* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Müxtəlif dini etiqadlara görə, Allahın əmrlərini xəbər verən və şərh edən şəxs; rəsul, nəbi. Yüz iyirmi dörd min peyğəmbərimiz; Hər birinin ayrı məqamı vardır. Aşıq Ələsgər. 2. məc. Gələcəkdən xəbər verən şəxs. 3. məc. Təmiz, pak, müqəddəs adam mənasında. [Kərəm Salmana:] Sən də yaxşı deyirsən, tanımayan elə bilər ki, peyğəmbərsən. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / peyğəmbər1 Farscadır, əsli peyğambər kimidir. Peyğam “məktub”, “məlumat”, “xəbər” anlamını bildirir. Peyğəmavər “xəbər gətirən”, Peyğəmbər “elçi” deməkdir. Bizdə bu sözün yerinə savçı işlədilib, savçı “söz” kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / peyğəmbər1 PEYĞƏMBƏR Eşitmişdi ki, peyğəmbərlər, imam gəlib gediblər (N.Nərimanov); NƏBİ (kl.əd.) Şərm eylə nəbidən, utan xudadan; Usan tamaşadan, zövqü səfadan (Q.Zakir); RƏSUL.
Azərbaycan dilinin sinonimlər lüğəti / peyğəmbər2 сущ. 1. пророк: 1) религ. провозвестник и истолкователь воли Бога 2) предсказатель будущего 2. перен. святой (о высоконравственном, безупречном в своей жизни, поведении и т.п. человеке) ◊ peycəmbər etmək kimi создать культ кого
Azərbaycanca-rusca lüğət / peyğəmbər1 i. din. prophet; (qadın) prophetess; oracle (in ancient Greece); Məhəmməd ~ the prophet Mahammad
Azərbaycanca-ingiliscə lüğət / peyğəmbər1 [fars.] сущ. пайгъамбар (1. расул, неби; 2. пер. шихрин, гележегдикай хабар гудай кас; 3. пер. мукъаддас, пак, михьи кас); // пайгъамбардин.
Azərbaycanca-ləzgicə lüğəti / peyğəmbərI (Quba, Laçın) qarğıdalı. – Qaraqışlax kəndində qardalıya peyğəmbər deyillər (Laçın) II (Göyçay) bazar ertəsi Peyğəmbər armud (Quba) – armud növü. Peyğəmbər qurşağı (Şəki, Zaqatala) – göy qurşağı. Peyğəmbər şamama (Zaqatala) – şamama növü
Azərbaycan dilinin dialektoloji lüğəti.