Sırğaçiçək pişikdırnağı
== Təbii yayılması ==
Şimali Amerika, Cənubi Qafqaz və Qərbi Texas, Şərqi Meksika, Cənubi Arizona, Kolumbiya və Venesuelada təbii halda yayılmışdır
== Botaniki təsviri ==
Hündürlüyü 12 metrə çatan, yarpağını tökən, qollu-budaqlı, geniş çətirli ağacdır. Gövdəsinin qabığı qalın olub, qəhvəyi və ya tünd boz rəngdə, azca çatlıdır. Zoğları nazik, əvvəlcə sarımtıl-yaşıl, sonralar isə tünd boz rəngli, 1–5 sm uzunluqda tikanların qoltuğunda yerləşmişdir. Yarpaqları növbəli düzülüşlü, ikiqat cütlələkvari, yarpaq oxu tikanla qurtarır, 8 sm uzunluqda, çılpaqdır. Yarpaq oxu nazik, itiuclu, qaidədən çox enlənmiş, vəzilidir. Nadir hallarda iki, cüt olmaqla, 9–18 budaqcıqlıdır. Hər budaqda adətən 11–13 cüt ensiz, ellipsvari, 8–10 mm uzunluğunda, 2–4 və ya 5 mm enində, küt, çılpaq və ya tək-tək kirpikli yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 2 mm uzunluqda, ətirli, yaşılımtıl-sarı, qoltuq salxımlarda sünbülvari çiçək qrupunda yerləşir. Çiçək qrupu silindrşəkilli, çoxçiçəkli, 6–7 sm uzunluqda salxımlardan ibarətdir. Ləçəkləri ensiz, uzunsov, ucları itidir.