parkı sözü azərbaycan dilində

parkı

Yazılış

  • parkı • 58.6311%
  • Parkı • 41.2126%
  • PARKI • 0.1323%
  • ParkI • 0.0241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böyükşor parkı
Böyükşor bulvarı və ya Böyükşor parkı – Azərbaycanın Bakı şəhərinin Nərimanov rayonunda, Böyükşor gölünün sahilində yerləşən bulvar tipli park. Açılışı 22 may 2015-ci ildə baş tutub. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak edib.Bulvar 2014-cü ildə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və 2013-cü ildə təsdiq edilmiş "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq yaradılıb. Bulvar gölün şərq və cənub sahilində yerləşir. Sahəsi isə 15 hektardan çoxdur. Bulvar neftlə çirklənmiş torpaqların təmizlənməsindən sonra salınıb. Həmçinin çirklənmiş yeraltı suların gölə daxil olmasının qarşısı tamamilə alınıb və drenaj sistemi qurulub.Sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.Bulvarın qazon sahəsi 76 191 m², ağaclarının sayı 3550, kolluqlarının sayı 33287, skamyalarının sayı isə 287-dir.
Cidayubori parkı
Cidayubori parkı (次大夫堀公園, Cidayubori-koen) — Yaponiyanın Tokio şəhərinin Setaqaya rayonunun Kitami bölgəsində yerləşən park.
Cənub parkı
South Park (azərb. Cənubi Park‎) — Trey Parker və Mett Stoun tərəfindən yaradılmış ABŞ istehsalı sitkom cizgi-serialı. Brayan Qreden tərəfindən quruluş verilmiş serial Comedy Central üçün nəzərdə tutulub. Cizgi filmində Kolorado ştatının South Park adlı kiçik qəsəbəsində yaşayan dörd uşaqdan ibarət bir qrupun macəralarından bəhs olunur. Serial Amerika mədəniyyətini, amerikan həyat tərzini ələ salır, müxtəlif "tabu"ları tənqid edir. == Baş personajlar və ailələri == === Marş ailəsi === Sten Marş - 4 əsas personajdan biri. Katolik. Klonu Obiri kainatdan Sten Şelli Marş - Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş - Stenın atasi, geoloq.
Gülhanə parkı
Gülhanə Parkı — İstanbul şəhərinin Fatih ilində yer alan tarixi bir parkdır. Alay köşkü, Topqapı sarayı və Sarayburnu arasında yerləşir. == Tarixi == Gülhanə Parkı, Osmanlı imperiyası dönəmində Topqapı sarayının xarici bağçası və içində bir qoruq və qızılgül bağçalarını saxlayardı. Türk tarixində demokratikləşmənin ilk konkret addımı olan Tənzimat fərmanı, 3 noyabr 1839-cu ildə Abdülmecit dövründə Xarici İşlər Naziri Mustafa Rəşid Paşa tərəfindən Gülhanə parkında oxunmuşdur və bu səbəblə Gülhanə Xətti Hümayunu da deyilir. İstanbul şəhərinin başçısı Cəmil Paşa (Toppuzlu) zamanında düzəldilərək 1912-ci ildə park halına gətirildi və xalqa açıldı. Ümumi sahəsi 163 dönüm (918,393 mt2lik qədim bir sahə ölçüsüdür. Günümüzdə isə 1000 mt2 sahəyə bərabər olan dekar yerinə istifadə edilir) qədərdir. Parkın girişində sağ tərəfdə İstanbul mer və bələdiyyə sədrlərinin büstləri var. Parkın ortasından iki tərəfi ağaclı yol keçir. Bu yolun sağında və solunda istirahət yerləri, uşaq bağçası var.
Gənclik parkı
Gənclik parkı – Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən meşə tipli park. 26 avqust 2021-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak etmişdirlər.Parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlamışdır. Park Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə yaradılmışdır. Burada ziyarətçilərin istirahəti üçün müxtəlif infrastruktur yaradılmışdır və Xəzər dənizinin mənzərəsini də seyr etmək mümkündür.Park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib və yaşıllıqlar salınmışdır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksion quraşdırılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılmışdır.Parkda "Ürəklər" adlı kompozisiya yaradılmış, həmçinin bağlı və açıq futbol meydançaları inşa olunmuşdur. Parkda ziyarətçilər üçün piknik məntəqələri salınmışdır. Qaçış üçün cığırlar və velosiped yolları da tikilmişdir.
Kelvinqrov parkı
Kelvinqrov parkı (ing. Kelvingrove Park) — Qlazqonun qərbi hissəsində, Kelvin çayının üstündə yerləşən, 34 hektar sahəsi olan park. Parkda Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi yerləşir. == Tarixi == Park ingilis bağban Ser Cosef Pakston tərəfindən 1852-ci ildə "Vest End parkı" kimi yaradılmışdır. Qlazqo şəhər bələdiyyəsi əvvəllər Kelvinqrov və Vudlends məhəllələrini təmsil edən torpaqları, o vaxt £99,569 məbləğində satın almışdı. Park şəhərin qərb tərəfinin davamlı genişləndirilməsi, istirahət və şəhər mərkəzinin sürətlə xarabaya dönməsindən qurtarmaq üçün nəzərdə tutulmuşdur. === Böyük Sərgilər === Parkda 1888 Beynəlxalq Sərgi, 1901 Beynəlxalq Sərgi və 1911 Şotlandiya Sərgisi keçirilmişdir. Beynəlxalq sərgilər üçün parkda böyük və əzəmətli binalar, o cümlədən hind pavilyonu və rus restoran binası inşa olunmuşdur. == Coğrafi yerləşməsi və xüsusiyyətləri == Qlazqonun Vest Endində yerləşən parkın ölçüsü 34 hektardır. Heyvanlar üçün sığınacaq olan parkdan Kelvin çayı keçir.
Kolonist parkı
Kolonist parkı (rus. Колонистский парк, xalq arasında «Adalar» adı ilə tanınır) — Peterhof şəhərinin mərkəzində yerləşən və 29 ha ərazini tutan məşhur peyzaj parkı. Kolonist parkı I Nikolayın hakimiyyəti dövründə (1832-ci ildən - 1857-ci ilə kimi) memar A. Ştakenşneyder, mühəndis M. Pilsudski, bağban ustaları P. Erler və P. Arxipov tərəfindən yaradılmışdır. == Tarix == Başlanğıcda bu ərazilər "Ovçu bataqlığı" adı ilə tanınırdı, lakin 1830-cu ildən burada alman kolonistləri üçün evlər inşa edilmiş və yeni park onların şərəfinə "Kolonist" adlanmışdı. Parkın böyük hissəsini 1837-1838-ci illərdə keçmiş Ovçu bataqlığının yerində qazılmış və I Nikolayın qızı Olqanın şərəfinə adlanan gölməçə tutur. Onun sahili buzlaq daşı və bəndlərlə bərkidilmiş və üzərində böyük xiyaban salınmışdı. Olqa gölməçəsindəki adalarda "Olqa" və "Çariçin" pavilyonları yerləşir. Böyük Vətən müharibəsində pavilyonlar güclü dağıntıya məruz qalmışdı. Onların bərpa və yenidənqurma işləri yalnız 2001-ci ildə başlamış və 4 il davam etmişdi. == Çariçin pavilyonu == Çariçin pavilyonu parkın dominant tikililərindən hesab olunur və memar A.Ştakenşneyderin layihəsi əsasında 1842—1844-cü illərdə tikilmişdir.
Kəmal parkı
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
Lüdviqshafen parkı
Lüdviqshafen parkı — Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mədəni istirahət parkı. Park Sumqayıt şəhəri ilə qardaşlaşmış Lüdviqshafen (Almaniya) şəhəri şərəfinə salınmışdır. Onu da qeyd etmək lazımdır ki, Lüdviqshafen şəhərində də Sumqayıt adlı park vardır. Lüdviqshafen parkı şəhər sakinləri arasında Alman parkı adlandırılır. Parkın əsas girişi Bababəyli küçəsinə baxır. == Tarixi == Park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen əlaqələrinin 20 illiyi münasibəti ilə salınmışdır. 2005-ci ildən etibarən Rusiyada yaşayan həmyerlimiz, iş adamı Qivami Əsgərovun şəxsi vəsaiti hesabına parkda yenidənqurma və abadlıq işləri aparılmışdır. Bununla belə bilinməyən səbəblərdən tikinti işləri tam başa çatdırılmamışdı. Bir müddət sonra isə parkın bir hissəsi baxımsızlıqdan yarasız vəziyyətə düşmüşdür. Parkın bir hissəsində isə kafe və kiçik ticarət obyektləri mövcud idi.
Mansfild parkı
Mansfild parkı — Ceyn Ostinin üçüncü yazdığı romanı. 1814-cü ildə nəşr edilmişdir. Romanda əvvəllər diqqətçəkməyən, özünəqapanmış bir qız olan Fanni Praysın əsl qəhrəmana çevrilməsi və bu müddət ərzində özünü Bertram ailəsinə qəbul etdirmək üçün apardığı mübarizədən bəhs edilir. Roman ilk dəfə Tomas Eqerton tərəfindən nəşr edilib. İkinci nəşri isə 1816-cı ildə Con Mörrey tərəfindən olunmuşdur. Kitab ilk dəfə nəşr edildikdə tənqidçilər tərəfindən heç bir diqqət almadı, ilk dəfə 1821-ci ildə kitab haqqında ilk tənqidi mövqe bildirildi. 20-ci illərdən sonra isə tənqidçilərin mövqeyi mübahisəli olmağa başladı. 21-ci əsrdə fəaliyyət göstərən yazıçı Paula Birne bu əsəri Ceyn Ostinin ən gözəl romanlarında biri adlandırdı. Lakin Mansfild parkı romanında Britaniyada köləlik haqqında qısa məlumat veridlyi üçün Ostinin ən mübahisəli əsərlərindən biri hesab olunur. Romanın iki ədəd film versiyası var: Birinci versiyası 1999-cu ildə, ikinci versiyası isə 2007-ci ildə çəkilmişdir.
Məclis parkı
Məclis parkı (türk. Meclis Parkı) — Ankaranın Çanqaya ilçəsində yerləşən ictimai park. Rəsmi adı Milli Suverenlik Parkı olsa da, Türkiyə Böyük Millət Məclisi ərazisinin ətrafını əhatələdiyinə görə məşhur olaraq bu şəkildə xatırlanmaqdadır. Ümumiyyətlə velosiped və skeytbordinq idman növlərindən istifadə olunan parkda fontan, amfiteatr və bir çox abidə və heykəllər mövcuddur. == Tarixçə == Məclis Parkı, 23 aprel 1986-cı ildə müxtəlif ölkələrdən olan uşaqların iştirakı ilə baş tutmuş Milli Suverenlik və Uşaqlar Günü ilə açılmışdır. Bu çərçivədə geniş bir tədbir təşkil edilmiş, konsertlər verilmişdir. Parkın landşaft tənzimləməsində istifadə olunan ağac və bitkilər açılışda iştirak edən ölkələr tərəfindən göndərilmişdir. Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin təşkil etdiyi tədbirlə keçmişdən bu günə qədər Ankaraya xidmət edən əhəmiyyətli insanların adına çox sayda ağac əkilmişdir. Adından əkilən ağac adları arasında məşhur botanik Hikmet Birand, dövrün maliyyə naziri və ODTÜ rektoru Mustafa Kamal Kurdaş, Memar Kəmaləddin bəy, Sedad Hakkı Eldem və Arif Hikmət Koyunoğlu kimi memarlar da vardır.
Məşrutə parkı
Məşrutə parkı — Təbrizdə Məşrutə bulvarında Mərkəzi Sərnişin Terminalının yanında yerləşən park. Məşrutə inqilabının şərəfinə adlandırılan bu parkda Səttar xanın heykəli qoyulub. == Haqqında == Təbrizdə yerləşən Məşrutə parkı 2009-cu ildə istifadəyə verilib. Park Məşrutə bulvarında Təbriz Mərkəzi Sərnişin Terminalının yanında yerləşir. Park Məşrutə inqilabına həsr olunduğu üçün burada Səttar xana heykəl qoyulub. Burada yaşıllıq salınıb və insanların istirahəti üçün şərait yaradılıb.
Nizami parkı
Nizami adına Mədəniyyət və İstirahət parkı — Bakı şəhəri Xətai rayonunda yerləşən mədəniyyət və istirahət parkı. Bakı şəhərinin ən qədim parklarından biri. Nobel qardaşları tərəfindən XIX əsrin sonlarında Bakıətrafı qəsəbə olan Qara Şəhərin sərhəddində öz şirkətinin işçiləri üçün salınmış yaşayış kəndi Villa Petrolea ərazisində yerləşir. Parkın ümumi sahəsi 13,6 hektardır. Geniş ərazidə yerləşən sənaye landşaftında olan bu park Abşeronun bağ-park memarlığına müsbət təsir göstərmişdir. 1920-ci ildən sonra Villa Petroleanın keçmiş bağı Lunaçarskinin, sonralar Almaniyanın eyniadlı rus qəzetinin şərəfinə "Rote-Fan" adlandırılıb. 1991-ci ildə Azərbaycan respublikası müstəqillik qazandıqdan sonra isə Nizami Gəncəvinin adını daşımağa başlamışdır.Parkda uzun illər "Luna Park" adı ilə əyləncə mərkəzi fəaliyyət göstərib. Bu səbəbdən ərazi qeyri-rəsmi "Luna Park" adlanırdı. Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə parkda yenidənqurma işləri aparılıb. Parkın ərazisində yerləşən bir və ikimərtəbəli inzibati binalar əsaslı təmir və yenidən qurulub, süni göl yaradılıb.
Nişirokuqo parkı
Nişirokuqo parkı (西六郷公園, Nişirokuqo koen) – Yaponiyanın Tokio şəhərində yerləşən park. Parkdakı meydançalar və heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı (タイヤ公園, Tayya koen) kimi tanınır. == Xüsusiyyətlər == Park Tokio şəhərinin Ota rayonunun Nişirokuqo bölgəsində yerləşir. Sahəsi təxminən 3700 m2 təşkil edir.Parkın əsas fərqləndirici xüsusiyyəti avtomobil şinlərindən istifadə olunaraq yaradılmasıdır. Bunun üçün yaxınlıqda yerləşən Kavasaki zavodundan götürülmüş 3000 rezin şindən istifadə olunmuşdur. Parkın girişində şinlərdən hazırlanan, 20 metrlik quyruğa malik Qodzilla heykəli yerləşir. Parkda şinlərdən hazırlanmış raket və robot heykəlləri də mövcuddur. Parkın ortasında isə nəhəng şin-yelləncək yerləşdirilmişdir.Parkda populyar olan məşğuliyyətlərdən biri şin xizəkçiliyidir. Ziyarətçilər xizək əvəzinə şinə minərək təpədən sürüşürlər. Parkı uşaqlarla yanaşı, böyüklər də tez-tez ziyarət edir.
Pleystosen parkı
Pleystosen parkı (rus. Плейстоценовый парк) — Saxanın şimal-şərqində, Kolıma çayının aşağı axarlarında, Şimal Buzlu okeandan 150 km cənubda yerləşən yasaqlıq. Yasaqlıq Çerski qəsəbəsindən 30 km cənubdadır. Pleystosen parkının yaradıcısı və elmi rəhbəri rusiya ekoloqu Sergey Afanasev Zimovdur. == Ümumi məlumat == Park ərazisində pleystosen epoxasının "mamont tundra çölləri" ekosisteminin yaradılması eksperementi həyata keçirilir. Bu ekosistem sonuncu buzlaşma zamanı Şimal yarımkürəsiniin böyük hissəsini əhatə etmişdir. Ehtimal olunur ki, mamont tundra çölləri on dəfə mövcud meşə tundra və bataqlıq-tundra biotalarından məhsuldar idi. Böyük ot yeyən heyvanların təxminən 10000–12000 il əvvəl məhvindən sonra (mamont, tüklü gərgədan, böyük buynuzlu maral və s.) ekosistem deqradasiyaya məruz qalaraq və müasir duruma gəlib çatmışdır. Alimlərin fikirlərinə görə bu məhv olmanın əsas və həll edci səbəbi yuxarı paleolit ovçuluğu idi. Pleystosen parkı ideyasının əsasında meqafaunadan saxlanılmış adventiv növlərin hesabına mamont tundra çölünə xarakterik torpaq və landşaftın formalaşdırılması durur.
Qorki parkı
Qorki parkı (rus. Парк Горького) — Moskvanın ən böyük və ən məşhur ictimai parklarından biri. Parkın ilk hissəsi 1923-cü ildə bu bölgədə Ümumrusiya Kənd Təsərrüfatı Sərgisi (ÜKTS) təşkil edildikdən sonra ortaya çıxdı, onun planlaşdırılması memar Konstantin Melnikov tərəfindən həyata keçirilmişdir. Park, 1928-ci il avqustun 12-də açılmış, 1932-ci ildə Maksim Qorkinin şərəfinə hal-hazırkı adını almışdır. Müxtəlif dövrlərdə El Littiszki və Aleksandr Vlasov, parkın dizaynı ilə məşğul olmuşdur. Əsas giriş 1955-ci ildə inşa edilmişdir.2011-ci ildə bu günə qədər davam edən ictimai məkanın hərtərəfli bərpasına başlanıldı. Parkın ümumi sahəsi 219,7 hektardır. == Tarixçəsi == Mədəniyyət parkı metrostansiyasında yerləşən bu park 1928-ci ildə ictimai istifadəyə açıldı. Park, məşhur Sovet konstruktivist memar Konstantin Melnikovun planına əsasən tikilmişdir. Çay boyunca 120 hektarlıq ərazini əhatə edən keçmiş Dövlət Xəstəxanasının yerində tikilmişir.
Quel parkı
Quel parkı (isp. Parque Güell) —1900—1914 illərdə Antonio Qaudi tərəfindən salınmış Barselonanın yuxarı hissəsində yerləşən park. Park bağların və yaşayış sahələrinin birləşməsindən ibarətdir, sahəsi 17-18 hektardır.
Qəhrəmanlar parkı
Qəhrəmanlar parkı — Horadiz şəhərində park. == Tarixi == Park 2014-cü ildə salınıb. == Görünüşü == Parkın daxilində daşdan lövhə vardır. Bu Lövhədə Füzuli rayonu şəhidləri və altı Füzuli rayonu Milli Qəhrəmanın adı vardır. Park şam ağacları ilə örtülüdür. == Milli Qəhrəmanlar == Parkda altı Füzuli rayonu Milli Qəhrəmanlarının adları vardır. Bunlar, Pəhlivan Fərzəliyev, Rasim İbrahimov, Bəşir Kərimov, Seymur Məmmədov, Faiq Rəfiyev və Elxan Zülfüqarovdur.
Sahil parkı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. == Adı == Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi.SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular.2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. == Xüsusiyyətlər == Bakının mərkəzində yerləşən böyük və səliqəli parkdır. Bu gün burada, düz parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.Ərazisi 22 min m2 olan bu istirahət guşəsində 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.Bağın 12 min kvadratmetr ərazisinin asfalt örtüyü ləğv edilərək, onun yerinə Braziliya, İsveç, Çin və İtaliyadan gətirilən qranit-mərmər döşənib. Burada, həmçinin müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub. Bağdakı ağaclar və güllərin böyük hissəsi Hollandiyadan gətirilib.
Sofiyevka parkı
Sofiyevka parkı (ukr. Софіївка) — Ukraynanın Çerkassi vilayətinin Uman şəhərində yerləşən park. == Haqqında == Sahəsi 179, 2 ha olan bu park Uman şəhərinin şimal hissəsində, Çerkassi vilayəti (Mərkəzi Ukrayna), Kamianka çayı yaxınlığında yerləşir. Parkın bəzi əraziləri ingilis parkını xatırladır. Bu gün park hər il onu ziyarət edən 500 min ziyarətçinin məşhur əyləncə yeridir. Sofiyevka XIX əsrin əvvəllərində dünya bağçılıq dizaynının landşaft tərzidir. Park Veymutov şamı, tülpan ağacı, çinar ağacı, ikidilim ginkqo və digərləri olmaqla 2000-dən çox növ ağac və kola (yerli və ekzotik) məxsusdur. Parkın direktoru 1980-ci ildən Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, biologiya elmləri doktoru İvan Koşenkodur. 1985-ci ildə park "2259 nömrəli kiçik planet Sofiyivka" adlandırılmışdır. == Qalereya == == Ədəbiyyat == === Park haqqında ədəbiyyat === Базинер Ф. Краткое описание Царицына сада близ г.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. == Faydaları == Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir.Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksək səviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək. == Tənqidi yanaşma == Fərqli sənaye parkları bu meyarları fərqli dərəcələrdə qarşılamaqdadır.
Tranquiliti parkı
Tranquility Park (ing. Sakitlik parkı) - Texas ştatının Hyuston şəhərinin mərkəzində yerləşən parkdır. İlk dəfə bu park 1979-cu ilin yayında açılmışdır. Park adını Sakitlik çayından götürmüşdür.
Ulduz Parkı
Ulduz Parkı — Ulduz Qoruğu olaraq da bilinir, İstanbulun, Beşiktaş rayonunda yer alan tarixi park. Balmumcuda Ortaköyə uzanan Şkiv prospektinin şimal və şərq sərhədini, Ortaköy Beşiktaşa uzanan Çırağan prospektinin cənub sərhədini təşkil edir. Biri Şkiv prospektinə, digəri də Çırağan prospektinə iki ayrı qapısı olan Ulduz Parkının içində Malta köşkü və Çadır köşkü adı altında iki köşk vardır. Osmanlı dövründə, xüsusilə 1600-cü illərin əvvəllərində ön plana çıxmağa başlamışdı. O zamanlar Kazancıoğlu Bağçası adını daşıyan və bu ailənin mülkü olan torpaqlar padşah IV Murad tərəfindən satın alınaraq qızı Qaya Sultana hədiyyə edilmişdir. Lalə Dövrü dövründə bəzəmə zövqünə söykənən təşkil edilən çırağan aləmləri zamanı müxtəlif əyləncələrə məkan olmuşdur. Divarın dəniz tərəfindəki közülük və içindəki Çadır və Malta Köşkləri isə İstanbul Bələdiyyəsinə verildi. Əvvəl Çırağan Sarayının arxa bağçası, sonra da 1877-ci ildə etibarən genişləndirilməsinə başlanan Ulduz Sarayının çöl hissəsi olan yaşıllıq, 1940-cı ildən sonra Ulduzz Parkı olaraq adlandırıldı. 1925-ci ildə bir İtalyan iş adamın verilən və bir kazino olaraq istifadə Şəalə köşkü, Atatürkün müdaxiləsilə həmin iş adamından alınmışdır. 1930-cu illərdə üç yerə bölünərək, təpə qisimindəki strukturlar Hərb Akademiyasına verildi (1978-ci ildə Mədəniyyət Nazirliyinə buraxıldı), divarın arxasında şimal istiqamətində olan Şale köşkü Türkiyə Böyük Millət Məclisinə verildi.
Uşaq parkı
Uşaq meydançası; Uşaqların oynaması üçün hazırlanmış bir parkdır. Ümumiyyətlə açıq havada tapılsa da, qapalı yerlərdə də tapıla bilər. Uşaq bağçalarında ən çox yayılmış oyuncaqlar; sürüşdürün, mişar mişarını və yellənmək . Həm də müxtəlif kiçik ölçülü gimnastika, zəncir nərdivanları, ip körpüləri və labirintlər ola bilər . Bu hovuz oyuncaqların əhatə etdiyi ərazidən daha böyükdür. Oyun meydançaları uşaqların fiziki və zehni inkişafına kömək edir, yaradıcılıqlarını artırır; onları ictimailəşdirir və əyləndirir. Əsasən xalqa açıq olsa da, oyun meydançaları da xüsusi mülkiyyətdə ola bilər. Şəhər parklarındakı və dövlət məktəblərindəki oyun meydançaları ictimai parklara nümunədir.
Xaqani parkı
Xaqani parkı (fars. بوستان خاقانی‎) — Təbriz şəhərinin mərkəzində, Göy məscid ilə Azərbaycan muzeyinin yaxınlığında yerləşən, Əfzələddin Xaqaninin adı verilmiş park. == Haqqında == Keçmişdə parkın yerində başqa tikililər yerləşmişdir. 1816-cı ildəki zəlzələdən sonra şəhər xeyli ziyan çəkmişdi. Zəlzələ zamanı tamamilə dağılan bu bölgədə zəlzələ nəticəsində ölənlər toplu şəkildə basdırılmışdı. 1931-ci ildə Təbriz bələdiyyəsinin rəhbəri Məhəmməd Əli xan Tərbiyət bu yeri ictimai park edildiyini elan etdi. Bundan sonra xalq bura "Sümüklü park" demişdir.1958-ci ildə həmin yerdə "Cahanşah ibtidai məktəbi" ilə Azərbaycan muzeyi tikildi. "Cahanşah məktəbi"nin adı İran İslam inqilabından sonra "Müsəddiq məktəbi" olaraq dəyişdirildi. 2003-cü ildə Təbriz bələdiyyəsinin və Təhsil nazirliyinin bölgə müdirliyinin əmri ilə məktəb ləğv edildi və onun ərazisi Xaqani parkına verildi. Bu ərazidə Xaqani Şirvaninin heykəli qoyuldu.
"Balta Mika" Milli Parkı
"Balta Mika Braile" (Parcul Natural Balta Mică a Brăilei) — Rumıniyanın cənub-şərqində milli park. Milli park Breila judetsi ərazisində yerləşir. Əsasən su-bataqlıq əraziləri əhatə edir. Sahəsi 17 529 hektar olan bu qoruq Dunay çayının iki kiçik qolu arasındadır. Dunayın mənsəbindən 62 km qərbdədir. Jurjen və Vadu-Ouy kənləri yaxınlığındadır. "Balta" adlı bu ərazidə 7 ada, 52 kiçik göl var. Milli park Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin V kateqoriyasına daxildir. == Ümumi məlumat == Ərazidə yerləşən əsas coğrafi obyeklər Braile düzənliyi, Böyük Braile adası və Kiçik Braile adasıdır. 12 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir.
"Lena dirəkləri" təbii parkı
Lena dirəkləri (rus. Ле́нские столбы́, Lenskiye Stolby; saxa Өлүөнэ туруук хайалара, Ölüöne Turuuk Xayalara) — Rusiyadakı Saxa Respublikası (Yakutiya)nın Xanqalas ulusu ərazisində, Lena (yakutca Ölüöne) çayı sahilində yerləşən əsrarəngiz təbiət abidəsi. Pokrovsk şəhərindən 104 km aralıda qərarlaşır. Hündür qayalıqdan ibarət olan Lena çayı boyunca kilometrlərlə uzanır. Dərə boyunca Prilenski platosu yerləşir. Ən hündür qayalı dirəklər əsasən Petrovski və Tit-Arı kəndləri arasında yerləşir. Qayalı dirəklər çayın səthindən hündürlüyü 220 metr təşkil edir. Qayalar Kebri dövrünün əhəng daşı suxurlarından ibarətdir. Tektonik xüsusiyyətlər baxımından Lena dirəklər Sibir platforması daxilində yerləşir. Dirəklər əhəng tərkibli dağ suxurları kimi erkən Kembri dövründa 560–540 milyon il öncə meydana gəlməyə başlayır.
2013-cü il Gəzi parkı etirazlar
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsi ilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
2013-cü il Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsi ilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
2013 Taksim Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsi ilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. == Biblioqrafiya == Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
AMEA Yüksək Texnologiyalar Parkı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) — elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir. YT Parkı elm tutumlu fəaliyyəti dəstəkləyərək, ərazisində fəaliyyət göstərən rezidentlərə lazımi şərait və müvafiq imtiyazlar təqdim edir. == Yaranma tarixi == AMEA Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli 2425 nömrəli Sərəncamı ilə yaradılmışdır. YT Parkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsini həyata keçirən idarəedici təşkilat AMEA-nın tabeliyində yaradılan dövlətə məxsus hüquqi şəxs “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-dir. Hazırda "AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Vasif Bilal oğlu Abbasovdur. == Əsas məqsədi == YT Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir. == Fəaliyyət istiqamətləri == AMEA Yüksək Texnologiyalar Parkı yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verir. Azərbaycanda elmin kommersiyalaşmasında birbaşa iştirak edən YT Park elmtutumlu, rəqabətqabliyyətli və innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə əlaqələr qurur. Park həm də innovativ biznes ideyası olan gənc startapçılar və universitetlərlə əməkdaşlıq edir. Texnologiyalar Parkı hazırda müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Abşeron Milli Parkı
Abşeron Milli Parkı — Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən milli park. 2005-ci ildə yaradılmışdır, 783 hektar sahəni əhatə edir. == Tarixi == Abşeron Milli Parkının ərazisində əvvəllər Abşeron yasaqlığı mövcud olmuşdur. Dövlət yasaqlığı Bakı Şəhər Soveti ərazisində, Abşeron yarımadasında, Şah Dilində idi. Sahəsi 800 hektar idi, Su quşlarını və Xəzər suitiləri yatağını qorumaq, həmçinin Xərə Zirə adasından buraya gətirilən ceyranların sayını artırmaq məqsədi ilə 1969-cu ilə təşkil edilmişdir.Yasaqlıq əsasında 2005-ci ildə Abşeron Milli Parkı yaradılmışdır. == Ümumi məlumat == Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə (bundan 375 ha quruya, 408 ha dənizə düşür) Azərbaycan Respublikasının Abşeron Milli Parkı yerləşir. Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhərinin inzibati ərazisində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Bakının cənub-şərq qurtaracağında — Şah Dili ərazisində yerləşir. Abşeron Milli Parkının yaradılmasında başlıca məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin (Xəzər suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı, yaşılbaş ördək və s.) qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və istirahət (rekreasiya) zonalarının yaradılması, ekoloji monitorinqin həyata keçirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Abşeron Milli Parkının heyvanat aləmi çox zəngindir.
Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı
Zəngəzur Milli Parkı (tam adı: Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı) – 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. 2009-cu il 25 noyabr tarixinədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı adlanmış, həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə adı dəyişdirilmişdir. Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. == Coğrafiyası == Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000–3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır.
Akan Milli Parkı
Akan–Maşu Milli Parkı (阿寒摩周国立公園, Akan Maşu Kokuritsu Koen) — Yaponiyanın Hokkaydo adasında yerləşən milli park. Akan–Maşu Milli parkı Daysetsudzan Milli Parkı ilə birlikdə Hokkaydo adasının ən qədim iki milli parkından biridir. Milli park 4 dekabr 1934-cü ildə qurulmuşdur.Akan xeyli sayda meşələrin və vulkanik kraterlərin yerləşdiyi ərazidir. Milli parkın sahəsi 904,81 km2 təşkil edir. Milli park kristal təmizliyinə malik göllərinə, isti bulaqlarına və böyük marimolarına görə tanınır. Bura Yaponiyada marimoların ölçüsünə görə diqqət çəkən yeganə yerdir. == Yerlər == Milli park iki hissədən ibarətdir: Kavayu və Akan. === Kavayu === Buradakı İo dağında və Kavayu onsenində təbii isti bulaqlar və kükürd fumarolaları vardır. Kaldera gölü olan Kussaro gölünün ətrafında Bihoro keçidi, Mokoto dağı və Nisibetsu dağı yerləşir. Gölün sahilində yerləşən Vakoto yarımadasında temperatur daha yüksəkdir və yarımada unikal flora və faunaya sahibdir.
Akan–Maşu Milli Parkı
Akan–Maşu Milli Parkı (阿寒摩周国立公園, Akan Maşu Kokuritsu Koen) — Yaponiyanın Hokkaydo adasında yerləşən milli park. Akan–Maşu Milli parkı Daysetsudzan Milli Parkı ilə birlikdə Hokkaydo adasının ən qədim iki milli parkından biridir. Milli park 4 dekabr 1934-cü ildə qurulmuşdur.Akan xeyli sayda meşələrin və vulkanik kraterlərin yerləşdiyi ərazidir. Milli parkın sahəsi 904,81 km2 təşkil edir. Milli park kristal təmizliyinə malik göllərinə, isti bulaqlarına və böyük marimolarına görə tanınır. Bura Yaponiyada marimoların ölçüsünə görə diqqət çəkən yeganə yerdir. == Yerlər == Milli park iki hissədən ibarətdir: Kavayu və Akan. === Kavayu === Buradakı İo dağında və Kavayu onsenində təbii isti bulaqlar və kükürd fumarolaları vardır. Kaldera gölü olan Kussaro gölünün ətrafında Bihoro keçidi, Mokoto dağı və Nisibetsu dağı yerləşir. Gölün sahilində yerləşən Vakoto yarımadasında temperatur daha yüksəkdir və yarımada unikal flora və faunaya sahibdir.
Alaniya Milli Parkı
"Alaniya" Milli Parkı — Şimali Osetiyanın cənub-qərb hissəsində milli park. Milli park 18 fevral 1998-ci ildə unikal təbiət komplekslərini qorumaq məqsədi ilə yaradılmışdır. Alaniya milli parkı həmçinin ekoloji, təhsil, elmi və mədəni məqsədlər üçün nəzərdə tutulmuşdur. Milli park Rusiya Təbii Sərvətlər Nazirliyi tərəfindən idarə olunur. == Coğrafiyası == Milli park Mərkəzi Qafqazın şimal yamaclarında yerləşir. Milli park ərazisi hər tərəfdən yüksək dağ silsilələri ilə əhatələnib. Milli park ərazisinə yeganə yol Urux çay vadisi boyuncadır. Yol üzərində unikal Axsinta kanyonu var. Parkın yerləşdiyi ərazi yüksək dağlıq zona hesab olunur. Ərazinin minimal hündürlüyü 1350 metrdir.
Alonisos Dəniz Milli Parkı
Alonisos dəniz milli parkı (yun. Εθνικό Θαλάσσιο Πάρκο Αλοννήσου Βορείων Σποράδων, ΕΘΠΑΒΣ) — Yunanıstanın şərq sahillərində yerləşən milli park. Avropada qorunan ən böyük dəniz sahəsidir. Onun sahəsi 2.260 km² təşkil edir. Milli parkın ərazisinə Alonisos (64 km²), həmcini 6 elədə böyük olmayan ada daxildir: Pristera (14 km²), Kira-Panayya (25 km²), Yora (11 km²), Psatura (0,76 km²), Piperion (4,2 km²) və Skandzura (6,2 km²). Parkın ərazisində üstəlik 22 kiçik adacıqlar vardır. Park Yunanıstanın Şimali Sporad rayonu ərazisində yerləşir. Milli park 16 may 1992-ci ildə adi monax suitisinin (Monachus monachus) qorunması məqsədi ilə yaradılmışdır. == Tarixi == Alman alimi və sənədli filmlər rejisoru Tomas Şulse-Vestrum yunan adalarında 1976-cı ildə araşdırma apararkən bölgədə qoruğun yaradılmasını zəruri hesab etmişdir. Altı il sonra, yerli balıqçılar Alonisos adasında bir park yaradılması və onun müdafiəsinə kömək göstərirlər.
Altıağac Milli Parkı
Altıağac Milli Parkı — Azərbaycanın Xızı və Siyəzən rayonlarının ərazilərində yerləşir. 2004-cü ildə yaradılmışdır, 11.035 hektar sahəni əhatə edir. == Ümumi məlumat == Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Ərazisinin 90.5%-ni enliyarpaqlı meşələr təşkil edir. Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir. Milli Parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-çəmən və s. torpaq tipləri yayılmışdır. Ərazidə qışı quraq keçən mülayim-isti və yayı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir. == Bitki örtüyü == Milli Parkın ərazisinin 3585 hektarını meşə əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fısdığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır.
Aqqtelek Milli Parkı
Aqqtelek Milli Parkı (ing. Aggtelek National Park, mac. Aggteleki Nemzeti Park) — Şimali Macarıstanda, Aqqtelek Karst regionunda yerləşən milli park. Milli parkın ən əhəmiyyətli təbiət nümunələrinə xüsusi səth quruluşları və əhəngdaşı landşaftında olan mağaralar daxildir. == Coğrafiyası == Milli park müxtəlif ölçüdə olan 280 mağaradan ibarətdir. Ümumi sahəsi 198,92 km² əhatə edir ki, bunun 39,22 km²-i xüsusi mühafizə edilir. Avropanın ən böyük stalaktit mağarası bu sahədə yerləşir: Baradla mağarası (26 km uzunluğundadır, 8 km hissəsi Slovakiyanın sərhədlərinə daxildir və Domiça adlanır). Mağaranın bəzi hissələrinin müxtəlif məqsədlər üçün istifadə olunur. Məsələn, Sülh mağarasında astma xəstəsi olan insanları müalicə etmək üçün sanatoriya fəaliyyət göstərir. == Tarixi == Mağara haqqında ilk yazılı sənədlər 1579-cu ilə aiddir.
Aukştaytiya Milli Parkı
Aukştaytiya Milli Parkı (lit. Aukštaitijos nacionalinis parkas) — Litvanın şimal-şərqində, Vilnüsün 100 km şimalında yerləşən milli park. 1974-cü ildə təşkil olunmuşdur və Litvanın 5 milli parkından ən qədimidir. Milli parkın ölkədə ilk olduğunu vurğulmaq məqsədi ilə milli parkın ilk adı Litva SSR Milli Parkı olmuşdur. 1991-ci ildə 4 yeni milli park yaradılmış və bütün milli parkların adı etnoqrafik adlarla dəyişdirilmişdir. Həmin il milli parkın adı Aukştaytiya Milli Parkı olmuşdur. Milli park 405.70 km2 ərazini əhatə edir. Parkın yarısı İqnalina rayonundadır. Qalan 50 %-i isə Şbençönski və Utena rayonlarında yerləşir. Ciddi qorunan sahə isə milli parkın 2,1 %-ini təşkil edir.
Auyuittuk Milli Parkı
Auyuittuq Milli Parkı (ing. Auyuittuq National Park) — Kanadanın Nunavut bölgəsində, Baffin Torpağının Kumberlend yarımadasında, Kikiktaaluk regionunda yerləşən milli park. Milli parkda xeyli fiord, artik səhra, qleyzer, buzla örtülü ərazi yerləşir. İnuktitut dilində (Nunavut bölgəsinin yerli İnuit xalqının dili) Auyuittuk sözü (ᐊᐅᔪᐃᑦᑐᖅ) "heç vaxt əriməyən yer" mənasını verir. Burada 1976-cı ildə milli park qoruğu qurulsa da, ancaq 2000-ci ildə rəsmən milli park statusu almışdır. == Haqqında == Milli parkın bitki örtüyü zəifdir. Burada ancaq driada, kampion, lalə, daşdələn kimi çiçək növləri, betula nana, Artika söyüdü, süpürgəotu kimi kollara rast gəlmək mümkündür. Bitki növlərinin çoxu soyuq Artika iqlimində sağ qalmaq üçün toplu şəkildə bitir. Bitki örtüyünün çox zəif inkişaf etməsi səbəbi ilə heyvan növləri də çox azdır. Milli parkda 12 məməli növü (lemminq, artika dovşanı, qaqum, ağ ayı, qütb tülküsü, karibu) yaşayır.
Avropa Oyunları Parkı
Avropa Oyunları Parkı — 2015-ci ildə inşa olunan idman qurğusu Bakı şəhərində Xəzər dənizinin sahilində və Bakı Su İdmanı Mərkəzinin ətrafında yerləşir. == Məlumat == === Çimərlik futbolu və voleybolu Arenası === === Basketbol Arenası === === Su polosu Arenası === Avropa Oyunları Parkında yerləşən Su polosu Arenasında iclas və məlumat otaqları, kafe və VİP sahələr də fəalliyyət göstərir. Su polosu Arenası beynəlxalq tələblər səviyyəsində 1836 və 560 tamaşaçı yeri olan 2 üzgüçülük hovuzu inşa edilib. Həmçinin Su polosu Arenasında tənzimləyici su hovuzu da yaradılıb. Su polosu Arenası ilə Çimərlik futbolu və voleybolu Arenası arasında 2 mərtəbəli keçib inşa olunub. Həmçinin orada VİP lounge və terras yaradılıb.
Ağrı Dağı Milli Parkı
Ağrı Dağı Milli Parkı — Türkiyənin Ağrı və İğdır vilayətlərində yerləşən milli park. 2004-cü ildə Ağrı dağının ərazisində açılan milli parkın sahəsi 88.014 hektardır. Nuh tufanı, meteor krataeri, Türkiyənin ən yüksək dağı və buzlağı, vəhşi həyatın müxtəlifliyi ilə diqqət çəkir. == Haqqında == Milli park müxtəlif heyvan və bitki növlərinə, gözəl peyzaja, vulkanizm ilə bağlı maraqlı relyefə, geoloji xüsusiyyətlərə, sulaq ərazilərə, turizm imkanlarına malikdir. Milli park Türkiyə, İran, Azərbaycan, Ermənistan sərhədlərinin kəsişməsində yerləşir. Ağrının Doğubəyazid, İğdırın Aralıq və Qaraqoyunlu rayonlarında yerləşir. Ağrıdan 100 km uzaqlıqdadır. Türkiyənin ən yüksək dağı olan 5137 metrlik Ağrı dağı və 3898 metrlik Kiçik Ağrı dağı bu parkdadır. Görməli yerlərdən birisi də Buz mağarasıdır. Mağara Kiçik Ağrı dağının ətəklərində, Doğubəyazidin Hallaç kəndindən 3 km uzaqlıqda yerləşir.
Aşağı Kama Milli Parkı
Aşağı Kama — Tatarıstan Respublikası ərazisində yerləşən milli park. Park 20 aprel 1991-ci ildə yaradılmışdır. == Ümumi məlumat == 1991-ci ildə yaradılmış Aşağı Kama Milli Parkında Tatarıstanın zəngin meşə örtüyü və çay subasar əraziləri qorunur. Bu ərazilərin elmi, rekreasiya, təhsil və mədəni məqsədlər üçün istfadəsi nəzərdə tutulmuşdur. Park Tatarıstanın şimal-şərqində, Şərq Ön Kama və Şərq Kama bölgələrində yerləşir. Kama çayı ilə yanaşı park ərazisindən onun qolları olan Toyma, Kriuşi, Tanayki və Şilninki çaylar axır. İnzibatı ərazi baxımdan park iki inzibati rayonun ərazisində yerləşir - Tukaev və Elabuj. Milli parkın ərazisi — 26460 hektardır. Ərazi yayı isti, qışı isə soyuq keçən mülayim-kontinental iqlimə malikdir. Qışda davamlı qar örtüyü yaranır.
Aşağı Tatra Milli Parkı
"Aşağı Tatra" Milli Parkı (slovak. Národný park Nízke Tatry), qısaldılmış halda NAPANT — Mərkəzi Slovakiyada milli park. Park Aşağı Tatra silsiləsində, Vah və Qron çayları vadisi boyunca yerləşir. Parkın sahəsi — 728 km², bufer zonasının sahəsi isə — 1102 km²-dir. Bufer zona hesaba alınarsa park ölkənin ən böyüklərindən biri olur. Milli park inzibati baxımdan Banska Bistritsa, Jilina və Preşov diyarlarının ərazisinə daxildir. Milli parkda ən hündür zirvə — Dyumberdir (2043 m). Kraleva-Qolya zirvəsi yaxınlığından dörd çay öz başlanğıcını götürür — Vah, Qron, Qniles və Qornad. == Tarixi == Aşağı Tatra ərazisində ilkin təbiəti qoruma tədbirləri 1918–1921-ci illərdə həyata keçirilmiş. İkinci Dünya müharibəsindən sonra bu işlər yenidən aktivləşdirlimiş.
Balatonətrafı Milli Parkı
Balatonətrafı Milli Parkı (mac. Balaton-felvidéki Nemzeti Park) — Macarıstanın cənub-qərbində yerləşən milli park. Eyniadlı yüksəklikdə yerləşən milli park Mərkəzi Transdanubiyanın Zala və Vesprem medyelərini əhatə edir. Milli parkın sahəsi — 570 km²-dir. Park 1997-ci ildə yaradılmışdır. Milli park Balaton gölündən şimalda yerləşir. Parkın yerləşdiyi Bakon dağları göl boyu, Balatonfyureddən Kestheyaya qədər ensiz zolaq formasında uzanır. Parkın eni 1 km-lə 15 km arasında dəyişir. Park ərazisinin ən görməli məkanları bunlardı: Tihan yarımadası, Tapolsı mağarası, Tapolsa və Kali çayları hövzəsi, Cənubi Bakonya dağları və Zala çayının mənsəbi və Kiçik Balatondur. Park ərazisi dağlıqdır, landşaftı isə vulkanik mənşəlidir.
Balaxanı Sənaye Parkı
Balaxanı Sənaye Parkı (Balaxanı Eko-Sənaye Parkı) təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə yaradılıb. == Tarix == Balaxanı Sənaye Parkı — 4 may 2011-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkının yaradılması qərara alınmışdır. 28.12.2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" və "Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" imzalanmışdır. 19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur. == Məqsəd == Parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır . == Hədəf == Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq olacaq. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək Hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış olacaq. Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün Parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, xarici infrastruktur kimi yol salınacaq, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək.
Bank-d'Arqen Milli Parkı
Bank-d'Arqen Milli Parkı (ərəb. حوض أركين‎) — Qərbi Afrikada, Mavritaniyanın qərb sahilindəki Nuakşot və Nuadibu şəhərləri arasında yerləşən milli park. UNESCO-nun Ümumdünya irsi olan park, köçəri quşlar, o cümlədən qızılqaz, qaraca qumluqca, qutan və susüpürənlər üçün əsas böyümə yeridir. Quşların yaşayış yerlərinin çox hissəsi qumlu sahillərdədir. Ətraf sular Afrikanın qərbindəki ən zəngin balıq ovu yeridir və bütün qərb bölgəsi üçün yuva yeri kimi xidmət edir. Bank-d'Arqen Milli Parkı həm təbii sərvətləri, həm xalq təsərrüfatına əhəmiyyətli dərəcədə töhfə verən balıqçılığı qorumaq və elmi və estetik cəhətdən dəyərli geoloji ərazilər kimi, geniş ictimaiyyətin maraqları və istirahəti üçün 1976-cı ildə qurulmuş təbiət qoruğudur. Parkın geniş vattaları, Avropanın şimalından, Sibirdən və Qrenlandiyadan gələn iki milyondan çox köçəri sahil quşunu ev ilə təmin edir. Bölgənin mülayim iqlimi və insan fəaliyyətinin olmaması parkı bu növlər üçün dünyanın ən vacib yerlərindən birinə çevirir. Parkda yuva quran quş populyasiyası da çox sayda olması və müxtəlifliyinə görə diqqət çəkir. Ərazidə yaşayan 15 növə aid 25.000 ilə 40.000 cüt arasındakı quş populyasiyası Qərbi Afrikadakı su quşlarının ən böyük koloniyasının təşkil edir.
Başqırdıstan Milli Parkı
Başqırdıstan Milli Parkı (başq. Башҡортостан милли паркы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının ərazisində olan milli park statuslu qorunan ərazi. == Tarixi == 11 sentyabr 1986-cı ildə yaradılmışdır. == Ərazisi == Milli Parkın sahəsi 92 min hektardır. Bunun 83.2 min hektarı - ümumi sahənin 90,4%-i bilavasitə milli parkın, 8,8 min hektarı isə milli parka daxil olmadan yerli torpaq sahiblərinin və istifadəçilərin iqtisadi istifadəsindədir. Çünki parkın sərhədləri içərisində 15 yaşayış məntəqəsi var ki, burada təxminən 3,8 min nəfər yaşayır. Cənubi Uralın alçaq dağlıqlarını və platovarı yüksəkliklərini, Nuquş su anbarı akvatoriyasını əhatə edir. Parkda karst geniş yayılmışdır; Kuperl çayı üstündəki təbii körpü bunun nadir təzahürüdür. Ərazidə çoxlu sayda mağaralar var. == Florası == Bitki örtüyündə enliyarpaqlı palıd, cökə, ağcaqayın, qarağac meşələri geniş yayılmışdır.
Beringiya Milli Parkı
Beringiya Milli Parkı (rus. Берингия) — Rusiyanın ən şimal-şərq regionu olan Çukotka Muxtar Dairəsinin şərq ucunda yerləşən milli park. Beringiya bərzəxinin qərbində (Asiyada) yerləşir. == Haqqında == E.ə. 11 000-ci ilə qədər bu ərazilər Beringiya ilə Şimali Amerika ilə əlaqələnirdi. Şərq hissədə — Alyaskada yerləşən Berinq Lend Bric Milli Qoruğu ABŞ Milli Park Xidməti tərəfindən idarə olunur. ABŞ ilə Rusiya arasında bu iki parkı beynəlxalq parka çevirmək barədə danışıqlar olmuşdur, amma indiyə qədər heç nə rəsmiləşməyib. Seyrək olan əhalinin böyük hissəsi yerli əhalidən — çukçalardan və Yupik xalqlarından ibarətdir. Park 2013-cü ildə milli park statusu əldə etmişdir. Beringiya Milli Parkı Çukot yarımadasında iki rayonu əhatə edir: cənubda Providensk rayonu, şimalda Çukotsk rayonu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 29.39 dəfə / 1 mln.
2002 •• 6.85
2003 ••••• 18.50
2004 •••••• 21.22
2005 ••••• 17.54
2006 •••••• 21.40
2007 ••••••• 26.43
2008 ••••••• 23.63
2009 ••••• 17.44
2010 ••••• 16.79
2011 ••••• 18.79
2012 ••••••• 24.09
2013 •••••••••••••••••••• 78.19
2014 •••••••• 29.17
2015 ••••••••• 33.68
2016 ••••••••••• 40.09
2017 •••••••••• 36.58
2018 •••••••••••• 46.75
2019 •••••••••• 35.61
2020 ••••• 19.23

"parkı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#parkı nədir? #parkı sözünün mənası #parkı nə deməkdir? #parkı sözünün izahı #parkı sözünün yazılışı #parkı necə yazılır? #parkı sözünün düzgün yazılışı #parkı leksik mənası #parkı sözünün sinonimi #parkı sözünün yaxın mənalı sözlər #parkı sözünün əks mənası #parkı sözünün etimologiyası #parkı sözünün orfoqrafiyası #parkı rusca #parkı inglisça #parkı fransızca #parkı sözünün istifadəsi #sözlük