Azərbaycan paxlavaları
Azərbaycan paxlavası — Azərbaycan, Türk, Cənubi Asiya, Orta Şərq və Balkan mətbəxlərində yer almış önəmli bir xəmir şirniyyatdır. Amma 8 avqust 2013-cü ildə AB Komissiyası tərəfindən paxlavanın Türk mətbəxinə məxsus şirniyyat olduğu qeyd olunmuşdur. Nazik xəmirlər arasında qoz, fındıq, badam və ya püstə əlavə edilərək hazırlanır. Azərbaycanda daha çox qoz ləpəsi ilə hazırlanır.
== Hazırlanması ==
=== Tərkibi ===
Xəmir üçün: 1kq un 3 yumurta 250 q kərə yağı 1 st süd 2 x.q xama 1 ç.q quru maya Duz
İçlik üçün: (İçliyi badam ləpəsi ilə də edə bilərsiniz.) (Qoz ya da badam ləpəsinin qabığını çıxardıb qoz çəkən maşından keçiririk) 1 kq qoz ləpəsi 1kq şəkər tozu 1/3 ç.q hil.
Yağlamaq üçün: 400–450 q kərə yağı
Şərbət üçün: 2st şəkər tozu 1 st su
Üzü üçün: 2 ədəd yumurta sarısı badam ləpəsi (fındıq ya da qoz ləpəsi qoymaq olar)
Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq. Yağı əridirik. Mayanı ilıq suda qarışdırırıq 5–10 dəqiqə qalır köpüklənir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik.