perqament sözü azərbaycan dilində

perqament

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • perqament • 74.6032%
  • Perqament • 25.3968%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Perqament
Perqament (alm. Pergament‎, yun. Πέργαμον, Perqamon) — heyvan dərilərindən hazırlanmış və yazı yazmaq üçün nəzərdə tutulmuş material. E.ə. II əsrdə istifadə olunmağa başlanmışdır. Materialın adı onun ilk dəfə hazırlandığı Perqam şəhərinin adından götürülmüşdür. Perqament aşılanmamış qoyun, dana, balıq, ceyran, bəbir və ya keçi dərisindən hazırlanırdı. Papirusdan fərqli olaraq perqamentdən geniş istifadə olunmasının səbəbi onun üzərində suda həll oluna bilən mürəkkəblə yazılmış yazını silib, yenisini yazmaq imkanının olması idi. Bundan başqa, perqamentin hər iki üzünə yazı yazmaq mümkün idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2007 ••••••••••••••••••• 0.63
2009 ••••• 0.16
2010 •••••••••••••••• 0.54
2011 •••••••••••••••••••• 0.69
2012 ••• 0.09
2014 •••••• 0.17
2015 ••••• 0.17

perqament sözünün leksik mənası və izahı

  • 1 [Kiçik Asiyada qədim Perqama şəhərinin adından] 1. Kağız icad olunana qədər üstündə yazı yazmaq üçün istifadə olunan xüsusi surətdə işlənmiş heyvan dərisi. 2. Həmin material üzərində yazılmış qədim əlyazması. [Peterburq akademiyasında] üstü yazılı daşlar və qeyri qədim şeylər, o cümlədən perqament üstə yazılan Quran saxlanır. “Əkinçi”. 3. Yağ və rütubət buraxmayan sıx və möhkəm kağız.

    Azərbaycan dilinin izahlı lüğəti / perqament

perqament sözünün etimologiyası

  • 1 İsgəndəriyyə şəhərinin vaxtilə dünyanın mədəniyyət mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri onun olduqca əlverişli coğrafi mövqeyi, əsas papirus mənbəyinin yanında yerləşməsi idi. Bu isə şəhərdə həmin çox qiymətli materialdan hazırlanmış kifayət qədər vərəqin olmasına yol açırdı. İsgəndəriyyə kitabxanasının yaranmasının əsas səbəbi də məhz bu idi. Amma belə vəziyyət digər bölgələrin bu məsələdə Misirlə rəqabət aparmağına mane olmurdu. Belə rəqiblərdən biri Kiçik Asiyanın qərbində e.ə 250-ci ildə yaranmış və paytaxtı Perqam olan müstəqil dövlət idi. Perqamda çox gözəl bir kitabxana yaradılmışdı. Yazı üçün yaxşı aşılanmış heyvan dərilərindən də istifadə etmək olardı, amma bu çox baha başa gəlirdi. Şəhərdə dərinin hər iki üzündən istifadə etməyə imkan verən yeni aşılama üsulu tapıldı. Bu üsulla emal edilmiş dərinin qiyməti əvvəlkindən iki dəfə ucuz olduğundan Perqam kitabxanası böyüklüyünə görə İsgəndəriyyə kitabxanasından sonra ikinci oldu. Yunanlar bu yolla aşılanmış dəriləri ondan ən fəal surətdə istifadə edilən şəhərin adı ilə – perqamene adlandırdılar. Latın dilində bu söz “perqamentus” kimi səslənirdi. Tədricən bu söz perqamentə çevrildi. Bu gün də söhbət xüsusi kağız növündən düşəndə məhz bu söz işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / perqament

perqament sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [Kiçik Asiyada qədim Perqama şəhərinin adından] пергамент (1. виликра кагъаз чизвачир девирда винел гъилин кхьинар авун патал расай гьайвандин хам; 2. гьа жуьредин материалдал кхьенвай къадим гъилин кхьинар; 3. пергамент чар, гъери кужум тийир, ламувал ахъай тийир кӀеви чар).

    Azərbaycanca-ləzgicə lüğəti / perqament

"perqament" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#perqament nədir? #perqament sözünün mənası #perqament nə deməkdir? #perqament sözünün izahı #perqament sözünün yazılışı #perqament necə yazılır? #perqament sözünün düzgün yazılışı #perqament leksik mənası #perqament sözünün sinonimi #perqament sözünün yaxın mənalı sözlər #perqament sözünün əks mənası #perqament sözünün etimologiyası #perqament sözünün orfoqrafiyası #perqament rusca #perqament inglisça #perqament fransızca #perqament sözünün istifadəsi #sözlük