pedaqogika sözü azərbaycan dilində

pedaqogika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • pedaqogika • 75.0549%
  • Pedaqogika • 24.9451%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pedaqogika
Pedaqogika — tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm. «Pedaqogika» sözü iki yunan sözündən ("payda" və "qoqos") əmələ gəlib, hərfi mənası «uşaq ötürən» deməkdir. O, tərbiyə haqqında elmdir. Pedaqogikanın bir elm kimi obyekti pedaqoji proses və onun mərkəzində duran insandır. Onun mövzusu isə pedaqoji prosesin qanunauyğunluqlarını aşkara çıxarmaq, insanın şəxsiyyət kimi formalaşması və tərbiyəsi məsələlərini həll etməkdir. Pedaqogikanın mövzusu təkcə uşaqların tərbiyəsi ilə məhdudlaşmır; o, ümumilikdə insan tərbiyəsi məsələlərini öyrənir. Hər bir elmdə olduğu kimi, pedaqogikanın da özünəməxsus anlayışlar sistemi vardır. Buraya pedaqoji proses, tərbiyə, özünütərbiyə, yenidəntərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı və s. anlayışlar daxildir. Pedaqoji proses tərbiyə, təhsil, təlim və şəxsiyyətin inkişafı proseslərinin vəhdətidir.
Eksperimental pedaqogika
Eksperimental pedaqogika XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Avropada və ABŞ-də yayılmış pedaqoji cərəyanlardan biri. == Haqqında == Eksperimental pedaqogika qarşısında uşağı eksperimentlər əsasında öyrənmək məqsədini qoymuşdur. Eksperimental tədqiqatlarda uşaq psixologiyasını dərindən öyrənmək və buna əsasən də riyazi dəqiqliklə onun alacağı tərbiyənin məzmununu müəyyənləşdirmək zərurəti əsaslandırılırdı. Tədqiqatçılar uşağı və onun davranışını öyrənməyə səy göstərirdilər. Eksperimental tədqiqatlarda test üsulundan da istifadə edilir: bu, sual və məsələ şəklində düzəldilmiş tapşırıqlar idi. Tədqiqat zamanı uşaq psixologiyası və fiziologiyasının, eyni zamanda sosiologiyanın elmi nailiyyətlərindən və faktlarından geniş istifadə olunurdu. Alman pedaqoqu İ.Kerçmarın “Fəlsəfi pedaqogikanın sonu” kitabında fakt kultu ön plana çəkilirdi. Fransız pedaqoqu Pol Lapi də pedaqoji tədqiqatlarda psixologiyanın nailiyyətlərindən istifadəni zəruri sayırdı. O yazırdı ki, əgər əvvəllər pedaqogika ya metafizik fərziyyələr, ya da ədəbi roman olmuşdursa, psixologiya elminin nailiyyətlərindən istifadə etməklə öz mövzusunu müəyyənləşdirdi. Psixologiya təfəkkürün və qabiliyyətin müxtəlif növlərini üzə çıxararaq şagird şəxsiyyətinin fərdi keyfiyyətlərini açıqladı ki, bu da pedaqogika elmi üçün dəyərli töhfə oldu.
Pedaqogika nəşriyyatı
"Pedaqogika" nəşriyyatı 3 yanvar 2000-ci ildə yaradılmışdır. Təsisçisi fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlıdır. Əsas fəaliyyəti dərsliklərin və dərs vəsaitlərinin nəşri ilə bağlıdır. Bununla yanaşı elmi, bədii və məlumat ədəbiyyatının buraxılışı ilə də məşğul olur. == Əlaqə == Ünvan: Bakı şəhəri, S. Rəhimov küçəsi, 108. Tel.: (012)596–22-07, 596–22-08. Faks: 596–17-03. E-mail: [email protected].
Tiflo pedaqogika
Tiflo pedaqogika — görmə məhdudiyyəti olan insanların təhsil imkanlarının özündə ehtiva edilməsi. Zəif görən və ya tamamilə görə bilməyən şəxslər üçün qədim dövrlərdən etibarən müxtəlif təhsil imkanları yaradılmışdır.
Ev tapşırığı (pedaqogika)
Tatarıstan Dövlət Humanitar Elmlər və Pedaqogika Universiteti
Tatarıstan Dövlət Humanitar Elmlər və Pedaqogika Universiteti (tatar. Татар дәүләт гуманитар-педагогика университеты; rus. Татарский государственный гуманитарно-педагогический университет) Rusiya Federasiyasının Kazan şəhərində yerləşən universitetlərdən biridir. Universitet 2005-ci ildə tatar dilindən tədris dili kimi istifadə edən və ya tatar dilinin tədqiqi üzrə ixtisaslaşmış olan bir çox müxtəlif institutların (məsələn, Kazan Dövlət Pedaqoji Universiteti və 1996-cı ildə tatar dilində verilən ali təhsilin sahələrinin genişləndirilməsi məqsədilə yaradılmış olan Tatar Dövlət Humanitar Elmlər İnstitutu) birləşdirilməsi nəticəsində yaradılmışdır. Bu universitet Moskva Dövlət Pedaqoji Universiteti və Sankt-Peterburqdakı Hertzen Universitetindən sonra Rusiyanın üçüncü ən qədim pedaqoji universiteti hesab olunan Kazan Dövlət Pedaqoji Universitetinin varisi hesab olunur. == Haqqında == Universitetin əsası 1876-cı il oktyabr ayının 24-də Kazan şəhərində "Kazan Müəllimlər İnstitutu" (rus. Казанский учительский институт) adı ilə gələcəkdə şəhərin orta məktəblərində dərs deyəcək müəllimləri hazırlamaq məqsədilə qoyulmuşdur. 1917-ci il Rusiya inqilabından sonra bu ali təhsil müəssisəsi 1918-ci ildə yenidən "Kazan Pedaqoji İnstitutu" (rus. Казанский учительский институт) adı ilə yaradılmışdır. Daha sonra isə bu universitet bir-birinin ardınca Şərq Pedaqoji İnstitutu (1922), Tatar Pedaqoji İnstitutu (1931), Kazan Dövlət Pedaqoji İnstitutu (1934) və Kazan Dövlət Pedaqoji Universiteti (1994) kimi müxtəlif ad dəyişikliklərinə məruz qalaraq fəaliyyət göstərmişdir.

pedaqogika sözünün leksik mənası və izahı

pedaqogika sözünün rus dilinə tərcüməsi

  • 1 педагогика (наука о принципах и методах воспитания)

    Azərbaycanca-rusca lüğət / pedaqogika
  • 2 сущ. педагогика (наука о воспитании, образовании и обучении). Yaş pedaqogikası возрастная педагогика, məktəbəqədər pedaqogika дошкольная педагогика, müqayisəli pedaqogika сравнительная педагогика, xüsusi pedaqogika специальная педагогика

    Azərbaycanca-rusca lüğət / pedaqogika

pedaqogika sözünün inglis dilinə tərcüməsi

pedaqogika sözünün fransız dilinə tərcüməsi

pedaqogika sözünün ləzgi dilinə tərcüməsi

"pedaqogika" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pedaqogika nədir? #pedaqogika sözünün mənası #pedaqogika nə deməkdir? #pedaqogika sözünün izahı #pedaqogika sözünün yazılışı #pedaqogika necə yazılır? #pedaqogika sözünün düzgün yazılışı #pedaqogika leksik mənası #pedaqogika sözünün sinonimi #pedaqogika sözünün yaxın mənalı sözlər #pedaqogika sözünün əks mənası #pedaqogika sözünün etimologiyası #pedaqogika sözünün orfoqrafiyası #pedaqogika rusca #pedaqogika inglisça #pedaqogika fransızca #pedaqogika sözünün istifadəsi #sözlük