petrologiya sözü azərbaycan dilində

petrologiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • petrologiya • 93.5484%
  • Petrologiya • 6.4516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Petrologiya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm. Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki, analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Petrologiya və metallogeniya
Petrologiya — maqmatik və metamorfik süxurları, onların maddi tərkibi, geoloji xüsusiyyətləri və genezisi baxımından hərtərəfli öyrənən elm.Petrologiya təsviri petroqrafiyadan çox mühüm fərqi ondan ibarətdir ki,analitik üsulların (struktur və mikrostruktur analiz, fiziki-kimyəvi analiz, termodinamiki və b.) vasitəsilə petrologiya süxurların mənşəyini, müxtəlif tərkibli maqmaların yaranmasını və onların sonrakı təkamül yollarını (differensiyasiya, assimilasiya, sinteksis və i.a; həm maqmatik və həm də metamorfik süxurların əmələgəlməsinin termodinamik şəraitinə dair məsələləri həll edir. Petrologiya digər geoloji elmlərlə – faydalı qazıntılar haqqında təlim, tektonika, mineralogiya ilə sıxı sürətdə bağlıdır. == Tarixi == === XX əsrin 20-ci illəri === İlk petroloji tədqiqatlar XX əsrin əvvəllərin də epizodik səciyyə daşımış və yalnız ayrı-ayrı intruzivlərin tərkibinin öyrənilməsini əhatə etmişdir. Sonralar intruziv va effuziv süxurların petroqrafik tərkibi va yaşı daha geniş tədqiq olunmağa başlanmışdır.Respublikanın regionlarında yayılmış maqmatik süxurların petroqrafik cəhətdən tədqiqi Aslan Vəzirzadə,Ş.Əzizbəyov və M.Qaşqayın adları ilə bağlıdır. === XX əsrin 30-cu illəri === XX əsrin 30-cu illərinin sonundan respublikanın maqmatik süxurlarının petroqrafik tədqiqi daha sistemli xarakter almışdır.Tədqiqatlar maqmatik komplekslərin yaşı,strukturu və maddi tərkibinin öyrənilməsinə və onların endogen yataqların əmələ gəlməsindəki roluna həsr edilmişdir.Ş.Əzizbəyovun və M.Qaşqayın maqmatik süxurların petroqrafiyasına aid tədqiqatları ayrı-ayrı regionların və burada yayılmış iri intruziv massiv və onlarla genetik əlaqədə olan faydalı qazıntı yataqlarının geologiyasının öyrənilməsi və respublikada metallogenik tədqiqatların aparılması üçün zəmin yaratmışdır. === XX əsrin 50-ci illəri === XX əsrin 50-ci illərindən başlayaraq petroloji tədqiqatlarda yeni üsulların tətbiqi və nisbətən zəif öyrənilmiş geoloji obyekt və proseslərin tədqiqi,maqmatizmin tektonika və filizləşmə ilə qarşılıqlı əlaqəsi,ayrı-ayrı tektonik zonala da metallogenik qanunauyğunluqların öyrənilməsi sahəsində mühüm nəticələr əldə edilmişdir.Çıraqdərəsi-Toğanalı kükürd-kolçedan yataqları qrupunun geologiya və mineralogiyasına,Kiçik Qafqazın şimal şərq hissəsinin polimetal yataqlarının mineraloji-geokimyəvi xüsusiyyətlərinə, habelə Naxçıvan MR-in geologiyasına həsr edilmiş tədqiqatlar aparılmışdır.Kiçik Qafqazın şimal-şərq hissəsinin Mezozoy vulkanogen kompleksləri,Daşkəsənin petrologiya və metallogeniyası,Mehmana və Gədəbəy intruzivlarının petrologiyası və filizliliyi tədqiq edilmişdir. Ayrı-ayrı regionlarda müxtəlif geoloji obyekt və proseslər öyrənilmiş,petrologiya və metallogeniyaya dair yeni məlumatlar əldə edilmiş,vulkanplutonik assosiasiyaların toleit, latit və ahəngli-qələvili seriyalarının riftogen,adalar qövsü və Orogen inkişaf rejimlərinin ayrılması elmi cəhətdən əsaslandırılmışdır.Filiz rayonlarının regional petroloji və petrogenetik modelləri işlənib hazırlanmış,maqmatizmin təkamülü,vulkanizm və plutonizmin təzahür şəraiti bərpa olunmuş və maqmatik formasiyaların filizliliyinin petroloji meyarları tədqiq edilmişdir. === 1970–1985-ci illər === 1970–85 illərdə petroloji və metallogenik tədqiqatlar formasion təhlil əsasında aparılmış, maqmatik törəmələrin formasiyalar üzrə təsnifatı verilmişdir.Metallogenik tədqiqatlarda geokimyəvi üsullardan istifadə edilmiş,riyazi üsullar tətbiq olunmuşdur.Kiçik Qafqazın bir sıra qranitoit intruzivlərinin filizliliyi proqnozlaşdırılmış,ayrı-ayrı sahələr üzrə 1:200000 miqyaslı maqmatik formasiyaların xəritələri tərtib edilmişdir(1976).Bu tədqiqatlar 1:500000 miqyasla "Azərbaycanın maqmatizm və metamorfizm xəritəsinin"(1979) əsasını təşkil etmişdir. Mineragenik tədqiqatlar nəticəsində faydalı qazıntı yataqlarının 1:500000 miqyaslı xəritəsi (1977),"Azərbaycanın maqmatik və filiz formasiyaları" xəritəsi (1980) Azərbaycanın 1:500000 miq yaslı metallogenik xəritəsi (1980) nəşr edilmiş,yataqların riyazi,geoloji-genetik, geokimyəvi modelləri tərtib edilmiş,dəqiq strukturu,mineral tərkibi və geokimyası öyrənilmişdir. Böyük Qafqazın cənub yamacında Filizçay kolçedan-polimetallik filiz yatağının kəşfi ilə əlaqədar petroloji tədqiqatlar aparılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2006 ••••••••••••••• 0.45
2007 •••••••••••••••••••• 0.63
2008 •••••••••••••••• 0.49
2012 ••• 0.09
2020 ••••••••••••• 0.40

Oxşar sözlər

#petrologiya nədir? #petrologiya sözünün mənası #petrologiya nə deməkdir? #petrologiya sözünün izahı #petrologiya sözünün yazılışı #petrologiya necə yazılır? #petrologiya sözünün düzgün yazılışı #petrologiya leksik mənası #petrologiya sözünün sinonimi #petrologiya sözünün yaxın mənalı sözlər #petrologiya sözünün əks mənası #petrologiya sözünün etimologiyası #petrologiya sözünün orfoqrafiyası #petrologiya rusca #petrologiya inglisça #petrologiya fransızca #petrologiya sözünün istifadəsi #sözlük