* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1796-cı ildə Napoleon tarix səhnəsində peyda olaraq ilk qələbələrini qazanmağa başlayan zaman Avropa artıq yüz il idi ki, nisbətən kiçik, amma peşəkar ordularla müharibə aparırdı. Mülki əhali isə hərbi əməliyyatlardan, demək olar ki, əziyyət çəkmirdi. Fransa inqilabı buna son qoydu. Napoleon özünün sürətlə irəliləyən ordusunu ərzaqla təmin etməkdə çətinlik çəkirdi. Arabalarla daşınan azuqə əsgərlərin tələbatını ödəmirdi. Bu səbəbdən də onlar tutduqları torpağın verdiyi nemətlərlə dolanırdılar. Lakin bu həmin torpaqda yaşayan insanların xoşuna gəlmirdi. 1808-ci ildə Napoleonun ordusu İspaniyaya soxulanda ispanlar heç kimin gözləmədiyini etdilər – əllərinə silah aldılar. Napoleon nizami orduya qalib gələ bilərdi və bunu etmişdi də, amma sadə kəndli-ispanlar mığmığa kimi çox idilər. Fransızlar onları qovur, dəf edirdilər, ispanlar isə elə hey qayıdır, düşmənlərini təqib edir, onları “sancırdılar”. Nəhayət, fransızlar ölkədən çıxarıldılar. Kəndlilərin bu müharibəsini ispanlar özləri “kiçik müharibə” (guerilla) adlandırırdılar. Başqa ölkələrdə isə bu döyüşlərə ancaq böyük müharibələr apara bilən orduya qarşı kiçik dəstələr – “partiyalarla” (partizan) aparılan müharibə deyirdilər. O vaxtdan peşəkar orduya qarşı kiçik dəstələrlə, plansız şəkildə döyüşən qeyri-mütəşəkkil orduları da partizan dəstələri adlandırırlar. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / partizanlar