası #parisdə sözünün sinonimi #parisdə sözünün yaxın mənalı sözlər #parisdə sözünün əks mənası #parisdə sözünün etimologiyası #parisdə sözünün orfoqrafiyası #parisdə rusca #parisdə inglisça #parisdə fransızca #parisdə sözünün istifadəsi #sözlük