pilləkəni sözü azərbaycan dilində

pilləkəni

Yazılış

  • pilləkəni • 96.5217%
  • Pilləkəni • 3.4783%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Betlemi pilləkəni
Betlemi pilləkəni (gürc. ბეთლემის კიბე) — Gürcüstanın paytaxtı Tbilisinin tarixi mənzərəli yerlərindən biri. Qədim Tbilisidə tövsiyə olunan turizm marşrutuna daxildir. Pexainski və ya Vifliyem nərdivanları kimi də adları vardır.Adını Zemo Betlemi kilsəsi və Qızlar üçün monastırdan almışdır. Belə ki, Lado Asatiani küçəsindən (Beqlar Axospireli küçəsindən Qudiaşvili meydanına yolun davamı kimi) hər iki dini ibadətgaha yol gedir. Betlemi pilləkəninin 120 pilləsi vardır. == Tarixi == Vilayət memarı T.Belyin layihəsinə görə 1850-ci ildə Tiflis Ticarət Cəmiyyəti hesabına inşa edilmişdir. Əvvəllər bu pilləkənin yerində kiçik çığır keçirdi. İlkin layihədə pilləkənlərin sütunun dayandığı damın bütün uzunluğu boyunca üst-üstə düşməsi planlaşdırılırdı, lakin sonradan bu layihə həyata keçirilmədi. Həmçinin ilkin layihəyə görə, pilləkənlərin üzərinin dam ilə örtülməsi nəzərdə tutulurdu, lakin şəhər üçün bu pilləkəni pulsuz tikən Tiflis ustaları (sexlər, emalatxanalar) bu fikri qəbul etmədilər və onu lazımsız saydılar.
Qış sarayının İordan pilləkəni
İordan pilləkəni və ya İmperator pilləkəni (rus. Иорданская лестница) - Sankt-Peterburqdakı Qış sarayının əsas təntənəli eniş pilləkənidir. Epifaniya bayramı zamanı çar təntənəli şəkildə İordan pilləkəni adlandırılan bu pilləkəndən aşağı enər və "Suya xeyir-dua verilməsi" mərasimində iştirak edərdi. Sarayın bu hissəsi XVIII əsr Rastrelli rokoko stilinin saxlandığı nadir nümunələrdəndir. Lakin, burada nəhəng boz qranit sütunlar XIX əsrdə əlavə edilmişdir. == Tarixi == 1837-ci ildə Qış sarayında baş vermiş yanğın pilləkənin ciddi zədələnməsinə səbəb olsa da, Çar I Nikolay, sarayın bərpa olunmasına cavabdeh olan memar Vasili Stasova pilləkəni Françesko Bartolomeo Rastrellinin orijinal planı əsasında bərpa etməyi tapşırmışdı. Bərpa zamanı Stasov yalnız iki kiçik dəyişikliyə yol vermişdi: O, orijinalda qızıl suyuna çəkilmiş tuncdan olan sürahiləri ağ mərmərlə əvəzləmiş və çəhrayı sütunların yerində boz qranit sütunlar ucaltmışdı.Rəsmi qəbullar və ziyafətlər zamanı İordan pilləkəni gələn qonaqların qarşılandığı əsas yer funksiyasını yerinə yetirirdi. Mərkəzi həyətdən səfirlər keçidi vasitəsiylə saraya daxil olduqdan sonra, qonaqlar sütunlu İordan zalından keçərək İordan pilləkəni ilə Dövlət zallarına qalxırdılar. 1902-ci ildə Qış sarayında keçirilən baldan sonra Suzerlend hersoginyası yazırdı: "Saray pilləkənlərini xüsusi uniformalı kazaklar qoruyurdu, mən heç vaxt belə gözəl məkan, işıqlı, nəhəng otaqlar, izdiham və görünüşü demək olar ki barbarsayağı edən musiqi görməmişdim." == Memarlıq xüsusiyyətləri == Tavanında XVIII əsrə aid Olimp tanrıları təsvirləri olan pilləkən otağı Mixail Terebenev (1795-1866) tərəfindən alabastrdan hazırlanmış "Hikmət" və "Ədalət", Aleksandr Ustinov tərəfindən (1796-1868) hazırlanmış "Əzəmət" və "Zənginlik", İvan Leppe tərəfindən hazırlanmış "Sədaqət" və "Bərabərlik", Apollon Manyulov tərəfindən hazırlanmış Merkuri və Mars heykəlləri ilə bəzədilmişdi. Pilləkənlərin ortasında naməlum XVIII əsr heykəltəraşının "Dövlətin alleqorik rəmzləri" heykəli yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.92 dəfə / 1 mln.
2002 ••••••••••••• 3.43
2003 ••••••••• 2.36
2004 •••••••••••••••• 4.04
2005 ••••••••••••• 3.37
2006 ••••••••• 2.25
2007 •••••••••••••••••••• 5.29
2008 •••••••••••••••••••• 5.12
2009 •••••• 1.44
2010 0.09
2011 0.26
2012 0.26
2013 •• 0.29
2014 •• 0.51
2016 0.17
2018 •• 0.30

"pilləkəni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pilləkəni nədir? #pilləkəni sözünün mənası #pilləkəni nə deməkdir? #pilləkəni sözünün izahı #pilləkəni sözünün yazılışı #pilləkəni necə yazılır? #pilləkəni sözünün düzgün yazılışı #pilləkəni leksik mənası #pilləkəni sözünün sinonimi #pilləkəni sözünün yaxın mənalı sözlər #pilləkəni sözünün əks mənası #pilləkəni sözünün etimologiyası #pilləkəni sözünün orfoqrafiyası #pilləkəni rusca #pilləkəni inglisça #pilləkəni fransızca #pilləkəni sözünün istifadəsi #sözlük