Pavlov sözü azərbaycan dilində

Pavlov

Yazılış

  • Pavlov • 96.7480%
  • PAVLOV • 1.6260%
  • pavlov • 1.6260%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mixail Pavlov
Mixail Pavlov (9 (21) yanvar 1863, Lənkəran, Lənkəran qəzası – 10 yanvar 1958, Moskva, RSFSR, SSRİ) — sovet metallurqu; SSRİ EA-nın akademiki; Sosialist Əməyi Qəhrəmanı (1945).
Pavlov adaları
Pavlov adaları (ing. Povlof Island, aleut. Qudugin) — ABŞ-nin Alyaska ştatı ərazisində, Pavlof körfəzinin cənubunda, Şərqi Aleut adaları borosunda yerləşən yeddi adadan ibarət qrup. Qrupa daxil olan adalar:Dolqaya (aleut. Anganax̂six̂) (qrupun ən böyük adası), Qoloy (aleut. Atx̂uunux̂), İnner İlyasik (aleut. Iluuĝix̂ Ixsaĝdaaĝux̂), Aute İlyasik (aleut. Qagaaĝix̂ Ixsaĝdaaĝux̂), Popereçnoy (aleut. Kuyagdax̂), Ukolnaya (aleut. Kitaĝutax̂̂), Voznesenski (aleut.
Valentin Pavlov
Valentin Pavlov (rus. Валентин Павлов; 26 sentyabr 1937[…], Moskva – 30 mart 2003, Moskva) — SSRİ baş naziri və Sovet siyasətçisidir. Pavlov uğursuz pul islahatını həyata keçirdi. İslahat alınmadı və bu Pavlovun Dövlət Fövqəladə Vəziyyət Komitəsinə qoşulmasına səbəb oldu. Dövlət Fövqəladə Vəziyyət Komitəsi 19 avqustda Qorbaçovu devirməyə cəhd etdi. Qəsdə əlbir olmasına görə Pavlov 29 avqustda həbs edildi.
Viktor Pavlov
Viktor Pavloviç Pavlov (rus. Виктор Павлович Павлов) — Sovet və Rusiya aktyoru, Rusiyanın xalq artisti (1994). == Həyatı == Viktor Pavlov 6 oktyabr 1940-cı ildə Moskvada anadan olmuşdur. 1956-cı ildə səkkizillik məktəbi bitirdikdən sonra zavodda çilingər işləmişdir. Eyni vaxtda işçi gənclər məktəbində oxumuş və Müəllimlər evi yanında dram dərnəyində rollar oynamışdır. MXAT-ın aktyoru və rejissoru olan Vadim Boqomolov Viktoru Bauman adına Moskva Texniki Universitetinin yerinə teatral sahəyə daxil olmağa razı salır. 1959-cu ildə Viktor Pavlov Şşepkin adına yüksək teatr məktəbində Nikolay Annenkovun kursunun tələbəsi olmuşdur. Pavlov oranı 1963-cü ildə bitirmişdir. O, kursda Mixail Kononov və Oleq Dalla birlikdə oxumuşdu. O, 1961-ci ildən başlayaraq epizodik rollarda kinoya çəkilirdi.
İvan Pavlov
İvan Petroviç Pavlov (rus. Иван Петрович Павлов; 14 (26) sentyabr 1849, Ryazan, Ryazan quberniyası[d], Rusiya imperiyası – 27 fevral 1936[…]) — rus fizioloq, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı, akademik. == Həyatı == Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizioloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Fizioloji və psixologiya sahəsindəki işləri ilə psixofizioloji və təcrübi psixologiya sahələrini dərindən təsir etdi. Bu səbəblə hər iki elm sahəsinin qurucularından sayılır. Leninqrad Fiziologiya İnstitutunun başında olaraq işlərini davam etdirdi. Şərtli reflekslərin təbiəti və işləyişi mövzusundakı kəşfi, bütün araşdırmaları öyrənmə sahəsinə yönəltdi. Pavlovun itlər üzərində etdiyi klassik şərtlənmə təcrübələri məşhurdur. İtə ilk olaraq bir neçə dəfə zəng çalınır lakin it reaksiya vermir. Sonradan ət verilər, itin tüpürcəkləri axır.
Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti
Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti (rus. Первый Санкт-Петербургский государственный медицинский университет имени академика И. П. Павлова) — Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitet 1897-ci ildə Qadın tibbi institutu adı altında yaradılıb, 2013-cü ildə isə universitetə hazırkı adı verilib. Rus fizioloq, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı İvan Pavlovun adını daşıyır. Rusiyanın ən qədim tibb universitetlərindən biri hesab olunur.Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti Sankt-Peterburq şəhərində öz strukturunda poliklinikaya malik olan yeganə ali məktəbdir. == İstinadlar == == Xarici keçidlər == Rəsmi saytı Vikianbarda Akademik İ. P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti ilə əlaqəli mediafayllar var.
"Pavlovniya çiçəkləri" ordeni
"Pavlovniya çiçəkləri" ordeni (桐花章, Tōka shō) — xüsusən də ictimai və siyasi həyatda uzun illər ərzində görkəmli nailiyyətlər əldə etmiş şəxslərə verilən Yapon ordenidir. Orden 1888-ci ildə Yaponiya hökumətinin fərmanı ilə verilməyə başlanmış və "Doğan günəş" ordeninin ən yüksək ordeni olaraq təqdim olunmuşdursa da, 2003-cü ildən müstəqil bir orden olaraq təqdim edilməyə başlanmışdır. Orden ənənəvi olaraq görkəmli dövlət xadimlərinə, keçmiş baş nazirlərə və yüksək vəzifəli nazirlərə, diplomatlara və hakimlərə verilir. Bu orden, şəxsin ölümündən sonra da verilə bilər və Yaponiyanın mükafat sistemində müntəzəm olaraq verilən ən yüksək mükafatdır. Bu mükafatlar hər il verilmir və 2003-cü ildən bu yana cəmi 24 nəfər şəxs bu ordeni almaq şərəfinə nail olmuşdur.
Aleksandra Pavlovna
Aleksandra Pavlovna (Rusca: Александра Павловна) (d. 9 avqust 1783 - ö. 16 mart 1801) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın ilk qızıdır.
Anna Pavlova
Anna Pavlova (balerina) — rus balerina. Anna Pavlova (gimnast) — gimnast.
Anna Pavlova (balerina)
Anna Pavlova (12 fevral 1881, Sankt-Peterburq – 23 yanvar 1931[…], Haaqa) — 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində məşhurlaşmış rus balerina. Pavlova klassik balet tarixindəki ən yaxşı balerinalardan biridir. Pavlova ən çox "Ölmüş qu quşu" baletindəki rolu ilə tanınır. == Ölümü == Laheyə gedərkən Pavlova sətəlcəmi olduğunu və buna görə də,əməliyyat olmaq məcburiyyətində olduğunu,amma əməliyyat olarsa heç vaxt rəqs edə bilməyəcəyini söyləmişdir.Bu hadisələrə açıqlama olaraq o demişdir ""Bir də rəqs etməməkdənsə,ölməyə üstünlük verərəm." Əməliyyat olmağı rədd etmiş və 50-ci ad günündən üç həftə öncə vəfat etmişdir.Öldükdən sonra yandırılmışdır və külləri Londonda mühafizə olunur.
Anna Pavlova (gimnast)
Anna Pavlova — Rus əsilli sabiq Azərbaycanlı idman gimnastıdır. 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarının 2 qat bürünc medalçısıdır. Dünya Çempionatının 1 qat bürünc medalçısıdır. Avropa Çempionatının isə 5 qat gümüş və 2 qat bürünc medalçısıdır. 2004-cü ildə Rusiyanın "Vətənə xidmətə görə" II dərəcəli ordeni ilə təltif edilmişdir. == Həyatı == Anna Pavlova 6 sentyabr 1987-ci ildə Rusiyanın Orexovo-Zuyevo şəhərində anadan olmuşdur.
Anna Pavlovna
Anna Pavlovna (Rusca: Анна Павловна) (d. 18 yanvar 1795 — ö. 1 mart 1865) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın beşinci qızıdır.
Ilya Pavlovich Petrushevsky
İlya Pavloviç Petruşevski (rus. Илья́ Па́влович Петруше́вский; (10 (22) iyun 1898, Kiyev – 1977[…], Leninqrad) ― Sovet şərqşünası, SSRİ-nin Əməkdar Elm Xadimi. Tarix Elmləri doktoru və professor. == Tərcümeyi-hal == 1926-cı ildə Xarkov və Bakı Universitetlərinin tarix-filologiya fakültəsini bitirmişdir. 1926-1931-ci illərdə Bakıda işləmişdir. 1931-ci ildə P. K. Zhoze və Yu. N. Marr, Tiflisdəki SSRİ Elmlər Akademiyası Qafqaz Tədqiqatları İnstitutunda ərəb və fars dillərini öyrənmişdir. 1933-1936-cı illərdə Tiflis Universitetində dərs demişdir. Tarix elmləri namizədi (1935, müdafiəsiz). 1936-1941-ci illərdə SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun Leninqrad filialında işləmiş, regional pedaqoji institutda dərs demişdir.
Konstantin Pavloviç
Konstantin Pavloviç (Rusca: Константин Павлович) (d. 27 aprel 1779 — ö. 27 iyun 1831) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın ikinci oğludur.
Ligularia pavlovii
Ligularia pavlovii (lat. Ligularia pavlovii) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Mariya Pavlovna
Mariya Pavlovna (Rusca: Мария Павловна) (d. 16 fevral 1786 - ö. 23 iyun 1859) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın üçüncü qızıdır.
Milena Pavloviç-Barili
Milena Pavloviç-Barili (çex. Милена Павловић-Барили 5 noyabr 1909[…], Pojarevaç[d], Serbiya krallığı – 6 mart 1945, Nyu-York, Nyu-York ştatı) — Serb əsilli şairə və rəssam. Serb modernizmin ən görkəmli qadın sənətkarıdır. == Bioqrafiyası == Milena Pavloviç-Barili 5 noyabr 1909-cu ildə Pojarevaç şəhərində (Serbiya) anadan olmuşdur. Atası Bruno Barili bəstəkar, musiqi tənqidçisi və şair idi. Anası Daniçi Pavloviç Karaqeorqieviç sülaləsindən gəlirdi və incəsənət öyrənirdi. 1922-1926-cı illərdə Milena Belqraddakı Kral İncəsənət məktəbində, 1926-1928-ci illərdə Münhendə incəsənət təhsili alır. 1930-cu illərin əvvəllərində Milena Serbiyanı tərk etdir. İkinci Dünya müharibəsi başlamazdan əvvəl bir neçə dəfə qısa müddətə Serbiyaya gəlir. Vaxtının çoxunu İspaniya, Roma, Paris və Londonda keçirir, burada Jan Kokto və Andre Breton ilə ünsiyyət qurmaq imkanı olur.
Mixail Pavloviç
Mixail Pavloviç (Rusca: Михаи́л Павлович) (d. 8 fevral 1798 - ö. 9 sentyabr 1849) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın son övladıdır.
Olqa Pavlovna
Olqa Pavlovna (rus. Ольга Павловна) (11 iyul 1792, Sankt-Peterburq – 15 yanvar 1795, Sankt-Peterburq) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın beşinci qızıdır.
Pavlova tortu
Pavlova tortu (ing. pavlova, сокр. pav) —Bizeli tort olub meyvələrdən ibarətdir. == Haqqında == Balerin kimi həssas və kövrək olan bu tort Avstraliyada və Yeni Zellandiyada məşhurdur. Beze, çalınmış xamadan tropik meyvələrdən və giləmeyvələrdən ibarətdir. Pavlovanı bəzən tort kimi bəzən isə kiçik hissəciklər şəklində porsiyon olaraq hazırlanır və ona uyğun bəzədilir. == Tarixi == Balerina Anna Matveyivna Pavlovanın şərəfinə adlandırılıb.1926-cı ildə Avstraliyadan Yeni Zellandiyaya gələn zaman hazırlanmışdır. Bu məşhur rəqqasənin adına müxtəlif şokaladlar, konfetlər, müxtəlif geyimlər, ətirlər adlandırılmışdır. Tortun dəqiq yaranması haqqında məlumatlar avstraliyalılarlar və yeni zellandiyalılar arasında mübahisə doğurmuşdur. Lakin bu mübahisələrə baxmayaq halhazırda bir çox bayramlarda həm Yeni Zellandiyada, həm də Avstraliyada süfrələrdə yer alır.
Pavlovka
Pavlovka — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Pavlovka SES — Rusiyada su elektrik stansiyası. Pavlovka su anbarı — Rusiyada su anbarı.
Pavlovsk
Pavlovsk ( rus . Па́вловск ) — Rusiyanın Voronej vilayətində , Don çayının sol sahilində, Osered çayının qovuşduğu yerdə , Voronejdən 234 kilometr (145 mil) cənub-şərqdə yerləşən şəhər və Pavlovski rayonunun inzibati mərkəzi vilayətinin inzibati mərkəzi . Əhali: 25,126 ( 2010-cu il siyahıyaalınması ) ; 26,365 ( 2002-ci il siyahıyaalınması ) ; 25,905 ( 1989 siyahıyaalınması ) . == Tarix == 1709-cu ildə Böyük Pyotr gəmi doklarını Voronejdən yeni yerə köçürdü və müxtəlif vaxtlarda Sereda , Osered və Oseredskaya adlanan yeni bir qalanın tikintisinə başladı . [ sitat lazımdır ] 1711-ci ildə Azov dənizindəki Müqəddəs Pavel qalasından buraya qarnizon köçürüldü və qalanın adı dəyişdirilərək Pavlovskaya (bəzən Novopavlovskaya da deyilir ), ətrafındakı şəhər isə Pavlovsk adlandırıldı. 18-ci əsrin sonunda şəhər öz əhəmiyyətini itirdi və tənəzzülə uğradı. === Əhali və inkişafı === == Coğrafiya == Şəhər əyalətin paytaxtı Voronejdən təxminən 156 km cənub-şərqdə, Donun sol sahilində, Ossered çayının ağzında yerləşir . Pavlovsk eyniadlı Rajonların inzibati mərkəzidir . Şəhər Talovajadan ( Xarkov - Balaşov - Penza marşrutu üzrə) Buturlinovka (bu gün yalnız yük daşımaları ) vasitəsilə dəmir yolu xəttinin son nöqtəsidir. == Mədəniyyət == Qəsəbədə keçmiş qalanın hissələri ( torpaq redutları və dörd burçun torpaq qalaları , admirallıq adlanır ), həmçinin 19-cu əsrə aid bir sıra ictimai və yaşayış binaları qorunub saxlanılmışdır.
Pavlovsk (muzey-qoruq)
«Pavlovsk» Dövlət İncəsənət-Memarlıq və Park-Saray muzey qoruğu (rus. Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник (ГМЗ) «Павловск») – XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid park-saray ansamblı. Saray Peterburqun şəhərətrafı sayılan Pavlovsk şəhərində yerləşir. Saray-park kompleksinin mərkəzi İmperator I Pavelin yay iqamətgahı olan Pavlov sarayı hesab olunur. Saraya bitişik ərazidə və Slavyanka çayının hər iki sahilində 600 hektarlıq geniş park yerləşir və Avropanın ən böyük mənzərəli parkı hesab olunur. Saray və park 50 il müddətində 5 tanınmış memar - Çarlz Kameron, Vinçentso Brenna, Cakomo Kvarengi, Andrey Voronixin və Karlo Rossi tərəfindən inşa olunmuşdu. == Ərazi bölgüsü: parkın tərkib hissələri == Pavlov parkı aşağıdakı sahələrə bölünür: Böyük ulduz (Bu keçidlə siz parkın digər sahələrinə də baxa bilərsiniz) Slavyanka çayının vadisi Mərkəz (Saray ətrafı rayonu) Köhnə Silviya Yeni Silviya Bəyaz ağcaqayın Parad sahə == Tarix == Saray 50 ilə inşa olundu və tikinti işləri şərti olaraq üç mərhələdə həyata keçirildi: Memar Çarlz Kameron tərəfindən 1782—1796-cı illərdə malikanənin əsası və planlaşdırılması həyata keçirilmişdi. Memar Viçentso Brenna malikanəni ətrafdakı parklarla birgə imperator sarayına çevirmişdi. Memarlar Voronixin, Kvarenqa, Rossi və həmçinin rəssam Pyetro Qonzaqo tərəfindən sarayın bəzək və bədii tərtibatı hazırlanmışdı. === 1782—1796-cı illərin Rusiya zadəgan malikanəsi === Pavlov sarayın əsası 25 may 1782-ci ildə qoyulmuşdu.
Pavlovski qalası
Pavlovski qalası — Rusiya imperiyası ərazisində inşa edilmiş unikal müdafiə tikilisi. Qalanın tikintisinı 1701-ci ildə başlanılmışdır. Qala Mius limanının yuxarı hissəsində qərarlaşırdı. Müdafiə tikilisi hazır ki, Taqanroq şəhərindən 2 km aralıda yerləşir. == Tarixi == Pavlov qalasının təməlləri hələ 1697-ci ildə Azov dənizi sahillərində yerləşən Petruşin dili ərazisində qoyulmuşdu. Tikinti işləri avstriyalı mühəndis Antoni Yakovleviç Lavala həvalə edilmişdi. 1698-ci ilin martında tikinti işləri tamamən dayandırılmışdır. 1701-ci ildə isə tikinti işləri bərpa edilir. Ancaq qala əvvəlki ərazidə inşa edilmir. Onun tikinti yeri Miusski dilini limanının hissəsinə köçürülür.
Pavlovski rayonu
Pavlovski rayonu (rus. Павловский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi şəhər tipli Pavlovskaya kəndidir. == Coğrafiyası == Rayon regional mərkəzdən 140 km məsafədə yerləşir və Krasnodar ərazisinin şimal çöl hissəsində Kuban-Priazovskaya düzənliyində yerləşir. Düzən bir relyefə malikdir. Təbii su tutarları olmayan bölgə eyni zamanda ümumi su səthi 384 hektar olan bir sıra süni gölməçələrə malikdir. Bölgədə bir neçə yerli tikinti materialının yataqları (qum və gil) aşkar edilmişdir. İqlimi mülayim kontinentaldır, bölgə qeyri-sabit nəmlik zonasına aiddir. Rayonun sahəsi 1 788.8 km²-dir. Dəniz səviyyəsindən orta hündürlük təxminən 50 m-dir.
Pavlovskiy Posad
Pavlovskiy Posad — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Stepan Pavloviç Zelinski
Stepan Pavloviç Zelinski (rus. Степана Павловича Зелински == Həyatı == İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuşdur. 1881-ci ildə «Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar» (SMOMPK) məcmuəsinin birinci sayında çap olunmuş «İrəvan şəhəri» (54 səhifə), «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) adlı məqalələrində İrəvan şəhərinə və çevrəsinə dair əhəmiyyətli məsələlər yer almışdır. S.P.Zelinskinin qeyd olunan məcmuənin 1882-ci ilə aid ikinci sayında verilmiş «İrandan köçürülüb İrəvan quberniyasının Naxçıvan qəzasında yerləşdirilmiş ermənilərin məişətindən etnoqrafik oçerklər» adlı zəngin informasiya tutumuna malik məqaləsi də qayəsi etibarilə İrəvan şəhəri və çevrəsi haqqında yazılanların davamı təsiri bağışlayır. «Гoрод Эривань» məqaləsi. (54 səhifə) 1881 «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) Экономический быт. гос.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.41 dəfə / 1 mln.
2004 •• 0.34
2005 •••••••••••••••••••• 4.72
2007 0.21
2010 0.18
2011 0.17
2012 •• 0.43
2013 ••••• 1.02
2014 •• 0.34
2015 •• 0.34
2017 •••••••• 1.79
2018 •• 0.45
2019 0.14
2020 •• 0.27

Oxşar sözlər

#pavlov nədir? #pavlov sözünün mənası #pavlov nə deməkdir? #pavlov sözünün izahı #pavlov sözünün yazılışı #pavlov necə yazılır? #pavlov sözünün düzgün yazılışı #pavlov leksik mənası #pavlov sözünün sinonimi #pavlov sözünün yaxın mənalı sözlər #pavlov sözünün əks mənası #pavlov sözünün etimologiyası #pavlov sözünün orfoqrafiyası #pavlov rusca #pavlov inglisça #pavlov fransızca #pavlov sözünün istifadəsi #sözlük