* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Qərb dialektlərində taxılın ilk biçilmə dövrü belə adlanır. Bəzən bunu biç+quruq kimi izah edirlər. Əslində, fars sözüdür və pişxord şəklində olub, “закуска” mənasında işlədilir (taxıl yaxşı yetişmədiyindən ehtiyacı azca ödəmək üçün vaxtından əvvəl müəyyən qədər biçir və istifadə edirlər). Sözün əsli peşxord olub: peş –“əvvəl”, “qabaq” deməkdir, xord isə “yemək”. Bir qədər ağnağaz sözünün mənasına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / peşqurd