Kseniya Petrovna
Kseniya Petrovna (erz. Петрова, Ксения Семёновна 1892, Buquruslan, Samara quberniyası[d] – 1942) — Erzyan şairə, yazıçı, dramaturq.
== Bioqrafiyası ==
Kseniya Semenovna Petrova 1892-ci ildə Samara əyalətinin Buquruslan şəhərində torpaqsız təsərrüfat fəhləsi ailəsində anadan olub.
Məktəbdə yalnız üç ay təhsil almağı müvəffəq olur. 1919-cu ildə müəllim adı almaq üçün imtahan verməli olur. Bundan sonra məktəbdə dərs deyir. Böyüklər arasında savadsızlığın aradan qaldırılmasında fəal iştirak edir.
Vətəndaş müharibəsi illərində Buquruslan qəzasındaə Ağ Qvardiya və Çexoslovakiya üsyançılarına qarşı vuruşur. Döyüşlərin birində ağır yaralanır.
1920-ci ildə Buquruslan qəzası xalq maarif şöbəsinin müdiri işləyir.