personajları sözü azərbaycan dilində

personajları

Yazılış

  • personajları • 99.6516%
  • Personajları • 0.3484%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ben 10 (cizgi serialı, 2005) personajları siyahısı
Ben 10 cizgi serialının əsas qəhrəmanları ilə yanaşı bir sıra köməkçi personajlar, o cümlədən Benin yadplanetliləri də əsas rol oynayır. Kevin Levin, Doktor Animo, Vilqaks kimi bədniyabət personajlar kainatı məhv edərkən, Ben yadplanetliləri ilə onlara qalib gəlir. === Əsas Personajlar === Bencamin Kirbi Tennizon "Ben" Tennizon - Ben, 10 yaşlı və Omnitriks adlı saatı ilə 10 müxtəlif yadplanetliyə çevrilə bilən oğlandır. O çox ürəyiaçıq və sadiq oğlandır. Bütün vaxtının çox hissəsini insanlara, ailəsinə kömək etməkdə keçir. Bu işdə Quen və Maks baba ona kömək olurlar. Məhz bu səbəbdən onun dərslərə ayırmağa çox vaxtı olmur. Ben həmçinin hiyləgərdir . Hətta Benin eidetik yaddaşa sahib olduğu güman olunur. Quendolayn Katherine "Quen" Tennizon - Quen, Benin əmisi qızıdır.
Amerikalılar serialının personajlarının siyahısı
FX kanalında yayımlanan Amerikalılar serialının personajlarının siyahısı. == Əsas rollarda == === Elizabet Cenninqs === Keri Rassell tərəfindən canlandırılır. Elizabet (əsl adı Nadejda) DTK agentidir. Flip Cenninqsin həyat yoldaşı, Peyc və Henrinin anasıdır. Fliplə müqayisədə KQB-yə və Rusiyaya daha sədaqətlidir. Flip FTB-dən pul və toxunulmazlıq almaq barədə düşündükdə ona qarşı çıxır. İlk təlim illərində Nikolay Timoşev tərəfindən təcavüzə uğramışdı. Fliplə evli olsa da, evliliyin ilk illərində Qriqori Tomasla da əlaqəsi olmuşdu. Bu dövrlərdə aralarında sevgi olmasa da, sonrakı illər Flipə qarşı sevgi hisləri bəsləməyə başlayır. === Flip Cenninqs === Metyu Ris tərəfindən canlandırılır.
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası personajlarının siyahısı
Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası FX telekanalında yayımlanan “Amerikan qorxu hekayəsi” antologiya serialının ikinci mövsümüdür. Mövzusu müqəddəslik və dinlə elmin əlaqəsi olan ikinci mövsümdə Massaçusetsdəki Briarkliff adlı psixiatriya xəstəxanasında 1964-cü ildə cinayətlər və münasibətlər təsvir olunur. Qanunsuz həbs edilmiş xəstəxana sakinləri, o cümlədən soyuqqanlı qatil hesab edilən Kit Uolker və Qreys Bertrand, nimfoman hesab edilən Şelli və lezbiyan jurnalist Lana Uinters xəstəxanadan qaçmaq istəyərkən sirrli hadislərlə üzləşirlər. Xəstəxananın sadist iş heyətinin başında rahibə Cud Martin durur. Ganahsız rahibə və psixoloq haqqında həqiqətlər ortaya çıxdıqda hər şeyin göründüyü kimi sadə olmadığı müəyyənləşir. Əsas aktyor heyətinə serialın veteran aktyorları Sara Polson, Cessika Lanc, Evan Peters, Zaxari Kuinto və Lili Reyb, həmçinin, Lizzi Broşere, Ceyms Kromvel və Cozef Fayns daxildir. Xüsusi qonaqlar Yan MakŞeyn, Xloya Seviqni və Adam Levindir. Birinci mövsümdə rol almış Frensis Konroy və Dilan MakDermott da ikinci mövsümdə yenidən seriala qayıtmışlar. == Aktyor heyəti == === Əsas rollar === === Köməkçi rollar === == Obrazlar == === Əsas obrazlar === Həkim Oliver Tredson (Zaxari Kuinto) Briarkliff xəstəxanasında çalışan psixiatrdır. Onun xəstəxanaya gəlişi Cud bacı ilə münaqişələrinin yaranmasına səbəb olur.
Amerikan qorxu hekayəsi: Qatil ev personajlarının siyahısı
Amerikan qorxu hekayəsi: Qatil ev FX telekanalında yayımlanan “Amerikan qorxu hekayəsi” antologiya serialının birinci mövsümüdür. Mövsümün mövzusu vəfasızlıqdır və hadisələr əsasən Harmonlar ailəsinin ətrafında baş verir. Ben, Vivyen və onların qızı Vayaletdən təşkil olunmuş Harmonlar ailəsi Vivyenin uşaq düşürməsi və Benin tələbələrindən Hayden MakKlaynla ailəsinə xəyanət etməsindən sonra yeni həyata başlamaq üçün Bostondan Los-Ancelesə köçür. Vayalet məktəblə problemlər olacağı və dostluq etməyə adam olmamasını bəhanə edərək əvvəlcə köçmək işinə qarşı olsa da, qısa zamanda evə bağlanır, evi geniş imkanlar simvolu kimi qəbul edir. Vayaletin atasının xəstələrindən biri olan Teyt Lenqdonla romantik münasibəti yaranır. Ben və Vivyen münasibətlərini sınaqdan keçirməli olurlar, Vivyen növbəti dəfə hamilə qalır, Ben isə növbəti dəfə ailəsinə xəyanət edir, Harmonların qonşusu olan evin keçmiş sakini Konstans Lenqdon ailənin işlərinə tez-tez müdaxilə edir. Ailə tezliklə hər şeyin heç də onların qəbul etdiyi kimi olmadığını, ətraflarında gəzən və onlarla ünsiyyət saxlayan insanların əksərinin ölülər olduğunu başa düşür. Mövsümün əsas aktyor heyətinə Konni Britton, Dilan MakDermott, Evan Peters, Taissa Farmiqa, Denis O’Hare və Cessika Lanc daxildir. Xüsusi qonaqlar Keyt Mara, Zaxari Quinto, Çarlz S. Datton və Erik Stounstritdir, bunlardan başqa Frensis Konroy və Ceymi Bruyer də serialda rol almışdır. == Aktyor heyəti == === Əsas rollar === === Köməkçi rollar === == Obrazlar == === Əsas obrazlar === Vivyen Harmon (Konni Britton) Ben Harmonun həyat yoldaşı və Vayalet Harmonun anasıdır.
Attack on Titan personajlarının siyahısı
Attack on Titan manqası və anime seriyası Hacime İsayamanın yaratdığı geniş bədii personajlardan ibarətdir. Hekayə bəşəriyyətin nəhəng divarlarla əhatə olunmuş şəhərlərdə yaşadığı bir dünyada qurulur; insanların onları səbəbsiz yeyən nəhəng humanoid titanlara qarşı müdafiəsindən bəhs olunur. Hekayədə ilkin olaraq Eren Yeqa öz uşaqlıq dostları Mikasa Akkaman (ing. Mikasa Ackerman) və Armin Arlerto (ing. Armin Arlert) ilə birlikdə şəhərləri işğal edildikdən və Erenin anası titan tərəfindən yeyildikdən sonra titanlara qarşı döyüşmək üçün orduya qoşulur. Onlar 104-cü Təlim Korpusunun bir hissəsidir, məzunları Qarnizon Alayı (ing. Stationary Guard), Kəşfiyyat Birliyi (ing. Survey Corps) və Hərbi Polis Briqadası (ing. Military Police) da daxil olmaqla hərbi hissədə müxtəlif vəzifələr tuturlar. Sonradan məlum olur ki, divarların yerləşdiyi ərazi Paradis (パラディ, Paradi) adlanır və bura Eldiyanın (エルディア,Erudia) sonuncu ərazisidir.
Bacanaqlar serialının personajlarının siyahısı
Bu siyahıda Bacanaqlar serialında iştirak edən aktyorların siyahısı göstərilmişdir.
Battle Angel Alita personajlarının siyahısı
Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Manqa seriyasında bir çox personajdan istifadə olunmuşdur. Manqa əsasında iki seriyalıq OVA və Hollivud film adaptasiyası çəkilmişdir. OVA və filmdə bəzi personajlarda dəyişikliklər edilmişdir. == Əsas personajlar == === Qalli / Alita === Garyi (ガリィ?) Səsləndirən: Miki İto; Canlandıran: Roza Salazar Alita ya da Yaponiyada tanınan adı ilə Qalli seriyanın əsas protaqonistidir. Daysuke İdo Xarabalıqda onun salamat qalmış beynini tapır, ona yeni bədən düzəldir və ona Alita (Qalli) adını verir. Alita Daysuke İdo tərəfindən tapılanda Panzer Kunst adlı qədim döyüş texnikasından başqa heç nəyi xatırlamadığını kəşf edir.
KonoSuba personajlarının siyahısı
"KonoSuba" Natsume Akatsuki tərəfindən yaradılmış və yazılmış komediya roman seriyası. Ranobe seriyası əsasında anime serialı da çəkilmişdir. == Əsas == Kazuma Sato (佐藤 和真, Satō Kazuma) Səsləndirən: Ryota Osaka (Drama CD), Cun Fukuşima (anime) Baş qəhrəmandır. Orta məktəbdə bir dostu onun qəlbini qırdıqdan sonra oyunlara bağımlı olmuş 16 yaşlı oğlandır.R 5.2 Akut stres reaksiyasından öldükdən sonra paralel dünyaya göndərilir və onu ələ saldığına görə Akvanı da özü ilə aparır. Kazuma ən aşağı səviyyəli oyunçu — macəraçıdır. Lakin bu, ona müəyyən pul qarşılığından digər oyunçulardan müxtəlif bacarıqlar öyrənməyə imkan verir.R 1.2 Bunun sayəsində Kazuma oğurluq, oxatma, bədheybət müəyyənetmə və sehrbazlıq kimi sadə bacarıqlara yiyələnir.Akva (アクア, Akua) Səsləndirən: Kaori Fukuhara (Drama CD), Sora Amamiya (anime) İnsanları paralel dünyaya göndərməklə məşğul olan (Kazuma onu özü ilə aparana qədər) su ilahəsidir.R 1.P Akva fəal və axmaq qızıdır, statusuna görə ehtiram görməyi sevir, qanı asanlıqla qaralır. Baş rahib və ilahə olduğundan iblislərə qarşı çox güclü və ölümsüzdür, ölmüş insanları dirildə və çirkli suyu toxunmaqla təmizləyə bilər. Akva bacarıq öyrənmək əvəzinə hiylə öyrənməyə üstünlük verir.Mequmin (めぐみん) Səsləndirən: Maaya Uçida (Drama CD), Rie Takahaşi (anime) Mequmin qara saçlara və qırmızı gözlərə malik sehrbazdır və bir az çuunibyo şəxsiyyətinə malikdir.R 5.5 Mequmin sadəcə bir sehr bilir: həddən artıq güclü olan partlayış törətmək. Bu sehrindən gündə ancaq bir dəfə istifadə edə bilir və günün qalan hissəsini dincəlməli olur. Mequmin başqa bacarıqlar öyrənməyi rədd edir.R 1.1Darkness (ダクネス, Dakunesu) Səsləndirən: Marina İnoe (Drama CD), Ay Kayano (anime) Güclü hücuma və müdafiəyə malik səlibçidir, lakin bütün zərbələri həmişə yan keçir.R 1.2 Darkness mazoşist şəxsiyyətə malikdir: bədheybətlər tərəfindən əzilmək və alçaldıcı ərlə evlənmək arzusundadır.
Leyla ilə Məcnun personajlarının siyahısı
"Leyla ilə Məcnun" serialındakı personajların siyahısı. Serial 2011-2013-cü illərdə Türkiyənin TRT 1 kanalında yayımlanmışdır. Absurd-komediya janrındadır. == Əsas personajlar == Leyla 8 elan olunacaq (Oyunçunun adı məlum deyil) — TBA Leyla (Dəniz Işın) — Yüz beşinci bölümdən indiki Leyla. Guya Leylanın səkkizinci, amma normal olaraq Leylanın yeddinci oyunçusu. Mecnun Çınar (Əli Atay) — Ortasinifli ailə olan İskender və Pakizenin oğlu. Çox sevdiyi Leylanı maşın qəzasında itirdikdən sonra Sedef ilə Şirin arasında qalmışdır. Sonra isə Sedef və Şirin onu tərk edirlər. Kireçburnu məhəlləsinin sakini olan Mecnun distant təhsil alır. Yuxusundan həyatına keçən Ak Sakallı Dede ilə yatağını, Az Sakallı Dede ilə yeməyini bölüşür.
Mortal Kombat personajlarının siyahısı
Mortal Kombat personajlarının siyahısı - Mortal Kombat oyun seriyalarının personajlarını ehtiva edir. == Xarakteristika == Dünyalar arasında mübarizənin azalması üçün "Ölümcül döyüş" adlı döyüş turniri yaradılmışdır. Bu turnir 10 mərhələdən ibarətdir. Məşhur cadugərlərdən hesab olunan döyüşçü Şanq Tsunq imperator Şao Kanna tabe idi. Şanq Tsunqu ilk dəfə turnirdə Yer dünyasının sakini Kunq Lao məğlub etmişdir. 500 ildən sonra onun bu titulunu Şanq Tsunqun döyüşçüsü Qoro alır. Turnirin ilk mərhələlərində Yer dünyası böyük təhlükəyə düçar olmuşdu. Lakin bir müddət sonra bu dünya tərəfindən məğlub edilən Şanq Tsunq və Qoro Yer dünyasını məğlub etmək üçün digər vasitələrə əl atır. Beləcə, hər "Mortal Kombat" seriyasında yeni düşmən personajları yaranır. "Mortal Kombat: Deception" seriyasında personajların əksəriyyəti Şanq Tsunq və Kuan Çi tərəfindən öldürülür.
Naruto personajlarının siyahısı
Naruto (yaponca: ナルト) anime və manqa seriyası Masaşi Kişimoto tərəfindən yaradılmışdır və bir çox xəyali obrazı özündə ehtiva edir.Seriya 2 hissədən ibarətdir. İlk hissə 220 epizoddan ibarətdir və Narutonun 12,13 yaşlarını əhatə edir. İkinci hissə isə 500 epizoddan ibarətdir və Narutonun 15,16,17 yaşlarını əhatə edir. İkinci hissə həmçinin "Naruto Shippūden" adlandırılır. Seriyanın baş qəhrəmanları Naruto Uzumaki, Sakura Haruno, Sasuke Uçiha və onların müəllimi olan Kakaşi Hatakedir. Aşağıdakı siyahıda seriyanın bütün obrazları yox, daha yadda qalan obrazları göstərilmişdir.
Prince of Persia personajlarının siyahısı
Prince of Persia personajlarının siyahısı - Prince of Persia videooyunundakı personajları ehtiva edir. == "Prince of Persia" seriyalarının personajları == === Prince of Persia === Şahzadə (ing. Prince): Uşaqlıq illərindən valideynsiz qalan Şahzadə mahir biliyə malikdir. Ona Sultanın qızı aşiq olduqdan sonra müxtəlif silahlarla döyüşə bilir. Sultanın qızı Şahzadə (ing. Princessa): Sultanın qızı olan Şahzadə gələcək Şahzadəyə aşiqdir. Bu səbəbdən Sultanın qızı Şahzadə üçün gözlənilməz risklər edir. Şahzadə gözəl və ağıllıdır. Cəfər (ing. Jafar): Qəddar Vəzir olan Cəfər Sultanın ölkəsindən ayrıldığını görüncə, onun qızını ələ keçirir və Şahzadəni əsir saxlayır.
Qurdlar Vadisi personajlarının siyahısı
== Əsas obrazlar == === Polad Ələmdar === Qurdlar Vadisi, Qurdlar Vadisi Terror və Qurtlar Vadisi Pusqu teleseriallarında Necati Şaşmaz və Raci Şaşmazın canlandırdığı obraz. (1–97) === Əlif Eylül === Qurdlar Vadisi teleserialında Özgü Namal tərəfindən canlandırılmış obraz. (1–97) 16 fevral 1979-cu ildə doğulub. Gənc yaşda atasını itirib. O, anası Ayşə Eylül və qardaşı Ərən Eylül ilə həyat mübarizəsi apararkən Əli Candan ilə tanış olub. Əli Candan ilə lisey illərindən bəri sevgili olan gənc qadın onun qəfil ölümü ilə sarsılmışdır. Daha sonra Polad Ələmdarla qarşılaşıb və özünü mafiyanın içində tapıb. Bütün bu çaşqınlıq içində təxmin edə bilmədiyi; Əli Candan və Polad Ələmdarın eyni adam olması idi. Elif nə qədər Əliyə sadiq qalmaq istəsə də, Polad onun ağlını başından almışdı. Polad Ələmdara onun əslində keçmiş sevgilisi olduğunu bilmədən yenidən aşiq olur, amma sevgilərinin arasında həmişə üçüncü şəxs olur; Əli Candan.
Re:Zero -Starting Life in Another World- personajlarının siyahısı
"Re:Zero -Starting Life in Another World-" Şiniçiro Otsukanın rəssamlığı ilə Tappey Naqatsuki tərəfindən yazılmış ranobe seriyasıdır. Ranobe seriyası əsasında anime serialı da çəkilmişdir. == Əsas personajlar == === Subaru Natsuki === Natsuki Subaru (ナツキ・スバル [菜月 昴]?) Səsləndirən: Yuusuke Kobayaşi Seriyanın baş qəhrəmanıdır. Marketdən evə qayıdarkən Subaru özünü qəflətən başqa dünyada tapır. Burada Emiliya adlı gümüş saçlı yarıelf qızla tanış olur və ona vurulur. Subaru ölərkən zamanda geriyə qayıtmaq gücünə malikdir və bu gücü "Ölümdən qayıdış" adlandırır. Subaru "Ölümdən qayıdış" (死に戻り, Shinimodori) gücünə malik olduğunu heç kimə deyə bilmir, nə vaxt buna cəhd etsə, hansısa güc ona əzab verir və Subarudan Qısqanc cadugərnin qoxusu gəlir. Bu qoxu isə bədheybətlərin diqqətini cəlb edir. Real həyatda hikikimori və oyunçu olsa da, bu dünyada bir az məşq edir və bir az döyüşmək qabiliyyətinə malik olduğu görünür, buna görə də yeni dünyada tamamilə zəif deyil. Qara sehrdən də istifadə edə bilir, lakin sehri çox sadə səviyyədədir.
Resident Evil personajlarının siyahısı
"Resident evil" survival horror janrında olan oyunlar seriyasıdır.2009-cu ilədək oyunun 5 əsas və bir neçə əlavə hissələri işıq üzü görmüşdür.Oyunun əsas qəhrəmanları aşağıdakılardır:
The Amazing World of Gumball personajlarının siyahısı
The Amazing World of Gumball personajlarının siyahısı — İngilis-Amerikan komediya cizgi filmidir.Personajlar Elmore adlı yerdə yaşayırlar.Cizgi filmdə baş qəhrəman Gumball Watterson və ailəsinin başına gələn hadisələrdən bəhs edilir. == Wattersonlar == === Gumball === Baş qəhrəmandır.12 yaşında olan bir mavi pişikdir.Ən yaxın dostu Darwin adlı bir balıqdır.Məktəbində olan Penny Fitzgeralda aşiqdir. Tina Rex adlı personaja nifrət edir. Əsl adı Zach-dır. === Darwin === 10 yaşında olan narıncı balıqdır.Gumballın ən yaxın dostu və qardaşıdır.Hər zaman optimist olaraq düşünər və heç kimə zərər vermək istəməz.Sinif yoldaşı Carrie'yə aşiqdir. === Anais === 4 yaşında olan ailənin ən ağıllı və ən kiçik üzvüdür.Dovşandır.Hər zaman imtahanlardan müsbət nəticə alır. === Richard === Ailənin ən böyük üzvüdür.Dovşandır.Atası Frankie bir siçan, anası Jojo isə dovşandır.Anası ona çölə çıxmağa izin vermədiyinə görə tənbəl olmuşdur və özünü Elmorenin ən tənbəl insanı sayır.Ən çox sevdiyi uşağı Anaisdir.Amma Şifrə adlı bölümdə, bunun Anaisin dəyişdiyi üzə çıxmışdır.Sehirli çubuqların innsanların həyatını dəyidiyinə inanırdı, amma anasının bu gerçəyi ona dediyindən sonra 15 il boyunca bağırmışdır. === Nicole === Mavi rəngdə pişikdir.Hər zaman əsəbidir.Karate ilə uşaqlıqdan məşğul olub, Masaminin anası ilə də uşaqlıq dostu olub. === Frankie === Richardın atası və siçandır.3 bölümdə ortaya çıxıb və bunlardan birincisi İmzadır.Digərləri "Çek" və "Çöl" bölümləridir. === Joanne (Jojo) === Richardın anasıdır.Gumball ondan qorxar.Nicole isə ona nifrət edir.
Vampirin gündəlikləri teleserialındakı personajların siyahısı
Vampirin gündəlikləri 2009–cu ildən etibarən The CW tərəfindən çəkilən L.J.Smitin eyni adlı romanlar silsiləsi (4 kitab) əsasında çəkilən fantezi – drama janrında olan televiziya serialıdır. Roman əsasında ssenari Kevin Uilyamson və Culi Plek tərəfindən yazılmışdır. Serialın ilk sezonunda 10 obraz müntəzəm iştirak etmişdir. Sonra iki obraz serialdan kənarlaşdırılmış və əvəzində iki yeni obraz əlavə edilmişdir. Serialın əsas mövzusu baş qəhrəman Yelena Gilbert (Nina Dobrev) və vampir qardaşlar Stefan (Pol Uizli) və Deymon Salvatore (Yan Somerhalder) arasında qarışıq məhəbbət üçlüyüdür. Bu qarışıq əhvalata eyni zamanda şəhərin fövqəltəbii tarixçəsi və ətrafda olan qohumların həyatları də əlavə edilmişdir. == Əsas personajlar == Aşağıdakı siyahıda "Vampirin gündəliyi" serialındakı obrazlar göstərilib ki, onların da əksəri hələ çəkilmiş hər iki sezonda iştirak edən obrazlardır. === Yelena Gilbert === Yelena Gilbert obrazı seriyalın ilk seriyasından etibarən baş qadın obrazı kimi Nina Dobrev tərəfindən yaradılmışdır. Yelena balaca qardaşı Ceremi Gilbertlə birgə valideynlərinin avtomobil qəzasından ölməsindən sonra onların qanuni himayədarı olan Cena Sommerslə birgə yaşayır. Onun ən yaxın rəfiqəsi, bir müddət keçdikdən conra cadugər olduğunu kəşf edən Boni Bennetdir.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Fırikısı və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Kirıa Zorıdikkı, Kurapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsinda superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin Kimera Qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Fırikısı === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English)Qon Fırikısı (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası olan Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.06 dəfə / 1 mln.
2002 ••••••••••••••• 3.43
2003 •••• 0.79
2004 ••••• 1.01
2006 ••••••• 1.58
2007 •• 0.42
2008 ••••••••••••• 2.92
2009 ••••• 1.12
2010 •••••••• 1.63
2011 •••••••••• 2.32
2012 ••••••••••••• 2.84
2013 •••••• 1.17
2014 •••••••••••••••••••• 4.63
2015 •••••••••• 2.21
2016 ••••••••••••••• 3.30
2017 ••••••••••• 2.44
2018 ••••••••••• 2.55
2019 •••••••••• 2.23
2020 •••• 0.80

"personajları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#personajları nədir? #personajları sözünün mənası #personajları nə deməkdir? #personajları sözünün izahı #personajları sözünün yazılışı #personajları necə yazılır? #personajları sözünün düzgün yazılışı #personajları leksik mənası #personajları sözünün sinonimi #personajları sözünün yaxın mənalı sözlər #personajları sözünün əks mənası #personajları sözünün etimologiyası #personajları sözünün orfoqrafiyası #personajları rusca #personajları inglisça #personajları fransızca #personajları sözünün istifadəsi #sözlük